çərşənbə axşamı günü, 10 noyabr 2026
     

“Şəhid qardaşlar” kitabı - 9-cu yazı

Image


Həsrətin ümid yolu

Hədəflər yetmək, məqsədlər çatmaq üçündür.

İstəyinə çatmayanda sən sən olmursan. Nə geriyə dönə, nə irəliyə baxa bilirsən... Özün-özündən qaçaq düşən kimisən. Elə anlar olur ki, özünü belə tanımırsan. Tamam başqa olursan. Özgələşirsən. Səsindən çox sükutun eşidilir. Yoxluq səni özünə doğru çəkir. Səni özünə çəkəndən uzaqlaşa bilmirsən.

Səni gələcəyə aparan lazımdır. Çıxış yolun ancaq odur. Gərəkəni bulmaq qalır sənə. Yaşamağın ondadır. Sənə qol-qanad, stimul, ümid verən, həyatını dəyişən nəsə olmalıdır. Bu yeni işmi olacaq, insanmı - dostmu, doğmamı, yadmı, fərq etməz. Yaradanın səni yaşatmaq üçün göndərdiyini görmək lazımdı. O, yaxındamı olacaq, uzaqdanmı, bilinmir. Əsas o ölü nöqtədən tərpənməkdir.

Bu əksər insanlarda olur. Hansısa hadisədən, məqamdan doğan narahatlığın yaratdığı, əmələ gətirdiyi vəziyyət hərəyə bir cür təsir edir. Olanlarını, keçmişini birdən-birə itirənlər bunu daha ağır keçirirlər. Bu da anlaşılandır. Ən ağır itkidi yurd itkisi. Bu itkiylə bütün olanların itir. Qayıdıb geri baxa bilmirsən. Geridə qaranlıqdan başqa heç nə yoxdur. Qaranlıqda isə heç nə görünmür.

Yurdundan uzaq düşməklə, keçmişinlə birlikdə özün də yox olursan. Qalanlar  xatirələrdi. Bir vaxtlar sevə-sevə baxdıqlarını daha görə bilmirsən. Hər şey bir anın işində tarix olur. Boşluğa düşmüş kimisən. Sınıq xatirələrin gözlərini ovur.

Uşaqlığın, gəncliyin itir. İlk addım atdığın, gəzdiyin yerlərin taleyindən xəbərsiz qalırsan. Təkcə arzuların deyil, yurdla bərabər izlər də itir. O izləri ya toz basır, ya üstünə iz qoyulur, ya da kol-kos örtür. İzimizə iz qoymasaq bizi iz də unudacaq, yurd da. Özgələr səninlə bağlı hər şeyi silir. Unutdurur.

Vətən, yurd itkisini necə ifadə etmək istəsən də, o hissləri olduğu kimi çatdıra bilmirsən. Mümkünsüzdür. Danışa bilmirsən. İtkilərin hissləri səni boğur.

O hisslərin yazısı vərəqi yandırır. Alovu üzünü qarsır. İçin-için yanırsan. Yanan vərəqin, sözün alovu sənə tonqalın alovundan güclü gəlir. Çünki için yanır. Bu daxili yanğıyla qovrulursan.

Həmişə o yerlərə uçan quşlara həsəd aparan sən, indi ora gedən yolçuya üz tutmalı olursan:

 

Baxışımı göndərim

yoluna həmdəm kimi.

İçimdə qıvrılıram

ruhsuz bir sərsəm kimi.

 

Kol-kos basmış yollarda

quruyub iz yarpağım.

Yolçu, ordan quş göndər,

dimdiyində torpağım.

 

Yel üzümə tutulan

tor qapını açdımı?

Uşaqlığım dururmu?

Baş götürüb qaçdımı?

 

Daşıdılar qalmadı

torpağımı, daşımı.

Qoymağa yer qalıbmı,

ayağımı, başımı?

                                                            * * *

 

Faya xanım yurduyla bağlı olanları yadına salanda dərindən köks ötürüb gözünü uşaqlarının gözlərindən qaçırırdı. Uşaqlar həmin an ona toxunmurdular ki, bir az sakitləşsin. Sonra analarının boynunu qucaqlayıb, üzündən bərk-bərk öpərək təskinlik verirdilər.

Keçmişə gedib-qayıtmağın yolu uzun olur.

Faya xanımın ən böyük arzusu doğma yurduna – Şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, şimalda Basarkeçər yaylası, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunan Dərələyəzə - Ələyəzə baxmaq, o yerləri bir də görməkdir.  

Qərbi Azərbaycan dediyimiz diyarın Dərələyəz mahalının Ələyəz kəndində dünyaya göz açdığından, həsrətli baxışlarını uzaqlara söykəyib, uşaqlarına tez-tez o yerlərin gözəlliyindən danışırdı:  

“Dünyanın enişli-yoxuşlu yollarından, dərddən-qəmdən uzaq, xoşbəxt bir uşaqlıq, gənclik həyatı yaşayırdım.

1988-ci ilin acı günləri başladı. Erməni dığaları kəndə hücum edirdilər. Kənd sakinləri onların cavabını verirdilər. Bir neçə gün sakitlik oldu, sonra ermənilərin başçıları gəlib kənd ağsaqqallarını yığıb dedilər ki, bizim pasportumuzu alın, sizinlə işimiz yoxdur. Bir ay vaxtınız var. Heç kim razı olmadı. Yavaş-yavaş qız-gəlinləri kənddən çıxartdılar. Bundan xəbər tutan kimi ermənilər yolları bağladılar.

Bizi nənəmiz evdən çıxartdı. Evimizdən xeyli aralanmışdıq, ürəyim evdə qaldığından qayıdıb evimizə baxdım. Sanki evimizi baxışlarıma yığırdım. Sonra bir ovuc torpaq götürdüm. Hamı kimi mən də elə bilirdim ki, evimizə qayıdacağam.

Gözəl təbiəti, sıx meşəsi, sıldırım qayaları, müalicəvi bulaqları olan Dərələyəz mahalının adamları çox saf, mehriban və qonaqpərvər idilər.

Təkcə Ələyəz kəndində 1988-ci ildə ermənilər tərəfindən deportasiya olunanların sayı 1073 nəfər olmaqla, 200 təsərrüfat idi. Erməni dostu olan azərbaycanlılar 1968-1987-ci illərə qədər ermənilərdən “sizi burdan qovacaqlar”ı çox eşitmişdilər. Ona görə də 1985-ci ildə 225 ailə Ələyəzi tərk etdi.

Kənddə albanlara aid bir neçə abidə vardı. Son dönəmdə ermənilər abidənin üzərinə xaç işarələri yerləşdirirdilər. Biz heç nə başa düşmürdük. Düşmən işə öz çirkin əməllərini həyata keçirirdi.

Novruz bayramlarında çərşənbə axşamları sınanmış ocaqlarımızı ziyarətə gedərdik, niyyət edib şam yandırardıq. Həmin ocağın üstünə də gecəykən xaç taxmışdılar və xəbərdarlıq etmişdilər ki, ona kim toxunsa, həbs olunacaq.

Bizim evdən baxanda Salsalın qalası görünürdü. Üstündən qərinələr ötən, yaşı bilinməyən Sal-sal qalası, Arpa çayı, avqustda qarlı Təkədonduran dağı, Nənəmehriban abidəsi və neçə-neçə yaylaqlarımıza indi həsrət qalmışıq. Ancaq o yerləri unutmadıq və unutmamalıyıq.

Mən vətənimi, torpağımı həmişə çox sevmişəm. Bu gün də sevirəm. İnşallah, zaman gələr biz də doğma torpaqlarımıza qayıdarıq. Orda qalmış narahat ruhlarımız Qarabağ torpağındakı kimi rahat uyuyarlar.

Mənim istək və arzularımı hamıdan çox başa düşdüklərindən Cavidimlə Çingizim hərbi sahəni seçdilər.

Çingiz Murov dağında tez-tez təlimlərdə olurdu. Hər dəfə evə gələndə deyirdi ki, ana, səni bir gün Murov dağına, Kəlbəcərə aparacam, ordan Dərələyəz görünür. Deyirdim: “Çingiz, yaramın qaysağını qopartma”. O, “Ürəyini sıxma. Yaxşı olar”, - deyirdi. Bilirdim ki, Çingiz məni mütləq Kəlbəcərə aparacaq, ordan da doğma yurduma – Dərələyəzə baxacam...

İnşallah, Kəlbəcərə gedib həm Çingizin döyüş və şəhid olduğu yeri görəcəm, həm də Kəlbəcərdən o yerlərə baxacam.

Mənim övladlarımla bağlı bir arzum, bir niyyətim vardı: “Öldürmədən ölməyin! Qələbə qazanmadan geri dönməyin”. Elə də oldu. Məni övladsız, oğulsuz qaldım, ancaq Vətənsiz qalmadım”.

Ananın bu niyyəti, istəyi Cavidlə Çingiz üçün həyat yolu oldu. Bu vətənsevər ananın ürəyi vətən eşqi ilə döyünən, hər zaman işğal olunmuş torpaqların azad olunmasına can atan ovladları mütləq belə məğrur, igid olmalıydı.

Onlar hər dəfə Qərbi Azərbaycandan qaçqın, Qarabağdan köçkün düşənlərin üzlərindəki həsrəti görəndə anaları yadlarına düşürdü və ermənilərə nifrətləri min qat artırdı. Elə ona görə də bu iki igid oğul analarının arzularını yerinə yetirmək, həsrətlilərin həsrətinə son qoymaq üçün döyüşə can atırdılar. Yurd itkisinin nə qədər ağır olduğunu analarının gözlərindən oxuyurdular. Vətən deyəndə ananın ahı onların sinələrini yarıb, ürəklərini parçalayırdı.

Bilirdilər ki, Qərbi Ermənistan məsələsi Qarabağdan keçir. Cavid də, Çingiz də hərbiçi olaraq həm vətən qarşısındakı vətəndaşlıq, həm də anaları qarşısında övladlıq borcunu yerinə yetirmək  üçün hərbi biliyə daha çox yiyələnməyə, döyüş texnikalarının sirlərini daha mükəmməl öyrənməyə hamıdan çox səy göstərərək, hərbi bilik və bacarıqlarını təkmilləşdirməyə çalışırdılar. Və buna da nail olurdular. Hamıdan fərqlənirdilər.

Daim ön cəbhədə, düşmənlə üzbəüz olmaq, kimin nəyə qadir olduğunu döyüşdə göstərmək iddiasında idilər. Əsgərləri, komandirləri də bunun fərqindəydilər. Komandirləri onlara güvənərək, ən ağır döyüş mövqelərinə məhz onları göndərirdilər. Bilirdilər ki, nəyin bahasına olursa-olsun, mütləq döyüş tapşırıqlarını yerinə yetirəcəklər. Elə də olurdu... Canlarını qurban verməkdən belə çəkinmədən.

                                                                        * * *

İnsan bəzən itkini, ağrını, həsrəti yaşamasa da, doğmalarının nələr keçirdiklərini duyaraq onu yaşayır. O acı onların köksündə qubar bağlayır.

Ananı sevindirmək qədər övladı xoşbəxt edən heç nə yoxdur. Bu, müqayisəolunmazdı. Təkcə ana sevincində övladlıq borcunun misqalını qaytarmış kimi olursan.

Bütün sevinclərin ən gözəli ana gözlərindədir. Onu görməkdən böyük səadət yoxdur.      

Çingiz anasından eşitdiyi Dərələyəzin təbiətini Kəlbəcərin təbiətinə oxşatdığından Kəlbəcərin daha tez alınmasını istəyirdi. Murov dağının hər sıldırımlı qayalarına qalxdıqca, “arzuma çatmağıma az qaldı”, - deyirdi. O hər döyüşdə işğalda qalan torpaqları azad etdikcə,  həm də anasının vətənə gedən yolunu düşməndən təmizləyirdi. Addım-addım, qaya-qaya...

Azərbaycanın İsveçrəsi adlandırılan Kəlbəcərin gözəlliyini gördükcə, nələr itirdiklərimizin fərqində olurdu. Bu yerlər ermənilər tərəfindən dağıdılıb tarimar olsa da, gözəlliyi yenə göz oxşayır. Baxdıqca baxmaq istədiyin sıldırımlı, sanki mişarla kəsilmiş qayalar, qayalardan süzülən sular, bumbuz bulaqlar, rəssam fırçası ilə işlənmiş kimi görünən, dünyanın nadir ağac növləri ilə zəngin meşələr, müalicəvi İstisu, istisuyla bulaq suyunun uzun müddət yanaşı axıb sonda birləşib axdığı Tərtər çayı...

Füsunkarlığı ilə göz oxşayan Kəlbəcərdə nələr yoxdu... Yaşamaq üçün hər şeylə bərabər,

ermənilərin vəhşicəsinə istismar etdikləri Zod qızıl yataqları və başqa neçə-neçə material ehtiyatları...

Və ən əsası, Kəlbəcər Vətən torpağıdı!

(ardı var)

Rəfail TAĞIZADƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ