20/09/2019 23:09
728 x 90

Mnatsakanyan Uruqvayda Qarabağ danışıqlarının dinamikasından danışdı, əslində, Paşinyan ələ salınır...

“Bu, Ermənistan rəhbərliyinin riyakarlığının göstəricisidir”

img

Məlum olduğu kimi, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Baş nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndidəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib.

Mnatsakanyan uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı Paşinyana haqq qazandırıb: “Ermənistanın Baş naziri Ermənistanın mövqeyini dəqiq formalaşdırıb. Stepanakertdə deyilənlərə nəsə əlavə etməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, Paşinyan avqustun 5-də bunları demişdi: “Artsax (Dağlıq Qarabağa verilən qondarma ad) Ermənistanın ayrılmaz tərkib hissəsidir, nöqtə”.

Bu cür pozucu ritorikanın fonunda Mnatsakanyan jurnalistlərə açıqlamasında həyasızcasına onu da deyib ki, Qarabağ münaqişəsinin nizamlanması ətrafında dinamika davam edir. Ancaq dövlət başçıları, yaxud xarici işlər nazirləri arasında yeni görüşün vaxtı hələ məlum deyil: “Sizdən xahiş etməliyəm ki, bir az səbr edəsiniz. Çünki mən prinsipial olaraq hesab edirəm ki, görüş haqda yeri və vaxtı həmsədrlər tərəfindən digər ölkə ilə razılaşdırılandan sonra elan etmək olar”.

Maraqlıdır, Paşinyanın Xankəndidə Qarabağı Ermənistanın tərkib hissəsi elan edib məsələyə “nöqtə qoymasından” və Mnatsakanyanın da bu təxribatçı, qızışdırıcı yanaşmanı dəstəkləməsindən sonra Qarabağ danışıqlarında hansı dinamikadan söhbət gedə bilər?

  • Mübariz Əhmədoğlu: “Ancaq Mnatsakanyan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyini dəyişmədiyini deməklə...”

Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, bu, Ermənistan rəhbərliyinin riyakarlığının göstəricisidir: “Mnatsakanyan həmin görüşdə onu da qeyd etdi ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyi dəyişməyib. Yəni Paşinyanın Xankəndidə səsləndirdiyi həmin fikirlər, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyi dəyişməyib. Bu o deməkdir ki, Paşinyanın dedikləri heç nədir. Məlum məsələdir ki, Mnatsakanyan Paşinyanın naziri olduğuna görə birbaşa onun əleyhinə gedə bilməz. Ona görə də Paşinyanın səsləndirdiyi fikirləri təsdiqlədi. Ancaq Mnatsakanyan Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyini dəyişmədiyini deməklə, beynəlxalq qurumlara mesaj verir ki, Paşinyanın səsləndirdiyi fikirlər heç nəyi dəyişmir. Bir neçə dəfə bənzər hallar olub ki, Ermənistan rəsmiləri Paşinyanın hansısa sayıqlamalarını dolayı yolla təkzib ediblər. Artıq Mnatsakanyan bilir ki, Paşinyan istinad ediləsi mənbə deyil, sadəcə, Ermənistanın rəhbəridir. Hesab edirəm ki, Mnatsakanyan Paşinyandan bir az ağıllıdır. Çox güman ki, ATƏT-in Minsk Qrupu Mnatsakanyanın bu açıqlamasına görə Paşinyandan izahat tələb etmədi”.

Vidadi ORDAHALLI 

Son xəbərlər