çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Şəkidəki tarixi alban abidəsi ətrafında özbaşınalıq nə ilə bağlıdır?

Image


İyunun 18-dən 19-na keçən gecə Şəkinin Orta Zəyzid kəndinin ərazisində yerləşən tarixi Alban abidəsi ətrafında bir qrup naməlum şəxs tərəfindən qanunsuz qazıntı işləri aparılıb.

Bu barədə mətbuata Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib. O qeyd edib ki, sözügedən qanunsuzluğu Dövlət Xidmətinin regional əməkdaşları aşkar edib, yerindəcə məsələni aktlaşdırıb və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Sektor müdiri vurğulayıb ki, qazıntı işlərinin aparılmasına dair bir neçə ehtimal var: “Bir neçə ehtimal ola bilər, amma hələlik ilkin ehtimallara görə, bir qrup şəxs xəzinə axtarışına çıxıb və qazıntı da məhz buna görə aparılıb”.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, sözügedən məsələ ilə bağlı Şəki rayon Polis Şöbəsinə məlumat daxil olub: “Polis əməkdaşları əraziyə baxış keçirib. Hazırda araşdırma aparılır”.

Azərbaycanda abidələr ətrafında “qızıl axtaranların” qanunsuz qazıntı aparması ilk hal deyil, əvvəlki illərdə də bu kimi qanunsuzluqlar baş verib.

Yerli sakinlər hansı səbəbdən qədim abidələrdə qanunsuz qazıntı işləri aparır? O abidələrin mühafizəsi zəif təşkil olunur, yoxsa qara arxeologiya ilə məşğul olanlar yerli məmurlarla əlbir olub abidələr ətrafında qanunsuz qazıntılar aparırlar?

  • “Bu cür qanunsuz qazıntı işlərinin aparılmasının hansısa məmurla bağlılığı da istisna deyil”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, bu kimi hallar əvvəllər də olub. “Belə götürəndə qara arxeologiya, yəni qanunsuz qazıntı işləri artıq dünyada populyarlaşmış bir “sahədir”. Bu şəbəkə beynəlxalq dəstək qazanır. Bizim qonşularımızdan Türkiyə ərazisində ümumilikdə sistemli qanunsuz qazıntı işləri aparan qruplar var. Azərbaycanda da qara arxeologiya ilə məşğul olanların olması istisna deyil. Faktiki, onlar hazırda Şəkidən başqa hansı rayonlarda bu kimi qanunsuz qazıntıların getdiyini, qara arxeologiya ilə məşğul olanların daha haralarda bu işi gördüyünü dəqiq bilmirik. Çünki bu çox yerdə baş verə bilər. Səbəb isə odur ki, bizdə abidələrin mühafizəsi çox zəif təşkil olunur. Bu baxımdan, qanunsuz qazıntı işlərinin aparılması mümkündür. Bu cür qanunsuz qazıntı işlərinin aparılmasının hanısa məmurla bağlılığı da istisna deyil. Bu da araşdırılmalıdır. Çünki burada söhbət böyük gəlir mənbəyindən gedir. Azərbaycanda elə arxeoloji abidələr var ki, diqqətdən kənarda qalıb və insanlar da onlara nəzarət edilmədiyini görüb bu əməllərə əl atırlar. Qanunsuz qazıntı zamanı əldə edilən zinət və məişət əşyaları və sair ayrı-ayrı dövlətlərin qara bazarlarında satılır, onları ya muzeylər, ya da kolleksiyaçılar baha qiymətə alırlar. Ona görə də, Şəkidəki qədim alban abidəsinin ətrafında qanunsuz qazıntı işləri barədə eşidəndə heç də təəccüb etmədim. Ümumilikdə, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bütün şöbələrində işləyənlərin böyük əksəriyyəti bu sahədə səriştəsizdir və qeyri-ixtisas sahibləridir. Çoxu belədir. Bu baxımdan da abidələrin mühafizəsi olduqca zəifdir. Heç uzağa getməyək, Abşeron ərazisində, konkret olaraq, Türkan qəsəbəsində 5 min il tarixi olan daş su yolu vardı ki, həmin daş su yolunu bir müddət əvvəl traktorla dağıdıb yerini əkin sahəsi ediblər. Bu cür hallar da baş verir”.

F.İsmayılovun sözlərinə görə, baş verənlərin bəziləri antikvar əşyaları aşkarlayıb bazara çıxarıb satmaqla bağlıdırsa, digərləri tamah məqsədilə torpaqdan daha çox gəlir götürmək istəyi ilə əlaqədardır. “Ümumiyyətlə, memarlıq abidələrinin üzərində aparılan qanunsuz qazıntı işləri keçmişdə də baş verib, gələcəkdə də baş verməsi istisna deyil. Bunun baş verməməsi üçün abidələrin mühafizə işi güclü təşkil edilməlidir. Bunun üçün xüsusi milli fəaliyyət proqramı olmalıdır. Əlaqədar qurum vaxtlı-vaxtında abidələrin monitorinqini keçirmir, reydlər aparmır, ictimaiyyətlə əlaqələri olduqca zəifdir. Bütün bunlar da səriştəsizlikdən irəli gəlir. Əgər bu sahənin mütəxəssisləri çox olardısa, onlar yerlərdə könüllü mühafizəçilər qrupları da təşkil edə bilərdilər. Bu da abidələrin mühafizəsinə öz müsbət təsirini göstərmiş olardı. Çox təəssüf edirəm ki, belə bir hal baş verib. Hesab edirəm, hüquq-mühafizə orqanları baş verənləri dərindən araşdıracaq və bu cinayətdə əli olanlar cəzalandırılacaq. Qədim tarixi olan bir alban məbədinə qarşı bu cür hərəkətə yol verilməsi qınanılmalıdır. Belə halların baş verməsinin ilkin səbəblərindən biri abidənin mühafizəsinin zəif olması ilə bağlı ola bilər”- deyə F.İsmayılov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ