çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qəhrəmanlıq kökdən gəlir

Image


«Kim ailəsini və torpağını müdafiə etdiyi zaman öldürülərsə, o, şəhiddir”.
Davud peyğəmbər (rəsulullah)

Şəhid Vətən uğrunda təmənnasız can fəda edən qəhrəmandır. Şəhidlik isə yüksək mərtəbədir - hər bir Vətən sevdalı insanın öz ölümü ilə ibadətidir. O kəs ki, mənasını çox dürüst bildiyi bir amal uğrunda cihad edir, bu, mənəvi ibadət sayılır və öldüyü an şəhidlik zirvəsinə yüksəlir.

Şəhidlər Vətən-tor­paq səcdəgahıdır; Vətən qoynunda əbədi uyumaq xoşbəxtliyi, hə­qiqi-qorxmaz torpaq sevgisi hər kəsə nəsib olmur. Çünki şəhidliyə gedən yol sabaha qürurla açılan tarix-şərəf qapısıdır.

Hər igid oğul üçün müqəddəs bir ünvan var - Vətən! Şəhidlər məhz buna görə bəzən ger­çək Vətən hesab olunurlar.

Hamımız yaxşı bilirik ki, Vətən uğrunda şəhid olan oğullarımızın qəhrəmanlıqları tarixdə əbədilik haqqı tapır. Bu şərəfli missiya əsrlərlə nəsillərin yaddaşında dərin izlər buraxıb. Bəli, nə qədər ki, mübarizə var, qəhrəmanlıq da bir Vətən sevdası kimi özünü göstərəcək.

Bəllidir ki, 1988-ci ildə başlanan çirkin siyasi oyunlar xalqımızın qeyrət hissini oyatdı və bu, Birinci Qarabağ müharibəsinə zəmin verdi, müəyyən səbəblərdən 1992-1994-cü illərdə Azərbaycan iyirmi faizdən artıq torpağını itirdi. Bu müharibədə xalqımızın minlərlə oğul və qızı torpaq uğrunda canından keçdi. Belə qəhrəman oğullardan biri də Əvəz Məmməd oğlu Paşayev idi...

Qısa tanışlıq:

Əvəz Məmməd oğlu Paşayev 29 may 1949-cu ildə Ağsu şəhərində anadan olub. Atası Məmməd Paşayev 1955-ci ildə Bakı şəhərinə köçüb. Əvəz birinci sinfə İkinci Zabratdakı 75 nömrəli orta məktəbdə gedib. Beşinci sinfə qədər burada oxuyub, sonra sənədlərini Maliyyə-Kredit texnikumuna verib; həm texnikumda təhsil alıb, həm də onillik məktəbin attestatını alıb. Bir müddət maliyyə sahəsində işləyib. Sonra ordu sıralarına çağırılıb. Almaniyanın Berlin şəhərində tankçı kimi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra Bakıdakı zavodlardan birində fəhlə kimi çalışıb. Xeyli vaxtdan sonra Əvəz Paşayev yaponlarla birlikdə Bakı Kondisioner zavodunda işləyib. Burada onun çalışqanlığına və əmək qabiliyyətinə heyran kəsilən almaniyalı mütəxəssislər onu özləri ilə Almaniyaya aparmaq istəyiblər, lakin o, razı olmayıb, Vətəndə qalıb işləməyi, xalqına xidmət etməyi bundan üstün tutub. 1988-1989-cu illərdə Bakıda meydan hərəkatı mitinqləri başlayanda Əvəz Paşayev dəfələrlə döyüşə getmək üçün müraciət edib, 4 uşaq atası olduğu üçün onun istəyinə əməl olunmayıb. 1992-ci ildə televiziyada Xocalı faciəsinin dəhşətlərini izləyərkən həyat yoldaşı Püstə xanıma deyib ki, nə yolla olursa-olsun, mütləq müharibəyə getməliyəm. Elə də edib; könüllü olaraq Füzuli bölgəsinə yollanıb. Bir neçə ay burada düşmənə qarşı döyüşdükdən sonra Əvəz Paşayev sağ ayağından yaralanıb. Yaralı halda evə qayıdıb, ailəsi və övladları ilə görüşüb, yenidən cəbhəyə qayıdıb. Bir müddətdən sonra Əvəz Paşayev Bakıya gəlib, Pirkəşküldəki təlim mərkəzində gənc əsgərlərə güllə atmaq, silahdan necə istifadə etmək qaydalarını öyrədib. Bundan sonra Qubadlı rayonuna yollanıb. Döyüşlərin birində 5 gənc əsgər yoldaşı ilə birlikdə mühasirəyə düşüb. Düşmən mühasirədə az adam olduğunu anlayıb, qəfildən hücuma keçib. Beləliklə, 17 avqust 1992-ci ildə Vətəni canından çox sevən Əvəz Paşayev erməni snayperçiləri tərəfindən vurulub, digər gənc əsgərlər də həlak olub. Əvəz Paşayev isə 1992-ci ilin 17 oktyabrında qəhrəmanlıq zirvəsinə ucalıb. Yalnız 28 oktyabr 1992-ci ildə onların nəşləri vertolyot vasitəsilə qaldıqları ərazidən götürülüb. Onunla birlikdə həlak olan digər 5 əsgərdən ikisi Bakıdakı Şəhidlər Xiyabanında - Əvəz Paşayevin məzarının yanında dəfn edilib.

Vətən sevgisini bütün sevgilərdən yüksəkdə tutan Əvəz Paşayevin cəsur döyüşçü salnaməsi nəsillərin yaddaşında silinməz izlər buraxıb. Bunu döyüşçü dostlarının onun haqqındakı tük ürpədən fikirlər də sübut edir: «Əvəz Paşayev sözündən, andından, əqidəsindən dönməyən cəsur, qorxmaz hərbçi idi. Vətəni canından əziz tuturdu. Qorxunun nə olduğunu bilmirdi. Həmişə ön xəttə, cəbhənin ən qaynar nöqtələrində olardı. Komandirlər ona çox etibar edir, inanır və güvənirdilər. Ölümündən iki gün əvvəl düşmənin 24 əsgərini məhv etmişdi. Düşmən onun başına pul qoymuşdu. O, səngərdə çox vaxt ayaq üstə vuruşurdu. Biz onun vətənpərvərliyinə, döyüş bacarığına, cəsarətinə, əsl qəhrəmanlığına güvənib döyüşlərə atılırdıq...»

Əlbəttə, belə bir qəhrəman oğlu olan Vətən heç vaxt basılmaz.

Əvəz Paşayevin adı ölümündən sonra əbədiləşdirildi. Zabrat Mədəniyyət evi hazırda qəhrəman döyüşçü, əsl Vətən təəssübkeşi Əvəz Paşayevin adını daşıyır. Ancaq çox təəssüflər olsun ki, şəhidin büstü qoyulmuş, bir hektar ərazisi olan mədəniyyət evi bərbad vəziyyətdədir, qeyrətli Vətən oğlunun adına hörmətsizlik gətirir. Buranın abadlaşmasına, ərazinin gözəl, yaraşıqlı bir parka çevrilməsinə çox ciddi ehtiyac var. Çünki yeni nəsil onun kimi bir qəhrəmanın tez-tez ziyarətinə getmək, ondan qəhrəmanlıq əxz etmək istəyir.

Mədəniyyət evinin bərbad gündə olması şəhid qəhrəman Əvəz Paşayevin həyat yoldaşı Püstə Paşayevanı da çox narahat edir. Söhbət əsnasında Püstə xanım deyir: «Əvəz Vətən və millət naminə öz canından keçib. Dövlətimiz 1994-cü ildə Zabratdakı Mədəniyyət evinə onun adını verib, orada qəhrəman döyüşçünün büstünü qoyub. Ərazinin bərbad gündə olması həm bizə, həm də həyat yoldaşımı ziyarət etmək istəyənlərə çox pis təsir edir. Mədəniyyət evi hesab olunan binanın 100 yaşı var, uçulub-tökülür. Binanın təmir və bərpa işlərinə böyük ehtiyacı var. Həmçinin, orada ağaclar əkmək, park salmaq, zövq oxşayan şərait qurmaq lazımdır. Əvəz Vətən yolunda qurban getdi. Vətən də onun kimi cəsur bir döyüşçünün şərəfini uca tutmalıdır. Bir şəhid ailəsi kimi bütün bunları cənab prezidentdən xahiş edirəm. Bu, bizim üçün ən azından bir təsəlli olar...»

Əvəz Paşayevin yurdunda od qoruyanlar - övladları Sevinc ali təhsillidir, Nemət, Rəşad və Kərbəlayi Azər də din-iman əhli, Vətən təəssübkeşləridir. Nəvələri Əvəz, Məhəmməd Mehdi, Fatimə, Kərim Hüseyn də babaları kimi Vətən sevdalı çöhrədə görünürlər.

Bu gün təkcə ailəsi deyil, bütün Azərbaycan xalqı Əvəz Paşayevlə qürur duyur, onun qəhrəmanlığına dərin ehtiram bildirir.

Birinci Qarabağ savaşında böyük mərdlik və şücaət göstərmiş oğulların sırasında Əvəz Paşayev də var. Onun Vətən sevgisi, cəsurluğu əsl vətəndaş olmasının bariz ifadəsidir.

Bu gün Paşayevlər ailəsi özlərini xoşbəxt sanır ki, Əvəz Paşayev Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak edib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclunu şərəflə yerinə yetirib.

Vətən uğrunda canını fəda etməklə şəhidlik zirvəsinə ucalmış Əvəz Paşayevin cismani yoxluğu böyük bir ailənin gözlərini ağlar qoyub. Onun kimi bir qəhrəmanın qanı ilə suvarılmış torpağın rəngi bir ölüm anı qədər üzücüdür. Bu gün Əvəzin əziz xatirəsi onu sevənlərin yaddaşında əbədi bir xatirəyə çevrilib. Vətən Əvəz Paşayev kimi qəhrəman oğulla fəxr edir.

Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevdən başlanan ordu quruculuğu ənənəsi çox şükür ki, bu gün də cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və dövlətimizin ətrafında sıx birləşmiş qeyrətli oğulların şərəfi bu gün də uca tutulur.

Vətənin qoynunda ölməyi özünə şərəf bilən qəhrəman döyüşçü Əvəz Məmməd oğlu Paşayevə Allahdan rəhmət diləyirik.

Eldar HƏSƏNLİ

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ