Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama ölkəsini "Rusiyanın Ukrayanaya qarşı təcavüzünə” qarşı dura biləcək "yeganə fövqəlgüc” adlandırıb. ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ lideri Avstraliyanın Brisben şəhərində keçirilən G20 sammitində çıxışı zamanı bildirib.
"Biz Qərbi Afrikada Ebola virusunun yayılması və Rusiyanın Ukraynaya yönəlik təcavüzünə qarşı mübarizədə liderlik edirik”- deyə Obama bildirib.
ABŞ prezidentinin sözlərinə görə, "MH17 təyyarəsinin dəhşətverici qəzasından sonra Rusiya dünya üçün təhlükə mənbəyidir”.