çərşənbə axşamı günü, 10 noyabr 2026
     

AMEA institutlarında yeni problem - müdafiələrdə opponent alimlərə ödəniş edilmir...

Image


Son illər müdafiə edilən elmi işlərin əksəriyyətinin səviyyəsi barədə ciddi tənqidlər mövcuddur. Bir sıra hallarda bu elmi işləri başqalarının yazdığı da deyilir. Çox zaman o da iddia olunur ki, bu elmi işi ya elmi rəhbər, ya da bir başqası “düzüb-qoşub”. Onu da vurğulayaq ki, müdafiə prosesində elmi opponentlərin də rolu az deyil.

Bu gün müxtəlif sahələr üzrə tanınmış alimlər elmi iş müdafiə edənlərə opponentlik edirlər. Xüsusən də, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutlarında təşkil edilən müdafiə prosesində kənar institutlardan, universitetlərdən dəvət edilən alimlər opponentlik edirlər. AMEA institutlarında keçirilən dissertasiya müdafiələrində opponent olan alimlərin bir çoxu iddia edir ki, opponentliyə görə onlara  pul ödənilməli olduğu halda ödənilmir, ödənilsə də, çox uzun get-gəldən, süründürməçilikdən sonra ödənilir. O da qəpik-quruş.  Redaksiyamızla çox yaxın təmasda olan professorlardan birinin veridiyi məlumata görə, bir müddətdir opponentlik pulunu ala bilmir. Professor deyir ki, bir institutdan o biri instituta məktub aparsa da, pulunu ala bilməyib. Ona deyiblər ki,  akademiyanın mərkəzinə məktub yazılacaq, oradan pul ayrılarsa onun və digər opponentlərin pulu ödəniləcək. Burdan da açıq görsənir ki, opponent kimi haqqını almayan alimlər çoxdur.

Opponentliyə ayrılan pullar hara gedir?

Ekspertlər qeyd edir ki, AMEA sistemində uzun illər bu sahəyə yönəldilən pullar ünvanına çatmır, ayrı-ayrı qurum rəsmiləri tərəfindən mənimsənilir.

  • “Məlumatıma görə, qonorarın məbləği cüzi olduğu üçün opponentlərə pul vermirlər”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli bizimlə söhbətində bildirdi ki, bu problem uzun illərdir mövcuddur, biz buna zaman-zaman toxunmuşuq. “Hər sahədə olan boşluqlar bir yerə yığılıb böyük bir vulkana, partlayışa səbəb olur. Əslində biz zaman-zaman bu məsələlərə toxunmuşuq. Opponentliklə də bağlı onu demək istəyirəm ki, əslində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, opponentliyə görə əməyin ödənilməsi ilə bağlı qərar var. Bütün sahələr üzrə çox mükəmməl qərarlarımız var. Təəssüf ki, nəinki opponentlik sahəsi, eləcə də digər sahələr üzrə qərarların icrası ilə onun arxa fonunda duran mahiyyət aşkar təzad təşkil edir. İcra sahəsindəki problemlər nəticəsində belə neqativ hallar ortaya çıxır. Elmlər doktorluğu dərəcəsi üzrə opponentliyə 40 saat, fəlsəfə doktorluğu üzrə opponentliyə 20 saat həcmində məvacib ayrılır. Bunlar da saat hesabı hesablanır. Vəsait həmin o təşkilatın, ali təhsil müəssisəsinin, harada ki, opponentlik olunur o qurumun hesabına ödənilməlidir.  Amma işin başqa tərəfi də var. Bu 40 saat da saat hesabı olaraq 2 manat 31 qəpikdən hesablanır, heç üç manat etmir. Bu adam neçə nəfərə opponentlik etməlidir ki, normal məvacibi ortaya çıxsın. Ona görə də elm adamlarının vicdanlı opponentliyə marağı qalmır. Çünki həm opponnetlərin qonorarları ödənilmir, ödənilsə də belə bu çox cüzi, kiçik bir məbləğ şəklində ödənilir. 40 saatı götürüb 3 manata vursaq bu 120 manat edir. Bu adam opponentlik etməlidir, rəylər yazmalıdır, çıxışlar etməlidir, elmi işi bir-bir araşdırıb iradlarını bildirməlidir, təzadlı fikirlərini söyləməlidir, bunun müqabilində isə il boyu onun alacağı məbləğ təxminən 120 manat olur. Yaxud da fəlsəfə doktorları üçün ayrılan 20 saata baxaq, hər opponentdə bu cür hədd müəyyən edilib. Məvacib azdır. Bu səbəbdən də bütün sahələrdə insanlar dəllallığa keçiblər. Uzun müddətdir ki, bu belədir. Bəlkə indi bir az azalmağa doğru gedir. Çünki bu qədər dava-dalaş edib, şikayət etmişik, ona görə də bir az istedadlı adamlara meydan verməyə çalışırlar. Opponentdə verilən məbləğ cüzi olduğu üçün bəziləri dissertantın özündən pul umurlar”.

Bəzi opponentlərin cüzi məbləğ qarşılığında rəy yazmaq istəmədiyini deyən ekspertin sözlərinə görə, onlara normal ödəniş edilsəydi, gözləri dissertantın cibində olmazdı: “Lakin bu olmadığına və bəziləri də vicdan hisslərini itirdiyinə görə müdafiə, seminar şuralarına, müzakirələrə gəlir obyekti kimi baxdıqlarına  görə onlar yalnız dissertantlardan pul umurlar. Görürsüz necə bir bataqlıqdır, üfunət qoxusu verən mənzərə yaranır. Yəni mahiyyət kiminsə elmi dərəcə alması yox, “görüm ondan nə qədər pul qoparıram” prinsipidir. Təbii ki, bu qeyd etdiklərim vicdanlı alimlərə, vicdanlı opponentlərə aid deyil. Sözsüz ki, opponentlərə yüksək məbləğdə qonorar ödənilməlidir. Onların qonorarının verilməməsi, gecikdirilməsi, veriləndə də cüzi məbləğ ödənilməsi düzgün deyil. Dəyərli alim opponentliyə əmək sərf edir, araşdırır, elmi işdəki nöqsanları üzə çıxarır, bunlar hamısı dissertantın və elmi işin xeyrinə olan məsələlərdir. Böyük zəhmətlərinin qarşılığında da vicdanlı opponentlərə ya qonorar ödənilmir, ya da çox cüzi məbləğ verilir. Amma məlumatıma görə, qonorarın məbləği cüzi olduğu üçün opponentlərə pul vermirlər”. V.Ağabəyli hesab edir ki, bu məsələyə ciddi baxılmalıdır və alimlərin haqqı özlərinə verilməlidir.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ