Cümə axşamı günü, 12 noyabr 2026
     

Nəfəs-nəfəs bitən ömür…

Image


Ümidlərdi insanları yaşadan. Bir gün o ümidimizin gerçək olması arzusu ilə yaşayırıq. Biz xalq olaraq otuz il ümidlə gözlədik. Bir gün o ümidimiz çin olacaq, biz azad vətənin qalib vətəndaşları olacağıq ümidləri ilə böyüdük. O ümidlər günbəgün böyüyən cismimizlə, düşüncəmizlə bərabər böyüdü. Vətən həsrətli nağıllarla böyüyən körpələrin andı oldu azadlıq…

Əhli-beyt aşiqi, vətən sevdalısı Vəlizadə Kamran Əkbər oğlu azadlığa uzanan və zəfərlə sonlanan bir ömür yolu keçib. Bir fəsil qədər tez bitən 24 illik ömrün min ilə bərabər yaşanılmışı var. Bu ömür səhifələri vərəq-vərəq oxunduqca sətir-sətir qəlbə toxunur. Əkbər Vəlizadə oğlunun xatirələrini paylaşdıqca gözü sonsuzluğa, çarəsizliyin uzanan yollarına zillənirdi. Hələ payızda başına bəyaz qar ələnən Elnarə ananı demirəm. Onlar oğulları dünyaya gələndə heç arzu etməmişdilər ki, yeganə oğul övladlarının bəy otağı daş məzar olsun. Hansı valideyin övladını çiynində daşımağı arzu edər ki? Ancaq Əkbər Vəlizadəyə dünyanın ən ağır yükü olan oğul nəşini daşımaq qismət oldu.

Vəlizadə Kamran Əkbər oğlu 1996-cı il 14 sentyabrda Lənkəran şəhərinin Nərimanabad kəndində dünyaya göz açıb. Ailənin ilk övladı Rüfanə, ikinci və son beşik isə Kamran olub. Kamran 2004-cü ildə şəhid Elmar Məmmədov adına tam orta məktəbdə təhsil almağa başlayıb. 2014-cü ildə məktəbi bitirib. Həmin il Neft Akademiyasının energetika fakultəsinə qəbul olub. Kamrandan ayrı qala bilməyən ailəsi onunla bərabər Bakı şəhərinə köçüb. 2018-ci ildə universiteti bitirən Kamran həmin il hərbi xidmətə gedib. Daşkəsənin Xoşbulaq kəndində 1 il xidmət edib. 2019-cu il iyulun 1-də xidmətini bitirib evinə qayıtdıqdan sonra müəyyən işlərdə çalışıb. 2020-ci il 24-cü yaş günündə sənəti üzrə işə daxil olub. Lakin həmin işdə cəmi 14 gün çalışıb. Sentyabrın 28-də səfərbərliyin çağırışı ilə Vətən müharibəsinə qatılıb. Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Anası ilə son danışığı 18 oktyabrda olub. Anası oğlunun dönüşünə qurban deyib. 2 gün sonra isə Kamran atasına zəng edib istiqaməti dəyişəcəklərini deyib. Elə o zəng də Kamrandan gələn sonuncu zəng olub… 

Oktyabrın 24-ü Kamranın anası qəribə bir narahatlıq hiss edir. Ana ürəyi sanki Kamranının son nəfəsini hiss edir. Kamranın susan zəngləri o narahatlığı anbaan artırır. Kamranı axtaran ailəyə hərə bir söz deyir. Ancaq Kamranla bir yerdə döyüşən və yaralanan döyüş yoldaşı danışa bilməsə də, çətinliklə ailəyə Kamranın onunla bərabər olduğunu başa salır. Ailə nə qədər çalışsa da Kamrandan xəbər ala bilmir. Günlər ötdükcə ümidlər payız yarpaqları kimi ürəkdən bir-bir qopub düşür. 

Qələbə günü Kamranın atasına zəng edib sənədlərlə bağlı bəzi suallar verirlər. Ailə gecə ilə Kamrandan bir xəbər gələr ümidi ilə yola çıxır. Həmin vaxt Kamranın əmisinə artıq acı xəbəri çatmışdı. Yolda qardaşından gələn zənglə Əkbər Vəlizadənin dünyası talandı. Yollar uzandıqca uzandı. Mənzil başına çatan ailə həyətlərində izdihamla qarşılaşdı. Noyabrın 11-i Kamran bütün intizarlara son qoyub gəldi. Ancaq arzulanmayan kimi gəldi. Hər kəsin sevimlisi olan Kamran elə həmin gün doğulub boya-başa çatdığı doğma kəndində torpağa tapşırıldı.

Heç unutmuram Kamrandan xəbər çıxmayan o günləri. Ümidlə gözləyənlərdən biri də mən idim. Xəyallar qururdum. Kamran döyüşdən gələndə onunla görüşüb, onun döyüş yolundan yazacaqdım. Ancaq hər kəs kimi mənim də ümidim puç oldu. Kamranın qəhrəmanlığını bir keçmiş kimi dinləmək mənə çox ağır gəldi. Kamrandan geriyə qalan əşyalara toxunduqca, o əşyalarda qalan əl izini hiss etdim. Bir də üçrəngli bayrağa damlayan qanının qoxusunu... 

Vətənimə can olan qəhrəmanım, səni unutdurmağa illərin, əsrlərin gücü yetməyəcək. Sən şəhidlərin məqamını gözəl bilirdin. Ən böyük arzun da o məqama ucalmaq idi. Allah bəndəsini çox intizarda saxlamır. Səni də saxlamadı. Ucaldın şəhidim, ucaldın. Müqəddəslərin yanına ucaldın. Azərbaycanın hər qarışına üç gün yaralı qalıb, son anlarında ailəsinə məktub yazan bir şəhid kimi səs saldın.

“Canım atam, anam, bacım. 2 gündü yaralıyam, kömək gəlmir. Bu gün 23 oktyabrdı. 21 oktyabrda yaralandım, çoxu şəhid oldu. Mən də ayağımdan yaralanmışam, yeriyə bilmirəm. Əgər şəhid olsam, haqqınızı halal edin. Heç vaxt pis olmayın, başınızı dik tutun. Sizinlə cənnətdə görüşərik. Özünüzü qoruyun. Sizi çox istəyirəm…”

Şəhadətə nəfəs-nəfəs yaxınlaşdın. Son nəfəsin toxunan torpaq müqəddəsləşdi, qanınla paklaşdı. Günlərlə cansız cisminə dağlar əmanəttək baxdı. Kaş ki, dağların dili olsaydı, 20 gün səndən xəbər almayıb qocalan ata-anana xəbər versəydi. O xəbər günlər sonra gəldi. Anan şəhid balasını vətənin qoynunda uyutdu. Atan məzarın başında keşik çəkdi. Bacınsa yazdığın son məktubunu son əmanətin tək bağrına basdı. Sənin qoxunu o məktubdan aldı. Ailən üçün dünya sanki bir anda boşaldı. Çünki səninlə birgə onlar arzularını, ümidlərini itirdilər.

24 il ömür yaşasan da qəhrəman kimi yaddaşlarda iz qoymağı bacardın. İllərlə xəyal etdiyimiz torpaqlara sənin kimi qəhrəmanların sayəsində qovuşduq. Sənin ruhun o torpaqlara hər zaman keşik çəkəcək. Xalqın qəhrəmanı, sənin uca adını hər kəs sevgiylə anır. Qanın çilənən o torpaqların azad olunması üçün göstərdiyin şücaətlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olundun. Səndən bizə azad Azərbaycan, o medallar və şəkillər qaldı...

ŞƏHİD KAMRAN

Qoxunu duydum şəhid,

Qanının qoxusunu.

Sən günlərlə hiss etdin,

Ölümün duyğusunu.

Çarəsizcə gözlədin,

Qanına bata-bata.

Dedin bəlkə son anda,

Kimsə köməyə çata.

Bağışla bizi, şəhid,

Yetə bilmədik sənə.

Olmadığın dünyada, 

Sənsiz batırıq qəmə. 

Sən yazdın sətir-sətir, 

Sonuncu sözlərini. 

Yumdun fani dünyaya, 

Əbədi gözlərini. 

Son nəfəsin torpağa, 

Zəfər toxumun əkdi. 

Sənin şəhid xəbərin, 

Ürəklərə dağ çəkdi. 

İndi sənin adının, 

Nuruna toplanırıq. 

Kamran, səndən danışıb, 

Həsrətdən odlanırıq. 

Manya SƏXAVƏTQIZI 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:08
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:04
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:03
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ