çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Şəhid qardaşlar” kitabı - 11- ci yazı

Image


Kapitan Bünyad Əliyevin şəhid Çingiz Məmmədov haqqında dediklərindən

Çingiz bir dəfə mənimlə söhbətində demişdi ki, inşaallah, müharibə başlasın görəcəksiz nələr edəcəm.

Müharibə başlayanda da birinci əməliyyatda qorxmadan, çəkinmədən şəxsi heyətə nümunə olacaq şəkildə döyüşmüşdu. Onunla axırıncı görüşüm ikinci tapşırığa gedəndə oldu. Qardaşının şəhid olduğunu bilirdi. Mən təklif etdim ki, Çingiz qardaşının dəfnində iştirak etsin, sonra gəlib bizə qosular. O, bir az fikirli baxdı, elə hiss etdim ki, yoldaşlarından ayrılmaq istəmədi, çünki ağır tapşırığa gedirdilər. Bir də xəbər tutdum ki, Çingiz olan bölmə artıq yola düşüb. Onlar düşmən mövqeyini ələ keçirmişdilər. 30 ilə yaxın müddət ərzində düşmənin qurduğu döyüş mövqeləri, düşmənin keçilməz saydığı səngərləri Çingiz öz bölməsi ilə igidlik göstərərək, artıq keçilməz sədləri keçərək düşmən mövqeyində yerləşmişdi. Təbii ki, düşmən bununla barışmaq istəmirdi. Gecə-gündüz artilleriya hücumu edərək mövqelərini geri almaq istəyirdilər. Sərt qayalıqlara dəyən artilleriya mərmiləri igid Azərbaycan oğullarının əzmini qıra bilmirdi. Düşmənin yağış kimi yağdırdığı mərmilər qarşısında heç bir azərbaycan övladı geri çəkilmədi, son nəfəsinə kimi strateji mövqeni tərk etmədi. Həmin oğulların içində qardaşının, həmçinin şəhid qardaşlarının qisasını almağa gedən igid Çingiz Məmmədov da var idi.

Çingiz barədə onu deyə bilərəm ki, nizam-intizamlı hərbi qulluqçu idi. Hamının hörmətini saxlayan vətənpərvər olaraq, həmişə vətənpərvərlikdən danışırdı.

Oktyabr ayının 3-dən Çingiz olan bölmə ilə əlaqə yarada bilmədik. 44 günlük Vətən müharibəsinin zəfərindən sonra dekabr ayında Kəlbəcər rayonu istiqamətində Çəpli kəndi ərazisində axtarışlar zamanı Çingizlə birlikdə 18 igid vətən oğlunun nəşi tapıldı.

Çingiz öz əməlləri ilə bütün şəxsi heyətə dastan yazaraq örnək oldu, ruh yüksəkliyi verdi. Qardaşının şəhid olduğunu bildikdən sonra qisas hissi daha da artdı və düşmənin uzərinə sığıyaraq qəhrəmancasına şəhid oldu.

Çingiz Məmmədovun döyüşçü dostu, gizir Elməddin Mahmudov:

“Çingiz mənim üçün əziz qardaş, doğma insan idi. Tabora gələn gündən tanıdığım ilk adam oldu. İlk gündən bir-birimizə qardaş dedik. Hər dəfə “nə lazım olsa, mütləq de”, - deyirdi.

Çingiz hamının sevimlisiydi. Ən çətin məqamlarda köməkliyini əsirgəmirdi, nələr lazımsa, edirdi. Özü də sevərək.

Çingiz təkcə mənə deyil, hamıya xüsusi qayğı ilə yanaşırdı. Etibarlı idi. Məsləhətini əsirgəmirdi. Ona görə hamının ona hörməti vardı. Həm insan kimi, həm də yaxşı döyüşçü kimi. Döyüşün üçüncü günü bizə bir günlük istirahət verdilər. Bizim bölüyü Sarı qayaya düşürdülər. Az müddət istirahətdən sonra bizə döyüş əmri verdilər. “Canavar” postunun sağ-sol istiqamətinə kömək lazım idi. Altı saata posta çatdıq. Üç gün döyüş tapşırığı yerinə yetirildi. İkinci gün axşam saat 10-11 radələrində19 düşmən texnikası üstümüzə gəldi. Düşmənin ələ keçirdiyimiz silahı ilə gələn texnikanın qarşısını alırdıq. Gecə olduğundan sərrast atəş aça bilmədiyimdən, Çingiz gecəgörmə cihazı ilə sağ çiynimdən baxıb mənə istiqamət verirdi. Çingizin təcrübəsi sayəsində düşmənin 3 texnikasını məhv etdik.

Həmin günün səhərisi bizi arteleriya atəşi ilə vurmağa başladılar. Şəhid və yaralılarımız oldu.

Növbəti atəş zərbəsi nəticəsində Çingizlə birlikdə döyüşçü yoldaşlarımız şəhidlik zirvəsinə ucaldılar.

Çingiz Məmmədov heç vaxt döyüşdən qorxmadı, son gününə kimi ər oğlu ər kimi döyüşdü. Döyüşlərdə qəhrəmanlıq göstərdi. Ölümün gözünə dik baxdı.

Çingiz yoldaşlıqda çox mərd, cəsur, yoldaşına görə sinəsini gülləyə verən insan idi. Tabeliyində olan əsgərin daim qayğısına qalırdı, bildiklərini ona öyrədirdi. Döyüşdə hər zaman öndə olmağa çalışırdı.

Usanmaq nədir bilməzdi. Vətənini çox sevirdi. Həmişə döyüşə, qələbəyə can atırdı. Gözü düşmən səngərində idi. Elə aldığımız növbəti düşmən səngərində də qəhrəmanlıqla şəhid oldu.

Çingizə tərbiyə verən valideynlərinin qarşısında baş əyirəm. Belə məğrur, qorxmaz və mehriban övlad böyüdüb tərbiyə etdiklərinə görə onların əllərindən öpürəm. 

Vətən Çingiz kimi övladlarla Vətən olur.

Çingiz fəxr ediləsi oğul idi. Onu tanıyanlar onunla həmişə qürur duyacaqlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!”

***

Nə yaxşılıqlar unudulur, nə sevilənlər. Bir də vətən üçün canından keçənlər. Cavid, Çingiz və bütün şəhidlərimiz kimi.

Onlar Vətəni Vətən edib canıyla tarix yazanlardır!

Döyüş şərəfli olduğu qədər də ağırdı. Burda düşmənə qarşı döyüşməklə yanaşı, təkcə özünü yox, döyüşçü yoldaşlarını da qorumalısan. Komandirlər üçün bu ikiqat məsuliyyətdir. O, tapşırığı yerinə yetirməklə bərabər, həm də bütün heyətə cavabdehdir. Düşüncəsilə, ekstremal situasiyada vəziyyətdən çıxmaq, qərar qəbul etmək bacarığıyla.

Döyüşçü döyüşə məğlub etməyə, qələbə qazanmağa gedir. Ancaq burda ölümün də olacağından heç kəs sığortalanmayıb. Döyüşçülər döyüşə gedəndə bunu mütləq nəzərə alırlar.

44 günlük müharibənin uğuru həm də onda idi ki, komandirdən tutmuş əsgərə qədər hamı vətən üçün şəhid olmağa hazır idi. Təki Qələbə çalınsın. Qarabağ işğaldan azad olunsun.

Bu Vətən sevdalılarının Vətən sevgisi idi.

* * *

Azərbaycan xalqı 44 gündə əsgərlərə maddi və mənəvi köməkliyini əsirgəmədi. Həmişə yanlarında oldu.

Ağır döyüşlərdən sonra əsgərlər onlara gələn məktubları həvəslə oxuyurdular. Daha çox yadda qalan məktəblilərin məktubları idi. Səmimiyyətlə yazılan bu məktublarda məktəbli uşaqların arzuları və əsgərlərə olan inamı ifadə olunurdu. Əsgərlərin diqqətini və marağını çəkən bu sözlər bəlkə də onlar üçün bütün təbliğat vasitələrindən daha təsirli idi. Bu çox böyük məsuliyyət idi.

Uşaqlardan tutmuş babalara, nənələrədək hamı əsgərlərimizdən qələbə gözlədiklərini yazırdı. Və inanırdılar ki, bu müharıbə mütləq bizim qələbəmizlə yekunlaşacaq və torpaqlarımız işğaldan azad olunacaq. Biz Qarabağa qayıdacağıq.

Duyğulu məktublar evdən uzaqda olan insana daha çox təsir edir. Özü də ən məsuliyyətli zamanda.

Əsgərlərə yazılan məktublar ordu-xalq birliyinin təzahürü idi.

Şair və yazıçıların yazdığı məktublar axşamlar Azərbaycan Radiosundan səslənirdi. Əsgərlər həmin məqamı səbrsizliklə gözləyirdilər. Bu dəfə şair, publisist Rəfail Tağızadənin “Əsgər məktubu”nu Xalq artisti Eldost Bayram səsləndirirdi:

“Salam, Əsgər!”

Sən bu gün bir millətin, dövlətin tarixini yazırsan. Şərəf tarixini.

Sən son 100 ilin qalibisən. Torpaq sənin qələbənlə vətən olur. Yurd yurd olur.

Bizim əvəzimizdən, xəcalətdən özünə qapanıb cadar-cadar olan torpaq sənin zəfərinlə dirçələcək. Özünə gələcək. Oyanıb sənə “Axır ki, gəldin”, – deyib, salamını alacaq. Salam verəcək.

Sən şanlı, qalib ordunun əsgərisən. Millətə, dövlətə Qələbə sevincini bəxş edənsən. Sən millətin qürurunu özünə qaytardın. Sənin sayəndə başımızı dik tutub gəzə bildik. Mənim əziz əsgərim!

Sən haqq yolundasan. Sən ədaləti bərpa edənsən. Başqa ölkənin torpağını zəbt etmirsən. Kimsənin torpağında gözün yoxdur. Öz torpağını işğalçıdan azad edirsən. Öz torpağını qoruyursan.

Var ol, əziz əsgər!

Hamının gözü indi səndədir. Atan, anan, bacın, kiçik qardaşın sənə arxalanır. Millət, dövlət sənə güvənir. Sənə etibar edir.

Sən vətənin qoruyucususan! Sən güclüsən, rəşadətlisən!

Sən düşmənə kim olduğunu döyüş meydanında göstərdin.

Əzminlə, mübarizliyinlə istənilən yeri ala biləcəyindən qorxan düşmən geri çəkilir.

Sən nə qədər güclü olacaqsansa, düşmən səninlə o qədər hesablaşmalı olacaq.

Bilirəm ki, sən silahsıza, dinc əhaliyə güllə atmazsan, çünki sən Azərbaycan əsgərisən.

Döyüşdə ağrı da olur, acı da, ölüm də. Bu səni sarsıtmasın. Səni daha mətin, daha mübariz etsin. Torpaq qanla yoğrulanda Vətənə olur.

Hisslərinizi, istəklərinizi yaxşı başa düşürəm. Aranızda yəqin ki, mənim əsgərlərimin övladları da var. Sizi ona görə iki qat sevirəm.

Yaşadığın bu günlər həyatının ən yadda qalan günləri olacaq.

Müqəddəsləşən vətəni daha böyük sevgiylə sevəcəksən. İnsan qoruduğunu, qoruduqlarını daha çox sevir. Elə qoruduqlarının da ona olan sevgisi eynidir.

Əsgərimizə hələ bu qədər sevgi, inam olmamışdı. O sevgini döyüşünlə, qələbələrinlə qazandın. Səni balamız kimi sevdik. Hamımızın doğmasına çevrildin. Ölkənin sevimlisi olmaq böyük xoşbəxtlikdir. Bu da tale işidir.

Hər dəfə alınan torpaqlara Azərbaycan Bayrağını sancanda xalqın üzündəki sevinci, yəqin təsəvvür edirsən. Bu xalq o sancılan bayraqlarla özünə gəlir. Qələbə sevincinin necə şirin olduğunu duyur. Sənə bir ağızdan VAR Ol, AFƏRIN, mənim igid balam! – deyir.

Sən qalibsən. Sən milləti məğlub vətəndaş adından xilas etdin. Yaşamaq həvəsi verdin.

Qələbə sevincilə evinə, ailənə sağ-salamat qayıt. Sən bu dövlətə hələ çox lazımsan. Bu vətən, bu dövlət sənin sayəndə inkişaf edib çiçəklənəcək. Sənin döyüş əzmin, mübarizliyin gələcək nəsillərə nümunə olacaq. Dərsliklərə salınacaq. Sənin qəhrəmanlığından əsərlər yazılacaq, nəğmələr qoşulacaq. Sən artıq bir ailənin, bir elin yox, xalqın sevimlisisən, xalqın qəhrəmanısan.

Var ol, mənim igid balam!

Zəfərin mübarək, Azərbaycan Əsgəri!”

(ardı var)

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ