çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Təhsil sistemimizin mübahisəli islahat layihəsi - Yay məktəbləri şagirdə nəsə verə bilirmi?...

Image


Son illər Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq dövlət hesabına “Yay məktəbləri” təşkil edilir. Şagirdlərin ödənişsiz cəlb edildiyi “Yay məktəbləri” iyunun 16-da başlayır, iyunun 30-da  isə başa çatır. Rəsmi məlumatlarda qeyd edilir ki, “Yay məktəbləri” əsasən tədris prosesində geridə qalmış, davamiyyətə və ya hansısa dərsə görə kəsiri olan şagirdlər üçün nəzərdə tutulur.

Qeyd edək ki, Təhsil Nazirliyi “Yay məktəbləri” layihəsini həm orta, həm də ali məktəblərdə həyata keçirir. Biz orta məktəblərdən danışacağıq. Dərslər başa çatdıqdan və şagird yoldaşları istirahətə getdikdən sonra dərslərindən geri qalan şagirdlər “Yay məktəbləri”nə gəlirlər. Əlbəttə, bütün hallarda təhsil almaq çox gözəldir, amma gərək şagirdin də, valideynin də buna həvəsi, vaxtı ola. Yayın cırhacırında təşkil olunan “Yay məktəbləri” müəllimlərin ürəyindən olsa da, şagird və valideynlərin narazılığına səbəb olur. Müəllimlər bu dərslərdən əlavə olaraq maaş alırlar. Ümumiyyətlə, bu məktəblərlə bağlı müəyyən tənqidi fikirlər mövcuddur.

“Yay məktəbləri” şagirdlərə nə verir? 9 ay heç nə öyrənə bilməyən şagirdlər 2 həftə müddətində nə öyrənə bilirlər? Ümumiyyətlə, yay məktəblərinin faydası nədir? ox valideynlər deyir ki, bu vaxt itkisi və əsəb gərginliyidir, bəzilərinin fikrincə isə bu bizdə özünü doğrultmur, nəticəsizdir, büdcədən pul silməkdən başqa bir şey deyil.

“Yay məktəbləri”nin nəticəsi, effekti varmı, hansı ugurlar əldə olunub?

Ekspertlər hesab edirlər ki,  Təhsil Nazirliyinin “Yay məktəbləri” layihəsinin bu cür təşkil olunması elə də effekt vermir. İddialara görə, bu valideyn, şagird və müəllim üçün əsəbdir. Onlar iki həftəni bir təhər yola vermək üçün məcburiyyət qarşısında qalıb məktəbə gedirlər. “Yay məktəbləri”nin effektsiz olduğunu düşünənlər və bunun büdcədən pul silməyə xidmət edən bir vasitə olduğunu iddia edənlər az deyil.

  • Elşən Qafarov: “...Təhsil Nazirliyi müəyyən tədbirlər görməlidir”

Təhsil eksperti Elşən Qafarov baki-xeber.com-a bildirdi ki, əslində “Yay məktəbləri”nin təşkilində məqsəd pandemiya dövründə tədris planından geri qalmış materialların mənimsədilməsidir. “Amma “Yay məktəbləri”nin mahiyyətinə baxanda görürük ki, onların məqsədi şagirdlərin asudə vaxtlarını daha səmərəli keçirməsi, eyni zamanda tədris materiallarının şagirdlərə əyləncəli şəkildə çatdırılması üçün bir fürsətdir. Valideynlərin bir çoxunun bunun əsəb gətirici, əlavə bir yük olduğunu iddia etməsi anlaşılan deyil. Əvvəla, “Yay məktəbləri”ndə iştirak edən şagirdlər burada könüllülük prinsipi ilə iştirak edirlər. İkincisi isə burada büdcədən heç bir vəsait silinmir. Müəllimlər iyunun son iki həftəsində əslində işdə olurlar, həmin son iki həftədə müəllimlər “Yay məktəbləri”nə cəlb olunurlar. Burada büdcədən, hansısa fondan vəsait ayrılmır, müəllim gündəlik əmək funksiyasını yerinə yetirir. Düşünürəm ki, ümumilikdə “Yay məktəbləri” şagirdlərin səmərəli vaxtlarını asudə keçirməsi üçün yaxşı addımdır. Amma bununla yanaşı bütün yay dövründə onun davamlı təşkili üçün Təhsil Nazirliyi müəyyən tədbirlər görməlidir. Bu hansı tədbirlərdir? Bizim dağlıq və dağətəyi bölgələrimizdə, turizm üçün əlverişli yerlərimizdə şəraiti olan məktəblər tikilib həmin məktəbləri yay dövründə ödənişsiz olaraq yay düşərgələrinə çevirmək olar. Eyni zamanda Xəzəryanı bölgələrdə, dənizə yaxın olan rayonlarda, yaşayış massivlərində, həmçin yay düşərgələri təşkil etmək olar. Düşünürəm ki, yay düşərgələri dövlət hesabına təşkil olunmalıdır və bura respublikanın bütün yerlərindən uşaqlar cəlb edilməlidir. Bu onların sosiallaşması, yeni əlaqələrinin yaradılması, yay tətilinin əyləncəli şəkildə, səmərəli formada keçirilməsinə səbəb ola bilər. Eyni zamanda azad olunan ərazilərin infrastrukturu qurularkən həmin ərazilərdə yay düşərgəsi şəbəkəsinin salınması da nəzərdə tutulmalıdır”.

E.Qafarovun fikrincə, “Yay mıktəbləri” çox müsbət layihədir və cəmiyyət olaraq təhsildə baş verən müsbət halları qiymətləndirməliyik, necə ki, tənqid edirik.

  • Məzahir Məmmədli: “Azərbaycanda tətbiq olunan, “Yay məktəbləri” adı altında aparılan bu kampaniyanın təhsil üçün heç bir faydası yoxdur”

Digər təhsil eksperti Məzahir Məmmədli isə baki-xeber.com-a bildirdi ki, ola bilsin, hansısa ölkələrdə tətbiq olunan bu kimi layihələr özünü doğruldur, bizim ölkəmizdə isə əksinədir. “Amma birmənalı olaraq demək olar ki, Azərbaycanda tətbiq olunan, “Yay məktəbləri” adı altında aparılan bu kampaniyanın təhsil üçün heç bir faydası yoxdur.  Biz nədənsə köhnə ənənələrdən bir qayda olaraq imtina etmişik. Yəqin yadınızdadır, yay “Pioner düşərgələri” vardı. Bu tipli düşərgələr yaradılmalıdır. Mən razıyam, biz təhsildə islahatlar aparmalıyıq, yeni sistemlər gətirməliyik. “Yay məktəbləri” də yeniliklərdən biri kimi pilot layihə olaraq həyata keçirilir. Ümid edək ki, növbəti il üçün bir faydası olacaq. Amma konkret olaraq bu tətbiq olunan “Yay məktəbləri”ndə uşaqlar üçün heç bir yenilik yoxdur. Təsəvvür edin ki, onlar 9 aylarını sərf edib oxuduqları məktəbin həyətində açıq havada həmin dərs vəsaitlərini təkrarlayırlar. Bu isə vaxt itkisindən başqa bir şey deyil. Çox istərdim ki, əgər bu cür təkliflər, təşəbbüslər varsa bu keçmiş SSRİ dövründə olduğu kimi həyata keçirilsin. O zaman bunun adı  “Pioner düşərgəsi” idi, amma indi ona başqa ad vermək olar. Amma şagirdlərin sosiallaşması, onların mütaliə qabiliyyətinin artması üçün bir vasitə olardı ki, həmin düşərgələrin formalaşması yaxşı olardı. Məktəblərin həyətlərində qurduqları oxu, yaxud yay düşərgələrinin əvəzində daha geniş şəraiti olan, yaxşı imkanlara malik olan, uşaqların bir-birinə uyğunlaşması, sosiallaşması üçün düşərgələr təşkil edək. Köhnə ənənələri bərpa etmək lazımdır”.

M.Məmmədli qeyd etdi ki, şagirdlərin çox böyük həvəslə gözlədiyi an yay tətilidir. Onun sözlərinə görə, xüsusən də nəzərə alsaq ki, azyaşlı şagirdlər yay tətilini daha böyük həvəslə gözləyirlər və arzulayırlar: “Mən şəxsi müşahidələrimdən də görürəm, sosial şəbəkə üzərindən aparılan müzakirələrdə də görürük ki, yerlərdə bu məsələ çox bərbad təşkil olunub. Uşağın oxuduğu məktəbə yay tətilində də cəlb olunması təsəvvür edin ki, nə deməkdir. Bunun adını “könüllü” qoysalar da bura şagirdlərin məcburi cəlb edilməsi halları var. Bu da onlarda bir növ müəyyən qıcıqlar yaranır. Yəni tətil, istirahət əvəzinə onlar yenidən məktəbə cəlb olunurlar. Ona görə də faydalı olardı ki, bu iş məktəbdən kənarda, tamam başqa mühitdə, atmosferdə  qurulsun bu şagirdlər üçün müəyyən bir dəyişikliyə səbəb olsun”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ