çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Vahid əlifba və vahid türk dili...

Image


Bu gün hər hansı bir Azərbaycan, Anadolu, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan türkündən “Koroğlu kimdir” deyə soruşsan, hamısı “O bizim xalqın qəhrəmanıdır” deyər. Yəni hər bir türk Koroğlunu öz qəhrəmanı kimi görür...

Doğrusu, Azərbaycanda “Koroğlu” dastanını dinləyib yola çıxsanız və Anadoluda nəfəs alsanız, burada da “Köroğlu” dastanını dinləyə bilərsiniz. Buradan özbək, qırğız, qazax, türkmən elinə getsəniz, yenə də qarşınıza Koroğlu çıxar... Baxın, ayrı-ayrı bayraqlar altında yaşayan türklər qəhrəmanlarını belə paylaşa bilmir. Bu, millətin birliyindən iləri gəlir. Anadoluda yaşayan Anadolu türküdür, Azərbaycanda yaşayan Azəri türküdür, Qırğızıstanda yaşayan Qırğız türküdür, Türkmənistanda, Özbəkistanda, Qazaxıstanda yaşayanlar xalis türkdürlər... Millət birdir! Biz soyu bir, dili bir, dini bir, tarixi bir, mədəniyyəti bir uca millətik. Təəssüflər olsun ki, hər hansı bir Anadolu türkü Qırğızıstana getdiyi zaman oradakı türklərlə bir-birini yüzdə 15-20% anlaya bilir. Hətta 1938-ci ildən əvvəl Anadolu türkləri ilə Azərbaycan türklərinin bir-birini yüzdə 75-80%  anlamalarına baxmayaraq, sonralar bu rəqəm yüzdə qırxa endi. Doğrudur, sərhədlər açıldıqdan sonra bu gün bu rəqəm daha yüksəklərə qalxıb.

Bu yazdıqlarımızın səbəbini açıqlamaq üçün bizim 1938-ci ilin sonrasına dönməyimiz lazımdır. Çünki 1938-ci ildən sonra Türkiyədə Türk Dil Qurumunun başında duranlardan biri olan Okop Dilaçar adında bir erməni Mustafa Kamal Atatürk dünyasını dəyişdikdən sonra bu təşkilatı quruluş qayəsindən uzaqlaşdırmaqla kifayətlənməyib, elmi tanınmaz bir yola azdırıb. Nəticədə, əsli türk dilindən olmayan və türk dilinə uyğun gəlməyən yeni kəlmələr uydurulub, musiqi kimi səslənən türkcə kəlmələr dəyişdirilməyə başlanıb. Güya bu kəlmələr İslam mədəniyyətinin təsirilə gözəl türkcəmizə keçən ərəb və fars əsilli kəlmələrdir. Məsələn, “bağışlayın, üzr istəyirəm” yerinə, müsəlmanlara aid olmayan o qorxunc “pardon” kəlməsinin istifadə edilməsi, siz “mədəniyyət” deyil, “kültür” deyəcəksiniz, “mərmər” deyib, “mermer” yazacaqsınız kimi dəyişikliklər türk dili üzərində və türk cəmiyyətlərində dərin yaralar açıb. Gözəl məqsədlərlə qurulan Türk Dil Qurumunun çatısı altına sığınan pis niyyətli Okop və əlaltıları türk dili və qrammatikası üzərində böyük təxribatlar ediblər: Osmanlı dövlətinin xarici işlər naziri olan Norandukyanın təmsil etdiyi dövlətə qarşı törətdiyi təxribatlar kimi. Bu təxribatlar nəticəsində, qırğızla Anadolu türkü bir yana dursun, hətta baba ilə nəvə bir-birini anlaya bilməz hala gətirilib. Bu xəyanətin açdığı yara yazı dilini xeyli qarışdıraraq pozub. 1980-ci illərdə dayandırılan bu pozulmalar Türkiyə türkcəsindəki kəlmələrin sayını 40 minə qədər endirib. Şükürlər olsun ki, bu gün artıq bir aradayıq və nəyin nə olduğunu ortaya qoya bilirik. Artıq Türk Dil Qurumu tərəfindən 1996-cı ildə nəşr edilən orfoqrafiya lüğətindəki kəlmələrin sayı 61 min civarındadır. Bu da bir həqiqətdir ki, türk dünyası üçün ortaq əlifba qəbul edib türk boylarının önəmli kəlmələrini bir araya gətirdiyimiz zaman türkçəmizdəki kəlmələrin sayı 100 mini aşır.

Türk milləti nə zaman birləşib böyük dövlətlər qurubsa, müstəqil yaşayıb, hətta ətrafına hökm edib; nə zaman ayrılığa düşüb, bölünüb, parçalanıbsa, düşmənləri fürsəti qaçırmayıb, müxtəlif qarışıqlıqlar yaradıblar, – bu gün yaratdıqları kimi. Bu qısa tarix xülasəsindən ortaya çıxan budur ki, türk milləti mutləq bir araya gəlməli, hər hansı bir məsələnin həllində ortaq hərəkət etməlidir. Bu da, hər şeydən əvvəl, dil birliyindən ortaya çıxar. Yəni Adriatikdən Çin səddinə qədər olan sahədə yaşayan türk milləti eyni əlifbadan istifadə etməli, eyni dildə danışmalıdır. Beləcə, gözəl türkcəmiz bütün türk dövlət və cəmiyyətlərinin arasında birləşdirici rol oynayar, mədəni və iqtisadi inkişafda önəmli bir yer tutar.

Bir millətin ən böyük dayağı dilidir. Hər bir millət öz varlığını və birliyini dili ilə qoruyar, başqalaşmaqdan və dağılıb yox olmaqdan qurtular. Dil – milli dəyərləri təşkil edən mədəniyyətin ilk təməl ünsürüdür, bir millətin səs dünyası, düşüncəsinin aynası, milli kəşflərinin ortaq xəzinəsidir. Türk milləti bir bütündür. Coğrafi ayrılıqlar, dildəki ləhçə fərqlilikləri bu millətin fərdlərinə birlik mövzusunda mənfi təsir göstərməməlidir. Türk dili parçalanmış halda yaşayan türk millətinin fərdləri arasında ən güçlü bir bağ olmalıdır. Bakıdakı, Ankaradakı, Aşqabaddakı, Daşkənddəki və Astanadakı bir türk İstanbulda və Bişkekdə yayımlanan hər hansı bir kitabı rahatlıqla oxuya bilməlidir.

Köhnə türkcədən sonra türk yazı dili qərb və şimal-şərq türkcəsi olaraq iki ana qola ayrılıb. Orta türkcə dövründə görünən bu ayrılma qərbdə Osmanlı və Azərbaycan türkcəsini ortaya çıxararkən, şimal-şərq türkcəsi də şimalda Qıpçaq, şərqdə Çağatay türkcəsini meydana gətirib. Bunlardan Osmanlı türkcəsi türklüyün uzunömürlü və kəsintisiz olan ən böyük yazı dilidir. Qərb türkcəsinin şərq dairəsini meydana gətirən Azərbaycan türkcəsi isə şifahi ədəbiyyatın və şeir ənənəsinin təsiri ilə varlığını sürdürür.

XV əsrdən sonra ortaq türkcə yerini yeni türkcəyə verib. Bu dövrdə türklüyün bir əlifba sistemi olub. Bütün türk dünyası islami türk əlifbasından istifadə edib və bu əlifba ilə asanlıqla anlaşıb. Bu dövrün türkcəsi ən böyük dil yadigarlarını Osmanlı və Azərbaycan türkcəsi ilə verib. Ancaq türkcənin xarici və daxili quruluşundan dəyişməyə başlaması dildə müxtəlif axınların əmələ gəlməsinə səbəb olub.

Türk dünyasının yerləşdiyi coğrafiya dünyanın ən zəngin və ən gözəl bölgəsidir. Bu torpaqlarda olan yeraltı və yerüstü zənginliklər dünyanın heç bir yerində yoxdur. Babalarımızın bizə əmanət etdiyi torpaqların yalnız təbii mənbələrini ağıllıca istifadə etdiyimiz təqdirdə illik milli gəlirimiz çox böyük rəqəmlərə yüksələr. Ancaq bu zənginliyə baxmayaraq, bu gün millətimiz təzyiq altındadır. Xeyr, mən bu halı türk millətinə yaraşdırmıram. Heç şübhəsiz, bunun səbəbi birliyimizin olmamasıdır. Belə məsələlərin həllində yalnız və yalnız özümüzə güvənməliyik, güvənmək üçün güçlü, güçlü olmak üçün də birlikdə olmağımız şərtdir.

Biz türklər qloballaşma dövründə bugünün və sabahın tələblərinə yalnız türk birliyinin qurulması halında tam mənada cavab verə bilərik. Yəni biz türklər türk birliyini qurmalı, türk mədəniyyətini canlandıraraq türklüyümüzə layiq rifah içərisində yaşamalıyıq.

Bu qeyd etdiklərimizi ciddi-ciddi düşündüyümüz zaman belə bir sual ortaya çıxır: Türk dövlətləri müstəqil olduqları halda nə üçün türk dövlətlərinin birliyi yaranmadı? Heç şübhəsiz, bu sualın cavabı Türk dövlətlərinin ortaq ideologiyasının olmamasıdır. Əslində türk dünyasının birliyi üçün bir ideologiya, bu ideologiyanın təməlində isə dünyaya bir nöqtədən baxış sistemi olmalıdır. Yaxşı, bəs biz ortaq ideologiyamızı necə hazırlaya bilərik? Bax, bu sualı elm adamlarımız, tarixçilərimiz, yazıçılarımız, şairlərimiz bir-birinə verməli, bu önəmli məsələnin təməlini atmalıdırlar!.. Hesab edirəm ki, bu sualın cavabı türk dünyasının birlikdə hərəkət edib ortaq türk dilinin yaradılmasında və müəyyən strategiya ilə formalaşmasındadır.

Bu gün təxminən 11 milyon kvadrat kilometrlik geniş bir əraziyə, yəni Avropanın ərazisindən təxminən 3 dəfə çox olan bir əraziyə yayılan 275 milyonluq türk dünyası parça-parça halında yaşayır, mən türkəm deyir, kökünün türk olduğunu qeyd edir, bu ifadədən qürur hissi keçirir. Laylası, əfsanəsi, qəhrəmanı və tarix birliyi olan bu insanlar sabaha inamla baxır. Bu da bir həqiqətdir ki, türk cəmiyyətlərini ilk növbədə bir-birindən ayıran əlifba birliyinin olmamasıdır. Mən bütün türk cəmiyyətləri bu mövzuda ortaq razılığa gəlməlidirlər düşüncəsindəyəm. Əslində, bu işə Sovet İttifaqının dağıldığı gündən sonra dərhal başlanmalı idi.

Yaxşı, biz türk dillərimi, yoxsa türk dilimi deməliyik? Bir çox tanınmış elm adamları bügünkü türk ləhçələrinə türk dilləri adını verir, onları ayrı-ayrı bir dil kimi göstərirlər. Aradakı fərqliliklər səs, şəkil və bəzi qrammatik xüsusiyyətlərə əsaslanır. Onu da qeyd edək ki, bu fərqlər ingilis dili ilə rus dili arasında olan fərqliliklər kimi deyil. Heç şübhəsiz, türk dilləri arasındakı fərqliliklər türk dilinin parçalanması məqsədilə edilib. Doğrusu, düşmənlərimiz bu işi müvəffəqiyyətlə yerinə yetirə bilib: bu gün Türk dünyasının 15-ə yaxın əlifbası, 20-yə yaxın ləhçəsi var. Mən bunu millətimə yaraşdıra bilmir, “Bütün türk dünyası bir əlifbadan istifadə edib, bir dildə danışmalıdır,”– deyirəm. Və bu dil birliyi nə qədər tez yaradılarsa o qədər yaxşı olar düşüncəsindəyəm.      

Yaxşı, bəs bu birlik necə yaradılmalıdır? Heç şübhəsiz, hər şey əlifba birliyindən başlayır. Yəni bir millətin bir əlifbası, bir dili olmalıdır. Yəni Türk dünyası bu çox önəmli və ciddi mövzuda ortaq razılığa gəlməlidir. Doğrudur, bu çox ciddi və önəmli məsələnin həyata keçirilməsində narazılıqların, ayrılıqların yaranacağı bir aksiomadır. Amma dil birliyinə doğru irəliləyişdə ilk addımın ortaq əlifba olduğu şübhəsizdir. Yəni türk xalqları arasında ortaq əlifba mövzusu ciddi bir şəkildə gündəmə gətirilməli, layihələr hazırlanmalı, ümumi lüğətin tərtibinə başlanmalıdır. Beləcə, ortaq türk dili məsələsi xəyali olmaqdan çıxıb reallaşar. Bu da bilinməlidir ki, ortaq dil ortaq əlifba ilə reallaşa bilər. Dünyada heç bir millətin iki əlifbası yoxdur.

Doğrusu, türk xalqları, türk boyları ifadələri mənim ürəyimcə deyil. Anadoluda yaşayan Anadolu türküdür, Azərbaycanda yaşayan Azərbaycan türküdür, Altayda yaşayan Altay türküdür, Türkmənistanda yaşayan türkmən türküdür, qazax, qırğız, özbək, başqırd, qaqauz, qaraqalpaq, qaraçay-balkar, kumık, yakut, noqay, tuvin, uyğur, xakas, çuvaş... – bunların hamısı türk millətinə mənsubdur. İfadəmiz türk xalqı, türk milləti olmalıdır! Biz bir millətik, adımız türkdür. Bizim bir əlifbamız, bir dilimiz olmalıdır! Biz gec-tez türk birliyi yaradacağıq. Mən bundan əminəm. Bunun üçün ortaq əlifba yaratmalıyıq, ortaq əlifbamız olduqda, ortaq dilimiz də olacaqdır. Doğrudur, dilimiz üzərində çox təxribatlar törədilib, erməni Okop Dilaçarın Anadolu türkcəsinin üzərində törətdiyi təxribatlar kimi. Əgər heç bir şey etmirsinizsə, o zaman təbii olaraq heç nəyə nail ola bilməzsiniz. Atalarımız doğru deyiblər, “Nə əkərsən, onu da biçərsən.”

1990-cı illərdən dağılmağa başlayan Sovet İttifaqından ayrılan türk respublikaları yeni ünsiyyət vasitəsinə ehtiyac duydular. Beləcə, ortaq türk dili ideyası yarandı, qurultaylar, konfranslar, simpoziumlar keçirildi, Azərbaycan əlifbasına iki hərf əlavə etməklə bir əlifba qəbul edildi, fəqət türk dünyasının bu mövzuda qəbul etdiyi ortaq bir fikir olmadı, olacaq kimi də görünmür. Bizə görə, türk dünyası vahid əlifbası, orfoqrafiyası və terminologiyası olan ortaq türk dili qəbul etməlidir. Bunun üçün türk dünyasının müxtəlif dilləri əsasında yeni bir dil yaratmağa ehtiyac yoxdur. Hesab edirəm ki, türk dünyası xalqlarının dillərindən biri ortaq türk dili olaraq seçilməli və seçilən bu dil digər dillərdən daha şirin səslənən kəlmələrlə zənginləşdirilməlidir. Heç şübhəsiz, bu seçim obyektiv şərtlərə əsaslanmalı – dilin səslənməsi, öyrənilmə imkanları, fonetik və qrammatik quruluşunun asanlığı kimi amillər nəzərə alınmalı, vahid əlifba, orfoqrafiya və terminologiya qəbul edilməlidir.

Hesab edirəm ki, ortaq türk dilinin yaranmasında türk dünyasının yarısından çoxunun istifadə etdiyi Oğuz türkcəsinin ən böyük bölgələri olan Türkiyə türkcəsi, Azərbaycan türkcəsi və türkmən türkcəsindən əmələ gələcək ortaq dil digər şirin şivə və ləhçələr ilə zənginləşdirilməli, İsmayıl Qaspıralı kimi tarixi atalarımızın arzu və diləkləri həyata keçirilməlidir. Yəni 275 milyonluq türk dünyası bir əlifbadan istifadə edib, bir dildə danışmalıdır.

Bu da bir həqiqətdir ki, türk dünyasının çox böyük potensialı var və türkdilli dövlətlər siyasi və iqtisadi cəhətdən sürətlə inkişaf edir. Hesab edirəm ki, türk dövlətləri arasında biznes mühitinin inkişaf etdirilməsi, iş adamlarının bir araya gətirilməsi qoyulan hədəflərə çatmaq üçün əlverişli zəmin yarada bilər. Yəni türkdilli dövlətlərarası ticarət həcminin genişlənməsi ölkələrimiz arasında birliyin möhkəmləndirilməsinin mühüm amili olar. Heç şübhəsiz, türkdilli dövlətlər arasında vizasız gediş-gəliş sistemi tətbiq olunmalıdır. Yəni viza sisteminin aradan qaldırılması ölkələrimiz arasında əhalinin sərbəst hərəkətinə geniş imkan yaradar, bu da cəmiyyətin hər sahəsində əlaqələrin, milli məsələnin belə, inkişafına gətirib çıxarar.

Heç şübhəsiz, hər şey dil birliyindən başlayır. Tam mənada birlik yaratmaq üçün də, rəhmətlik İsmayıl Qaspıralının dediyi kimi, “Dildə, fikirdə, işdə birlik” yaratmalı, eyni əlifbadan istifadə etməli, bir dildə danışmalıyıq. Bu birliyi yaratmaq üçün də, ilk növbədə aşağıda qeyd etdiyimiz təkliflər nəzərə alınmalıdır düşüncəsindəyik:

1. Yabançı güclər Türkistanı parçalamadan və türk topluluqlarına yeni isimlər vermədən əvvəl dilimizin ismi türkcə olub, bu gün də bütün türk dünyasında türkcə olaraq qəbul olunmalıdır.

2. Türk dünyasının ortaq əlifbası qəbul olunmalıdır.

3. Ana dildə təhsilə önəm verilməli və bütün türk dünyasında ortaq təhsil kitabları istifadə olunmalıdır.

4. Türk Cümhuriyyətləri və topluluqlarında ləhçələrimizin fonetika və morfologiyasındakı fərqlər aradan qaldırılmalıdır.

5. Türk dünyası üçün ümumi bir orfoqrafiya lüğəti hazırlanmalıdır.

Fazil QARAOĞLU
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ