Cümə axşamı günü, 12 noyabr 2026
     

İgid ömrü - 29-cu yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Füzuli təkcə silahlı qəhrəman deyil, insanlığın da qəhrəmanıdı

Mərhəmət: “Dostları məni görəndə, deyirlər elə bil Zamini görürük...”

Kitabı yazmağa başlayanda Mərhəmət hələ hərbi xidmətdə idi. Nəhayət, avqust ayında görüşdük. Mərhəmət Həsənov “Rüstəmov” soyadlı nəslin yalnız Füzuli və Fiqurə Rüstəmovlardan ibarət olmuş ocağının yeganə varisidi. Atası Əvəzlə anası Fiqurə müəllimənin ciyərparəsi. Bu gənc oğlanla görüşməyə çox can atırdım. Mərhəməti görmək Füzulinin məhrəmanə cizgilərinin bir qismini görə bilmək demək idi. Ümidliydim ki, onun timsalında indiyədək qəhrəmanlığı, igidliyi, insanpərvərliyi, vətənpərvərliyi dastanlara çevrilmiş Füzuli haqqında eşitdiklərimin məcmusunu bir araya yığa biləcəm. Düşüncələrimdə yanılmayıbmışam. Bu ocaqda elə qəhrəmanımızın adına layiq, onun ad-sanının, surətinin bəzi epizodik cizgilərini vücudunda yaşadan bir övlad ərsəyə gəlibmiş. Yaşının az olmasına baxmayaraq, həyatımıza, milli-mənəvi dəyərlərimizə, Vətənimizə, ətrafımızda baş verən olaylara münasibətdə xüsusi həssaslıq sərgiləyən Mərhəmət çox maraqlı, yaddaqalan həmsöhbətlərimdən oldu. Müsahibimin üzərində fokuslaşan bu vacib amillər Füzulinin əməllərinin gerçəkdə təlqini - hədər getmədiyi duyğularını oyatdı məndə. Həyat davam edir, deməli! Həyat yaxşı oğulların, onu qavrayan, başa düşən, qanan insanların sayəsində davam edir. Bu, həm də Fiqurə xanım üçün əvəzsiz bir təsəllidi. Onu Mərhəmətlə güldürən BÖYÜK YARADAN, belə bir oğulu qismət eləməklə doğrudan da ondan elə sözün bütün mənalarında mərhəmətini əskik etməyib. Təki Fiqurə müəllimə qardaş sevgisini ömür boyu Mərhəmətdə tapsın, qardaş yoxluğunu öz Mərhəmətini daim arxasında görməklə unuda bilsin!

...Mərhəmətlə söhbətə heç vaxt üzünü görmədiyi dayısı, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov haqqında əfsanələrə çevrilib dolaşan qəhrəmanlıq notlarına münasibəti zəminində yaşadığı hisslərin zühurunu öyrənməklə başladım:     

- Qəflətən səndən üzünü belə görmədiyin dayın haqda soruşsalar – Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovdan nələri deyərdin?

- (bir an duruxur...) Nə deyərdim?!.. Dayımın qəhrəmanlıqlarından çox eşitmişəm. Bunlar şübhəsiz ki, məndə hələ uşaqlıqdan, orta məktəb illərindən qürur hissi yaradır. Onun Xocalı faciəsi gecəsi, eləcə də ondan əvvəl göstərdiyi saysız-hesabsız şücaətlər həyatımızı yaxşı mənada izləyə-izləyə bizimlə birgə yaşayır. Bu əməllər mənə zaman keçdikcə daha çox başucalıqlar gətirir. Azərbaycanın Milli Qəhrəmanı kimi ən uca bir titula layiq görülmüş Füzuli Rüstəmovun varisi olmağımla fəxr edirəm. Bilirsiniz ki, mən həm də onun yeganə varisi – bircə bacısının yeganə övladıyam.

- Gəl bir qədər daha sərbəst və tamamilə səmimi olaq söhbətimizdə: Füzulinin adını eşidəndə hansı hissləri keçirirsən, Mərhəmət?

- Düzdür, bu artıq deyilmiş ifadədir və elə mən də belə hesab edirəm ki, həqiqətən “şəhidlər ölməz”. Doğrudan da şəhidlər ölmürlər, onlar bizimlə yanaşıdırlar, diridilər. Amma nə qədər özümü tox tutmağa çalışsam da, onun cismən bizimlə bir yerdə ola bilməməsini düşünəndə kövrəlirəm. Hətta elə anlar olur ki, həyəcanlanıram da. Düzdür, qəhrəmanlıqlarının tükənməyən miqyasını eşitdikcə, inanın ki, bu yoxluğu da yaddan çıxarır, onun dünyamızda bizimlə olmamasını unuduram. Bəzən elə olur, özümdən bixəbər onun barəsində sanki hardansa gələcəkmiş kimi, gözlərim yollarda qalmış kimi söhbətlər açıram. Məni tanıyanların, ətrafımda olanların da dayıma qarşı doğma münasibətinin şahidi olanda isə...bu halımdan yaranan xoş, qürurverici təəssüratlarımı dillə ifadə etmək çətindi, onu ancaq təsəvvürümdə canlandıra bilirəm. Bu halımı yaşayıram, özüm də hiss edirəm ki, onu yaşayıram, bu halımdan doğulan sözləri sapa düzməkdəsə çətinlik çəkirəm. Yəqin məni qürur hissi boğduğundan (kövrəlir. Düzdür, mən artıq bu ailəylə bir il ərzində o qədər yaxın olmuşam ki, özümü burda kənar adam hesab etmirəm. Amma Mərhəmətin bu halını təsəvvürdə hətta kənar adam qismində canlandırmaq belə çətindi. Başadüşüləndi onun durumu. Belə hissləri, yəqin ki, qələmə almırlar, onları görürlər, duyurlar,  yaxşı mənada seyr edirlər, vəssalam – N.Z. ). Fəxr edirəm ki, dayımın ölümündən bu qədər zaman keçməsinə baxmayaraq, o bizim və bizimlə bərabər bütün xalqımızın qəlbindədir. Prezident Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli 553 saylı fərmanı ilə dayıma - Rüstəmov Füzuli Salah oğluna ölümündən sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı da verilib. Xocalı camaatı da sağ olsun ki, onun igidliklərini, onlar üçün etdiklərini unutmayıblar və hətta təkidlə tələb ediblər ki, Füzuliyə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilsin. Ölümündən 27 il ötməsinə baxmayaraq, indi də dayımla bağlı hər hansı tədbirdə, hüzn günlərində özlərinə borc bilirlər gəlib o tədbirlərdə can-başla iştirak etsinlər. Adını da yaşadırlar, əməllərini də. Biz də bunları görüb dayımla fəxr edirik.

“O torpaqlarda say-seçmə babalarımızın, şəhidlərimizin izləri var...”

Bəli, Allah elin qədirbilən kəsimini yaşatsın, onlardan razı olsun, onları daim var eləsin! Məhz qədirbilən insanlar həyatını xalqı, Vətəni naminə fəda edənlərin adını da yaşadır, özünü də yaşadır, əgər övladları qalıbsa, onlara da hörmətlə yanaşır və nəticə olaraq bütövlükdə xalqımızda əbədiyaşar örnəklər formalaşır. Bu örnəklərsə Vətən, namus, qeyrət sevgisini stimullaşdırır. Yeni doğulan, ərsəyə gələn azərbaycanlılar da can atır ki, Füzuli kimi qəhrəman və Füzuli kimi də insan olsunlar. Bu, elə tarixən də belə olub, indi də belədi... Mərhəmət artıq Füzuli dastanının ən məhrəm, ən yorulmaz tədqiqatçısı kimi söhbətinə davam edir. Ona bu anda sual verib yönləndirməyə də lüzum yoxdur:

- Dayım mübarizəsini bir neçə istiqamət üzrə qurubmuş. O təkcə döyüşlərdəki iştirakı və ya ermənilərə silahlı-silahsız zərbə vurmağı ilə öz işini bitmiş hesab etmirmiş. Eşitdiklərim məndə belə bir qənaət yaradır ki, onu bu mübarizənin mənəvi tərəfləri daha çox narahat edirmiş. Barışa bilmirmiş ki, ermənilər bizim torpaqlarımızda firavan yaşaya-yaşaya elə bizim Vətənimizdə bizlərə yuxarıdan aşağı baxsınlar! Niyə onların hər şeyi olsun, o cümlədən azadlıqları, amma bizimkilərə məhdudiyyətlər qoyulsun? Niyə dövlət səviyyəsində onların düşmənçiliklərinə, apardıqları ədavətlərə, hətta bu aborigen xalqa qarşı kiçik və ya irimiqyaslı hücumlarına, təhdidlərinə göz yumulsun, amma azərbaycanlıların məcburən, özünümüdafiə məqsədilə onlara cavab verməsi cinayət kimi qələmə verilsin?! Görünür, Füzuli hadisələrin indiki məcraya yönəldilməsini duyurmuş, özü üçün proqnozlaşdırırmış və onun qarşısını almağı planlaşdırırmış. Onun “ipə-sapa yatmamasının” arxasında dayanan başlıca səbəb bu imiş. Yəni fəaliyyətinin konturlarını izləyəndə belə bir qənaəti bölüşməyə bilmirsən.

- Mərhəmət, sənin dayın Füzuli haqqında məlumatları əldə etdikcə mənim də öz qənaətlərim formalaşır. Belə nəticəyə gəlirəm ki, Füzuli Rüstəmov təkcə “silahlı qəhrəman” deyil, Füzuli həm də “insanlığın, insaniyyətin qəhrəmanıdı”. Onun Fin evlərində yaşayan Xankəndi qaçqınlarına ət, süd aparıb verməsi və ya Səkinə xalanın dediyi kimi, çörək alıb paylaması da qəhrəmanlıqdı, insanlıqdı, azərbaycançılıqdı, insan taleyinə, ehtiyac içində olanların taleyinə biganə qala bilməmək kimi xüsusi həssaslıq tələb edən hissdi. Füzuli bu anlamda da boşluq saxlamayıb. O təkcə Vətən sevgisi ilə deyil, bax elə bu əməlləri ilə də insanlara bir örnəkdi, nümunədi...

- Şübhəsiz ki, bu əməllərini eşitdikcə də onunla qürur duyuram. Amma yaşa dolduqca onu görə bilməməyimin bütün təfərrüatlarını dərk etdikcə kövrəlirəm. Onun dostları da məni görəndə ilk baxışda, ilk tanışlığımızda bir anlığa da olsa çətin duruma düşürlər. Deyirlər, elə bil Zamini görürük. Məni qucaqlayırlar, ağlayırlar. Bu zaman onların münasibətini hiss edirəm. Görürəm ki, onların arasında nə boyda səmimi münasibət var imiş, həmçinin dayımın qəhrəmanlıqları onu hansı səviyyəyə qaldırıbmış... Yəni bu yanaşma da mənə onun qəhrəmanlığının əsl motivlərini üzə çıxarmaqda yardımçı olur. Amma yenə də onu sona qədər dərk eləyə bilmirəm. Həm də onun yoxluğu ilə barışa bilmirəm. Üzünü heç vaxt görə bilməməyimsə (yenə kövrəlir) mənimçün böyük dərdə çevrilir. Bu ziddiyyətli fikirlərimin arasında var-gəl etdiyim məqamlar o qədər olur ki...

Mərhəmətin sözlərində böyük həqiqət var. Əslində FÜZULİ QƏHRƏMANLIĞINI sona qədər dərk etmək mümkün də deyil. Bir də, ümumiyyətlə qəhrəmanlar, qəhrəmanlıqlar biri digərini olduğu kimi bütün detallarla təkrarlamır ki, birinin haqqında oxuyanda, düşünəndə hamısının təfərrüatlarını dərk edə biləsən. Qəhrəmanlıqların çalarları fərqlidi. Onları birləşdirən ideya var, vətənpərvərlik,  notları  və sairə var, bu başqa məsələdi. Ancaq qəhrəmanların hər birinin özünün cızdığı spesifik ştrixlər, özlərinə məxsus yaratdıqları portretlər var ki, bunlar tamamilə üst-üstə düşə bilməz, oxşar məzmunların daşıyıcısı olsalar da, formaları mütləq fərqlidir.

- Mərhəmət, əlbəttə haqlısan ki, şəhidlər bizlər üçün heç zaman ölü deyil. Onların qisasını almaq, torpaqlarımızı işğaldan azad etməksə bizim boyun borcumuzdu...

- İnşallah, zaman gələr, biz də gedib torpaqlarımıza qanları tökülmüş şəhidlərimizin qisasını alarıq. Həm onların ruhu sakitləşər, həm də biz doğma torpaqlarımıza qovuşarıq. O torpaqlar bizdən ötrü təkcə yaşayış yerləri, maddi nemətlər yaradan torpaqlar deyil. O torpaqlarda say-seçmə babalarımızın, şəhidlərimizin izləri var. Bu izlər də bizləri gözləyir. O izləri yaradanlar qoruyub, gətirib Füzuligilin zamanına çatdırıblar, onlar da canları-qanları bahasına bu torpaqlarda yaşayıblar, onun uğrunda döyüşüblər, şəhid olublar...

Ordu sıralarından yenicə qayıtmış Mərhəmətlə bu söhbətimizdən təxminən 30-35 gün sonra erməni vandallarının təxribatlarına cavab olaraq Azərbaycan ordusu torpaqlarımızın azadlığı uğrunda  döyüşlərə başladı.  Sən demə, 27 sentyabr 2020-ci il tarixində bizlərdən ötrü qaçılmaz olan İkinci Qarabağ – Vətən müharibəsinə doğru gedən yolun bir addımlığındaymışıq. Əlbəttə ki, qarşıda bizi gözləyən, cəmisi 44 günə bizlərə ZƏFƏR sevincini yaşadan Vətənin azadlığı mübarizəsinin. Azərbaycanımızı işğal altındakı Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana, Laçına, Kəlbəcərə, Ağdama, Qarabağın tacı - tarixi Şuşa şəhərimizə, Suqovuşana, Hadrut qəsəbəsinə, bütövlükdə Qarabağa qovuşduracaq qələbə ovqatlı günlərimizin! 

(ardı var)

Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ