şənbə günü, 07 noyabr 2026
     

Ermənistanda yeni Qarabağ qarşıdurması başlanır

Image


“Qarabağ klanı” və Nikol Paşinyan iqtidarı arasında getdikcə dərinləşməkdə olan qarşıdurmada ön plana çıxan məqamlardan biri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. İndi tərəflər bir-birini Qarabağ məsələsində təslimçi və yanlış mövqe tutmaqda ittiham edir.

Məsələn, “Qarabağ klanı”nın təmsilçilərindən sonra Ermənistan parlamentinin sabit vitse-spikeri Eduard Şarmazanov bildirir ki, Nikol Paşinyanın Qarabağ məsələsində Xankəndidə verdiyi son açıqlamalar beynəlxalq miqyasda İrəvanın əleyhinə işləyir, ölkəni təzyiq hədəfinə çevirir: “Eyni zamanda, belə vəziyyətdə məsələnin hərbi həllini Azərbaycan aktuallaşdırır və məqsədi üçün Paşinyanın xətalarından istifadə edir. Təəssüf ki, baş nazir hansı ciddi diplomatik xətalara yol verdiyinin fərqində olmaq istəmir”.

Paşinyan iqtidarı isə məsələdə “Qarabağ klanı”nın yanlış mövqedə olduğunu sübut etməyə çalışır və bu xüsusda Robert Köçəryanın vəkili Ovanes Xudoyanın son açıqlamaları hakimiyyət təmsilçilərinin əlində bayraq edilib. Qeyd edək ki, Ovanes Xudoyan açıqlamasında, qismən də olsa, işğal faktını etiraf edib. “1in.am” portalı bu xüsusda yazır: “Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkili Ovanes Xudoyan bəyan edib ki, Qarabağın azad edilmiş əraziləri apriori, yəni  öncədən məlum olduğu kimi, “DQR”in bir hissəsi sayıla bilməz, buna görə də 2008-ci ilin fevral-mart aylarında İrəvana gətirilmiş qüvvələr “DQR”in silahlı qüvvələrinin gücləri ola bilməz. Vəkil belə bəyanatı, təbii, Köçəryanın razılığı olmadan verə bilməz. Buna görə, biz inamla təsdiq edirik ki, ikinci prezident “Rubikon”u keçib, başqa sözlə, elə bir vəziyyətə gəlib ki, artıq milli təhlükəsizliyi təhdid edən bəyanatlarla çıxış edir.

Bənzər bəyanatları, məsələn, dövri olaraq Bakıdan eşitmək olar. Xudoyan azad edilmiş əraziləri “DQR”in bir hissəsi hesab etmirsə, apriori ehtimal edə bilərik ki, Köçəryan onları işğal edilmiş ərazilər kimi xarakterizə edir. Zamanında bunu onun çevrəsindəki görkəmli adamlardan biri,  sabiq xarici işlər naziri Vardan Oskanyan parlamentdə deputatlardan birinin sualına cavab verərkən etmişdi. Robert Köçəryanın vəkilinin bəyanatı siyasi baxımdan öz dərisini qorumağın təhlükəli əlamətidir. Dar şəxsi məqsədlər naminə “DQR”in suverenliyinə və subyektliyinə bundan güclü zərbə vurmaq mümkün deyildi. Köçəryan özünün prezidentliyi dövründə Artsaxa məhz belə münasibət göstərib: o hesab edib ki, belə subyekt mövcud deyil, bundan əlavə, danışıqlar prosesindən sıxışdırılıb çıxarılan “DQR” danışıqların obyektinə çevrilib. İndi Köçəryan mahiyyətcə eyni şeyi daha təhlükəli nəticələrilə birlikdə edir. Özünün 1 mart 2008-ci il tarixdəki dəhşətli əməlini əsaslandırmaq üçün o, faktiki, bəyan edir ki, öz qüvvələri olan “DQR”in mövcud deyil və erməni ordusu azad edilmiş əraziləri “işğal edib”. Başqa sözlə, Azərbaycan ərazilərini “işğal etməsi” haqqındakı tezisi inkişaf etdirilir. Təəccüblüdür ki, “DQR”in prezidenti Bako Saakyanın Aparat rəhbərinin müavini David Babayan “1in.am”la söhbəti zamanı qeyd edib ki, Köçəryanın vəkilinin bəyanatını şərh etmək istəmir. Çünki onlar Ermənistanın daxili siyasi, hüquqi proseslərinə müdaxilə etmirlər: “Bunu səlahiyyətli orqanlardan soruşmaq lazımdır”. Babayan eyni zamanda qeyd edib: “DQR”in bütün bu proseslərə qoşulması düzgün deyil, biz qanunun aliliyinə əhəmiyyət veririk. Lakin “DQR”in Konstitusiyası var , siz hətta məndən soruşmaya və bu Konstitusiyanı oxuya bilərsiniz. Orada “DQR”in inzibati-ərazi bölgüsü var – neçə rayonun, hansı rayon mərkəzlərinin olması göstərilib”. Xankəndidən  bundan daha “dişsiz” bəyanat gözləmək çətin idi.

Robert Köçəryan öz vəkili vasitəsilə açıq şəkildə “DQR”in “ konstitusiya quruluşuna, onun ərazi bütövlüyünə” tüpürür, “DQR”in  prezidentinin mətbuat katibi  isə deyir ki, Ermənistanın daxili siyasi, hüquqi proseslərinə qarışmaq istəmirlər. Söhbət ərazi bütövlüyündən deyil, Robert Köçəryanın hüquqlarından gedəndə Bako Saakyan və Arkadi Qukasyanın aktiv “müdaxiləçi” olduqları xatırlanarsa, rəsmi Xankəndinin belə mövqe tutması həyasızlıqdır. Ancaq problemin daha prinsipial qatı mövcuddur. Köçəryanın vəkili diskursun mahiyyətini dəyişməklə, şüurlu şəkildə qarışıqlıq yaradır. Köçəryanın harada yerləşdirilmiş qüvvələrdən istifadə etməsi mühüm deyil. Ohanovskinin ifadələrində təkzib edildiyinin əksinə olaraq, onun qoşunların “DQR”dən gətirilməməsi haqqındakı versiyasını qəbul etsək də, istənilən halda, Köçəryan konstitusiya quruluşunu devirib. Çünki qanunvericilik onun silahlı qüvvələrdən, onların “DQR”də və ya Ermənistanda yerləşməsindən asılı olmayaraq, istifadə etməsini ümumiyyətlə qadağan edirdi. Köçəryanın müdafiəçisi faktiki etiraf edir ki, silahlı qüvvələrdən istifadə edilib. Başqa sözlə, konstitusiya quruluşunun devrilməsi faktını etiraf edir. Ancaq diskussiya yanlış müstəvidə davam edir. Bu, hüquqi baxımdan mənasız, siyasi planda isə təhlükəlidir. Çünki erməni tərəfinin maraqları Köçəryanın şəxsi ambisiyalarına tabe etdirilir”. Beləliklə, bu qeyd edilənlərdən bəlli olur ki, Qarabağ məsələsi yenidən erməni cəmiyyəti daxilində ciddi çəkişmə predmetinə çevrilir.

“Qarabağ klanı”nın təmsilçiləri bildirir ki, əslində, onların məsələyə yanaşması kifayət qədər doğrudur və Paşinyan iqtidarı məsələyə obyekğtv yanaşmaq əvəzinə ölkəni yeni Qarabağ müharibəsinə sürükləyir. Xüsusən də  Paşinyanın avqustun 5-də Xankəndidəki mitinqdə çıxışı zamanı avantürist bəyanatlar verərək Dağlıq Qarabağı Ermənistanın təkib hissəsi elan etməsi, “miatsum” şüarını yenidən gündəmə gətirməsi bu fonda daha çox qabardılır.

Ermənistan parlamentinin deputatı, Respublika Partiyasının üzvü Artaşes Geqamyan Paşinyanın bu çıxışını açıq-aşkar təxribat adlandırır. O qeyd edir ki, “xalqın baş nazirinin” bu təxribatçı çıxışı Ermənistanı yeni müharibəyə sürükləyir, Minsk Qrupunun mövcudluğunu heçə endirir. Geqamyanın şərhində Paşinyanın hakimiyyət başına gələndən bu yana yürütdüyü avantürist siyasət, onun və komandasının Ermənistanın strateji müttəfiqi Rusiya ilə münasibətləri korlayan hərəkətləri, o cümlədən Qarabağ məsələsində tutduğu populist mövqe barədə sitatlar, faktlar yer alır. Erməni siyasətçi əsas diqqəti Paşinyanın Xankəndidəki çıxışına yönəldərək qeyd edir ki, baş nazirin “açıq-aşkar təxribatçı çıxışı” sayəsində Azərbaycanın Qarabağa hücuma keçməsi üçün münbit informasiya fonu yaradılıb. Siyasətçi xatırladır ki, Paşinyan Xankəndidə səsləndirdiyi “miatsum” şüarını, Dağlıq Qarabağın Ermənistanın “tərkib hissəsi olduğunu” sentyabrda ABŞ-a səfəri zamanı erməni icması qarşısında da təkrar etməyə, Amerikadakı erməni icmasının bu məsələdə dəstəyini qazanmağa hazırlaşır: “Və Paşinyan özünün bu açıq-aşkar, heç bir tərəddüdsüz təxribatçı sayılan sərsəm çıxışını sentyabrın 22-də Los-Ancelesin “Grand Park” otelində təkrarlamağa hazırlaşır. Onun gözlənilən hərəkətinin əsl məqsədi birdir: guya bütün dünya ermənilərinin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə dəstəyini qazanmaq. Düşünmək olar ki, bu akt on bir milyon ermənidən kiminsə ürəyincə olmayacaq. Nikol Vova oğlu isə özünün siyasi avantürasının mümkün qanlı nəticələrini və bu nəticələrə görə məsuliyyəti bütün erməni xalqının üstünə atmağa cəhd edir. Mən indi yazdıqlarımın sonradan necə alçaqcasına yozula biləcəyini dərk edirəm. Lakin təəssüf ki, həqiqət belədir. Paşinyan bu çıxışı ilə, faktiki olaraq, Minsk Qrupunun özünün mövcudluğuna da son qoydu, həmsədr ölkələrin prezidentlərinin çağırışlarına məhəl qoymadı. Halbuki, onlar son 10 il ərzində beş dəfə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair birgə bəyanatlarla çıxış etmişdilər”. Artaşes Geqamyan vurğulayır ki, Paşinyan və tərəfdaşları 2008-ci il martın 1-də öz təxribatçı çağırışları ilə 10 Ermənistan vətəndaşının həlak olmasına gətirib çıxarmışdısa və indi bu cinayətin günahkarlarını kənarda axtarırsa, onun indiki təxribatçı nitqi daha çox qanlı nəticələrə gətirib çıxara bilər.

Ona görə də Geqamyan belə qənaətə gəlir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu günlərdə İrəvana ancaq bir məqsədlə gəlmişdi: indiki Ermənistan rəhbərliyini Cənubi Qafqaz regionunu qanlı müharibəyə sürükləyə biləcək sonrakı təxribatlardan çəkindirmək. İndi Ermənistanda ciddi şəkildə narahatdırlar ki, Paşinyan bu yanlışlıqlarını davam etdirsə, proseslərin nəticələri İrəvana çox baha başa gələcək. Bunu rusiyalı politoloq Vitali Arkov da təsdiq edir. Onun fikrincə, Paşinyan ölkədə iqtisadiyyatın çökdüyü bir vaxtda öz reytinqini bərpa etmək təlaşındadır və bu məsələdə Qarabağ kartından yararlamağa çalışır:: “Amma o ciddi nöqsanlara da yol verir. Paşinyanın iqtisadi sahədə möcüzə yaratmaqda acizliyi elə bəri başdan bəllidir, amma əhalinin yoxsulluqda yaşayan çoxluğunu hər cür nağılla aldatmaq çətin deyildi. İndi isə Ermənistan xalqının qazancı boş sözlər, ən dəhşətlisi də Dağlıq Qarabağdan gələcək minlərlə tabut, minlərlə şikəst olacaq. Yəni Paşinyan bir çox erməni ailələrinə faciə gətirə bilər. “Qarabağ klanı” ilə Paşinyanın arasında ziddiyyətlərin daha da dərinləşməsini gözləmək olar.  Baş nazir Qarabağdakı separatçı rejimi nəzarətə götürmək istəyir. Dağlıq Qarabağın köhnə kadrlardan təmizlənmədiyi az qala yeganə ərazi olması baş naziri və onun arxasındakı qrupları xeyli narahat edir. Bu vəziyyətdə tərəflər arasında ziddiyyət daha da dərinləşir və bu hal Qarabağ münaqişəsinin gedişinə də təsirsiz ötüşməyəcək”. Bütün bunlar bir daha təsdiq edir ki, Ermənistanda Qarabağ məsələsi ətrafında ziddiyyətlər dərinləşir və bu hal düşmən ölkənin münaqişə ətrafında mövqelərini daha da zəiflədir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 08:53
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ