şənbə günü, 07 noyabr 2026
     

Erməni xalqı Paşinyanı addım-addım deşifrə edir – “2050-yə hesablanmış vədlər nağıldır”

Image


Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikir ayrılığının mövcudluğu heç kimə sirr deyil. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma hakimiyyətin başında dayananlarla münasibətlərini hələ də istədiyi səviyyədə tənzimləyə bilmir.

Bundan əlavə, məlumdur ki, Nikol Paşinyan “Qarabağ klanı”nı Ermənistanda bütün vəzifələrdən uzaqlaşdırıb, bir qismi həbs olunub. İndi Paşinyanın əsas niyyəti separatçı rejimin də başına ona sadiq olacaq şəxsin gəlişini təmin etməkdir. Amma real vəziyyət bunun Paşinyan üçün çox çətin olduğunu üzə çıxarır. Eyni zamanda görünən həm də budur ki, Paşinyan və onun tərəfdarları Ermənistan və Qarabağ erməniləri arasında uçurumu daha da dərinləşdirir.

Paşinyanın Qarabağa səfərləri də nəticə vermir. Əksinə, belə bəlli olur ki, bu səfərlər onunla separatçılar arasında fikir ayrılıqlarını daha da artırır. Hətta bəzi məqamlar baxımından Paşinyana daha sərt reaksiya göstərilir. Məsələn, Qarabağ ermənisi Artur Ağacanovun rəhbərlik etdiyi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının bəyanatında Paşinyanın bir neçə gün əvvəl Xankəndidə səsləndirdiyi fikirlərə etiraz edilir. Bildirilir ki, həmin vaxt Paşinyanın Qarabağın Ermənistana aid olduğunu iddia etməsi və bu yöndə fikirlər səsləndirməsi yolverilməzdir. Qeyd olunur ki, Nikol Paşinyan sələfi Serj Sarkisyanın səhvlərini təkrar etməməli və bütün qarabağlıların adından danışmamalıdır. Bəyanatda o da qeyd olunub ki, 30 ildən sonra Xankəndidə meydanda keçirilən mitinqdə yenidən “miatsum” çağırışı səslənib ki, bu da yolverilməzdir və Qarabağ münaqişəsində yeni gərginliyin yaranmasına aparır. Sənədi “Alban Avtokefal Kilsəsinin və türk-xristianlarının irsinin bərpası üzrə hərəkat”ının fəalları imzalayıb. 

Erməni politoloq Qaqik Ambaryanın fikrincə, bu gedişlə Qarabağ erməniləri ilə Paşinyan arasında ziddiyyətlərin daha da böyüməsini gözləmək olar. Onun sözlərinə görə, 2020-ci ildə Dağlıq Qarabağda keçiriləcək “prezident seçkisi” fonunda tərəflər arasında ziddiyyətlərin daha da dərinləşməsini gözləmək olar: “Paşinyan düşünürdü ki, Qarabağda Bako Saakyan üzərində nəzarəti gücləndirəcək. Bu alınmadı. Bako Saakyan Robert Köçəryan və Serj Sarkisyanın təsiri altındadır və onlara xidmət edir. Belə vəziyyətdə onlar Qarabağda idarəçiliyi Paşinyana verməyi düşünmürlər. Bu da ziddiyyətlərin artmasına səbəb olur”. Ekspert qeyd edir ki, bu vəziyyətdə Ermənistan daxilində artan problemlər də “Qarabağ klanı”nın lehinə işləyir: “Ölkədə vəziyyət gərginləşir, etiraz aksiyalarının sayı artır. Baş nazir problemləri həll etməkdə acizlik nümayiş etdirir. Ermənistan rəhbəri olaraq, Paşinyan respublikanı biabır edir. Ermənistanın uğursuzluğa uğramış ölkə hesab olunması çox pisdir. Paşinyan Ermənistan rəhbəri olaraq tayfabazlığı, komandasının çarəsizliyini izah etmək üçün ölkəni biabır edir”. Ermənistanda “İslahatçılar” partiyasının sədri Vahan Badasyan isə belə vəziyyətdə “Qarabağ klanı”nın fəallaşması ilə mümkün hakimiyyət dəyişiklilərini istisna etmir. Onun sözlərinə görə, 2018-ci ildə baş verən hadisələrdən ruhlanan bir çox insanlar bir neçə ay sonra həyatlarında sıçrayış tipli dəyişikliklərin olacağını düşünürdü: “Lakin il yarım keçib, görürlər ki, ölkədə hər hansı irəliləyiş yoxdur. Yoxdur, ona görə ki, yalanlar, manipulyasiyalar və nağıllarla dolu xeyli hal var. Əsl həyatda insanları narahat edən problemlərin həlli yoxdur. İnsanlar danışırlar ki, Nikol olmasın, bəs kim olsun, xalq kimin arxasınca lider deyə getsin? Bu sual Ermənistanın siyasət meydanında havada qalan məsələdir”. O qeyd edib ki, indiki məqamda Ermənistanda hakimiyyət dəyişikliyi ehtimalı yüksəkdir: “Birdən hər hansı qüvvə Azadlıq meydanında 20 min insan toplayarsa, bugünkü hakimiyyət qoşun yeridəcək. Hər hansı siyasi proseslərin irəliləməsini qəbul etməyəcəklərinə əminəm. Lakin şəhərimizdə 50 mindən artıq insan ayağa qalxsa, yarım saat sonra Paşinyanın yenidən müxalifət xadiminə çevriləcəyinə əminəm. Bizim ictimaiyyətin böyük bir qismi həyat şəraitlərini yaxşılaşdıracaq lideri, növbəti rəhbərin kim olacağını görməsə də, insanlar vəziyyətin doğrudan da dəyişmədiyini hiss etsələr, hakimiyyəti dəyişəcəklər. Paşinyanın verilən vədlərə əməl etmədiyinə dair xalq qərar verdiyi anda onun hakimiyyətdən getməsini istəsələr, hakimiyyəti tərk edəcəyinə dair Paşinyanın siyasi vədləri xatırlanmalıdır. İndi xalq arasında narazılıqlar var və narazılıqlar pərakəndə yox, vahid bir siyasi meydanda real siyasi konsepsiyalarla birləşməli, vahid siyasi platformaya çevrilərək, hakimiyyətdə olan gücə qarşı gələcək alternativ qüvvə fomalaşdırmalıdır. Xankəndidə səslənən 2050-ci il üzrə nağıl vədləri nə deməkdir? Onlar vədlərinin heç 10%-ni də yerinə yetirmədikləri halda 2050-ci il haqqında danışırlarsa, əziz millət, bu artıq bizi ələ salmaqdır. Mən çox təəssüf edirəm ki, hələ də bizim 2050-ci ildə əmək haqqlarının 7 dəfə artırılacağına sevinən, alqışlayan və fəxr edən insanlarımız var. Paşinyan 5 il müddətinə seçilib. O, 5 il çərçivəsinə sığan bütün vədlərini yerinə yetirməyə borcludur. Bundan sonra hakimiyyətdə qalma və ya qalmama barədə iddia edə bilər”. Erməni partiya sədri vurğulayıb ki, bu durumda “Qarabağ klanı”nın təmsilçilərinin aktivləşməsi Paşinyanın mövqelərini zəiflədə bilər və buna görə baş nazir onlara qarşı aqressiv davranır. Bu durumda vurğulanır ki, “Qarabağ klanı” ilə Paşinyan arasında baş verənlər Ermənistanı bir çox istiqamətlərdə iflic vəziyyətə salır. İndilikdə isə Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir.Xatırladaq ki,  Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə “Qarabağ klanı”nın çevriliş etmək təcrübəsi var və bu, Paşinyan tərəfindən də nəzərə alınır.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

07.11.2026 / 08:53
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:28
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ