Cənubi Buq və Dnepr çayları üzərində yerləşən limanlardan Qara dənizə çıxışı təmin edən Dnepr-Buq estuarisindən Ukrayna gəmilərinin keçidi bloklanıb. Bu barədə Xerson vilayətinin qubernatoru Vladimir Saldo məlumat verib. "Dnepr çayı üzərindəki Xerson və Cənubi Buq çayı üzərindəki Nikolayev limanlarının Qara dənizə çıxışı Dnepr-Buq estuarisi vasitəsilə həyata keçirilir. Hərbçilərimiz tərəfindən həmin ərazidən gəmi keçidi faktiki olaraq bloklanıb", - deyə Saldo bildirib. O, həmçinin qeyd edib ki, Qara dəniz hövzəsində, o cümlədən Dnepr çayı boyunca gəmiçilik hazırda faktiki olaraq dayanıb.
SAMİRƏ