Cümə axşamı günü, 12 noyabr 2026
     

Bakıda əcnəbi dillərdə obyekt adları yeni “çiçəklənmə dövrü” yaşayır…

Image


Bakının küçə və prospektlərində gözlərimiz müxtəlif obyektlərin, reklam çarxlarının üzərindəki əcnəbi sözlərə sataşır, demək olar ki, bu bizim sıx-sıx rastlaşdığımız faktdır. Sirr deyil ki, paytaxtın küçə və prospektlərində, mərkəzi yerlərində dövlət dilimizin  əcnəbi adlar tərəfindən sıxışdırılması artıq bir problem olaraq özünü büruzə verir, diqqəti çəkir.

Bir araşdırma aparsaq görərik ki, paytaxtdakı 40-50 obyektin yalnız üç-dördünün adı Azərbaycan dilindədir, qalanları isə əcnəbi adlarıdır. Problem o qədər qabarıq formada özünü göstərir ki, ölkə ziyalıları haqlı olaraq dilimizin yad dillərin təhdidi altına düşmək təhlükəsi ilə üzləşə biləcəyindən ciddi narahatlıq keçirirlər. Əlbəttə, ölkə ziyalılarının təbirincə desək, ana dilimizi, dövlət dilimizi yad dillərin “əsarət”indən xilas etməyin zamanıdır, indi tədbir görülməsə, sonra gec olacaq.

Bildirək ki, millət vəkili, akademik, 30-u professor olmaqla 100-dən çox alim, incəsənət xadimi, ümumuilikdə, mindən artıq ziyalı Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi üçün Azərbaycan Respublikasının Prezident Administrasiyasına müraciət ünvanlayıb.

Məsələ burasındadır ki, əcnəbi adların özünü qabarıq şəkildə ifadə etməsi üçün yaradılan şərait dilimizin sıxışdırılmasına səbəb olmaqla yanaşı, həm də dövlət dilimizin qaydalarına ziddir. Ekspertlər deyirlər ki, əcnəbi dillərə bu qədər meydan verilməsi dövlət dilimizin qaydalarının pozulmasi deməkdir. Heç şübhəsiz ki, bu istiqamətdə Bakı Şəhər İcra Hakimiyyəti, o cümlədən də digər qurumlar müvafiq tədbirlər görməlidirlər ki, dilimizin işləkliyi tam olaraq təmin olunsun.

  • Səadət Şıxıyeva: “Şəhərimizə milli kimliyimizə uyğun bir sima verilməsi üçün bu məsələ səlahiyyətli orqanlar, məsul şəxslər tərəfindən nəzarətə götürülməlidir”

Filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva “Bakı-Xəbər”ə bildirdi ki, Bakının küçə və prospektlərini əcnəbi adlardan təmizləməyin vaxtı çoxdan çatıb. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi”nin sədri jurnalist Vasif Sadıqlının təşəbbüsü ilə irəli sürülən və çox sayda ziyalı tərəfindən rəğbətlə qarşılanan Bakının küçələrini əcnəbi adlardan təmizləmək uğrunda edilən çağırışları yalnız alqışlamaq lazım gəlir. Bakının küçələrində obyekt, mağaza və sairin adlandırılması, həqiqətən, pərakəndəlik, kortəbiilik və nəzarətsizliyin nəticəsi kimi görünür. Bu, əslində, əksəriyyətimizin gördüyü, lakin dilə gətirməyib səssiz şəkildə barışa bilmədiyi bir məsələdir. Çünki paytaxtımızın küçələrindəki əcnəbidillilik öz müstəqil dövləti və dili olan xalqın yol verməməli olduğu bir haldır. Öz dili və öz dövlətinə hörmət qoyan heç bir xalqda bu miqyasda əcnəbiliyə aludəlik müşahidə olunmur. Həm də yaddillilik təkcə brendlər, beynəlxalq aləmdə tanınmış şirkətlərin filiallarının adında deyil, yerli xarakterli şirkət, obyekt və dükanların adında da nəzərə çarpır. Bəzən aludəlik o həddə çatır ki, bu adın alıcı, müştəri cəlbi üçün deyil, sanki yalnız göstəri üçün verildiyi təsəvvürü yaranır. Ümumiyyətlə, böyük məbləğdə pullar sərf edərək lövhəciklər yazdıranlar bu işlərin tək günahkarı deyil, geniş xalq kütləsi üçün bu anlaşılmaz adları təsdiqləyənlər də eyni dərəcədə məsuliyyət daşıyırlar. Azərbaycanın hər qarışı müstəqil dövlətin, yeni Azərbaycanın göstəricisi olmalıdır. Yeri gəlmişkən bunu da qeyd edim ki, təkcə əcnəbi dillərdəki adlar deyil, elə öz ana dilimizdə yazılanların da bir qismi məqbul sayıla bilməz və bəzisi hətta gülüş doğuran şəkildədir. Odur ki, şəhərimizə milli kimliyimizə uyğun bir sima verilməsi üçün bu məsələ səlahiyyətli orqanlar, məsul şəxslər tərəfindən nəzarətə götürülməlidir. Bundan başqa, bu problemin həlli həm də dilimizin saflığının qorunması ilə bağlı ölkə başçısının etdiyi çağırışın tərkib hissəsi sayılmalıdır”.

  • Vasif Sadıqlı: “Bu təkcə dil məsələsi deyil, eyni zamanda, “mədəni ekspansiya”dır”

Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı da bizimlə söhbətində bildirdi ki, bütün bu faktlar monitorinqlər nəticəsində üzə çıxarılıb. V.Sadıqlının sözlərinə görə, uzun illərdir paytaxtın küçə və prospektlərində sıx-sıx rast gəlinən və ana dilimizi “mədəni ekspansiya” altına alan əcnəbi sözlərdən ana dilimizi xilas etmək istiqamətində işlər görülür, çağırışlar edilir, kampaniyalar başladılır. “Bizim əvvəlki dövrlərdə də araşdırmalarımız olub. Sabir Rüstəmxanlının Azərbaycan dil qurumu adlı bir təşkilatı var. Bu qurumun 2013-cü ildə apardığı hesablamalara görə, həmin dövrdə Bakının mərkəzində əcnəbi dillərdən istifadə 43 faiz olub. Bizim təşkilat ötən ilin martında fəaliyyətə başlayanda biz Bakının müxtəlif küçə və prospektlərində monitorinqlərə başladıq və Məhəmməd Əmin Rəsulzadə küçəsində əcnəbi adlar 99 faiz idi, bundan əvvəl Nizami küçəsində və ətraf küçələrdə keçirdiyimiz monitorinqə görə isə əcnəbi sözlər 65-80 faiz civarında olub. Rəsulzadə küçəsində bir dənə balaca şabalıd satılan köşkün adı Azərbaycan dilində, qalan obyektlərin hamısının adı əcnəbi dillərdə idi”.

Azərbaycan dilinin əcnəbi dillər tərəfindən sıxışdırılmasının dövlət dil haqqında qəbul edilən bütün sənədlərə zidd olduğunu deyən V.Sadıqlının sözlərinə görə, “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanununa (maddə 7.1.) əsasən, “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. O vurğuladı ki, qanunvericiliyə əsasən, zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. V.Sadıqlı hesab edir ki, amma qanunun tələblərinə əməl edilmir və bu, Azərbaycan cəmiyyətində ciddi məyusluq doğurub.

Bununla bağlı bir sıra qurumlara müraciət edildiyini vurğulayan V.Sadıqlının sözlərinə görə, müraciətlərinə müsbət yanaşanlar da, laqeyd qalanlar da olub, amma bununla belə, problemin həllinə nail olunacağından ümidini üzmür: “Biz bir sıra şəxslərə və qurumlara müraciət etmişik. Yazıçı Anara yazmışıq. Çünki Anar Rzayev Dövlət Dil Komissiyasının sədr müavinidir, həm də yazıçıdır, dil də yazıçıların materialıdır. Amma dəfələrlə müraciət etsək də, o, müraciətimizə cavab vermədi. Hətta 200 ziyalı tərəfindən ona edilən müraciəti də cavabsız qoydu. Bakı Şəhər İcra Hakimiyyətinin başçısına da müraciət etdik, həmin müraciətə 800 nəfər ziyalı imza atmışdı. Eldar Əzizov dərhal reaksiya verdi, Bakı Şəhər İcra Hakimiyyətinin Kollegiya iclasını çağırdı və tapşırıqlar verdi. Pandemiyanın şiddətli vaxtında bizi Bakı Şəhər İcra Hakimiyyətinə dəvət etdilər və bizimlə görüş keçirdilər. Dövlət Reklam Agentliyinin rəhbəri, BŞİH-nın Ticarət Departamentinin və digər qurumların rəhbərləri görüşdə iştirak edirdilər. BŞİH-nın sözügedən iclasında etiraf etdilər ki, vəziyyət acınacaqlıdır. İzahlarından biri bu idi ki, Dövlət Reklam Agentliyinin təxminən 10-15 nəfər işçisi, bir dənə də avtomobili var, təkcə Bakı şəhərində isə 25 minə qədər ticarət və xidmət obyekti mövcuddur, biz təkcə Bakıya deyil, bütün ölkəyə baxırıq və imkanlarımız bu qədər məhduddur”.

V.Sadıqlı hesab edir ki, bu, dilimizə qarşı çox böyük təhdiddir: “Bu təkcə dil məsələsi deyil, eyni zamanda, “mədəni ekspansiya”dır. Ayrı-ayrı dövlətlərdə prezident yanında araşdırma mərkəzlərinin hesabatı olur, prezidentə məlumat verirlər ki, filan dil gəlib bizim dili “əzir”. Bunun nəticələri nədən ibarət olur? Əvvəla linqivistik ekspansiya, onun ardınca mədəni ekspansiya, daha sonra isə siyasi ekspansiya gəlir. Yad dillər sənin mədəniyyətini, dilini tapdayırlar. Bunun əsas diqqətçəkən və narahat edən tərəfi ideoloji məsələdir. Dilimizin əcnəbi dillərin “əsarət”inə düşməsi azərbaycançılığa ziddir. Ölkə Azərbaycandır, onun dövlət dili Azərbaycan dilidir, bu dildən istifadə olunmalıdır” - deyə V.Sadıqlı bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ