Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov bu ay Nyu-Yorkda görüşəcəklər. Bu barədə Ermənistan xarici işlər naziri Azadlıq Radiosunun sualına cavab olaraq bildirib.
İclasın gündəliyini açıqlamayan Mirzoyan bildirib ki, görüş BMT Baş Assambleyasının sessiyası zamanı keçiriləcək.
Qeyd edək ki, iki ölkənin xarici işlər nazirləri arasında son görüş sentyabrın əvvəlində Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti zamanı baş tutub. Görüşdən sonra Bayramov Mirzoyanla bir sıra məsələlər barədə fikir mübadiləsi apardıqlarını və tezliklə yenidən görüşəcəklərini açıqlayıb.
Dünən ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen Bakıya səfər edib. Xarici İşlər Nazirliyinin məlumatına görə, onun xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşündə Ermənistan-Azərbaycan sülh prosesi və TRIPP layihəsində davam edən işlər, o cümlədən TRIPP inkişaf şirkətinin yaradılması müzakirə olunub.
Tahir TAĞIYEV