Qaqik Tsarukyanın evində axtarış hələ də davam edir. Bu barədə onun vəkili Smbat Minasyan jurnalistlərlə söhbətində bildirib. O qeyd edib ki, Tsarukyanın hazırda statusu yoxdur.
Vəkil hüquq-mühafizə orqanlarının Qaqik Tsarukyanın evindən bir şey müsadirə edib-etməməsi barədə heç bir məlumat verməyib.
"Axtarış hələ də davam etdiyi üçün heç nə deyə bilmərəm", Minasyan bildirib.
Qeyd etmək lazımdır ki, İstintaq Komitəsində baxılan ondan çox cinayət işi çərçivəsində eyni vaxtda 70-dən çox ünvanda axtarışlar aparılır.
SAMİRƏ