Cümə axşamı günü, 12 noyabr 2026
     

Azərbaycanda qədim dillər üzrə mütəxəssislər boşluğu - alban, latın...

Image


Azərbaycan tarixinə aid mənbələrin böyük əksəriyyətinin müxtəlif qədim dillərdə olduğu məlumdur. Qədim dil və əlifbalarda ifadə olunan bu elmi informasiyaları əldə etmək üçün, sözsüz ki, qədim dilləri bilən gənc mütəxəssislərə ehtiyac var. Araşdırmalar göstərir ki, bizdə, demək olar, qədim dillər üzrə mütəxəssislər yoxdur.

Ümumiyyətlə, qədim alban, latın və sair dillər üzrə mütəxəssislərin yetişdirilməsi vacib məsələdir, amma bu istiqamətdə nə Azərbaycan Milli Elmlər Akademiyasında, nə də digər elm və təhsil müəssisələrində hansısa bir iş görülür. Halbuki, sovet dövründə bu mütəxəssislər az da olsa hazırlanırdı.

Onu da vurğulayaq ki, bir neçə il əvvəl AMEA-dan bildirmişdilər ki, Azərbaycanda qədim dillər üzrə elmi-tədqiqat laboratoriyası yaradılacaq. Əlbəttə, laboratoriyanın yaradılması çox əla olardı, amma bu laboratoriyada işləmək üçün mütəxəssislərin hazırlanması daha önəmlidir ki, onlar gəlib sonradan burada çalışa bilsinlər.

Qədim dillər üzrə mütəxəssislər niyə hazırlanmır, hazırlanırsa, onlardan elmi ictimaiyyətin niyə xəbəri yoxdur?

Ekspertlər qeyd edirlər ki, bu məsələ ilə Akademiyanın Tarix İnstitutu məşğul olmalı və qədim dillər üzrə mütəxəssislərin yetişdirilməsi üçün xüsusi proqramlar həyata keçirməlidir.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bildirdi ki, qədim dövrlər üzrə mədəniyyətimizin, tariximizin araşdırılması ilə bağlı mütəxəssislərə ciddi ehtiyac var. “Şübhəsiz ki, bunun içində qədim dillərdən olan şumer, babil, akad, alban dillərini, mixi, heroqlif yazılarını bilən yüksək səviyyəli mütəxəssislərə hər zaman ehtiyac var. Sovetlər Birliyi zamanında, doğrudur, bu sahə üzrə bəzi mütəxəssislər yetişdirilmişdi. Dilçilər, tarixçilər arasında bu sahə üzrə mütəxəssislər vardı. Bildiyim qədər, mərhum tarixçi-alimimiz Yusif Yusifovun, İlyas Babayevin,  İqrar Əliyevin bəzi qədim dillərlə bağlı bilikləri olub. Yəni onlar həmin qədim dillərdən müəyyən dərəcədə istifadə etməyi bacarırdılar. Sonrakı dövrdə professor Firudin Ağasıoğlunun da (Cəlilov) bu məsələlər üzərində bilgiləri var. Yeni dövrdə də bu sahədə müəyyən işlər aparılır, xüsusən də Tarix və Dilçilik institutlarında. Hər halda, qədim dövr Azərbaycan  tarixinin araşdırılması ilə bağlı bu işdə yetərli olmasa da, qədim dövrün dillərini azdan-çoxdan öyrənməyə çalışan mütəxəssislər olmalıdır. Sovetlər Birliyi dağıldıqdan sonra qədim dillərin öyrənilməsi sahəsi üzrə mütəxəssislərin hazırlanması məsələsində hazırda problemlər var. Mütəxəssislər var, amma yetərincə deyil. Bu heç də öyrənilməməsi anlamına da gələ bilməz. Yenə də deyirəm, öyrənməyə cəhdlər var, amma bu yetərli sayıla bilməz. Əlbəttə, qədim dillərin öyrənilməsi ilə bağlı daha ciddi, məqsədyönlü işlərin aparılması, xüsusi mərkəzin yaradılması, ixtisaslaşmış kadrların yetişdirilməsi məqsədəuyğun olardı”.

F.Ələkbərli qeyd etdi ki, Dilçilik və Tarix institutları bu məsələdə öndə olmalı, bu qurumların iştirakı ilə qədim dilləri, əlifbaları öyrənən mərkəz yaradılmalıdır. Onun sözlərinə görə, bu mərkəzin yaradılması ona görə lazımdır ki,  anti-Azərbaycan, antitürk qüvvələrin tarix məsələsində yol verdikləri saxtakarlıqlar ifşa olunsun və onların cavabları layiqincə verilsin. “Bilirsiniz ki, bəzi anti-Azərbaycan qüvvələr Azərbaycan mədəniyyətinə, tarixinə aid olan məsələləri saxtalaşdıraraq öz adlarına çıxırlar. Bu baxımdan da qədim dillər üzrə mütəxəssislərin yetişdirilməsi çox vacibdir. Bizim müasir dövrdə  Süleyman Əlyarlı, Ziya Bünyadov, Yusif Yusifov, İlyas Babayev kimi tarixçilər, Qiyasəddin Qeybullayev kimi dilçi mütəxəssislər səviyyəsində yetişən mütəxəssislərə ehtiyacımız var. Dilçilik sahəsində Qiyasəddin Qeybullayev, Firudin Ağasıoğlu kimi mütəxəssislər yetişib. Bu gün Firudin müəllim bu sahə ilə bağlı əsərlər yazır. Çünki onun da qədim dillərdən anlayışı var. Amma, dediyim kimi, yeni nəslin də yetişməsinə ciddi ehtiyac var. Çünki biz düşmənlərimizə tutarlı cavablar verib tariximizə sahib çıxmalıyıq. Məsələn, ən acınacaqlı hallardan biri odur ki, sovet dövründə Azərbaycanın klassik yazılı anadilli ədəbiyyatının XIII əsrdə İzzəddin Həsənoğlu ilə bağlandığı yanlış olaraq qeyd edilirdi. Bu yalanları ifşa etmək, gürcülərin, erməni və farsların daha qədim dövrlərə aid abidələrimizə iddia etməsinin qarşısını almaq, onlara daha tutarlı cavablar vermək üçün qədim dillər üzrə mütəxəssislər yetişdirməliyik” - deyə F.Ələkbərli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ