04/04/2020 22:40
728 x 90

Paşinyanın Xocalı cinayəti barədə yeni yalanı, həm də Rusiyanın üstünə yeni yürüş...

Şamil Sabiroğlu: “O, təzadlı açıqlamaları ilə həmin faciəni gah azərbaycanlıların öz üzərinə, gah da, sırf rusların üzərinə atmaqla Ermənistan hakimiyyətinin yaxasını kənara çəkmək istəyir”

img

Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatda aldığı ağır təəssüratdan çıxa bilmir. Ölkəsinə qayıtdıqdan sonra Paşinyan Xocalı soyqırımı məsuliyyətini sələflərinin və ümumiyyətlə, ermənilərin üzərindən atmaq üçün bir status paylaşıb. Status belədir:

"Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur".

Bundan təxminən bir neçə dəqiqə sonra isə Paşinyan ciddi siyasi səhvə yol verdiyini anlayıb və paylaşımını silib.

Əvəzində isə bu sözləri saxlayıb:

"Fakt fakt olaraq qalır".

Qeyd edək ki, sözügedən statuslar skrin edilərək, erməni mediasında paylaşılıb.

Paşinyanın Xocalı ilə bağlı bu ikiüzlü davranışları necə izah oluna bilər?

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, o, Xocalı hadisələrinin canlı şahidlərindən biridir: “Həmin faciəni törədən birbaşa Ermənistan dövlətidir. Ermənistanın o zamankı hakimiyyətinin bu cinayətdə əlinin olması tam sübuta yetirilib. Rusların 366-cı motoalayının bu məsələdə rolunun olması da faktdır. Bununla da bağlı faktlar mövcuddur. Həmin alayın da rəhbərliyində təmsil olunanların böyük əksəriyyəti erməni əsilli olublar. Yəni həmin hadisə erməni hakimiyyətinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım olub. Paşinyanın bu məsələ ətrafında manipulyasiya etməsi gülünc görünür. O, təzadlı açıqlamaları ilə həmin faciəni gah azərbaycanlıların öz üzərinə, gah da, sırf rusların üzərinə atmaqla Ermənistan hakimiyyətinin yaxasını kənara çəkmək istəyir. Bu, mümkün deyil. Əminəm ki, nə vaxtsa həmin faciəni törədənlər məhkəmə qarşısında cavab verəcəklər. Rusların orda iştirakı da ermənilərin istəyi ilə olub. Bütün bunlar Ermənistanı məsuliyyətdən azad etmir. Xocalı insanlığa qarşı törədilmiş bir soyqırımdır. Onun ətrafında siyasi məqsədlərlə saxtakarlıq etmək mümükün deyil”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər