Məhkəmənin "tamamilə etibarsızlıq" qərarından və Kamal Kılıçdaroğlunun sədr vəzifəsinə gətirilməsindən sonra CHP daxilində “təmizləmə” davam edir. 26 vilayət şöbəsi sədrinin vəzifədən alınmasından sonra Trabzon, Rize, Artvin və Afyonkarahisar sədrlərinin də vəzifələrini itirəcəyi bildirilir. Rəhbərlik dəyişiklikləri və məhkəmə qərarlarından sonra Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində iğtişaşlar davam edir. TV100-də yayımlanan "Ərdoğan Aktaşla Bərabər Balans" verilişi partiyanın gələcəyi ilə bağlı çox təsirli pərdəarxası məlumatları açıqlayıb. Jurnalist və şərhçi Sinan Burhan təşkilatların yenidən qurulması çərçivəsində çox yaxın gələcəkdə artıq işdən çıxarılan 26 vilayət sədrinə yenilərinin əlavə olunacağını bildirib.
Bu xaric edilmə dalğasının əsas səbəblərinin partiyadaxili müxalifət və intizamsızlıq olduğu bildirilir.
SAMİRƏ