şənbə günü, 14 noyabr 2026
     

Məktəb dərsliklərində əhəmiyyətli dəyişikliklər – nazirliyin və ekspertlərin baxışı...

Image


Rafiq İsmayılov: “Bu dərsliklərdə mətnlər dəyişdirilib, köhnə mətnlərin əvəzinə müasir şagirdlərin daha asanlıqla qavraya biləcəyi mətnlər qoyulub”
Kamran Əsədov: “Dərsliklərə dövlətin şagirdlərdə görmək istədiyi bilik və bacarıqlara uyğun yeni paraqraflar əlavə olunub” 

 

Sağlam dərslik siyasəti dövlətin mənəvi sütunlarından biridir desək yanılmarıq. Nəzərə almalıyıq ki, təlim-tərbiyənin, bilik və bacarıqların əsas təməli orta ümumtəhsil məktəblərində qoyulur. Odur ki, şagirdlərin istifadəsinə təqdim edilən tədris vəsaitləri, dərsliklər dövlətin maraq və prinsiplərinə, dil qanunlarına uyğun olmalıdır.

Heç gizlin deyil ki, indiyə qədər yazılan dəsrliklərin böyük hissəsində ciddi qüsurlar mövcud olub. Bu hətta özünü dərsliklərin dilində daha çox göstərib. Dərsliklərin əksəriyyətində yer alan qondarma mətnlər, dövlətçiliklə, azərbaycançılıqla az əlaqəsi olan nümunələr mövcud idi. Bütün mütəxəssislər, ictimaiyyət nümayəndələri, müəllimlər və valideynlər dərsliklərdəki qüsurlarla bağlı müəlliflərə öz iradlarını bildirirdilər. Bu da sözsüz ki, müəlliflərlə ictimaiyyət arasında ciddi anlaşılmazlıqlar yaradırdı. Mütəxəssislər dərsliklərdəki qüsurlarla bağlı Təhsil Nazirliyinə də çoxsaylı müraciət edir və bu qurumdan dərsliklərin hazırlanmasına müdaxilə etməsini istəyirdilər. Məlum olduğu kimi, 2018-2019-cu tədris ili üçün dövlət tərəfindən yeni dərsliklər çap olunub və 2, 7-ci, digər siniflər üçün olan bütün dərsliklər yenidən yazılıb, o biri siniflər üçün nəzərdə tutulan dərsliklər isə yeni redaksiya heyəti tərəfindən ciddi şəkildə redaktə edilərək yenidən nəşr olunub. Bu il dövlət büdcəsi hesabına 6 milyondan çox dərslik çap edilərək orta ümumtəhsil məktəblərinə göndərilib.

Təhsil Nazirliyindən mətbuata verilən məlumata görə, 1,2,3 və 7-ci sinif dərsliklərində olduqca əhəmiyyətli dəyişikliklər edilib. Bu dəyişikliklərin nədən ibarət olduğunu araşdırmaq məqsədilə həm dərslik müəllifləri, həm də müstəqil ekspertlərlə əlaqə saxladıq.  

İbtidai siniflər üçün Azərbaycan dili dərsliyinin müəllifi, tanınmış təhsil mütəxəssisi Rafiq İsmayılov bizimlə söhbətində bildirdi ki, həqiqətən də dərsliklərdə nəzərəçarpacaq dərəcədə dəyişikliklər baş verib. Bu dəyişikliklərin zərurətdən irəli gəldiyini deyən R.İsmayılov hesab edir ki, bu dərsliklər daha çox müasir şagirdlərin düşüncəsinə, maraq dairəsinə uyğunlaşdırılıb. Əvvəlki dərsliklərdə mövcud olan qüsurların aradan qaldırıldığını deyən R.İsmayılovun sözlərinə görə, bu dərsliklərdə mətnlər şagirdlərin daha tez qavrayacağı şəkildə verilib: “Əvvəlcə istəyirəm ki, 1, 2 və 3-cü sinif dərsliklərindən danışım. Bu dərsliklərdə mətnlər dəyişdirilib, köhnə mətnlərin əvəzinə müasir şagirdlərin daha asanlıqla qavraya biləcəyi mətnlər qoyulub. 2-ci sinif dərsliklərində fəsillərin yeri dəyişib. Ekspertlər belə qənaətə gəldilər ki, 1-ci bölmədəki mövzular daha ağır mövzulardır, nəinki üçüncü fəsildəki mövzular. Ona görə də biz onların yerini dəyişdik. Yeni dərsliklərin dili və üslubunda, eyni zamanda da məzmununda əhəmiyyətli dərəcədə  təkmilləşmələr, dəyişikliklər edilib. Dərsliklərin dili ilə bağlı tənqidlər bəzən subyektiv olur. Bir mətndə bir cümlə birinin bu cür xoşuna gəlir, başqa birinin başqa bir ifadədən, cümlədən xoşu gəlir. Düzdür, müəyyən standartlar var ki, dərslik müəllifləri buna riayət etməlidirlər. Tutalım, 1-ci sinif dərsliklərində sözlərin sayı maksimum dərəcədə nə qədər olmalıdır və s. Biz dərslik yazarkən onlara əməl etməyə çalışırıq. O ki, qaldı mənim də müəllifi olduğum dərsliklərin dilinə, indiyə qədər mənə kənardan hər hansı bir irad bildirilməyib. Bu məsələyə daha çox Təhsil Nazirliyinin dərslikləri ekspertiza edən işçi qrupundan münasibət bildiriblər ki, filan sözü başqa sözlə əvəz etsək yaxşı olar”.

7-ci sinif dərsliyinə gəlincə, R.İsmayılov bildirdi ki, 7-ci sinif dərsliklərində də təkmilləşdirmə işləri aparılıb. “Burada elə də ciddi struktur dəyişiklikləri yoxdur. Dəyişiklik yalnız bir mətndə baş verib. O da “Dini deyimlər” mətnidir ki, orada dəyişikliklər edildi. Nazirlikdən tövsiyə etdilər ki, o mətni dəyişdirək. Bir deyirik ki, “buğda yeyib cənnətdən çıxıb”, başqa bir sözdə “alma yeyib cənnətdən çıxıb” deyirik. Bunlardan hansı düzgündür? Bu məsələ həmin mətndə araşdırılıb. Yaxud gündəlik işlətdiyimiz “əstəfurullah”, “bərəkəllah” və s. sözlərin mənşəyi nədir, onlar hansı məqamda işlədilməlidir? Bunlar şifahi nitq üçün lazım olan məqamlar idi ki, onlarda dəyişikliklər etdik. Ümumiyyətlə, din mövzusu bir qədər həssas olduğu üçün, onu dəyişmək qərarına gəldik” - deyə R.İsmayılov qeyd etdi.

Tarix üzrə fəlsəfə doktoru, təhsil üzrə tanınmış ekspert Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, 1,2,3 və 7-ci sinif dərsliklərində baş verən dəyişikliklərlə yaxından tanışdır. Ekspertin sözlərinə görə, doğrudan da sözügedən dərsliklərdə ciddi və əhəmiyyətli dəyişikliklər edilib. Bundan əvvəlki dərsliklərdən fərqli olaraq, Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edən, dövlətimizin maraqlarını əks etdirən dərsliklər çap edilib. K.Əsədovun sözlərinə görə, qaydalara əsasən, hər 4 ildən bir orta ümumtəhsil məktəbləri üçün dərsliklər dəyişdirilməlidir. Onun bildirdiyinə görə, builki dərsliklərin dil və üslubunda, mətnlərində əvvəlki illərdəki ciddi qüsurlar yoxdur, amma nəşrlər nöqsansız da deyil. Bununla belə, K.Əsədov hesab edir ki, dərsliklərimiz gələcəkdə daha da təkmilləşəcək və xırda qüsurlar aradan qaldırılacaq. “Doğrudan da 1,2,3 və 7-ci sinif dərsliklərində əhəmiyyətli dərəcədə dəyişikliklər edilib. Bu da ondan irəli gəlir ki, artıq bu işdə bu dəfə birbaşa Təhsil Nazirliyinin özü iştirak edib. Yəni əvvəlki illərdə Təhsil Nazirliyi dərsliklərlə bağlı tender elan edirdi və hansı nəşriyyat güclü idisə, o, tenderi qazanırdı və öz heyətini yığaraq, dərsliyi hazırlayıb çap edirdi, Təhsil Nazirliyi isə onu qəbul edib dərslik kimi təsdiqləyirdi. Gizlin deyil ki, buna qədər dərslik nəşri sahəsində ciddi monopoliya mövcud idi. Bu da həmin sahədə ciddi problemlər yaradırdı. Bu gün isə vəziyyət dəyişib, artıq dərslik hazırlanması işi nəşriyyatların əlindən alınıb və hazırda bu işi Təhsil Nazirliyi həyata keçirir. Bunun nəticəsində də dərsliklərdə ciddi dəyişikliklər var. Bugünkü dərsliklər daha çox Azərbaycanın dövlət maraqlarına cavab verir”-deyə bildirən K.Əsədovun sözlərinə görə, növbəti 4 il üçün orta ümumtəhsil məktəblərində istifadə ediləcək dərsliklərin yazılışında, hazırlanmasında Təhsil Nazirliyinin seçdiyi mütəxəssislər iştirak edib. Bunun nəticəsində köhnə müəlliflərin hazırladığı mətnlərin, mövzuların yeniləri ilə əvəz edildiyini deyən K.Əsədov hesab edir ki, 1,2,3 və 7-ci sinif dərsliklərində edilən müsbət dəyişikliklər tədris zamanı özünü göstərəcək: “Tutalım, əvvəlki müəlliflərin dərsliklərində 26 paraqraf var idisə, köhnə müəlliflərin müəllif hüququ əlindən alındığı üçün, yeni müəllif kollektivi onun 12 paraqrafını yenidən yazıb. İndiki dərsliklərdən köhnə müəlliflərin xəbəri yoxdur. Yeni müəllif kollektivi köhnə dərslikləri yenidən işləyərək onlara daha sistematik, daha gərəkli informasiyalar yerləşdiriblər. Dərsliklərə dövlətin şagirdlərdə görmək istədiyi bilik və bacarıqlara uyğun yeni paraqraflar əlavə olunub. Ən ciddi dəyişikliklər 1,2,3, 7 sinif dərsliklərində edilib. 11 sinfin tarix kitabına da dəyişikliklər olunub. İlk dəfə olaraq 11-ci siniflər üçün dərsliklər kurikulumun tələblərinə uyğun yazılıb. Bu informasiyalar dövlətin tələb etdiyi standartlara uyğun tərtib edilib. Bu il şagirdlərin istifadəsinə verilən dərsliklərdə yenə də qüsurlar mövcuddur və dərsliklərin redaktəyə ehtiyacı var. Ancaq 4 il əvvəlki dərsliklərlə yeni dərslikləri müqayisə etdikdə görürük ki, həmin paraqraflar kifayət qədər yüngülləşdirilib və sadələşdirilib. 1,2,3 və 7-ci sinif dərsliklərini Təhsil Nazirliyinin yaratdığı dərslik qrupu hazırlayıb, bundan sonra da onlar hazırlayacaq. Qeyd etdiyim kimi, bundan əvvəlki illərdəki dərslikləri isə nəşriyyatlar hazırlayırdı. O dərsliklər tenderdə qalib gəlməsəydilər belə, Təhsil Nazirliyi məcburiyyətdən o dərslikləri orta ümumtəhsil məktəblərinin istifadəsinə buraxırdı. Bu qaydalar artıq dəyişilib. Bundan sonra dərsliklərdə olan problemlərə, nöqsanlara birbaşa cavabdeh Təhsil Nazirliyidir. İndən sonra nazirlik “bizlik deyil” deyib məsuliyyəti öz üzərindən atmayacaq. Çünki dərsliklər birbaşa nazirliyin fəaliyyəti nəticəsində hazırlanacaq. Bilirsiniz bu sahədə əsas problem nə idi? Dərsliklər nəşriyyatların monopoliyasında idi. Hansı nəşriyyat güclü idisə, onun dərsliyi qalib gəlirdi. İndi isə dərsliklər nəşriyyatların monopoliyasından xilas olub”.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ