şənbə günü, 14 noyabr 2026
     

Azərbaycanda rusdilli məktəblər şəbəkəsi artan xətt üzrə inkişaf üçün böyük imkanlara malikdir

Image


Buludxan Xəlilov: “Azərbaycanda rus dilində təhsilə ictimai tələbatın çoxluğu bu dilin ölkəmizdə böyük  perspektivlərinin olduğunu göstərir” 

 

Azərbaycanda rus dilində təhsil almaq istəyənlərin sayında son bir neçə ildir ciddi artım müşahidə edilir. Respublikamızda bir sıra orta ümumtəhsil məktəblərində rus bölmələri də fəaliyyət göstərir və ümumilikdə 90 mindən artıq şagird rus dilində təhsil alır.

Ölkəmizdə rus dilində təhsilə ictimai marağın olması məsələsini Rusiya Prezidenti Vladimir Putinlə  birgə keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də vurğulayıb. Azərbaycanda 340 rus dilində təhsil verən məktəbin fəaliyyət göstərdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdə rus mədəniyyətinə, rus dilinə, bizi birləşdirən dəyərlərə çox qayğı ilə yanaşılır. “… Humanitar sahədə əməkdaşlıq diskussiyalarımızda xüsusi yer tutdu. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə, əsrlər boyu xalqlarımızı birləşdirmiş və bu gün də birləşdirən nə varsa, hamısına çox qayğı ilə yanaşırlar. Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur”.

Azərbaycanda rus dilində təhsilə ictimai tələbatın getdikcə böyüməsi perspektivləri nə qədərdir?

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakülətəsinin dekanı, professor Buludxan Xəlilov bizimlə söhbətində bildirdi ki, bu gün Azərbaycan ictimaiyyətində rus dilində təhsilə maraq çox böyükdür və bu da ölkəmizdə rus dilində təhsilin uğurlu perspektivindən xəbər verir. “Tarixən Azərbaycanda rus dilinə önəm verilib. Heç şübhəsiz ki, bunun da obyektiv və subyektiv səbəbləri olub. Obyektiv səbəbi budur ki, biz elə bir bölgədə yaşamışıq ki, Sovetlər dönəmində Sovet İttifaqına daxil olan respublikalarda aparıcı dil rus dili olub. Təbii ki, insanların inkişafına, Sovet İttifaqında nüfuz qazanmağa, bədii, elmi kitabları oxumağa, eləcə də başqa xalqlarla ünsiyyət qurmaq üçün rus dilinə böyük ehtiyac vardı. Etiraf edək ki, həmin dönəmdə SSRİ-yə daxil olan respublikalar üçün rus dili bir elitar dil idi. Rus dili intellekt dili idi, elmi, hüquqi, siyasi ədəbiyyat bu dildə çap olunurdu, xarici dillərdən bütün mühüm kitablar birbaşa rus dilinə tərcümə edilirdi. Ona görə də insanların öz biliyini, dünyagörüşünü artırması üçün rus dilinə çox böyük ehtiyac vardı. Sovetlər Birliyi dağıldıqdan sonra bu sahədə vəziyyət dəyişdi və vəziyyət dəyişikliyi ona gətirib çıxardı ki, respublikamızda rusdilli məktəblərin sayı azalmağa başladı. Açıq deyək, hətta orta ümumtəhsil məktəblərinin rus bölmələrinə valideynlər övladlarını qoymamağa başladılar. Bir az o dövrün siyasi mənzərəsinin dəyişməsi, dünyada gedən proseslərin başqa şəkil alması rus dilinin nüfuzunu bir qədər zəiflətdi. Müstəqillik dövrünün ilk illərində biz çox çətin tarixi bir dönəm yaşadıq. Həmin tarixi dönəm bizə bir daha diqtə etdi ki, biz rus dilindən imtina edə bilmərik. Ona görə ki, yaşadığımız Cənubi Qafqazda qonşu respublikalarla ünsiyyət qurmaq, eləcə də postsovet respublikaları ilə əlaqə saxlamaq  üçün rus dilinə böyük ehtiyac var. Rus dilinə kütləvi surətdə elmi, siyasi, hüquqi ədəbiyyat çevirilib ki, biz bu bilgiləri əldə etmək üçün mütləq rusdilli nəşrlərə müraciət etməli oluruq. Biz müstəqillik əldə etdikdən sonra bütün dünyada gedən proseslər onu göstərdi ki, rus dili öz nüfuzunda qaldı. Yəni yalnız Azərbaycanda deyil, qardaş Türkiyədə, eləcə də dünyanın digər ölkələrində rus dilini xüsusi öyrənən insanlar çoxdur. Bu da onu göstərir ki, demək, rus dili də dünya insanının marağında olan dillərdən biridir. Bu səbəbdən də həm regiondakı siyasəti tənzimləmək, həm bölgədə müxtəlif millətlər arasında ünsiyyət qurmaq, həm də postsovet məkanında əlaqələr saxlamaq üçün rus dilinin aktuallığı artır. Ona görə də Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında ölkəmizdə rus dilində 340 məktəbin fəaliyyət göstərdiyini qeyd etməsi sadəcə bir siyasi rəqəm deyil, bu siyasi rəqəmin arxasında bir sosial baza da dayanır. Sosial baza da ondan ibarətdir ki, artıq Azərbaycanda valideynlər öz övladlarını rus bölmələrində oxudurlar. Bu gün Azərbaycanın orta ümumtəhsil məktəblərinin rus bölmələrində ancaq rusların və etnik xalqların nümayəndələrinin övladları təhsil almır, həm də azərbaycanlılar oxuyurlar. Onlar öz biliklərini rus dilində təhsil almaqla artırır, gələcək perspektivlərini rus dili vasitəsilə görürlər” - deyə bildirən B.Xəlilov qeyd etdi ki, artıq bu proses orta məktəblərlə yanaşı, ali məktəblərdə də təbii olaraq gedir. O bildirdi ki, hazırda ali məktəblərdə də rus bölmələrinə, rus dili qruplarına ehtiyac artır. B.Xəlilovun sözlərinə görə, təmsil etdiyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin rus bölmələrini bitirən məzunların pedaqoji fəaliyyətinə məktəblərdə ehtiyac böyükdür: “Ali məktəblərin rus bölməsini bitirənlər bu gün respublikamızda özlərinə asanlıqla iş tapa bilirlər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin timsalında bir faktı qeyd etmək istəyirəm. Bizim universitetdə ibtidai sinif müəllimliyinin rus bölməsini bitirən məzunlarımız çox asanlıqla iş tapırlar. İndi bizim ali məktəbdə qayda belədir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirən məzunlar Təhsil Nazirliyinin xətti ilə imtahan verirlər və imtahanda keçid balı toplayanlar vakant yerləri tuturlar. Amma rus bölməsini bitirən ibtidai sinif müəllimləri hələ 4 kursda oxuyarkən orta məktəblərdən xüsusi nümayəndələr gəlib onlara təklif edirlər ki, siz filan məktəbin rus bölməsində ibtidai sinif müəllimi işləyə bilərsiniz. Yəni bu gün Azərbaycanda orta məktəblərin ibtidai sinfində rus bölümündə dərs deyəcək müəllimlərə böyük ehtiyac var. Bu tələbat da onu göstərir ki, bizim valideynlər öz övladlarını orta məktəblərin ibtidai siniflərinin rus bölməsinə qoyurlar. Demək, Azərbaycanda rus dilində təhsilə ictimai tələbatın çoxluğu bu dilin ölkəmizdə böyük perspektivlərinin olduğunu göstərir”.  

B.Xəlilov qeyd etdi ki, orta məktəblərin rus dili bölməsini bitirən gənclər Azərbaycanla yanaşı, keçmiş sovet respublikalarında da öz təhsillərini uğurla davam etdirir və özlərini təsdiq edə bilirlər. Rus dilində təhsilin perspektivindən danışan mütəxəssis onu da vurğuladı ki, bu amil Rusiya və Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsinə şərait yaradır.

“Hesab edirəm ki, bu, rus dilinin kortəbii şəkildə nüfuzunun qalxması deyil, rus dilinin Azərbaycanda əsaslı, elmi, obyektiv şəkildə nüfuzudur. Əlbəttə, bu nüfuzda heç də Azərbaycan dilinə kölgə salmaq prinsipi yoxdur. Bu, dillərin rəqabəti prosesidir. Rus dilində təhsilin olması o deməkdir ki, Azərbaycandakı orta ümumtəhsil məktəblərinin rus bölmələrində, eləcə də ölkəmizdəki rusdilli məktəblərdə oxuyan şagirdlərimiz və orada dərs deyən müəllimlərimiz Azərbaycan dilində olan dərslərlə rəqabət prosesinə qoşula biləcəklər. Bu da artıq təhsilin, tədrisin keyfiyyətini yüksəldəcək. Tarix boyu Azərbaycanda rus bölməsində oxuyanlarla Azərbaycan bölməsində oxuyanlar arasında bir rəqabət olub. Etiraf edək ki, rus bölməsində tədrisin daha güclü olduğu, eləcə də burada dərs deyən müəllimlərin daha savadlı olduğu deyilib. Bu mənada bu rəqabət forması tədrisin keyfiyyətinin qalxmasının xeyrinə olacaq” - deyə B.Xəlilov bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ