şənbə günü, 14 noyabr 2026
     

Baş redaktorlar Dünya Köçəri Oyunlarından bu təəssüratlarla qayıtdı...

Image


Əkbər Qoşalı: “Bu, öz köçəri keçmişini unutmamış qeyri-türklərin də oyunlara marağını, bəşəri həmrəyliyi ifadə edir”
Rəşad Məcid: “Gələcəkdə Köçəri Oyunları böyük bir arealda yayılacaq, təbliğ olunacaq və bu da türk dünyasının, türk xalqlarının qədimliyini, ilkinliyini, öz tarixi mədəniyyətini qoruyub saxlamaq baxımından çox böyük hadisədir”

 

Türk xalqlarının özünəməxsus həyat tərzi, mədəniyyəti, müxtəlif qədim oyun növləri var. Maraqlıdır ki, bu oyun növləri əsasən türk xalqlarının yaşam, həyat tərzi ilə bağlıdır. Elat mədəniyyətinə sahib olan, əski çağlardan köçəri həyat tərzi keçirən türk xalqları tarixən öz oyun növlərini, dəyərlər sistemini yaradıblar. O dəyərlər sistemi çağdaş dünyamızda türk birliyinə xidmət edir. Bu gün türk birliyi bəşəriyyətə sülh, əminamanlıq, mədəniyyətlərarası sağlam əlaqlər qazandırır.

Hər bir türk qövmü, hər bir türk xalqı öz adət-ənənəsini, oyun mədəniyyətini yaşadır və onu bəşəriyyətə təqdim edir. Qırğızıstanda keçirilən və artıq düzənlənməsi ənənəvi xarakter alan Dünya Köçəri Oyunları kimi. İlk Dünya Köçəri Oyunları 2014-cü, II Dünya Köçəri Oyunları 2016-cı ildə, III Dünya Köçəri Oyunları isə bir neçə gün əvvəl keçirilib.

Qeyd edək ki, III Dünya Köçəri Oyunlarında, Azərbaycan da daxil olmaqla, 30-dan çox idman növü üzrə 80-dək ölkədən idmançılar iştirak ediblər. Oyunların miqyasının geniş, proqramının zəngin olduğu məlumdur. Oyunlar çərçivəsində İssık-Kul gölünün sahilində “Kırçın” etnoşəhərciyində “Köçərilərin qızıl əsri” adlı teatrlaşdırılmış şou təşkil olunması da qonaqları heyrətləndirib.

Türk xalqlarının keçmişi ilə müasirliyini eyni qurşaqda birləşdirən və bununla da bütün dünyanı əhatə etməyi hədəfləyən Dünya Köçəri Oyunları bütün mənalarda böyük əhəmiyyətə malikdir. Köçəri həyat tərzi keçirən bütün xalqların nümayəndələri bu oyunlara xüsusi münasibət göstərirlər.

Məlumdur ki, 2020-ci ildə Köçəri Oyunlarına Türkiyə Cümhuriyyəti evsahibliyi edəcək.

Köçəri Oyunlarının yalnız türk xalqları üçün böyük önəm kəsb etmədiyini deyən ekspertlərin sözlərinə görə, bu oyunlar öz maraqlı cəhətləri ilə diqqəti cəlb edir.

Ekspertlərin dediyinə görə, bu gün Köçəri Oyunları 70-80 ölkənin diqqətini cəlb edirsə, yaxın gələcəkdə bütün dünya bu oyunları keçirməyə maraq göstərəcək.

Dünya Köçəri Oyunlarının əhəmiyyətindən danışan Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətininü üzvü, şair-publisist Əkbər Qoşalı bildirdi ki, bu tədbir türk xalqlarının, o cümlədən də dünyanın sülhpərvər xalqlarının mədəni həyatında mühüm rol oynayır: “Qardaş Qırğızıstan Respublikasının quzeyindəki Çolpon-Ata şəhərində sentyabrın 2-dən 8-dək davam edən, “Birlikdə güc, ruhda güc” şüarlı III Dünya Köçəri Oyunları artıq başa çatıb. Hələ başlamamışdan medianın yüksək diqqətlə yanaşdığı, geniş ictimai maraqla əhatə olunan oyunlar sentyabrın 8-dən sonra da, necə deyərlər, öz cazibədarlığını saxlamaqdadır. Mən bunu çox xoş və faydalı hal sayıram.

Oyunlar çərçivəsində düzənlənmiş etnofestivalda köçəri xalqların tarixi, məişəti haqqında təqdimatlar keçirilib, müxtəlif ölkələr etnoevlər, etnomoda, epos-səhnəciklər, habelə qədim musiqilər, rəqslər nümayiş etdiriblər. Yalnız hun-türkkökənli xalqlar deyil, eləcə də Almaniya, Böyük Britaniya, Hindistan və digər ölkələr belə nümayişlərlə çıxış ediblər. Bu da, sizin dediyiniz kimi, öz köçəri keçmişini unutmamış qeyri-türklərin də oyunlara marağını, bəşəri həmrəyliyi ifadə edir. Belə xoş mərama, həmrəyliyə dünya birliyinin bu gün çox ehtiyacı var.

Bildiyiniz kimi, iki ildən bir təşkil olunan, hər dəfə minlərlə izləyici toplayan Dünya Köçəri Oyunlarının dördüncüsü 2020-ci ildə Türkiyədə, beşincisi isə 2022-ci ildə Azərbaycanda keçiriləcək. Deməli, qırğız qardaşlarımızın 2014-cü ildə başlatdığı bu diqqətəlayiq iş artıq sınırları aşaraq, yeni ölkələr, şəhərlər qazanır. Necə deyərlər, qazanır və qazandırır. 

Bilirsiniz, bu miqyasda yarışlar təşkil etmək sıradan hadisə deyil. Bəzi statistik göstəricilərə diqqət yetirək: “manqala”, “sümük atma”, “ox atma”, “qartal və şahinlə ov”, “mas və bilək güləşi” kimi 37 idman növü üzrə keçirilən yarışlarda 74 ölkədən 1986 idmançı iştirak edib; oyunlarda qaliblərə 174-ü qızıl, 173-ü gümüş və 247-si bürünc olmaqla 594 medal  verilib; ödüllərə ümumilikdə 507 min dollar xərc çəkilib.

Qeyd edək ki, yerli və xarici turistlərin böyük maraq göstərdiyi Köçəri Oyunlarının beşincisinə evsahibliyi edəcək respublikamızın bu miqyasda yarışlar, festivallar təşkil etmək sahəsində zəngin təcrübəsi var. Son illər I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edən Azərbaycan dövləti, idman ictimaiyyətimiz, könüllülər, bütövlükdə xalqımız V Köçəri Oyunlarına zəngin təcrübə ilə yanaşı, işlək infrastrukturla və ruh yüksəkliyi ilə gedir. Arzu edir, inanırıq ki, o vaxtadək torpaqlarımızı düşmən işğalından azad edər, Köçəri Oyunlarının bir bölümünü də oralarda keçirərik. Məsələn, atlı oyunlar üçün Şuşanın Cıdır düzündən daha yaxşı və anlamlı yermi var?”

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, III Dünya Köçəri Oyunlarında Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində olan Rəşad Məcid “Bakı-Xəbər”ə açıqlamasında həm səfər təəssüratlarından, həm də Köçəri Oyunlarının dünya üçün əhəmiyyətindən danışdı. “Mən burada ikinci dəfə idi ki, iştirak edirdim. 2014-cü ildə də Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində mən də Qırğızıstana getmişdim. Çolpon-Atada, Kırıcda olduq. Qırğızıstanın böyük tarixi keçmişini, mədəniyyətini, adət-ənənələrini, türk soyunu yaşatmaq baxımından Dünya Köçəri Oyunları get-gedə daha çox diqqəti cəlb etdi. Keçən dəfə bu oyunlarda 50-dən artıq, bu dəfə isə 70-dən çox ölkə iştirak etdi. Eyni zamanda da Türk Şurasının da tədbirinin Çolpan-Atada keçirilməsi, türk respublikalarının dövlət başçılarının orada iştirak etməsi çox əhəmiyyətli idi. Hesab edirəm ki, IV Köçəri Oyunlarının Türkiyədə keçirilməsi qərarı bu ideyanın həyata keçməsinə bir nümunə oldu. Gələcəkdə də Köçəri Oyunları böyük bir arealda yayılacaq, təbliğ olunacaq və bu da türk dünyasının, türk xalqlarının qədimliyini, ilkinliyini, öz tarixi mədəniyyətini qoruyub saxlamaq baxımından çox böyük hadisədir” - deyə bildirən R.Məcidin sözlərinə görə, Azərbaycanın media kapitanlarının III Dünya Köçəri Oyunlarında iştirak etməsində ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucovun böyük rolu olub. “Bizim orada iştirakımızda Hidayət müəllimin təşəbbüsü və inadkarlığı əsas rol oynadı. O bu oyunlarda Azərbaycan mətbuatının redaktorlar səviyyəsində təmsil olunmasına çalışırdı. Biz orada olduğumuz 1 həftə ərzində həm qədim türk xalqlarının qılıncoynatma, oxatma, at yarışları, şahin quşlarının iştirakı ilə olan bu və başqa tipli qədim oyunlarını  izlədik. Eyni zamanda da bu oyunlarda güləş, sambo kimi müasir idman növləri təqdim edildi. Burada bizim idmançılar 15 medal qazandılar. Ancaq şübhəsiz ki, ən böyük təəssüratımız Qırçınla bağlıdır. Burada Yanşaq və Pamir dağlarının ətəklərində qovuşan dağların başında 1000-ə yaxın çadır qurulmuşdu. Orada hər ölkə öz çadırını qurub öz mətbəxini təqdim edir, qonaqlara qulluq edirdilər. Mən orada dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər, eləcə də digər qonaqlarla təmasda oldum. Yəni Qırğızıstanın mədəniyyətini, eləcə də türk xalqlarının mədəni dəyərlərini təbliğ etmək baxımından bu oyunlar çox böyük hadisədir. Biz oradan çox böyük təəssüratlarla ayrıldıq. Biz həm gedəndə, həm də qayıdanda Almatıda olduq. Qeyd etməliyəm ki, Qazaxıstandakı səfirliyimizdə çalışan Rəşad müəllim, Nəsimi müəllim, Qazaxıstandakı diaspor nümayəndələri Süleyman müəllim, Adil müəllimin bizə göstərdiyi xoş münasibət, onların bir-birilə aralarındakı münasibətlər, diasporumuzun çox mobil şəkildə bir-birilə əlaqədə olması bizi çox sevindirdi. Elə bilirəm ki, oyunlarda digər iştirak edənlər də səfərdən çox məmnun qayıdıblar. Növbəti oyunlar Türkiyədə keçiriləcək. Əminəm ki, Qırğızıstanın başlatdığı Dünya Köçəri Oyunları Azərbaycanda da keçiriləcək” - deyə baş redaktor bildirdi.   

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ