Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 2025-ci ildə 5,7 milyard ABŞ dolları təşkil edib. 2026-cı ilin ilk 8 ayında isə bu göstərici 3,2 milyard ABŞ dollarına çatıb.
Bunu xarici işlər naziri Ceyhun Bayramov türk həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 milyard ABŞ dollarına, Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi isə 18 milyard ABŞ dollarına çatıb. Hazırda Azərbaycanda Türkiyənin 400-dən çox şirkəti fəaliyyət göstərir”, - deyə nazir qeyd edib.