Cümə axşamı günü, 12 noyabr 2026
     

Elvin İsmayılovun şərəfli ömür yolu...

Image


Şəhidlər torpağı vətənə, vətəni isə qibləgaha çevirən müqəddəslərdi. Şəhidlər torpaq üçün can verib, torpağın köksündə uyuyanlardı. Torpağın üzərində dikilən hər şəhid məzarı azadlığın sütünudur. Hər biri azadlığın dəyərini donmuş baxışları ilə izah edir. 

Vətənin müqəddəs şəhidlərinin sırasında Elvin İsmayılovun da adı yer alıb. İsmayılov Elvin Tələt oğlu 1989-cu il martın 9-da Beyləqan rayonunun İkinci Əlinəzərli kəndində anadan olmuşdu. 1995-ci ildə Əlinəzərli kənd K.Əliyev adına 2 N - li tam orta məktəbdə 1-ci sinifdə təhsil almağa başlamışdı. 2006-ci ildə məktəbi bitirdikdən sonra elə həmin ildə Beyləqan hərbi komissarlığından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağrılmışdı. Tərtər rayonu N saylı hərbi hissədə xidmət etmişdi. Xidmətini bitirdikdən sonra Elvin müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmətini davam etdirmişdi. 2011-ci ildə Qazax rayonunun N saylı hərbi hissəsində xidmətə başlamışdı. 2019-cu il aprel ayında Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmişdi. Hər zaman işini məsuliyyətlə icra edən Elvin dəfələrdə medal və diplomlarla təltif edilmişdi. O,"Qurban Bayramı münasibəti ilə döyüş hazırlığında, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərinə görə” N saylı hərbi hissənin komandiri tərəfindən 2015-ci il 23 sentyabrda Fəxri fərmanla təltif olunmuşdu. Kiçik çavuş “31 Dekabr Dünya Azərbaycanlıların həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlərə görə” 2016-cı il 31 dekabrda N saylı hərbi hissənin komandiri tərəfindən Fəxri fərmanla təltif olunmuşdu. Kiçik çavuş İsmayılov Elvin Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən 2018-ci il 26 iyunda “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı ilə təltif olunmuşdu. Çavuş İsmayılov Elvin Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən 2020-ci il 26 iyunda “Qüsursuz xidmətə görə ” III dərəcəli medal ilə təltif olunmuşdu.

2020-ci il 26 iyunda çavuş İsmayılov Elvin N saylı hərbi hissənin komandiri tərəfindən “26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda fərqləndiyinə görə” Fəxri fərmanla təltif olunmuşdu. Elvin orduda müstəsna xidmətləri olan bir qəhrəman idi. Hər bir Azərbaycan əsgəri kimi Elvin də Qarabağı azad görmək arzusu ilə yaşayırdı. Hər bir əsgərin və hər bir azərbaycanlının gözlədiyi o məqam yetişdi. 

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Erməni silahlılarının növbəti təxribatı ilə Qarabağa doğru yola ilk addımı atdı. İllərdi işğal altında olan torpaqlar qarış-qarış azadlığa qovuşdu. Qəhrəman oğullar min bir hünərlə zəfərə doğru addımladılar. 

Elvin də çox arzularını vətən sevgisinə qurban edən qəhrəman oğullarımızdan biri idi. O, 2019-cu il 29 dekabrda Şəhla xanımla ailə həyatı qurmuşdu. Şəhla xanım sevdiyi ilə cəmi 9 ay xoşbəxt ömür sürdü. Elvin son dəfə 27 sentyabrda Şəhla xanımla vidalaşıb döyüşə yola düşdüyündə halallıq istəyir. Bu vida Şəhla xanımın ürəyinə od salır. Sevdiyinin ardınca su atıb, geri dönüşü üçün qurban deyir. Elə həmin gündən Elvinlə əlaqə saxlamaq mümkün olmur. Günlər sonra Elvinin yaralı olduğu və evə gətirəcəkləri xəbərini duyan Şəhla xanım fəryad edir. "Yaralı birini heç evə gətirərlərmi" deyir. Həmin an Elvinin şəhid olduğunu düşünən xanımı düşüncəsində yanılmır. Elvinin gedişi ilə sevdiyinin ümid işığı sönür. Bir əmanət övladı belə qalmayan Elvindən bir məzar, bir də şəkillər qalır. 

Elvin İsmayılov Cəbrayılın Rüzgar kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid olmamışdan öncə yaralı yoldaşlarını xilas edən, özü yaralı olan Elvinə dostları nə qədər "sən yaralısan qayıt geri" desələr də Elvin "son damla qanıma qədər döyüşəcəm" deyib və elə son damla qanına qədər də döyüşüb. 27 sentyabrda şəhid olan Elvin oktyabrın 3-də Beyləqan rayonunda Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə İsmayılov Elvin Tələt oğlu şəhadətindən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Heç bir hərbçi döyüşün başladığı zaman şəhid olmaq istəməz. İllərlə Elvin Qarabağa bayraq sancmaq arzusu ilə yaşadı. Ancaq onun Vətən müharibəsində döyüş yolu ömrü kimi qısa oldu. Döyüş yoldaşları Elvinin, bütün şəhidlərin intiqamını aldılar və Qarabağın hər yerinə şanlı vətən bayrağımızı sancdılar. 

 

ŞƏHİD ELVİN

Həsrətin cahana yağan yağış tək, 

Hər kəsin üzünə çilənib şəhid. 

Adını duyanda titrəyir ürək, 

Bağlı qapıları açansan şəhid. 

 

İllərlə pas tutan ümid qapısın, 

Gücünlə, sevginlə taybatay açdın. 

Günəş şəfəqi də heç isitmirdi, 

Donan torpaqlara sən şəfəq saçdın. 

 

Sinəsi çat tutub lap cadar olan, 

Torpaq qurtum - qurtum içdi qanını. 

Kök atdı bir anda azadlıq eşqi, 

Aldı ağuşuna Azərbaycanı. 

 

Vətənə azadlıq müjdəsi verən, 

Qəhrəman biri tək düşdün dillərə. 

Elvin, illər sonra sən qədəm qoydun, 

Düşmən tapdağında olan yerlərə. 

Manya SƏXAVƏTQIZI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ