Bazar günü günü, 15 noyabr 2026
     

Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələri hansı səviyyədədir?

Image


Paşa Kərimov: “Hazırda əlyazmaların elektronlaşdırılması sahəsində işlər gedir”

 

Qədim və orta əsrlərə, eləcə də ondan sonrakı dövrlərə aid olan əlyazmalar bütün göstəricilərinə görə böyük maraq kəsb edir. Azərbaycan alimlərinə, mütəfəkkir və şairlərinə, dövlət xadimlərinə, dinşünaslara məxsus olan əlyazmalarımız Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunur, tədqiqata cəlb olunur, nəşr edilərək elmi ictimaiyyətə və bu sahələrlə maraqlananlara təqdim edilir.

O da məlumdur ki, Azərbaycanla bağlı bir sıra əlyazmaların əsli dünyanın müxtəlif muzey və kitabxanalarında saxlanır. Bildiyimiz kimi, mədəniyyətimizlə, ədəbiyyatımızla, folklorumuzla, elmimizlə, dövlətçiliyimizlə bağlı nadir sənədlərin böyük hissəsinin xarici ölkələrin muzey və kitabxanalarında saxlanması Azərbaycanın təbliği deməkdir. Amma bununla belə, o nümunələrin ölkəmizə gətirilməsi vacib məsələdir. Əlyazmalar İnstitutu isə o örnəklərin ancaq surətini əldə edə bilir. 

Sözsüz ki, Əlyazmalar İnstitutunun əməkdaşları beynəlxalq əlaqələr, əməkdaşlıq çərçivəsində həmin ölkələrin muzey, kitabxana və arxivlərinə daxil olur və əlyazmaların surətini əldə edə bilirlər. Əlyazmalar İnstitutu son illər beynəlxalq əlaqələrini genişləndirir. Bununla bağlı bir sıra ölkələrin əlaqədar qurumları, kitabxanaları ilə əməkdaşlıq müqavilələri imzalayırlar.

Qeyd edək ki, bir müddət əvvəl İnstitut Misir Mərkəzi Kitabxanası ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilənin şərtlərinə tərəflərin  kadr mübadiləsi aparmaları, birgə elmi məcmuələr nəşr etmələri, əməkdaşların qarşılıqlı şəkildə ezamiyyələri, hər iki ölkədə əlyazma və nadir kitablardan istifadə hüququ  və s. daxiıdir.

İnstitutdan verilən məlumata görə, tarixin bütün mərhələlərində Azərbaycanla Misir arasında sıx ictimai-siyasi, dini, elmi-mədəni əlaqələr olub. Bu da ərəb alim və mütəfəkkirlərinin öz əsərlərində Azərbaycan haqqında ətraflı söhbət açmalarına, eyni zamanda, azərbaycanlı müəlliflərin əsərlərinin dünyanın bu qədim mədəni mərkəzinə gedib çıxmasına səbəb olub.

Məlumata görə, Sovet dönəmində Azərbaycan alimlərinin Misirin elmi-mədəni mərkəzləri ilə birbaşa əlaqə saxlamaları, həmin mənbələrdən istifadə etmələri çətin olub. Yalnız müstəqillik dönəmində Azərbaycan alimləri belə imkan əldə etmişlər.

Müqavilədə əsas şərtlərdən biri məhz  Misir Mərkəzi Kitabxanasında ölkəmiz haqqında olan mənbələri aşkarlamaq, onların surətini əldə etmək və onları geniş oxucu auditoriyasına təqdim etməkdir.

Əlyazmalar İnstitutundan aldığımız digər məlumata görə, Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə də əlaqələr genişlənir. Qeyd edək ki, sözügedən ali məktəbdə Azərbaycan dili və ədəbiyyatı tədris olunur. Əlyazmalar İnstitutu və Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə noyabr ayında ikitərəfli əməkdaşlıq memorandumunun imzalanmasının mümkünlüyü qeyd edilir.

Əlyazmalar İnstitutunun Fransa Milli Kitabxanası ilə də əlaqələri genişlənir. Əlyazmalar İnstitutunun rəsmi saytında bildirilir ki, institutun direktor müavini Aybəniz Əliyeva-Kəngərli ezamiyyət dövründə Fransa Milli Kitabxanasının Fransua Mitteran adına əsas kompleksində, eləcə də əlyazmaların və qədim kitabların toplandığı  Rişelye binalarında mühafizə olunan qiymətli fondlarla tanış olub. Mari Jenevyeva-Quesdon A.Əliyeva-Kəngərliyə fondların tərkibi, onlardan istifadə və mühafizə məsələləri barədə məlumat verib, qonağı Fransa kralı V Karl Valuanın (1338-1380) hakimiyyəti illərindən indiyədək kitabxanaya daxil olmuş ən qiymətli əlyazma kolleksiyaları ilə tanış edib. A.Əliyeva-Kəngərli “Jak Mentelin əlyazma kolleksiyası”, “Genyer” toplusu, “Kolber” kitabxanası, Volter və Monetinin şəxsi kolleksiyalarına daxil olan əlyazma və qədim kitablar nümayiş olunan salonlarda olmuş, onların bərpa və restavrasiya, həmçinin, rəqəmsallaşdırma proseslərini əyani müşahidə edib. Görüş zamanı qeyd olunub ki, Fransa Milli Kitabxanasında qorunan 32 milyonluq fondun təxminən 10 faizi “Qallika” proqramı çərçivəsində elektronlaşdırılaraq internet üzərindən oxucuların istifadəsinə verilib. Eyni zamanda, tərəflər arasında qədim kitabların və əlyazmaların rəqəmsal formatda emal edilməsi, qorunması və mübadiləsi, Dünya Elektron Kitabxanası vasitəsilə oxuculara çatdırılması mövzusunda geniş fikir mübadiləsi aparılıb. A.Əliyeva-Kəngərli, öz növbəsində, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun müvafiq sahədə əldə etdiyi təcrübəni həmkarının diqqətinə çatdırıb, son illərdə institutun əldə etdiyi nailiyyətlər və tətbiq etdiyi yüksək texnologiyalar (avtomatlaşdırılmış kitabxana-informasiya sistemləri, əlyazmaların multimedik informasiya köşkləri vasitəsilə virtual sərgilənməsi platformaları və s.) barədə geniş məlumat verib. A.Əliyeva-Kəngərlinin kitabxanaya hədiyyə etdiyi kitablar, o cümlədən Əlyazmalar İnstitutunun fondunda qorunan müxtəlif dillərdəki əlyazmaların kataloqları fransalı departament rəhbərinin böyük marağına səbəb olub.

Fransa Milli Kitabxanası tərəfindən isə Əlyazmalar İnstitutuna ərəb ədəbiyyatı tarixində məşhur məqamə ustası kimi tanınan Əbu Muhamməl əl-Qasim əl-Həririnin (1054-1122) “Məqamələr toplusu” (köçürülmə tarixi 1236-37-ci illər) və məşhur isfahanlı riyaziyyatçı-astronom Əbdürrəhman əs-Sufinin “Kitab süvar əl-kəvakib” (“Sabit ulduzlar kitabı”)  əsərinin əlyazma nüsxələri (köçürülmə tarixi 1417-ci il) elektron şəkildə hədiyyə edilib.

M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələri genişlənir: “Biz beynəlxalq əlaqələr çərçivəsində əlyazmaları alıb ölkəmizə gətiririk. Bildiyiniz kimi, bəzi qurumlarla müqavilə imzalamışıq. İstəyirik ki, onlarla əlaqəmiz olsun, əlyazma mübadiləsi edək”.

Beynəlxalq əlaqələr fonunda kadr mübadiləsinin reallaşacağı fikrinə gəlincə, P.Kərimov bildirdi ki, bu barədə məlumatı yoxdur. 

Kadrların yetişdirilməsinə gəlincə, P.Kərimov dedi ki, artıq  keçən ildən Əlyazmalar İnstitutuna magistratura yeri verilib: “Yer az olsa da, verilib. Bu sahədə tədris gedir. Yəqin ki, bunun bizim kadr məsələmizə xeyri ola bilər. Ali məktəblərdə əlyazma mütəxəssisləri hazırlanmır, yəni belə bir ixtisas yoxdur. Magistraturada təhsil alanların çoxu ilk dəfədir bu sahəyə gəlir. Bizim əlyazmalar ərəb, fars, türk dillərindədir. Bu sahələr üzrə də öz mütəxəssislərimiz var. Bizdə başqa dillərdə əlyazma yoxdur”.  

Məlum olduğu kimi, dünya təcrübəsində əlyazmaların elektronlaşdırılması, virtual oxuya açıq olması ilə bağlı işlər görülüb. Azərbaycanda da bu işin həyata keçirilməsinə başlanıb. Əlyazmaların elektronlaşdırılması məsələsinin aktual olduğunu qeyd edən P.Kərimov bildirdi ki, bu yöndə işlər aparılır: “Hazırda əlyazmaların elektronlaşdırılması sahəsində işlər gedir. İndiyə qədər nə qədər əlyazmanın elektronlaşdırıldığı haqqında dəqiq söz deyə bilmərəm”.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, kataloqlaşdırma başa çatdıqdan sonra bütün əlyazmaların variantları internet vasitəsilə oxuculara çatdırılacaq. Məlumata görə, iş prosesində əsərlərin əlyazma şəkilləri nəzərdən keçirilib və bərpaya ehtiyacı olan təxminən 25 mini təsbit edilib: “Bərpasına başlanan və nümayiş siyahısında olan əsərlər arasında dünya elm tarixində böyük əhəmiyyətə malik olan Əbül-Fəth Məhəmməd b. Məhəmmədin 62 cildlik “Heyvan ensiklopediyası”, İbn Sinanın “Əl-Qanun fit-Tibb” adlı əsəri və Zamahşərinin “əl-Kəssaf” adlı Quran təfsiri də var”.

Əlyazmalar İnstitutunun həyata keçirdiyi hər bir layihənin mədəniyyətimiz, elmimiz üçün böyük faydası var. Sözsüz ki, əlyazmalar elektronlaşdırılandan sonra ictimaiyyət bu sahədə daha çox məlumat əldə edəcək.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ