çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycanda rəsmi nikahdan doğulan uşaqların sayında artım var...

Image


Azərbaycanda dövlət yalnız rəsmi nikahı tanısa da, cəmiyyətimizdə dini və vətəndaş nikahında yaşayan insanlar da az deyil. Bu faktı rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqların sayı da təsdiqləyir.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva media nümayəndələrinə açıqlamasında qeyd edib ki, 2020-ci ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulmuş uşaqların sayı doğulan uşaqların ümumi sayının 14 faizini təşkil edir: “Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qeyri-rəsmi nikahların da sayı az deyildir. Belə münasibətlər isə ailə mübahisələrinin yaranmasına, bu cür ailələrdə doğulmuş uşaqların hüquqlarının pozulmasına gətirib çıxara bilər. Qeyd olunan göstərici öz növbəsində risk altında olan uşaqların sayından xəbər verir ki, bu da narahatlıq doğurmaya bilməz”.

Mütəxəssislər isə hesab edirlər ki, nikahdankənar uşaqlar adətən vətəndaş nikahı ilə yaşayan ailələrdə dünyaya gəlir. Bu “ailələrin” əksəriyyəti problemli sayıldığından sonradan nikahdankənar doğulan uşağın taleyi də sual altına düşür.

Qeyd edək ki, vətəndaş nikahı iki şəxsin heç bir dövlət və yaxud qeyri-dövlət orqanı ilə münasibət yaratmadan qurduğu könüllü ittifaqdır. Vətəndaş nikahı ənənəvi nikahdan bir sıra məqamlarına görə fərqlidir. Belə ki, onun ənənəvi nikahdan başlıca fərqi izdivacın sənədlər üzərində deyil, faktiki xarakter daşımasıdır. Yəni vətəndaş nikahında yaşamağa başlayan insanlar heç bir sənədləşmə prosedurlarından keçmədən birgə yaşamaq barədə qərar verirlər. Onu da xatırladaq ki, Azərbaycanda mövcud olan vətəndaş nikahı xarici ölkələrdəkindən öz spesifikliyi ilə fərqlənir. Daha dəqiq, bizdə vətəndaş nikahları rəsmi dövlət orqanları tərəfindən tanınmasa da, dini kəbinlə təsdiq olunur. Avropa ölkələrində isə hesab olunur ki, ortada istək, həyatı müəyyən müddət ərzində paylaşmaq istəyi varsa, bu zaman heç bir rəsmi sənədə ehtiyac yoxdur. Bu hal adətən hər iki tərəfi - qadını da, kişini də evlilik kimi rəsmi mərhələdən, bu mərhələnin yaratdığı gərginlik və məsuliyyət hissindən azad edir. Hətta bir neçə il öncə Bakıda gənclər arasında vətəndaş nikahı ilə bağlı keçirilən sorğunun nəticəsində bəlli olub ki, gənclər arasında vətəndaş nikahına pozitiv münasibət göstərənlərin sayı kifayət qədərdir. Vətəndaş nikahı ilə yaşam tərzinin tərəfdarlarının fikrincə, bu cür nikah onların daha müstəqil yaşamağa meylinin artmasından irəli gəlir.

  • “Hər il qeyri-rəsmi nikahlardan doğulan uşaqların artımı müşahidə olunur, bunun da səbəbi…”

“Vəfa” Sosial İctimai Problemlərə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, hər il qeyri-rəsmi nikahlardan doğulan uşaqların artımı müşahidə olunur: “Qeyri-rəsmi nikah dedikdə, daha çox molla kəbini yada düşür, amma bir çox hallarda nikahsız uşaq dünyaya gətirənlərin heç molla kəbini də olmur. Təsadüfi əlaqələrdən dünyaya gələn uşaqlar problemi var. Məsələn, son statistikaya görə, nikahda olmayan qadınlar tərəfindən doğulan 20 mindən çox körpənin arasında bəlkə də 30-40 faizi təsadüfi əlaqələrdən, çox qısa müddətdə birlikdə yaşamaqdan doğulur. Bu cür uşaqların ən böyük problemi atalığın müəyyən edilməsi ilə bağlı olur. Atalığın müəyyən edilməsi üçün məhkəmə prosesləri aparılır. Bir çox hallarda atalıq verilmir. Verildikdə aliment ödənilmir. İllərlə alimentin arxasınca düşməyinə baxmayaraq, yenə də onu əldə edə bilməyən valideynlər və ortada bundan əziyyət çəkən uşaqlar formalaşır. Tək anaların uşaq böyütməyi, əslində özü bir sosial problemdir. Uşağı ya dayənin, ya tanımadıqları insanların himayəsində qoymağa məcbur olurlar. Uşaqlar zorakılığa məruz qala bilir. Nəticədə vətəndaş deyil, uşaqlığını yaşaya bilməyən bir insanla qarşı-qarşıya gəlirik. Onun heç bir vərdişləri, dəyərləri, ailəyə bağlılığı olmur. Aqressiv formalaşırlar. Qeydiyyata düşmüş qeyri-rəsmi nikahlardan dünyaya gələn uşaqların hamısına bunu şamil etmək olmaz. Ədliyyə Nazirliyində qeydiyyatdan keçən 5 min tək ana molla kəbini ilə evləndiyi üçün uşaqlarını heç olmasa qeydiyyata salıb. Amma kəbini olmayanlar haqqında bizdə ümumiyyətlə məlumat yoxdur. Əgər hazırda bizim sığınacaqda 30 uşaq varsa, onlardan 80 faizinin sənədləri yoxdur. Bu artıq bioloji ana və ataların “məsuliyyətindən” irəli gəlir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, ailədaxili münaqişələr artdıqca, boşanmalar artdıqca, vətəndaş nigahları da çoxalır. Bu prosesin özəyində insanın qarşısındakı şəxslə uzun müddət münasibətinin davam edəcəyinə inamın olmaması durur. Qərb ölkələri ilə müqayisə aparırlar. Orda cütlük bəzən 10 ildən çox bir yerdə yaşayır, daha sonra nikaha girir: “Bildiyiniz kimi, bu cür cütlüklər ayrılanda da ən böyük çəkişmə mülk bölgüsü zamanı yaşanır. Bu da tərəflər arasında psixoloji güvənsizliyin yaranmasına gətirib çıxarır. Vətəndaş nikahından uşaq dünyaya gətirmək də təqdirəlayiq deyil. Amma nəzərə alın ki, əvvəllər vətəndaş nikahına qarşı ictimai qınaq var idi. Artıq bu qınaq əvvəlki gücə malik deyil. Ona görə də bu prosesin genişlənməməsi üçün maarifləndirmə aparmaq lazımdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ