S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı yayılan xəbərləri dəyərləndirən Türkiyə Xarici işlər naziri Hakan Fidan prosesin davam etdiyini bildirib.
S-400-lərin üçüncü ölkəyə göndərilməsi ehtimalı barədə danışan Fidan bildirib ki, Rusiya da bu danışıqların ayrılmaz hissəsi olmalıdır: "Bununla bağlı proses davam edir və hökumət daxilində müzakirələr və danışıqlar aparılır. Ruslarla da sağlam bir müzakirə aparılmalıdır".
Fidan iki ölkə liderləri arasında bu məsələ ilə bağlı siyasi iradənin olduğunu vurğulayıb. XİN başçısı qeyd edib ki, Rusiya da müzakirələrin bir hissəsi olmalıdır, çünki S-400-lər onlardan alınıb.
Tahir TAĞIYEV