Rusiya və Azərbaycan Sankt-Peterburq Universitetinin nəzdində birgə ali təhsil ocağı yaratmağı nəzərdən keçirir. Bu mövzunun bu günlərdə Rusiya elm və ali təhsil nazirinin müavini Konstantin Moğilyov və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev arasında müzakirə olunduğu bildirilir. Görüş zamanı növbəti tədris или üçün azərbaycanlı tələbələrə 280 kvota yeri ayrıldığı, 15 nəfərin isə “Open Doors” Beynəlxalq Olimpiadasının qalibi və mükafatçısı kimi qrant alacağı qeyd olunub.
SAMİRƏ