20/09/2019 23:07
728 x 90

Azərbaycan sərhədçiləri təmas xəttində strateji əhəmiyyətli mövqeləri ələ keçirdi

img

Baki-xeber.com “Azeri Defence”ə istinadən xəbər verir ki, düşmənin Babakər dağı istiqamətində mövqelərini önə çəkmə cəhdlərinə qarşı DSX tərəfindən önləyici tədbirlər həyata keçirilib. Belə ki, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının ərazidəki bölmələri düşmən tərəfindən yeni mövqelərin ələ keçirilmə niyyətlərinə qarşı hərəkətə keçərək, sərhəd döyüş məntəqələrini bir sira istiqamətləridə daha irəli çəkməyə nail olublar.

Sərhədçilərimiz tərəfindən tutulmuş yeni mövqelərdən düşmənin Ermənistan Respublikası ərazisindəki döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub. Eləcə də düşmən tərəfindən əvvəllər atəş altına tutulan yaşayış məntəqələrinə olan təhlükə aradan qaldırılıb.

Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov da Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 100 illiyi ilə bağlı keçirilən mətbuat konfransında deyib ki, Azərbaycan sərhədçiləri təmas xəttində bir neçə mövqedə irəliləyib və strateji yüksəklikləri əldə edib.

Aparat rəhbərinin sözlərinə görə, hazırda Ermənistan-Azərbaycan sərhədinin Qazax və Ağstafa ərazisindən keçən hissəsində sərhəd hissələri tərəfindən xidmət təşkil olunur: "Bu, böyük prosesin başlanğıcıdır və davam edəcək. Bu qərarın qəbul olunması Azərbaycan ordusunun hərbi birləşmələrinin döyüş qabiliyyətinin yüksəldilməsinə yönələn qərar idi. Ötən 9 ay müddətində şəxsi heyətin döyüş qabiliyyəti gücləndirilib, bir sıra əhəmiyyət kəsb edən hissələrdə mövqelərin irəli çəkilməsi təmin edilib. Keçən ilin sonunda burada xidmətə başlayan hərbi qulluqçular üçün 75 sərhəd döyüş məntəqəsi inşa edilərək istifadəyə verilib".

E.İbrahimov deyib ki, Azərbaycan sərhədçiləri bir sıra istiqamətlərdə strateji əhəmiyyətli mövqeləri tutub: "Bu, Ermənistan silahlı qüvvələrinin döyüş postlarını və postlara hərəkət edən yollara nəzarət etmək üçün optimal şərait yaradıb. Şəxsi heyətin təhlükəsiz hərəkəti üçün val yolların çəkilməsi təmin edilib. Bu müddətdə düşmən mövqelərində hərbi maşına atəş açılıb və 2 hərbi qulluqçumuz yaralanıb. Düşmənin döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulub".

Bu barədə tərəfimizdən daha geniş material hazırlanır.

Son xəbərlər