Cümə axşamı günü, 12 noyabr 2026
     

İgid ömrü - 27-ci yazı

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabı çapa hazırlayırıq.

Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edir.

Xilaskarlıq məsuliyyəti

Səkinə xala: “Sağ qalsaydı, mütləq Xocalıya, ya Kəlbəcərə yol tapıb gedəcəkdi”

Səkinə xala danışdıqca qayıdır “Zaminli günlər”inə. Aradan keçən 28 il onun yaşının üstünə yaş gətirməklə yaddaşını da az-çox korşaldıb. Müxtəlif yönlü suallarımla onun yaddaşını oyatmağa cəhdlər edirəm. Axı o, “Füzuli ömrü”nün başdan-başa şahididi. Xalqımızın yalnız Azərbaycanın Milli Qəhrəmanı kimi tanıdığı Füzuli Rüstəmov çağa vaxtlarından tutmuş qəhrəmanlığa yüksələn dövrə qədər Səkinə xalanın gözləri önündə, yanında olub. Onun bu qədər səmimi, mehriban, mehribanlığı qədər qoçaq, vətənpərvər yetişməsində qəhrəmanımızı əhatə edən çevrənin də rolu az deyil. Bu çevrənin ən ləyaqətli təmsilçilərindən biridi Səkinə xala. Üstəlik, Füzulinin böyüyüb-ərsəyə çatmasında da Səkinə xalanın xüsusi xidmətləri var. Öz şüurlu ömrünü elə bacısının bu iki yadigarına həsr etməklə yaşa dolub Səkinə xala. Onun bütün Azərbaycan xalqı üçün örnək olan qəhrəmanın yetişməsində də əzəmətli bir ANALIQ BORCU var. Məhz bu amilə görə o hamımızın içərisində başını dik tutmağa layiqdi. Bu gün hamımız ona bir sadəcə Füzulinin xalası kimi deyil, bir QƏHRƏMAN ANASI kimi borcluyuq. Amma o özünü yenə də heç bir Azərbaycan qadınından fərqləndirmədən, bunu hətta sezdirmədən sadə bir azərbaycanlı xanımı kimi qarşımda əyləşərək Füzulidən – Zamindən bəhs edir. Danışdıqlarına fikir verirəm. Çalışır, Füzulidən gələcək azərbaycanlıların əxz eləyə biləcəyi nəsnələri daha çox qabartsın. Öz çəkdiyi zəhmətləri, zillətləri isə dilə gətirməkdə bir o qədər də maraqlı görünmür: 

- İnanın, hələ 1990-cı ildə 20 Yanvar hadisəsi baş vermişdi. Biz də o zaman sakitlikdə, Bakıdan uzaq bir yerdə yaşayırdıq. Amma millətimizin balaları şəhid olmuşdu. Biz arvadlar evdə qəzetdəki şəkillərə baxıb ağlaşırdıq. Birdən Zamin girdi içəri və ilk sözü bu oldu: “Onların da yerinə ola bilmədik heç olmasa! Qeyrət onlardadı hey, bax onlardan da olmadıq”. Sonra kənddə 20 Yanvar şəhidlərinə yas mərasimi saxladılar. Təşkilatçıların öndə gedəni bu oldu. Evdə nə var, yığıb aparırdı o məclisə. Dedim ay Zamin, elə sən özün də şəhid uşağı kimi bir şeysən də, atan yox, anan yox. Bir qədər də acıqla cavab verdi ki, ay Səkinə, o başqa, bu başqa. Ona nə qədər təbliğat aparırdım ki, bircə bacın var, başına bir iş gələr, o nə vəziyyətdə qalar, salırdım evə, qapını bağlayırdım, xeyri yox idi, bir də görürdün pəncərədən qaçıb gedib.

Həsən:

- Əsgəranın yolun bağlayanda dedim ay Zamin, sən bir az arxada dayan, çox da gözə girmə. Qayıtdı ki, sən də ağciyərsən ey lap. Dedim söhbət ağciyərlikdən getmir, görürsən burda daha bütün el yığılıb da. Dedi sən öz işində ol...

Səkinə:

- Onda bilirsiz nə deyirdi? Dedi niyə dayanmışıq, gedək Stepanakerti alaq ey. Bir elə təbliğat aparırdım, qorxudurdum, təpinirdim, dalaşırdım hətta, məndən də bir az çəkinirdi, amma xeyri olmurdu. Anam bir də baxırdı bu evdə yoxdu, çıxıb aradan. Arvadın əlacı kəsilirdi, otururdu səhərəcən yorğan-döşəyin içində ta bu gələnə qədər Allaha dua eləyirdi. Deyirdi ay Allah, sənə zamin verirəm Zamini, onu qoru (ağlayır). Onun adını da Qurandan götürmüşdülər.

Həsən:

- Bizim evimiz dəmir yolunun qırağındaydı. Hadisələrin bir qismi də elə burda baş vermişdi. O gəlib görürdü ki, xeyli camaat toplaşıb bir yerə hər hansı hadisə ilə bağlı. Gözləmirdi. Hamını yarıb keçirdi ki, baş verəcək əməliyyatın iştirakçısı birinci özü olsun.

Səkinə:

- İkinci səfər tutulanda mən gedib dedim daha buna avtomat verməyin. Axı bu qana gedir!.. Vermədilər. Getdi Elman müəllimlə, başqaları ilə o qədər mübahisə elədi, vermədilər. Getdi Kətik kəndi tərəfə. Burda baxır ki, əliavtomatlının biri özündən gedib (bayılıb – N.Z.). Elə bil qismətində var idi. Onun avomatını götürüb çıxıb gedib döyüşə. Ondan sonra özüm gedib təzədən Elman müəllimdən xahiş elədim ki, buna avtomat versinlər. Gördüm daha mümkün deyil, neyləyim?! O qədər belə-belə işləri olub, o qədər ürəkgetmələrə salıb bizi, danışmaqla qurtaran deyil. Hələ mənim bildiklərim nədir?! Onun döyüş yoldaşları nələri bilirlər?! Elə həmişə bizi aldadıb deyirdi, bax bu yaxın yerə gedim qayıdıram. Qayıdanda bilirdik ki, nə yaxın yer, məsələn, Şuşanın altına gedib çıxıbmış...

Həsən:

- Heç Ağdama gedib qayıdanda bildirmirdi evdə.

- Səkinə xala, uşaqlığının bir hissəsi sizin yanınızda Kəlbəcərdə, bir hissəsi isə Xocalıda keçib Füzulinin. Ona görə də, söhbətimizin əvvəlində də dediyim kimi, daha çox onun uşaqlığından danışmağını istərdik. Yəqin zirək və bir qədər də nadinc uşaq olub Füzuli...

- Zirəkliyi əvvəldən canındaydı, bu heç, buna söz yox idi. Nadincliyi isə azyaşlı olmasıyla əlaqədar olardı bəlkə də. Bu cəhəti ilə bir o qədər də diqqəti çəkməzdi. Diqqətləri çəkən onun uşaqlıqdan imanlılığıydı. Lap şəxsən aramız olmayan bir adama da kömək lazım olanda bunu əsirgəməzdi, özünü birinci çatdırardı. Yaxşı at sürməyi də vardı. Bir cəhəti də vardı. Görürdü uzaqda bir yaxşı at sürən gedir. Tez anamdan soruşurdu, ay nənə o Salah deyil? Atasını deyirdi, o adamı rəhmətlik atasına bənzədərdi. Anam deyirdi, ay bala, sən yazıq heç Salahı fərli-başlı görmüsən ki! Atasının qoçaq oğlan olduğunu ağızlardan eşitmişdi, babaları Kərimlə Məhəmmədin də qoçaqlığından xəbərdar idi deyə, özünü daim bu insanlara bənzətmək istəyirdi. Xocalının o çətin günlərində Qaladərəsindən olan Həsənin mal-qarasını bir gecənin içərisində gizli yollarla aparıb Ağdama çıxarmışdılar. Bizim də on iki metrlik pəyəmiz inək-camışla dolu idi. Gəlib dedi, Səkinə, yemimiz də qurtarır, bəlkə öz malımızı da aparıb çıxarım Tərtərə dayımgilə, ya xalamgilə? Dedim aparma. Apararsan, başına bir iş gələr. Bu vəziyyətdə mən heyvanı göndərim, allah eləməmiş, heyvana görə sənə bir şey olsun, sonra mən özümü ömürlük bağışlaya bilmərəm. Mən heyvanı göndərim ki, heyvan salamat qalsın, bəs səni düşünməyim?! Başına bir iş gəlsə mən sənin bacına, ananın ruhuna nə cəvab verərəm?! Gördü nə təhər bozardımsa fikrindən daşındı. Qayıtdı ki, sözdü də dedim. Amma sən demə, məndən xəbərsiz iki-üç adamınkını aparıb qoyub gəlibmiş...

“İşə gedirdi, ev tikirdi, səngərlərə baş çəkirdi, posta çıxırdı, ot da çalıb daşıyırdı”

- Səkinə xala, danlayanda başa sala bilirdiniz deməli Füzulini...

- Başa düşürdü. Dinmirdi, qətiyyən cavab qaytarmırdı. Amma sonradan görürdün yenə gedib bildiyini eləyib. Elə bil dostları gəlirdi, him-cimlə bizim yanımızda danışırdılar, sonra gedib ermənilərə neyləyirdilər, çoxunu biz hələ indi-indi eşidirik. Səxavəti də vardı möhkəm. Xocalı faciəsindən bir gün əvvəl altı nəfər tanışını gətirib evə ki, Səkinə, bunlara yeməyə bir şey verə biləcəksənmi? Bilirsiz, həm səxavətli idi, həm də atasız-anasız olduğuna görə bizdən istifadə etdiyindən, bizə əziyyət verdiyindən bir qədər çəkinirdi, yəni utanırdı özü-özlüyündə. Dedim, Zamin bilmirsən ki, evimizdə nə qədər təpitmə xəngəl var, kimi istəyirsən çağır gəlsin.

Sonra xatırlayıram onun evdən pul götürüb çoxlu çörək alıb camaata paylayıb gəlməsini. Onda da bir az utana-utana ehtiyatımız üçün aldığı 25 çörəyin 21-ni əsas da qaçqınlar olan Fin evlərində payladığını dedi. Dedim canın sağ olsun, lap əla eləmisən. Ürəksizliyini də bildirirdi, mərdliyini-igidliyini də. Allah onu el üçün yaratmışdı. Bilmirəm hansını deyim. O qədər dağları var ki (ağlayır)...

- Özünə ev tikirmiş, evlənməyə hazırlaşırmış...

- Özünə ev tikirdi. Deyirdim Zamin, gəlim palçığa kömək eləyim. Deyirdi Səkinə, dayımın ölmüşünə, əgər gəlib o palçığa əl vurasan, dünyanı dağıdaram. İşə də gedirdi, gəlib evi də tikirdi, hələ səngərlərə də gedib baş çəkirdi, posta da çıxırdı, ot da çalıb daşıyırdı. Yavər müəllim vardı, fabrikin müdiri, gəlib dedi gecələr fabriki qorumaq lazımdı, amma heç kim ürək eləmir, Zamin dedi mən gedirəm. Getdi başladı gecələr oranı qorumağa. Təkbaşına. Fabrik erməni kəndlərinə gedən yolun düz üstündəydi. Anama dil-ağız elədi Yavər müəllim ki, qoy getsin işləsin, başı qarışsın. Sən demə, gizlində Zamin razılığın veribmiş. Orda da ermənini fabrikin içərisinə girdiyi yerdə tutmuşdu. Tir tüfəngi ilə topuğundan yaralamışdı. Sonra getdilər “vosem-şestoy” postunu dağıtdılar ermənilərin. Onda altı ay yatdı. Pul verib icbariyə çıxartdıq. Orda yatanda camaat bizi təskinləşdirirdi ki, erməni əlində də olsa, yenə nəzarət var, heç olmasa orda salamat olacaq. Çünki burdakı hərəkətlərilə ölümə gedirdi də. Nə bilim ey vallah, özünün ata-anasız böyüməyi bir ayrı cür çətin oldu, düşmən gülləsindən ölməyi də bax, belə bir dağ oldu bizimçün.

- Atanız Kərim kişinin münasibəti necə olurdu onun qoçaqlıqlarına?

- Atam fəxr eləyirdi onunla. Atamın düşgün (yaşlı, ahıl – N.Z.) vaxtlarına düşdü Zaminin igidlikləri. Kərimi də o saxladı. Özünü elə atırdı üstünə xəstə vaxtları, ona elə qulluq eləyirdi ki... Atama gözəl baxdı, gözəl durdu qulluğunda. Deyərdim ki, atamın bu bacı-qardaşa etdiklərinin bir növ əvəzini çıxdı Zamin onun xəstə çağlarında, son günlərində qulluğunda əla dayanmaqla.

- Məndə belə qənaət yaranır ki, Füzuli o gecə şəhid olmasaydı, həmin o gizli yollarla onsuz da Xocalıya gedəcəkdi...

- Mütləq. Oturmayacaqdı. Ya Xocalıya, ya da Kəlbəcərə yol tapıb gedəcəkdi. Sonra nə baş verəcəkdi, onu ancaq Allah bilərdi. Bəlkə taleyi Dilqəmlə Şahbazdan, ya Həsəndən (Kəlbəcərə ata yurdlarına gizli yollarla gedib ermənilərə əsir düşən Dilqəm Əsgərovla Şahbaz Quliyevi və onlarla birlikdə gedib şəhid olmuş əslən Cəbrayıl rayonundan olan Həsən Həsənovu nəzərdə tutur – N.Z.) də faciəli olacaqdı, bəlkə də yox!..

...Səkinə xala söyləyir ki, Xocalı faciəsindən bir gün öncə qapıdakı it zənciri qıraraq qaçıb həyətdən gedibmiş. Xoşagəlməz bu hadisə o zaman onu çox narahat edib, kövrəldib. Çünki zaman-zaman deyilib ki, bəzi heyvanlar – itlər, ilanlar, siçanlar, qazlar qarşıdakı faciəni duya bilir. Elə buna görə də itin baş götürüb getdiyi gün Füzuli evə gələn kimi ot ehtiyatının qurtarmasını bəhanə edərək ona tövlədəki heyvanları da meşəyə - Allahın ümidinə buraxmağı tövsiyə edir...

(ardı var)
Nəzirməmməd ZÖHRABLI
jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 20:11
Dublində Prezident İlham Əliyevin Paşinyanla görüşü keçirilir

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ