NoyabrınM29-da Mingəçevir Dövlət Universitetində (MDU) növbəti “Açıq Qapı” günü keçirilib. MDU-nun rektoru Anar Eminov ənənəvi olaraq universitetin tələbə və magistrantları, eləcə də onların valideynləri ilə görüşüb.
Açıq dialoq formatında təşkil olunan tədbirdə universitetin bir sıra struktur bölmələrinin rəhbərləri də iştirak ediblər. Görüş zamanı tələbə, magistrant və valideynlərin müraciət və təklifləri dinlənilib, həlli istiqamətində müvafiq tapşırıqlar verilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Müraciətlər əsasən istehsalat təcrübəsinin təşkili, xarici dil biliklərinin təkmilləşdirilməsi, tədris prosesində çevikliyin artırılması, müəllim-tələbə kommunikasiyasının daha da yaxşılaşdırılması, həmçinin xaricdə təhsil ilə bağlı olub. Qeyd edək ki, bu formatda görüşlər davamlı şəkildə təşkil olunacaq, universitetdə idarəetmənin və tədris mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.
İRADƏ