İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın açıqlamalarını təkzib edərək Tehranın Vaşinqtondan danışıqları bərpa etməsini istəmədiyini bildirib.
Reuters agentliyinin verdiyi məlumata görə, İran XİN sözçüsü həmçinin bildirib ki, ABŞ anlaşma memorandumunda nəzərdə tutulan öhdəlikləri pozacağı halda dərhal cavab tədbirləri görüləcək.
Nazirlik Trampın, iki ölkə arasında son gərginliyin ardından İranın danışıqlar prosesinin davam etdirilməsini istədiyi barədə açıqlamasını da tənqid edib.
Bildirilib ki, İran ABŞ-dan danışıqların davam etdirilməsini istəməyib: "ABŞ-la danışıqlar tələb etməmişik, lakin Qətər vasitəçilərinin İrana səfərini qəbul etmişik".
Tahir TAĞIYEV