“MilliÖn” aparatları təzə buraxılmış əskinas pulları qəbul etmir?

Ülviyyə Əfəndiyeva: “Texniki xidmət tərəfindən fiziki olaraq hər aparata proqram yükləndiyi üçün vaxt aparan prosesdir”

img

Son günlər “MilliÖn” aparatının yeni əskinasları qəbul etməməsi ilə bağlı narazılıqlar var. Adıçəkilən aparata hər hansı bir ödəniş etmək istəyən şəxs yeni əskinaslardan istifadə edərsə, həmi ödəniş qəbul olunmur. Səbəb isə “MilliÖn” aparatının yeni əskinasları qəbul etməməsidir.

 

Qeyd edək ki, bu problem cari ilin ilk ayından etibarən yaşanır. Aparatdan istifadə etmək istəyənlər köhnə əskinasları daxil etməli olurlar.

  • Proses yekunlaşmaq üzrədir”

“MilliÖn” aparatlarının nə səbəbdən yeni əskinasları qəbul etməməsi ilə bağlı quruma müraciət etdik. “MilliÖn” müştəri xidmətinin rəhbəri Ülviyyə Əfəndiyeva bildirdi ki, yaxın günlərdə bütün “MilliÖn” ödəmə terminalları dövriyyəyə buraxılan yeni əskinasları qəbul edə biləcək.  Nəzərə almaq lazımdır ki, texniki xidmət tərəfindən fiziki olaraq hər aparata proqram yükləndiyi üçün vaxt aparan prosesdir”.

Ü.Əfəndiyeva qeyd etdi ki, bununla bağlı artıq əksər aparata proqram təminatı  yüklənib: “Məlumat üçün bildirim ki, ölkə ərazisində 3000-ə yaxın ödəmə terminalı var. Biz ödəmə terminallarına sürətli şəkildə bu proqram təminatını yükləyirik. Qeyd edim ki, təxminən 1000-dən artıq terminal proqramla təmin olunub. Proses yekunlaşmaq üzrədir”.

Günel CƏLİLOVA

Son xəbərlər