şənbə günü, 19 sentyabr 2026
     

Təhsil İnstitutunun yeni qiymətləndirmə niyyətinə kəskin etirazlar var...

Image


Son dövrlər orta təhsil sistemini təcrübə laboratoriyasına çeviriblər desək, yəqin ki, bizə çox az etiraz edən tapılar. Doğrudan da, hansı məmurun ağlına nə gəlirsə, ya tez-tələsik “islahat” adı altında həmin “layihəni” həyata keçirmək üçün qərar qəbul edilməsinə nail olur, ya da ki, bunu qəbul etdirmək üçün çalışır.

Bir müddət əvvəl də yazmışdıq ki, həm məktəbəqədər təhsildə, həm də orta təhsildə indiyə qədər elə qaydalar tətbiq olunub, elə qərarlar qəbul edilib ki, qısa müddətdə özünü doğrultmadığı üçün sıradan çıxıb. Məktəbəqədər hazırlıq qrupunu gah uşaq bağçalarına verdilər, gah orta məktəblərə həvalə etdilər, qəbul qaydasını gah sərbəst şəkildə etdilər, gah elektron qaydada həyata keçirdilər, bunun heç birinin faydası olmadı, çaşqınlıq yaratdı. Orta ümumi təhsillə bağlı son vaxtlar yeni fikirlər ortaya atılır. Məsələn, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib ki, gələcəkdə VI-VII siniflərdə də qiymətləndirmə imtahanları keçirilməsi istisna edilmir. O bildirib ki, əvvəllər yalnız 9-cu sinifdə qiymətləndirmə olurdu və bu, şagirdlərin biliyinin dəyərləndirilməsi üçün gec olurdu.

Çox qəribədir ki, Azərbaycanda təhsil icbaridir və şagird 9 il məcburən təhsil almalıdır. Bu öz yerində. Digər tərəfdən də, VI-VII siniflərdə qiymətləndirmə imtahanının tətbiq edilməsinin nə faydası ola bilər ki? Bu tətbiq edilərsə şagirdləri bezdirməkdən başqa bir şeyə yaramaz. Çünki onsuz da şagirdlər BSQ və KSQ yazırlar, bu halda qiymətləndirmə imtahanına nə ehtiyac var ki? Şagirdlərin IX və XI siniflərdə bilikləri qiymətləndirilirsə, bunun aşağı siniflərdə də təkrar edilməsi təşəbbüsünün səsləndirilməsi müsbət reaksiya doğurmur.

Niyə təhsil məmurları təhsilin başına oyun açmaqdan əl çəkmirlər? “İslahat” adı tələ təqdim etdikləri layihələr ciddi narazılıq doğurur. IX və XI siniflərdə biliyin qiymətləndirilməsi varsa, niyə VI-VII siniflərdə tətbiq olunmasını istəyirlər? Bu əllaməçiliyə nə vaxt son qoyulacaq? Bu gün verdikləri qərar sabah özünü doğrultmur və onu ləğv edib başlayırlar yeni qərarlar verməyə.

  • “Şagirdlərin mütəmadi olaraq imtahanlara salınması keyfiyyət göstəricisini aşağı sala bilər”

Tanınmış təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, müşahidələr göstərir ki, orta ümumtəhsil məktəblərində qiymətləndirmə şagirdlərin real bilik səviyyəsini əks etdirmir. “İlk növbədə qeyd edim ki, ölkənin 4432 orta ümumtəhsil məktəbində 1, 6 milyon şagird təhsil alır. Onların tədrisi ilə birbaşa 150 min müəllim məşğul olur. Etiraf edək ki, son dövrlərin buraxılış və qəbul imtahanları göstərir ki, orta ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmələr reallığı əks etdirmir. Bir çox hallarda müəllimlərin qiymətləndirməsində subyektiv amillər var. Müəllimlər bəzən nəyinsə qarşılığında qiymət yazırlar. Məhz onun nəticəsidir ki, şagirdlərin buraxılış və qəbul imtahanlarındakı nəticələri ilə orta məktəblərdəki nəticələri üst-üstə düşmür. İkincisi, Dövlət İmtahan Mərkəzi dövlət standartları əsasında orta məktəblərdə verilməsi zıruri olan biliklər əsasında imtahan həyata keçirir, amma orta ümumtəhsil məktəblərində müəllimlər tərəfindən hazırlanan KSQ-lər və BSQ-lər dövlətin müəyyən etdiyi alt standartlara uyğun deyil. Məhz onun nəticəsdir ki, KSQ-lərdəki və BSQ-lərdəki qiymətlər qəbul-buraxılış imtahanlarında özünü doğrultmur. Çünki bir çox hallarda müəllimlər Fesybukda və digər sosial şəbəkələrdə qruplarda biri tərəfindən yazılmış hər hansı bir KSQ-ni “kopyalayıb” götürürlər və onu hər yerdə özününkü kimi təqdim edib keçirirlər və eykun nəticədə də orta ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmədə həm qiymətləndirmə zamanı meyarlar özünü doğrultmur, yekun nəticədə problem olur. Hazırda milli qiymətləndirmənin həyata keçirilməsi üçün bir neçə sinif əsas götürülməlidir. İbtidai sinifin bitirilməsi üçün IV sinif və IX siniflər götürülməlidir. VI və VII siniflərdə milli qiymətləndirmənin həyata keçirilməsinin heç bir konseptual əsası yoxdur. IX sinif üzrə uşaqlar buraxılış fənnləri üzrə hazırlanırlar. Digər tərəfdən şagirdlərin mütamadi olaraq imtahanlara salınması keyfiyyət göstəricisini aşağı sala bilər. Uşaqları tez-tez imtahana salanda onları stressə salmış olarıq. Hesab edirəm ki, biz mütləq şəkildə VI-VII siniflərdə qiymətləndirmə həyata keçirməklə şagirdin bilik və bacarığını yoxlaya bilməyəcəyik. Çünki bilik və bacarıqların formalaşması üçün ən azından təhsilin bir pilləsi mütləq şəkildə bitirilməlidir ki, bizim şagirdlərimiz nəyəsə nail ola bilsinlər”.

K.Əsədovun fikrincə, Təhsil Nazirliyinin hansısa bir qiymətləndirməni həyata keçirməsi doğru yanaşma deyil, çünki onların imtahanları elmi əsaslı olmur, bir çox hallarda ümumi nəzəri məlumatlar yoxlanılır. K.Əsədov hesab edir ki, bu tipli zəif testlər də şagirdlərin biliyini obyektiv qiymətləndirə bilmir.

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 23:05
Müharibədə təhlükəli vəziyyət - Kursk nüvə stansiyası vuruldu…

18.09.2026 / 22:51
Rusiya XİN Ermənistanı hədələdi – bunlar cavabsız qalmayacaq…

18.09.2026 / 22:17
Tramp Moskvaya, Tehran və Aİ-yə yeni təzyiq alətini işə salır - prosesdə Azərbaycanın da adı hallanır...

18.09.2026 / 21:48
Moskva İrəvana qarşı açıq təhdidlərə keçdi, müdaxilə istisna deyil

18.09.2026 / 21:30
“Prokuror olacam, prokurorların pulu çox olur” - Uşaq arzusu və prokurorluq orqanlarına ağır mesaj...

18.09.2026 / 21:12
Yaraşıqlı qadınların “mənə takib atın, sizi arayacam” mesajı kişilərə tələdir - Ayıq olun...

18.09.2026 / 20:58
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır

18.09.2026 / 20:16
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

18.09.2026 / 20:03
Ermənistan yeni Konstitusiyaya və yeni sərhədlərə hazırlaşır...

18.09.2026 / 19:24
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - FOTO/VİDEO

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ