şənbə günü, 14 noyabr 2026
     

Telekanallarımızda surdo-tərcümə niyə yoxdur…

Image


Nitq və eşitmə qüsurlu insanlar cəmiyyətin həssas təbəqəsinə mənsubdurlar. Onların öz fikirlərini ətrafa çatdırması, yaxud ətrafdakıların düşüncələri ilə tanışlıq, fikir mübadiləsi aparmaq sahəsində xeyli dərəcədə çətinlikləri var. Bu qəbildən olan insanlar çox şey bilmək istəyir, normal insanlar kimi dünyada baş verən yenilikləri öyrənməyə can atırlar. Bu da təbii haldır.

Televiziyalarda mövcud olan problemlərdən danışarkən gündəmə gətirilən çatışmazlıqlardan biri də eşitmə və danışma qabiliyyəti olmayan insanlar üçün surdo-tərcümələrin (jest dili) olmamasıdır. Azərbaycan telekanallarında lal və karlar üçün informasiya verilməməsi həmin təbəqəni məlumat blokadasında yaşamağa məhkum edir. Halbuki, MDB və dünya ölkələrinin çoxunda telekanallar gündə ən azı bir dəfə xəbərlər proqramında surdo-tərcüməçilərdən istifadə edirlər. Amma bizdə fiziki qüsuru olan insanlar informasiya əldə etmək üçün öz yaxın adamlarının köməyinə arxalanırlar.

Fiziki qüsurlu insanların da informasiya almaq haqqı var. Surdo-tərcüməçilər mimika və jestlər vasitəsilə kar və lalları başa salır, onların zəruri məlumatları əldə etməsinə şərait yaradırlar. Hətta bəzi mütəxəssislərin fikrincə, surdo-tərcümə xəbərlərlə yanaşı, tok-şou xarakterli verilişlərdə də mütləq olmalıdır. Qardaş Türkiyə ilə yanaşı, qonşu Rusiya telekanallarında da surdo-tərcümə geniş yayılıb. Əlbəttə, bu cür tərcümənin efirdə gedən bütün verilişləri əhatə etməsi bəlkə də mümkünsüzdür. Amma xəbərlərdə və tok-şou xarakterli verilişlərdə mütləq olmalıdır. Məlumdur ki, bütün televiziyalara filmlərin çəkilməsi üçün dövlət büdcəsindən pul ayrılır. Əgər telekanallar istəyərsə, serialların içərisində lal və kar şəxslər üçün tərcümələr tətbiq edə bilərlər. Ekspertlərə görə, subtitrlər, məhdud alt yazılar surdo-tərcümələri tam əvəz edə bilməz. Hansısa xəbərdə bir cümləlik subtitr verməklə bütöv xəbəri anlatmaq mümkün deyil. Ona görə də Rusiya və Türkiyə televiziyalarında subtitrlərdən istifadə olunsa da, surdo-tərcümələr də qalmaqdadır. Təəssüflər olsun ki, əksər kanallar maliyyə məsələsində simiclik edirlər. Əlavə vəsait tələb olunduğuna görə surdo-tərcüməçi tutmurlar. Anlamırlar ki, televiziya kanalları biznes fəaliyyəti ilə yanaşı, həm də sosial məsuliyyət daşıyırlar. Bunu nəzərə alıb, əsas verilişlərdə surdo-tərcüməçi tutmalıdırlar. Hazırda surdo-tərcüməçilər azdır, çünki onların işinə tələbat yoxdur, əgər tələbat artarsa, tərcüməçilərin də sayı çoxalar. Aydındır ki, qanunvericilik baxımından teleməkanların surdo-tərcümələrə yer verməməsi heç də hüquq pozuntusu deyil. Amma mənəvi prizmadan yanaşanda, bu, televiziyaların lal-karların qarşısında mənəvi məsuliyyətinin pozulmasıdır.

Qeyd edək ki, Əlillərin hüquqları haqqında Konvensiyada qeyd olunub ki, onların digərləri ilə bərabər səviyyədə informasiya-kommunikasiya texnologiyalarından yararlanmaq hüququ var. Konvensiyaya qoşulan dövlətlər, o cümlədən, Azərbaycanda görmə-eşitmə və nitq qabiliyyəti zəif olan şəxslər üçün müxtəlif növ tərcümə xidmətləri təmin edilməlidir. Həmin təbəqənin informasiyadan istifadə imkanını təmin etmək üçün onlara kömək və dəstək göstərilməsinin digər lazımi formalarını inkişaf etdirmək vacibdir. Bura, həmçinin, eşitmə və danışma qüsuru olan insanlar üçün surdo-tərcümələr də daxildir. Bununla təkcə televiziyalar yox, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də məşğul olmalıdır. Telekanallar ayrıca ştat açmamaq üçün, əlavə maaş məsələsinə görə surdo-tərcüməni ləğv edə bilərlər. Amma nəzərə almaq lazımdır ki, televiziyalara eşitmə və danışma qüsuru olan insanlar da baxırlar. Surdo-tərcümənin olmaması onların tamaşaçı hüququnun pozulması deməkdir.

Onu da bildirək ki, bu sahədə mütəxəssis sarıdan problem ola bilməz. Çünki pedaqoji təmayüllü ali məktəblərdə müvafiq ixtisaslar var. Kadr da kifayət qədərdir, çünki son illər açılan uşaq-inkişaf mərkəzlərində məhz həmin kadrlar çalışır. Bu, telekanallar üçün əlavə yük ola bilər, amma aidiyyəti qurumlar surdo-tərcümələrlə bağlı mütləq hər hansı addımlar atmalıdırlar.

  • Mayis Əliyev: “Eşitmə və danışma qabiliyyəti olmayan insanların telekanalların hazırladığı informasiya proqramlarında nəzərə alınmaması…”

Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyev bizimlə söhbətində qeyd etdi ki, eşitmə və danışma qabiliyyəti olmayan insanların telekanalların hazırladığı informasiya proqramlarında nəzərə alınmaması bu qrup əlillərin cəmiyyətə inteqrasiyası baxımından ciddi problemdir: "Televiziyalar ən çox baxılan media vasitəsidir. Demək olar ki, insanların əksəriyyəti ölkə və dünya gündəmində baş verən hadisələr haqqında informasiyanı televiziya kanallarının hazırladıqları xəbərlər proqramlarına baxaraq əldə edirlər. Ona görə də eşitmə və danışma qabiliyyəti olmayan insanların xüsusilə də televiziya kanallarında yayımlanan verilişlərdə nəzərə alınması çox önəmlidir. Təbii ki, bütün verilişlərdə bunu etmək çox çətin məsələdir. Amma, ən azından, informasiya proqramlarında surdo-tərcümədən istifadə edilməsi vacibdir".

Həmsöhbətimiz onu da vurğuladı ki, subtitrlər eşitmə və danışma qabiliyyəti olmayan şəxslərin xəbərləri başa düşməsinə yardımçı olur. Amma subtitrlər sürətli verilir ki, onu oxuyub çatdırmaq çox vaxt mümkün olmur. Subtitrləri oxumaqla xəbərləri başa düşmək olmur. Çünki subtitrlər əksər hallarda başlıq formasında təqdim olunur.

  • Qiymət Məhərrəmli: “Həm xəbərlər proqramında, həm də telekanallarda yayımlanan verilişlərdə səslənən fikirlər surdo-tərcüməçi vasitəsilə fiziki qüsurlu insanlara çatdırılmalıdır”

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli qeyd etdi ki, işarət dilinin özü bir elmdir. Nitqi olmayan və eşitmədən məhrum olan insanlar normal insanlara nisbətən daha həssas olurlar. Bu baxımdan onlara xüsusi münasibət göstərilməlidir. Bütün dünyada bu cür insanlar mədəni, sosial layihələrə cəlb edilir, televiziya proqramlarına qatılırlar: “Nitq və eşitmə qüsurlu insanların həyata baxışını formalaşdırmaq üçün onların tələbatını, zövqünü ödəyən layihələrin həyata keçirilməsi arzuediləndir. Görmə qüsurlu, danışma və eşitmə əngəlli insanlar daha həssas olduqları üçün, onlara yanaşma fərqli olmalıdır. Bu qəbildən olan şəxslər də informasiya ilə təmin olunmalıdırlar. Həm xəbərlər proqramında, həm də telekanallarda yayımlanan verilişlərdə səslənən fikirlər surdo-tərcüməçi vasitəsilə fiziki qüsurlu insanlara çatdırılmalıdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ