Cümə günü, 06 noyabr 2026
     

Tramp Britaniyanın parçalanmasına rəsmən start verdi...

Image


Şotlandiya, Uels və Şimali İrlandiya liderləri Kardiffdə "Şinn Fein" rəhbəri Meri Lu Makdonaldla görüşərək öz müqəddəratını təyin etmək hüququ ilə bağlı birgə bəyannamə imzalamağa hazırlaşırlar. Sənəddə Böyük Britaniyanın tərkibindəki ölkələrin demokratik yollarla müstəqillik əldə etmək hüququnun tanınması məsələsinin əksini tapacağı gözlənilir.

Görüş Böyük Britaniyanın gələcək siyasi və konstitusiya quruluşu ətrafında müzakirələrin gücləndiyi dövrə təsadüf edir. Şotlandiya, Uels və Şimali İrlandiyada müstəqillik və ya daha geniş muxtariyyət tərəfdarı qüvvələrin mövqelərinin güclənməsi London üçün siyasi təzyiqi artırır.

Şotlandiyanın baş naziri Con Svinni hesab edir ki, tarixdə ilk dəfə üç ərazi müstəqillik və ya ciddi konstitusiya dəyişikliklərini müdafiə edən hökumətlər tərəfindən idarə olunur. Bu isə Böyük Britaniyanın siyasi birliyinin gələcəyi ilə bağlı sualları daha da aktuallaşdırır.

Şotlandiyanın mümkün yeni müstəqillik referendumu əsas mübahisə mövzularından biridir. Baş nazir Endi Börnem əvvəlcə referendum üçün "aydın konsensus" yaranacağı halda səsvermənin mümkünlüyünü istisna etməsə də, sonradan növbəti ümumi seçkilərədək belə referendumun gündəmdə olmayacağını bildirib. London hökuməti hazırda Şotlandiyada referendum üçün kifayət qədər ictimai dəstəyin olmadığını bildirir.

Şimali İrlandiya məsələsində isə 1998-ci il Belfast Sazişi əsas hüquqi çərçivə olaraq qalır. Əhalinin əksəriyyətinin İrlandiya ilə birləşməni dəstəklədiyinə dair əsas yaranarsa, statusla bağlı referendum keçirilə bilər. Donald Trampın vahid İrlandiyanı arzuladığını bildirməsi də məsələyə beynəlxalq diqqəti artırıb.

Zirvədə iqtisadiyyat, enerji, Avropa ilə münasibətlər və beynəlxalq əməkdaşlıq da müzakirə olunacaq. İştirakçılar Avropa ilə daha sıx əlaqələri dəstəkləməyi planlaşdırır. Müstəqillik halında Şotlandiya və Uelsin Aİ-yə üzvlük niyyətində olduğu, Şimali İrlandiyanın isə İrlandiya ilə birləşəcəyi təqdirdə Aİ məkanında qalacağı vurğulanır.

Ümumilikdə, toplantı təkcə üç region arasında əməkdaşlıq platforması deyil, həm də Böyük Britaniyanın gələcək ərazi-siyasi quruluşu, mümkün yeni müstəqillik referendumları və Londonun mərkəzi hakimiyyətinin səlahiyyətləri üzərində təzyiqin artması baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir.

Bu proseslər fonunda Donald Trampın Böyük Britaniyanın daxili siyasi və ərazi bütövlüyü məsələlərinə münasibəti diqqət çəkir. Trampın Malvin adaları məsələsində əvvəlki kimi Britaniyanı dəstəkləməyəcəyini bildirməsi, həmçinin İrlandiya ilə bağlı vahid İrlandiya ideyasını açıq şəkildə müsbət qarşılaması Britaniyanın mümkün parçalanması prosesinə ABŞ-ın müəyyən siyasi təsir niyyətinin göstəricisi sayıla bilərmi? Eyni zamanda, Körfəz ölkələri ilə İran arasında Hörmüz boğazı ilə bağlı bu həftə keçirilməsi planlaşdırılan danışıqların təxirə salınmasında ABŞ-ın hər hansı rolu və ya təsiri olubmu?

Xaqani Cəfərli: "Yeni Reyqan-Tetçer ittifaqı yaranmır və bu, Vaşinqtonla Londonun münasibətlərinə mənfi təsir edir"

Postsovet məkanında Nobel mükafatı laureatı olmaq da repressiyaların qarşısını ala bilmir

Politoloq Xaqani Cəfərli "Bakı-Xəbər" qəzetinə müsahibəsində ABŞ və Böyük Britaniya arasında son dövrlərdə müşahidə olunan fikir ayrılıqlarının dərinləşməsinin iki ölkənin münasibətlərinə təsir etdiyini bildirib.

Politoloqun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın vahid İrlandiya ideyasına münasibət bildirməsi və Malvin adaları məsələsində əvvəlki kimi Britaniyanı dəstəkləməyəcəyini açıqlaması Vaşinqtonun bir sıra məsələlərdə Londonun mövqeyindən fərqli siyasət yürütmək niyyətində olduğunu göstərir. O qeyd edib ki, bu yanaşma təsadüfi deyil və ABŞ siyasi dairələrində uzun müddətdir mövcud olan müəyyən baxışlarla əlaqəlidir.

Xaqani Cəfərli hesab edir ki, Vaşinqtonda bəzi rəy liderləri və onların təsirində olan siyasətçilər ABŞ-ın formal olaraq çoxdan müstəqil dövlət olmasına baxmayaraq, xarici siyasətdə hələ də müəyyən mənada Böyük Britaniyanın siyasi xəttinin təsiri altında qaldığını düşünürlər. Onların fikrincə, ABŞ daha müstəqil və Britaniyanın maraqlarından fərqlənən xarici siyasət yürütməlidir. Politoloq Donald Trampın da bu yanaşmadan təsirləndiyinin açıq şəkildə göründüyünü vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqtonla London arasında fikir ayrılıqlarının siyasi səbəbləri də var. Son illərdə iki ölkədə hakimiyyətdə olan siyasi qüvvələrin fərqli olması münasibətlərə təsirsiz ötüşməyib. ABŞ-da demokratlar hakimiyyətdə olduğu dövrdə Böyük Britaniyada mühafizəkarlar, ABŞ-da respublikaçılar hakimiyyətə gəldikdən sonra isə Britaniyada leyboristlər iqtidara gəlib. Xaqani Cəfərli bu siyasi fərqliliyin iki ölkənin xarici siyasət və beynəlxalq məsələlərə yanaşmalarında müəyyən ziddiyyətlər yaratdığını bildirir.

Politoloq bu vəziyyəti tarixi müqayisə ilə izah edərək deyib: "Obrazlı desək, yeni Reyqan-Tetçer ittifaqı yaranmır və bu, Vaşinqtonla Londonun münasibətlərinə mənfi təsir edir". Onun fikrincə, ABŞ və Böyük Britaniya arasında əvvəlki dövrlərdə olduğu kimi güclü siyasi ideoloji yaxınlığın olmaması, xüsusilə beynəlxalq təhlükəsizlik və geosiyasi məsələlərdə özünü göstərir.

Xaqani Cəfərli Körfəz ölkələri ilə İran arasında Hörmüz boğazı ilə bağlı bu həftə keçirilməsi planlaşdırılan danışıqların təxirə salınmasında ABŞ-ın roluna dair isə hazırda bunu təsdiq və ya inkar edən ciddi məlumatın olmadığını bildirib. Onun sözlərinə görə, görüşün təxirə salınmasında İranın mövqeyi və güzəştə getməməsi də mühüm rol oynayıb.

Politoloq qeyd edib ki, İranla dialoq qurmağa çalışan Körfəz ölkələrinin bəziləri Tehranla diplomatik münasibətlərə malik deyil. Eyni zamanda İranın bu münasibətlərin normallaşdırılmasında nə dərəcədə maraqlı olduğu da sual doğurur. Bu baxımdan tərəflər arasında danışıqların aparılması üçün siyasi zəminin formalaşması asan deyil.

Onun fikrincə, digər mühüm məsələ İranın Yaxın Şərqdəki siyasətidir. Tehran regionda, husilər də daxil olmaqla, müxtəlif qüvvələr üzərindən təsir imkanlarını qorumağa çalışır. Bu isə Körfəz ölkələrinin İranla bağlı təhlükəsizlik narahatlıqlarını artırır və dialoqun praktiki nəticələr verməsini çətinləşdirir.

Xaqani Cəfərli hesab edir ki, Körfəz ölkələri ilə İran arasında planlaşdırılan görüşün təxirə salınmasını yalnız ABŞ-ın mümkün təsiri ilə izah etmək düzgün olmaz. Hazırkı mərhələdə daha real səbəblər İranın güzəştsiz mövqeyi, bəzi Körfəz ölkələri ilə Tehran arasında diplomatik münasibətlərin olmaması və regionda qarşılıqlı etimadın aşağı səviyyədə qalmasıdır. ABŞ-ın prosesə təsiri ehtimalını tamamilə istisna etmək mümkün olmasa da, bunu təsdiqləyən ciddi faktlar ortaya çıxmayıb.

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ