Cümə axşamı günü, 12 noyabr 2026
     

Bədnam 7 cildlik tarix dərsliyindən imtina edəkmi...

Image


Tariximizi obyektiv, doğru-düzgün yazmaq, layiqli şəkildə indiki nəslə öyrətmək, cəmiyyətdə təbliğ etmək çox vacibdir. Uzun illər bizə saxta tarix öyrədiblər, qələmimiz başqalarının əlində olub, tariximiz tamamilə səhv metodologiya əsasında yazılıb.

7 cildlik “Azərbaycan tarixi” yanlış metodologiya ilə yazıldığı üçün kitabda bizim əleyhimizə kifayət qədər məsələ olduğu bildirilir. Bu vəsait, bütövlükdə, ortadan yığışdırılmalı olduğu halda, bu gün o nəinki yığışdırılmır, hətta bəzi dərsliklərdə ona istinadlar da edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən 1998-2003-cü illərdə nəşr edilmiş 7 cildlik “Azərbaycan tarixi”nin I, II, III, IV, V və VI cildləri akademik İqrar Əliyevin Tarix İnstitutunda direktor olduğu dövrdə onun rəhbərliyilə hazırlanıb, VII cild isə akademik Yaqub Mahmudovun dövründə hazırlanıb. Ən qədim dövrlərdən 2000-ci illərin əvvəllərinə qədərki dövrü əhatə etdiyi bildirilən 7 cildlikdə kifayət qədər ideoloji, milli şüurumuzla, düşüncəmizlə ziddiyyət təşkil edən məqam olduğunu tarixçilərimiz dəfələrlə vurğulayıblar. Əksər tarixçi hesab edir ki, Tarix İnstitutunda xüsusi komissiya təşkil edilməli və 7 cildlik tamamilə saf-çürük edilməlidir. Bütövlükdə, 7 cildliyin ləğvi, sıradan çıxarılması məsələsi daha aktualdır. Tarixçilər özləri də deyirlər ki, 7 cildliklə bağlı qərar verilməli və o tamamilə yığışdırılmalı, yeni çoxcildliklər seriyası hazırlanmalıdır. Y.Mahmudovun vaxtilə bu yanlışlıqlara göz yumduğunu deyən ekspertlər hesab edirlər ki, o, 7 cildliyi latın qrafikası ilə təkrar nəşr edilərkən buradakı qüsurları tamamilə təmizləməli və cildlik nəşrə səhvsiz getməli idi, amma o bunu etməyib.

Tarix İnstitutu 7 cildlik “Azərbaycan tarixi” ilə bağlı hansı qərarı verəcək, bu vəsaitin tamamilə yığışdırılması həyata keçiriləcəkmi?

AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyev hesab edir ki, Azərbaycan tarixinin yeni çoxcildlikləri yaradılmalı və bu vəsaitlərdə isə keçmiş qüsurlar təkrarlanmamalıdır. Q.Hacıyev hesab edir ki, köhnə qüsurlar bütün tarix kitablarından yığışdırılmalıdır. Professorun sözlərinə görə, VII cildlik “Azərbaycan tarixi”ndə müşahidə edilən nöqsanlar zamanında aradan qaldırılmayıb və bu səbəbdən də analoji problem meydana gəlib. Tarix İnstitutunun yeni rəhbərliyinin bu məsələyə yenidən baxacağına inanan Q.Hacıyevin bildirdiyinə görə, həm VII cidlik, həm də digər vəsaitlər yenidən hazırlanmalı, yeni metodologiya əsasında ərsəyə gətirilməlidir.

  • Mübariz Ağalarlı: “7 cildlik “Azərbaycan tarixi”ndə sual doğuran məqamlar var”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı “Bakı-Xəbər”ə bildirdi ki, 7 cildlik “Azərbaycan tarix”ində nöqsanlar olsa da, bu, həmin nəşrin tamamilə sıradan çıxarılmasına yol açmamalıdır. M.Ağalarlının fikrincə, cildliklərdə bizim soykökümüzlə, etnogenezimizlə bağlı materialların hazırlanmasında nöqsanlara yol verilib, bu da ondan irəli gəlir ki, nəşrlər hazırlanarkən Sovet dövründə nəşr edilən hazır monoqrafiyadan istifadə edilib. “7 cildliklərlə bağlı fikirlər birmənalı deyil, bəziləri bu nəşrin tamamilə yığışdırılmasını istəyir, digərləri isə qalmalı olduğunu deyirlər. Yəni bu məsələ müzakirə edilir. Mən sizə real vəziyyəti deyirəm. 7 cildlik Azərbaycan müstəqillik qazanandan sonra tarix elmində elmi baxımdan çoxcildli, universal, fundamental əsərlərdən biridir. Biz 7 cildlik “Azərbaycan tarixi”ni tamamilə silib ata bilmərik. Bu çox ciddi məsələdir. 7 cildlikdə kifayət qədər problem var, xüsusən də qədim dövrlə, etnogenezlə bağlı nöqsanlar müşahidə edilir. Orta əsrlər Azərbaycan tarixi ilə bağlı, xüsusilə də 17-18-ci əsrlərlə əlaqədar sual doğuran məqamlar az deyil. Burada soyqırım məsələsi öz əksini tapmayıb. Cümhuriyyətə yanaşma yeni kontekstdən deyil. 7 cildlik “Azərbaycan tarixi”ndə sual doğuran məqamlar var. Amma mən bir məsələni sizə deyim ki, bu istər sosial-iqtisadi baxımdan, istər siyasi baxımdan, istərsə də sosial-mədəni, elmi baxımdan Azərbaycan tarixinin fundamental əsəridir. İkinci belə bir əsər yoxdur”.

Ekspert qeyd etdi ki, cildliklər 1998-ci ilə qədər olan monoqrafiyaların, elmi əsərlərin məcmusu əsasında, köhnə metodologiya ilə yazılıb. M.Ağalarlı hesab edir ki, 7 cildliyin ən böyük problemi onun köhnə sovet metodologiyası ilə hazırlanmasıdır. “Bu günə qədər də Azərbaycan tarixinin metodologiyası yoxdur. Biz bunu əvvəl çap olunan əsərlərdən necə tələb edə bilərik? Burada məsələ nədir? Bu 7 cildlik çap olunandan sonra çox təəssüflər olsun ki, buradakı boşluqları doldurmaq üçün yeni “Azərbaycan tarixi” yazılmadı. 2000-ci ildən sonra elmi toplu şəklində yeni Azərbaycan tarixi yazılmalı idi. Amma yazılmadı”.

2010-cu ilə qədər olduqca dəyərli monoqrafiyaların çap olunduğunu deyən M.Ağalarlının sözlərinə görə, bu tarixi əsərlərlə 7 cildlikdə olan boşluqlar doldurulmalı, nöqsanlar aradan qaldırılmalı idi. Ortada bu boşluğu dolduracaq mükəmməl monoqrafiyaların olduğunu bildirən M.Ağalarlının sözlərinə görə, bu boşluqlar doldurulmadığına görə ölkəmizdə problem yaradır: “Hesab edirəm ki, bir neçə cildlik “Azərbaycan tarixi” yazılmalı və bu problem avtomatik həll olunmalıdır. Məsələ bundan ibarətdir”.

  • AMEA-nın Tarix İnstitutu: “...daha fundamental 15 cildlik “Azərbaycan tarixi” hazırlanacaq”

AMEA-nın Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi 7 cildlik «Azərbaycan tarixi”nin akademik nəşri haqqında müraciətimizə cavab verib. İctimaiyyətlə əlaqələr şöbəsindən "Bakı-Xəbər"ə bildirilib: "Çoxcildlik akademik “Azərbaycan tarixi”nin hazırlanmsı təcrübəsi Sovet dövründə yaranıb. O zaman 3 cild 4 kitabdan ibarət (3-cü cild iki kitab idi) “Azərbaycan tarixi”nin akademik nəşri əvvəlcə rus dilində çap olunub. Bu kitablar sonra Azərbaycan dilinə tərcümə edilib. “Azərbaycan tarxi”nin yeni çoxcildliyinin hazırlanmasına ictimai tələbin olmasına baxmayaraq, Sovet dövrünün sonunadək bu, həyata keçirilmədi.

Müstəqilliyin bərpa edilməsindən sonra “Azərbaycan tarixi”nin müasir tələbləri nəzərə alan akademik nəşrinin hazırlanması yenidən zərurətə çevrildi. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən “Azərbaycan tarixi”nin yeni 7 cildlik akademik nəşri yalnız 1998-2003-cü illərdə mümkün oldu. Bu nəşr ilk dəfə kiril əlifbasında çap edildi. Ölkədə rəsmi qaydada latın qrafikasına keçilməsi nəticəsində bu nəşrə tələbat azaldı. “Azərbaycan tarixi”nin latın qrafikasında yeni çoxcildliyinin nəşr edilməsinə zərurət yarandı. Lakin ötən dövr ərzində ölkədə baş verən dəyişiklikləri belə nəzərə almadan 2007-2008-ci illərdə həmin 7 cildlik olduğu kimi latın qrafikasına keçirildi. Latın qrafikasındakı nəşrin hər bir cildində qeyd edilir ki, onlar kiril əlifbasındakı kitablar əsasında təkrar nəşrə hazırlanıb.

Çoxcildlikdən bəhs edərkən hər hansı bir ölkə tarixini səciyyələndirməli olan ən xarakterik problemlər əsas götürülə bilər.

Müasir dövrdə dünyada tarix sahəsində yeni elmi nəzəriyyələr və istiqamətlər təşəkkül tapıb. “Azərbaycan tarixi” çoxcildliyində mürəkkəb tarixi proseslərin öyrənilməsinin müasir nəzəri-metodoloji məsələləri və ya tarixin fəlsəfəsi nəzərə alınmayıb. Çoxcildlikdə Sovet dövründə hakim mövqeyə malik olan tarixi-materialistcəsinə anlayış nəzəriyyəsi özünü doğrultmadığı halda, yenə də təsirli mövqeyini saxlayıb. I cildin birinci bölməsi Marksın bu nəzəriyyəsinə uyğun olaraq, “İbtidai icma quruluşu”, ikinci bölmə “İbtidai icma quruluşunun dağılması”, II cildin II fəslinin 1-ci paraqrafı “Feodal istehsal üsulunun meydana çıxması və təşəkkülü”, yenə həmin cildin XII fəsli “Azərbaycan inkişaf etmiş feodalizm dövründə” (XI-XII əsrlər), IV cildin IV fəsli “Kapitalist münasibətlərinin meydana gəlməsi”, V fəsil “İslahatdan sonrakı dövrdə kapitalist münasibətlərinin inkişafı” adlanır, II cildin II fəslində sinfi mübarizədən bəhs olunur və sair.

Dünya tarixşünaslığında hər bir ölkənin çoxcildlik tarixinin yazılması təcrübəsi göstərir ki, əsaslandırılmış milli tarix konsepsiyasının hazırlanması ən vacib şərtdir. 7 cildlik “Azərbaycan tarixi”ndə belə konsepsiyadan bəhs etmək əsaslı görünmür. Azərbaycanın keçdiyi uzun və mürəkkəb tarixi inkişaf yolunun ümumi qanunauyğunluğu və konkretliyi müəyyən edilməyib. Kitabın cildləri daxili məntiqi əlaqəyə malik olmayıb, ayrı-ayrı müəlliflərin monoqrafik tədqiqatlarının ixtisar olunmuş variantının mexaniki şəkildə birləşdirilmiş toplusuna çevrilib.

Tarixin elmi baxımdan dövrləşdirilməsi onun əsas nəzəri məsələlərindən biridir. 7 cildlik “Azərbaycan tarixi”ndə materiallar əsasən xronoloji ardıcıllıqla düzülüb. Bir nümunəyə baxaq: II cildin I fəsli “Azərbaycanın III-VII əsrlərdə ərazisi və əhalisi”, II fəsil “III-VII əsrlərdə Azərbaycanın şimalında Albaniyada ictimai quruluş və sinfi mübarizə”, III fəsli “III-VII əsrin əvvəllərində Azərbaycanın siyasi həyatı (Albaniya)” və s. adlanır. Bu, III-VII əsrlər nə üçün xüsusi dövr kimi ayrılıb, aydın olmur.

7 cildlikdə verilmiş tarixi materialın strukturu və cildlər üzrə yerləşdirilməsində də problemlər var. Milli tarix konsepsiyasının olmaması və obyektiv dövrləşdirilmənin müəyyən edilməməsi burada həlledici rol oynayıb.

Çoxcildlikdə xronoloji dövrlər üzrə verilmiş bütün mövzular siyasi vəziyyət, sosial-iqtisadi quruluş və mədəniyyət tarixi üzrə təsnif edilib. Hər bir halda dövrün mədəniyyəti sonda verilib. Nəticədə mexaniki bir dairə yaradılıb. III cildin strukturuna nəzər salaq: II fəsil “XIII-XIV əsrlərdə Azərbaycanda ictimai-iqtisadi quruluş”, III fəsil “XV əsr Azərbaycan dövlətləri”, IV fəsil “XV əsrdə Azərbaycanın ictimai-iqtisadi həyatı”, V fəsil “XIII-XIV əsrlərdə Azərbaycan mədəniyyəti”, VII fəsil “XVI əsrdə Azərbaycanın ictimai-iqtisadi həyatı”, X fəsil “XVI-XVII əsrlərdə Azərbaycan mədəniyyəti” və s. adlanır. Beləliklə, faktiki olaraq, tarix yalnız bu üç problemin toplusu kimi verilməklə onun predmeti də məhdudlaşdırılıb.

Yeddi cildlikdə qeyd edilən tarixi materialların cildlər üzrə yerləşdirilməsində də ciddi çatışmazlıqlar yaradılmaqla onun istifadəsi bir daha çətinləşdirilib. Burada əsas elmi kriteriyalara əməl edilməyib, materiallar necə gəldi cildləşdirilib. Atropatena və Albaniyanın bir hissəsi I cilddə, digər hissəsi II cilddə verilib. Halbuki, bunlara xüsusi cild ayrılmalı idi ki, bu dövlətlərin tarixinin ümumi strukturu və şərhi ardıcıl şəkildə görünsün. Səfəvi dövlətinə dair materialları da ayrı bir cilddə vermək zəruri idi. Azərbaycan torpaqlarının bölüşdürülməsi uğrunda mübarizə (1801-1828-ci illər) və Şimali Azərbaycanın Rusiya imperiyası tərkibindəki tarixi IV (XIX əsr) və V (1900-1920, 27 aprel) cildlərin arasında bölüşdürülüb. Bu materialları da ayrı bir cilddə vermək daha doğru olardı. Azərbaycan Cümhuriyyəti (1918-1920) və müasir Azərbaycan Respublikasının tarixi də ayrı cildlərdə olmalı idi.

7 cildlik Azərbaycan tarixində bəzən cildlər üzrə, bütövlükdə isə nəşr üzrə heç bir elmi nəticə və yekunun olmaması da doğru görünmür. Halbuki, belə bir çoxcildliyin qarşısında duran ən mühüm məqsəd məhz ölkənin tarixi üzrə nəticə və yekunları müəyyən etməkdən ibarətdir.

Ümumi qeydlər ilə birlikdə Azərbaycan tarixinin bəzi konkret fundamental elmi məsələlərinin həllində də ciddi problemlər var. Onlardan ikisini xüsusi qeyd etmək olar:

1. Ölkə tarixinin, o cümlədən, Azərbaycan tarixinə aid kitabın ilk əvvəl aydınlaşdıracağı məsələ bu tarixin cərəyan etdiyi tarixi-coğrafi ərazi ilə bağlıdır. I cildin “Azərbaycanın təbii-coğrafi şəraiti” adlı hissəsində deyilir ki, “Azərbaycanın tarixi ərazisi Şərqi Zaqafqaziya və İranın şimal-qərb hissəsində yerləşir. Sahəsi 221,6 min kvadratkilometrdir…” . Əvvəla 7 cildlik akademik “Azərbaycan tarixi”ndə tarixi-coğrafi ərazinin bu şəkildə müəyyən edilməsi elmi baxımdan tam yanlışdır. Elmi baxımdan tarixi-coğrafi ərazi təbii coğrafi obyektlər ilə müəyyənləşdirilməlidir. Azərbaycanın tarixi-coğrafi ərazisi formalaşanda nə Zaqafqaziya, nə də İran coğrafi məfhumları yox idi. Burada Azərbaycanın tarixi-coğrafi ərazisinin sahəsi də tamamilə səhv verilib.

Azərbaycan tarixinə dair elə ilk cümlədən başlanan səhv onun fundamentlərindən birini təşkil edən tarixi coğrafiyasını təhrif edir. IV cilddən başlayaraq bu tarixi coğrafiya tamamilə inkar edilir, Azərbaycan tarixi adı altında yalnız Azərbaycanın şimalındakı siyasi ərazidən bəhs olunur.

2. “Azərbaycan tarixi”nin çoxcildlik akademik nəşri ümumiləşdirici əsərin cavab verməli olduğu ən vacib suala - Azərbaycan xalqının yaranması tarixinə nəinki cavab verə bilmir, hətta problemin yanlış şərhi ilə onu daha da mürəkkəbləşdirir və anlaşılmaz bir vəziyyətə gətirir. Belə ki, “Azərbaycan xalqının və Azərbaycan dilinin formalaşmasının başa çatması” adlı XIV fəsil III-XIII əsrin birinci rübünə həsr edilmiş II cilddə XIII fəsil (“XI-XII əsrlərdə Azərbaycanın sosial-iqtisadi quruluşu”) və XV fəsil (“XI-XIII əsrin əvvəllərində Azərbaycan mədəniyyəti”) arasında verilir. Digər bir vacib məsələ isə bu fəslin strukturu və məzmunu ilə bağlıdır.

Burada problem üzrə çox qəribə bir mülahizə təqdim edilir. Aydın olması üçün bu fəsildən bir parçanı nəzərdən keçirək: “Azərbaycan xalqının tarixində özünün taleyüklülüyü ilə seçilən bu problemin (xalqın etnik tarixinin - red.) həllində tələsik söylənilən fikir və mülahizələrin böyük mənəvi zərərini, fikir sahiblərinin ayrı-ayrılıqda hər birinin elmdə tutduğu sanballı mövqeyini, eləcə də yüksək elmi-nəzəri bilik, dərin tədqiqat bacarığı və professionalizm tələb edən bu problemin həllində dünya tarixşünaslığında qəbul və təqdir ediləcək son sözün hələ mütləq deyiləcəyini nəzərə alaraq, alimlərimizin öyrənilən sahədə bu gün əldə etdikləri əsas nəticələri təqdim edirik” (“Azərbaycan tarixi”, yeddi cilddə. II c. Bakı, 2007, PDF, s.355). Akademik nəşrdə irəli sürülən primitiv didaktika bir tərəfə, Azərbaycan xalqının formalaşması probleminin həllində dünya tarixşünaslığında qəbul ediləcək son sözün hələ mütləq deyiləcəyindən bəhs olunur.

Bundan sonra isə geniş bir tarixşünaslıq qeydləri başlanır, bəzi tarixi mühakimələrdən sonra belə bir fikir irəli sürülür: “Beləliklə, gördüyümüz kimi, haqqında bəhs etdiyimiz dövrdə (XI yüzilin ortaları-XII əsr. - red.) tarixi Azərbaycan ərazisində cərəyan edən dil, ərazi, mədəniyyət və iqtisadi əlaqələr vəhdəti zəminində yeni etnik birliyin – türkdilli Azərbaycan xalqının təşəkkülü prosesi başa çatır. Böyük axınla Azərbaycana gələn oğuz türklərinin bu prosesdə iştirakı isə Azərbaycan türklərinin səlcuq yürüşlərindən əvvəl başlayan formalaşmasını sürətləndirmişdi” (Yenə orada, s.366).

Mövcud 7 cildlik Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, onun nəticələri, dərsləri və bugünkü vəziyyəti haqqında aydın təsəvvür yaratmağa imkan vermir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin kitaba epiqraf olaraq verilmiş “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək” kimi dəyərli fikrinin reallaşdırılımasına nail olunmayıb. Ən təəssüf doğuran hallardan biri də odur ki, istər orta və ali məktəblər üçün, istərsə də geniş oxucu kütləsi üçün çap edilmiş “Azərbaycan tarixi” dərslikləri və ya vəsaitlərinin demək olar ki, böyük bir hissəsi 7 cildliyin konspekti təsirini bağışlayır.

AMEA-nın Tarix İnstitutu bütün bunları nəzərə alaraq, ən qısa zamanda Azərbaycanın keçdiyi tarixi inkişaf yolunu obyektiv əks etdirən, milli tarix konsepsiyasına əsaslanan bircildliyin hazırlanması üzrə iş aparır. Bircildlik üzrə mətnlər ilk öncə Tarix İnstitutunun saytında geniş oxucu kütləsinə təqdim ediləcək. Elmi ictimaiyyətin və müraciət edən hər bir oxucunun tənqid və təklifi, onu narahat edən sualları diqqətlə araşdırılacaq. Azərbaycanda ilk dəfə, sözün əsl mənasında, ümummilli Azərbaycan tarixi yazılması həyata keçiriləcək. Yalnız bundan sonra, ciddi hazırlıq əsasında daha fundamental 15 cildlik “Azərbaycan tarixi” hazırlanacaq”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ