çərşənbə günü, 11 noyabr 2026
     

El harayına can deyən şəhid - Dördüncü yazı

Image


(Əvvəli ötən sayımızda)

Məktəb illəri və yeniyetməliyi 

Digər uşaqlar kimi, Elcan da 6 yaşında, yəni 2007-ci ildə “Abbas Səhhət”dəki 19 nömrəli məktəbdə ibtidai təhsilə başlamışdı.

İkinci sinifdə oxuyarkən bir qız sevirdi. Heyif ki, adını hələ bilmirəm. Uşaqlıq sevgisi daha maraqlı və təsirli olur. Həmin illərdən xatirə qalan bir hadisəni sizlərlə bölüşmək yerinə düşərdi.

Şəhidin Təranə bibisinin dediyinə görə, bir gün onlara qonaq gələn Elcan həyətdəki qızılgüldən iki-üç dənəsini qoparır. Təranə bibisi min bir zəhmətlə böyütdüyü güllərdən üçünün səliqəsiz şəkildə qoparılmasına bir az əsəbiləşir. Elcanı yanına çağırır. Elcan bibisinin səs tonundan məsələnin nə yerdə olduğunu duyub biixtiyar deyir:

- Bibi, Allah haqqı, təzəsini alıb yerinə qoyacam.

Bibisi onun cavabına istər-istəməz gülür və hirsi bir anın içində yox olur. Yeddi-səkkiz yaşlı qardaşoğlunun düşdüyü vəziyyəti yumşaltmaq üçün zarafatyana dillənir:

- Ay bala, de görüm, bu gülləri neynirsən? Yoxsa sevdiyin qız-zad var, xəbərimiz yoxdur?

Elcan başını aşağı salıb heç nə demir. Bibisi onu yanına çağırıb başını sığallayır:

- Üzümə bax görüm, – deyib onun gözlərinə diqqətlə baxır. Qızarmış yanaqları onu ələ verir. – Həə, belə de... Kimdir, o qız?

Elcan qızın adını deyib əlavə edir:

- Sinif yoldaşımdır. Partada birlikdə otururuq.

- Həə, onda gülü qoparmağa icazə verirəm.

Həmin gündən Elcan arabir bibisigilə gələndə qızılgüldən nə az, nə çox üç dənəsini dərib aparardı. Bibisi indiyə qədər həmin qızın adını, kimliyini bilmir. Lakin Elcanın vəfatından sonra baş vermiş bir səhnə onu illər öncəyə apardı. Belə ki, Təranə bibi deyir: “Elcanı dəfn eləyəndən bir həftə sonra qəbrini ziyarətə getmişdim. Qəbrin qarşısında əllərimi açıb dua edirdim. Birdən baş daşına söykədilmiş üç qızılgül diqqətimi çəkdi. Bir-birinə bağlanmış üç qızılgül. Bu məni Elcanın uşaqlıq illərinə apardı. Bilmirəm, düz fikirləşirəm, ya yox, amma məncə, həmin gülləri adını bilmədiyim o qız bura qoymuşdu...”.

Elcan Muradovla bağlı xatirələrini yad etmək üçün mərhumun müəllimləri ilə də əlaqə saxlamalı oldum. Onların kədərli halda, amma qürur və iftixarla dedikləri bibioğlu kimi məni də qürurlandırdı. Ən geniş söhbət etdiyim Könül müəlliməsi ilə maraqlı söhbətimiz oldu. Onunla söhbətimizi olduğu kimi sizə əziz çatdırmaq istəyirəm:

- Elcan barədə o qədər danışmaq olar ki... Sözə qulaq asan bir şagird olub. Düzdür, əlaçı deyildi, lakin öz tərbiyəsi, mərifət-qanacağı ilə tək mənim yox, bütün müəllimlərin hörmətini qazanmışdı. Yuxarı siniflərdə oxuyanda bəzi yaramaz şagirdlərə nümunə olurdu. Müəllim adına həmişə hörmət qoyurdu. Davranışları ilə, dürüstlüyü ilə özünü elə sevdirmişdi ki, onu balam kimi sevirdim. Şəhid olmasını eşidəndə inana bilmədim, çox ağladım.

- Müəllimə, Elcanla bağlı yadınızda qalan bir xatirə varmı?

- Əlbəttə. Özünü həmişə sinifdəki qızların böyük qardaşı kimi aparırdı. Başqa sinifdə oxuyanlar nəbadə həmin qızlara nəsə artıq söz deyəydi. Elə bil, sinifdəki qızların doğma qardaşı idi. Onlar da həmişə Elcana hörmət qoyurdular. Siniflərində belə birisinin oxuması onlarda özünəinam hissi formalaşdırmışdı... Yadıma düşmüşkən, qoy bunu da deyim.

Bunu deyən Könül müəllimə bir qədər tutuldu. Qəhərləndi. Sonra özünü ələ alıb sözünə davam etdi:

- Bir dəfə birinci dərsə gecikmişdi. Dünənki kimi gözlərim önündədir. Müəllimin xasiyyəti sərt olduğundan Elcan ondan çəkinirdi. Sakitcə dərs dediyim sinifə gəldi: “Müəllimə, olar zəngə qədər burda oturum?” – dedi. Yəqin, direktorun da onu görməsini istəmirdi. Icazə verdim, keçib oturdu. Zəng vurulanda məndən xahiş etdi ki, həmin müəllimə yaxınlaşım və onun xahişini edim. Mən gülümsəyib razılaşdım.

- Yaxşı ən çox hansı əməli diqqətinizi çəkib?

- Diqqətimi ən çox çəkən çox xeyirxah olması idi. Elə şagird olurdu ki, ailəsi bir az imkansız olduğundan dəftər almaqda belə çətinlik çəkirdi, iki-üç dərsi bir dəftərə yazırdı. Neçə dəfə görmüşəm, Elcanı dəftər, qələm gətirib həmin uşaqlara verib. Bildiyim qədər, onun özü də imkanlı ailədən deyildi. Bununla belə, onun bu ürəyiaçıqlığı, səxavəti, fədakarlığı bir müəllimə kimi mənə xoş təsir edirdi. Bir sözlə, Elcan qızıl kimi oğlan idi!

- Təşəkkür edirəm ki, bildiklərinizi bölüşdünüz. Bəs, əlavə nəsə demək istəyirsiniz?

- Oğlum, bir şey də demək istəyirəm.

- Buyurun.

- Biz Vətənimiz uğrunda həyatını fəda edən şəhidlərə həmişə borcluyuq. Məktəbdəki müəllim heyəti də təklif edib ki, məktəbimizə şəhid Elcan Muradovun adı verilsin. Bu, həm şəhidin adını əbədiləşdirəcək, həm də gənclərdə vətənpərvərlik ruhunu daha da artıracaq. Direktorumuz sağ olsun, lazımi prosedurları başladıb.

Mən Könül müəllimənin təklifinə çox sevindim. Belə bir qənaətə gəldikləri üçün ona və onun timsalında bütün müəllimlərə təşəkkür etdim. Danışığı bitirib sağollaşmaq istəyirdim. Könül müəllimə son olaraq dedi:

- Vallah, Gəncədə o qədər küçə var ki, tanımadığımız şəxslərin adınadır. Deyirəm, kaş həmin küçələrə onun-bunun adını qoymaqdansa, elə şəhidlərimizin adını verəydilər...

Kitabın bu yerində Elcanın uşaqlığı ilə bağlı xatirəmi də sizinlə bölüşmək istərdim. Elcanın doqquz yaşı olanda, yəni 2010-cu ilin yayında Tərtər rayonu istiqamətində düşmənlə təmas xəttində bir hadisə baş verdi. Bir gənc hərbiçimiz özü ilə bir neçə silah-sursat götürüb düşməndən qisas almağa yollandı. Ertəsi gün bütün Azərbaycan, hətta xarici dövlətlər belə, həmin hərbçi barəsində danışmağa başladı. Bu gənc Vətənin qəhrəman oğlu gizir Mübariz İbrahimov idi. Mübariz geriyə qayıdışı olmayan bir yola getdi. Düşmənin nəfəsini kəsdi, öz qisasını aldı və arzusunda olduğu şəhidlik pilləsinə ucaldı.

Həmin hadisə xalqımızın hər bir fərdinə, o cümlədən hələ məktəbli olan Elcan Muradova çox təsir etmişdi.

Mən hərbi liseyi yenicə bitirmişdim. Ali Hərbi Məktəbə qəbul olunmuşdum. Hələ dərslər başlamadığından, evdə tətilin bitməsini gözləyirdim. Bir gün Elcan bizə gəldi. Televiziyada ard-arda göstərilən kadrları, telefonlarda paylaşılan videoçarxları o da görmüşdü. Mən evdə tək idim. Üzbəüz əyləşib dedi:

- Qaqa, mən də hərbi məktəbdə oxumaq istəyirəm.

Təbii ki, sevindim. Çox qəribədir, mən də onunla eyni yaşlarda olanda buna qərar vermişdim. Dayıoğlumun bu istəyini təqdirəlayiq qarşıladım:

- Lap gözəl. Amma hələlik sən məktəbdə oxumalısan. Yaxşı oxu ki, səkkizinci sinifdə imtahan verib qəbul oluna biləsən.

- Baş üstə...

Elcanın hərbi liseyə qəbul olacağına inanırdım. Təəssüf ki, sonrakı illərdə baş verən bəzi hadisələr, daha doğrusu bəzi problemlər buna imkan vermədi. Məktəbdə oxumaqdan əlavə, orda-burda xırda-para işlə məşğul olub evinə çörək aparırdı. Ailəsinin maddi cəhətdən çətinlik çəkməsi onu çox sıxırdı.

2006-cı ildə ailənin ikinci övladı Rəsail dünyaya gəldi. Lap kiçik yaşlarından hamı ona “Bobu” deməyə başladı. 2011-ci ildə isə Elcanın ikinci qardaşı Eltac işıqlı dünyaya göz açdı. Dünənki kimi yadımdadır, Eltacın qulağına azan və iqamə demək mənə nəsib olmuşdu.

Düzdür, Elcan kasıb ailədə böyümüşdü. Amma bu onun xoşbəxt olmasına mane ola bilməmişdi. Çünki Elcan xoşbəxt yaşamağın yolunu yaxşı bilirdi.

Necə xoşbəxt yaşamalı?

Hər bir insan xoşbəxt yaşamaq istəyir. İstər varlı, istər kasıb, istər sağlam, istər xəstə, hazırki durumundan asılı olmayaraq hər bir insan xoşbəxt yaşamaq arzusundadır.

Bəziləri Elcanın 19 yaşında şəhid olduğunu eşidib təəssüflənir və ”Yazıq uşaq, gün görmədən öldü”, – deyirlər. Təbii ki, təəssüflənmək normaldır, amma bir şeyi də unutmaq olmaz ki, o indi ən xoşbəxt insanlarla birlikdədir. Axı, Həzrət Adəmdən günümüzədək davam edən səadət karvanına qoşulmaq hər insana qismət olmur.

Əsl xoşbəxtlik həm bu dünyada, həm də axirətdə olduqda reallaşır. Mövzu ilə əlaqədar olduğu üçün bir məsələni qeyd etmədən keçmək doğru olmaz. O da varlıq aləmindəki qanunlarla bağlıdır. Belə ki, kainatda fiziki və mənəvi qanunlar hökm sürür. Fiziki qanunlara Yerin cəzbetmə qanununu, suyun buxarlanma qanununu, mayenin hökmən üç aqreqat halından birində olmasının zəruriliyini və bu kimi digər onlarla qanunu göstərmək olar. Bu qanunlar empirik yolla, təcrübə edilərək kəşf olunur və onların əsasında bizlərin maddi yaşayışımız inkişaf etdirilir. Bu gün kondisioner, telefon kimi elektronik ləvazimatlarla rahat yaşayırıqsa, bunu məhz təbiətdə qoyulmuş fiziki qanunlara borcluyuq. Çünki hər bir şey müəyyən qanunauyğunluq əsasında ərsəyə gəlir. Amma rahat yaşamaq heç də xoşbəxt yaşamaq deyil. Axı, xoşbəxtlik daxilən duyulan bir hissdir.

Varlıq aləmində fiziki qanunlar olduğu kimi, mənəvi qanunlar da vardır. Bu qanunlar isə təcrübə yolu ilə kəşf və inkişaf etmir. Hər bir insanın daxili dünyası məhz o qanunlar əsasında tənzimlənir. Adi elektronik əşyanın parametrləri pozulsa xarab olduğu kimi, insanın da yaradılış parametrləri pozulsa, mənəvi böhran yaranır. İnsan daxilən məhv olur. Məsələn, hər bir insan başqasının zülmə məruz qaldığını, hansısa günahsız qızcığaza təcavüz olunduğunu görsə daxilən buna etiraz edir və yaxud biz köməyə möhtac birinə əl tutanda, haqsızlığa məruz qalanı müdafiə edəndə daxilən rahatlıq qazanırıq. Belə şeylər nə valideynlər tərəfindən öyrədilir, nə də məktəbdə tədris edilir. Uca Yaradan hər bir insanın fitrətində bu qanunları yerləşdirir. Əgər biz o qanunlara əməl edəriksə həqiqi xoşbəxtliyin tamını duyarıq. İstər varlı olaq, istər kasıb, heç fərq etməz. O qədər varlı insanlar var ki, zahirən xoşbəxt görünsələr də intihara əl atırlar. Həmçinin, o qədər kasıb adamlar var ki, həyatdan bezərək intihar edirlər. Xoşbəxtlik maddi durumdan yox, daxili vəziyyətdən asılıdır. Bu, dəyişməz sabit qanundur.

Elcan məhz belə bir xoşbəxtlik yaşayırdı. Məktəbdə oxuyanda elə vaxt olurdu ki, valideynləri ona məktəbli forması ala bilmirdi, köhnə paltarları ilə dərsə gedirdi, amma o, xoşbəxt idi. Çünki mənəviyyatlı birisi olmaqla bərabər, onu sevənlərə xoşbəxtlik aşılayırdı.

* * *

Elcanın dəfnindən qırx gün ötmüşdü. Məhbəsdən çıxma imkanım olmadığından, başsağlığı vermək üçün zəng etməli oldum. Dəstəyi İntiqam dayım götürdü. Hansı ki, Elcanın əmisi düşür. Telefonu Eldəniz dayıma vermədən öncə mərhum şəhid barədə onun da fikrini, xatirələrini soruşdum:

- Dayı, sən Elcanın əmisi olmusan. Gözünün qabağında böyüyüb. O sənin xatirələrində necə qalıb?

- Elcan mənim sağ əlim idi. Arada əsəbi olurdum, neçə dəfə, istəmədən də olsa, hirsimi yazığın üstünə tökmüşəm. Heç vaxt cavab qaytarmırdı. Elə bu hərəkəti ilə məni əməlli-başlı tənbeh edirdi. Gülərüz, mehriban idi.

- Başqa?

- Başqa?.. Hamımızın ad gününü yaddaşında saxlayırdı. Elə vaxt olurdu ki, doğma qardaş-bacılarım unutsa belə, o hökmən təbrik edərdi. İmkanı olduqca hədiyyə alardı... Bəzən xətrinə dəysəm də, o, “əmi, sən mənim böyüyümsən, səndən incimirəm”, – deyirdi.

(Ardı var )

Elvin ARİFOĞLU



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ