çərşənbə günü, 23 sentyabr 2026
     

AMEA-nın Dilçilik İnstitutu dil pozuntularına qarşı mübarizəni dayandırdı?

Image


Azərbaycan dilinin müasir qloballaşma şəraitində qorunması, inkişaf etdirilməsi və təbliğ olunması, işləkliyinin təmin edilməsi ilə bağlı qanunvericilik bazası formalaşdırılsa da, ölkə başçısı tərəfindən konkret sərəncamlar verilsə də, Dövlət Proqramı qəbul edilsə də, amma Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi üçün məsul olan qurumların, xüsusən də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bu istiqamətdə fəaliyyəti elə də diqqəti çəkmir. Düzdür, institut rəhbərliyi hər zaman bildirir ki, bu yöndə işlər görülür, Dövlət Proqamının icrası həyata keçirilir və sair. 

Məsələ burasındadır ki, Dilçilik İnstitutunun Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, onun işləkliyinin təmin edilməsi və sair işlərdəki fəaliyyəti ekspertlər tərəfindən tez-tez tənqid edilir, dilçi alimlərin tənqidinə tuş gəlir.

Son dövrlər bu institutun adı daha çox qalmaqallarda, pul yeyintilərində, plagiatlıqda hallandırılır. Məsələ burasındadır ki, bu tənqidlərə rəhbərlik tərəfindən heç bir arqumentli cavab verilmir.

Xəbər yayılıb ki, Dilçilik İnstitutunun “Qaynar xətt”i ləğv edilib, bu sistem fəaliyyətini dayandırıb. Mətbuatda və sosial şəbəkələrdə gedən məlumatlara görə, AMEA-nın Dilçilik İnstitutunda “Qaynar xətt”in fəaliyyəti dayandırılıb, sistemi ləğv edilib, kompyuterlər sökülüb, otaq da hansısa şuraya verilib”.

Ekspertlər deyirlər ki, Dilçilk İnstitutunda “Qaynar xətt”in ləğv edilməsindən belə nəticəyə gəlmək olar ki, artıq bu qurum dil pozuntularına qarşı mübarizə aparmaq istəmir. Bəzi ekspertlər isə bildirirlər ki, Dillçilik İnstitutu dil pozuntularına qarşı ona görə mübarizəni dayandırır ki, onun əlində cəzalandırma üçün heç bir səlahiyyət yoxdur, yəni səlahiyyətsiz bir qurumdur.

Qeyd edək ki, Dilçilik İnstitutunda monitorinq şöbəsi də fəaliyyət göstərir, həmin şöbənin işi ana dilinin işləkliyinin təmin edilməsi, dil qaydalarını pozan qurumları, təşkilatları, KİV-i izləmək, hesabat hazırlayıb müvafiq təşkilatlara təqdim etməkdir.

  • “Biz bununla bağlı həyəcan təbili çalandan sonra Dilçilik İnstitutunda əl-ayağa düşüblər, mətbuata yanlış məlumat verirlər ki...

Dilçilik İnstitutunun “Qaynar xətt”inin fəaliyyəti niyə dayandırıla bilər, bunun səbəbi nədir?

Bakı Dövlət Univeristetinin professoru Qulu Məhərrəmli “Bakı-Xəbər”ə bildirdi ki, Dilçilik İnstitutunda “Qaynar xətt” sisteminin ləğv edilməsi həm böyük məsuliyyətsizlik, həm də cinayətdir.

“Qaynar xətt”in dayandırılmasından, ləğv edilməsindən ciddi narahat olduğunu deyən Q.Məhərrəmlinin sözlərinə görə, bu narahatlığın səbəbi ona görədir ki, normal ölkələrdə, xüsusi dil qurumları olan dövlətlərdə bu “Qaynar xətt” cəmiyyətdə gedən dil proseslərini araşdırmağın bir yoludur. “Bizdə də 2013-cü ildə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin işlədilməsi ilə bağlı” Dövlət Proqramına (6.1.5 maddə ilə) əsasən, Dilçilik İnstitutunda “Qaynar xətt”in yaradılması zəruri hesab olunub. Əsas məqsəd isə müxtəlif yerlərdə, o cümlədən, küçə reklamlarında, ictimai iaşə müəssisələrində, ticarət obyektlərində rastımıza çıxan yazılarda mövcud olan nöqsanları görüb, bu barədə həmin “Qaynar xətt”ə məlumat verməkdən ibarətdir. Bu xəttin quraşdırılmasına həmin Dövlət Proqramının qəbulundan dərhal sonra başlanıb. 2014-cü ildə institutun mərhum direktoru, akademik Tofiq Hacıyev məni Monitorinq şöbəsinə işə dəvət edəndə qarşıya qoyulan əsas məqsədlərdən biri o idi ki, biz Dövlət Proqramının tələblərinə uyğun olaraq, “Qaynar xətt”i işə salaq. “Qaynar xətt”in yaradılması bizə çox çətinliklə başa gəlib. Ona görə ki, bunun üçün ayrıca maliyyə ayrılmamışdı, amma iş AMEA-ya və o vaxtkı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə olunmuşdu. Amma bunun mexanizmi yox idi. Ona görə biz, ilk növbədə, ölkədə mövcud olan bütün “Qaynar xətt” təcrübəsini öyrəndik. Bunun üçün keçmiş Tələbə Qəbulu üzrə Dövlət  Komissiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,Vergilər Nazirliyi, Təhsil Nazirliyi və bir çox qurumun “Qaynar xətt”inin fəaliyyətini öyrəndik, o təcrübəni ümumiləşdirdik.

Təbii, həmin dönəmlərdə çox ciddi çətinliklər olurdu, biz həmin çətinlikləri mərhum alim Tofiq Hacıyevin nüfuzundan istifadə edərək həll etməyə çalışırdıq. O, nazirliklərlə, Prezident Administrasiyasında bu işə məsul olan adamlarla danışıqlar aparırdı. Nəhayət, işlər qaydasına düşdü, biz Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə məsələni həll etməyə çalışdıq, lazımi göstərişlər verildi. Bütün texniki, maliyyə və təşkilati işlərin bir qismini nazirlik öz öhdəsinə götürdü. Keçmiş nazir Əli Abbasovla, müavinləri ilə davamlı olaraq bu işin üzərində çalışırdıq. Nəhayət, 2016-cı ilin əvvəllərində bu xətti işə salmağa nail olduq. Çoxları soruşur ki, bu “Qaynar xətt” nə iş görürdü? Bizim Dilçilik İnstitutunun “Qaynar xətt”inin digərlərindən fərqi o idi ki, iki funksiyanı yerinə yetirirdi. İnsanlar rastlaşdıqları dil qüsurları ilə bağlı “Qaynar xətt”ə zəng edib, məlumat verir, onun düzəldilməsini tələb edirdilər. O şikayətlər, müraciətlər qeydiyyata alınıb, sonrakı mərhələlərdə aidiyyəti qurumlara göndərilir, nöqsanların aradan qaldırılmasına nail olmağa çalışılırdı”.

Q.Məhərrəmli qeyd etdi ki, hazırda Dilçilik İnstitutu tərəfindən “Qaynar xətt”in bərpa edilməsi ilə bağlı məlumat yayılıb, amma bu məlumat həqiqəti əks etdirmir. “Hesab edirəm ki, “Qaynar xətt”i sökmək, onun bütün sistemini ləğv etmək, ilk növbədə, məsuliyyətsizlikdir. İkinci növbədə, qloballaşma şəraitində Azərbaycan dilinin işlədilməsi və inkişafı ilə bağlı Dövlət Proqramının tələblərindən irəli gələn o vəzifələri lazımı şəkildə dərk etməməkdir. Üçüncü bir ciddi məsələ, bu, adicə öz işinə bu dərəcədə etinasız yanaşmaqdır. Biz bununla bağlı həyəcan təbili çalandan sonra Dilçilik İnstitutunda əl-ayağa düşüblər, mətbuata yanlış məlumat verirlər ki, guya “Qaynar xətt”i bərpa ediblər, yəni o işləyir, amma tamamilə yanlış məlumatdır. Sadəcə, ora əlaqə telefonu qoyublar, o da saat 4-ə, 5-ə qədər zəng etsəniz, bəlkə orada adam ola bilər, sizə cavab verə bilər, amma bu saatlardan sonra zəng vursanız, sizə cavab verən olmayacaq. “Qaynar xətt” o deməkdir ki, onun adı qaynardır, sizi bu anda narahat edən bir məsələ ilə bağlı müraciət edirsiniz və sizə avtomat cavab verir, əgər orada mütəxəssis yoxdursa, sizin səsiniz yazılır, dərhal qeydiyyata düşür, səhərisi günü sizinlə əks əlaqə saxlayıb suallarınızı cavablandırırlar, qoyulan məsələ ilə bağlı lazımi yerlərə müraciət edirlər, daha doğrusu, etməlidirlər. Bu sistem bu institutda artıq yoxdur. Orada kimə isə otaq lazım olub, o otağı boşaldıblar, oradan kompyuterlər çıxarılıb, orada xüsusi server var idi, onu da daşıyıb başqa yerə aparıblar. Sonra həmin otağa Azərbaycan dilinin elektron bazasının yaradılması ilə bağlı daha bir qurğu qoyulmuşdu, onu da söküblər, oradan çıxarıblar. İndi o otaqda kim isə oturacaq, nəsə edəcək. Yəni bunların hamısını dövlət düşüncəsinin, milli düşüncənin olmamağıdır. Bu cür davranmaq olmaz. Təkcə özümün o “Qaynar xətt”in qurulmasında fəal iştirak etdiyimə görə demirəm. Özünüz heç nə yarada bilmirsinizsə, heç olmasa olanları qoruyun. Bu gün “Qaynar xətt” ona görə lazımdır ki, dilçilik elminin inkişafına kömək etsin. Dilçilik elmi nəzəri elm deyil, bu həm də tətbiqi elmdir. “Qaynar xətt” dil faktlarını toplamağa, dildə gedən prosesləri öyrənməyə, xalq dilinin havasını duymağa, mövcud nöqsanları qeydiyyata almağa, onları aradan qaldırmağa kömək edən bir vasitədir. Yəni bu cür müasir texnoloji sistemdən bəhrələnmək əvəzinə, biz onu söküb kənara atırıq, belə olmaz. Mən onu tənqid etmişəm, sağ olsunlar, həm media, həm ziyalılar, həm ictimaiyyət nümayəndələri buna reaksiya verib. Amma onlar bundan sonra nə edəcəklər? Mən onu bilmirəm. Amma paradoks budur, bir tərəfdən dövlət dilə qayğı göstərir, hazırda dilin qanunvericilik bazası çox möhkəmdir, 20-dən çox sənəd qəbul olunub. Dövlət dili haqqında qanun var. Dillə bağlı Dövlət Proqramı qəbul edilib, biz Azərbaycan dili və Əlifbası gününü qeyd edirik, xüsusi Dilçilik İnstitutu var, bu yaxınlarda Dövlət Dil Komissiyasının nəzdində Monitorinq Mərkəzi yaradıldı. Bunların hamısı dövlətin dil siyasətinin ifadəsidir. Amma bunu icra edən adamlar təəssüf ki, özlərinin şəxsi maraqları üzərində qururlar. “Mənə bu otaq lazımdır”, “mənim qohumuma bu otaq lazımdır”, “buradan “Qaynar xətt”i çıxarım, gətirim dostumu bu otaqda otursun” kimi düşüncə ilə işləmək olmaz. Hesab edirəm ki, indiki halda o cür davranışlara yol vermək bu xalqın milli heysiyyəti ilə oynamaqdır. Yəni dilə xidmət etməli olan adamlar, faktiki, dövlətin dil siyasətinə qarşı çıxırlar. Bunu da mən bağışlanmaz səhv hesab edirəm, hətta bunu cinayət adlandırmışam” - deyə Q.Məhərrəmli bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ