Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin iclasında Əminağa Sadıqov professorluq statusundan məhrum edilib. Bu barədə məlumat sosial şəbəkələrdə və mediada yayılıb.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovla bağlı qərar verilib.
Qərarın hansı səbəbdən verildiyi barədə hələlik rəsmi açıqlama yoxdur.
Məlumata görə, Ə.Sadıqov 2010-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.
Qeyd edək ki, Ə.Sadıqovun professorluq statusundan məhrum edilməsi barədə AAK-ın rəsmi saytında heç bir məlumat yer almayıb.
baki-xeber.com olaraq yayılan xəbərə Ə. Sadıqovun münasibətini öyrənməyə çalışdıq, lakin mümkün olmadı.
İradə SARIYEVA