20/09/2019 23:10
728 x 90

Xəzərdə qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı - FOTO

img

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Müdafiə Nazirliyindən baki-xeber.com-a verilən məlumata görə, hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

Son xəbərlər