şənbə günü, 17 oktyabr 2026
     

Davos Dünya Bankı ilə Azərbaycanın münasibətlərində yeni pillə oldu...

Image


Musa Quliyev: “Görüş zamanı müzakirə edilən təkliflər, layihələr həm Dünya Bankı, həm də ölkəmiz üçün böyük səmərə verəcək”  

 

Məlum olduğu kimi, İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu keçirilir. 110 ölkədən 3000-dən artıq iştirakçının qatıldığı bildirilən foruma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəvət edilib. O, Davos İqtisadi Forumu çərçivəsində bir sıra rəsmi və  qeyri-rəsmi görüşlər keçirib. Dövlət başçısı Davosda görüşlərdən birini Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə keçirib.

Bir sıra məsələlərin müzakirə edildiyi görüşdə K.Georgiyeva Prezident İlham Əliyevi ölkədə aparılan uğurlu islahatlar və Azərbaycanın Dünya Bankının “Doing Business-2019” hesabatında 25-ci yerə yüksəlməsi münasibətilə təbrik edib. O, bildirib ki, bu, Dünya Bankının “Doing Business” reytinqinin tarixində ən uğurlu və böyük nailiyyətlərdən biridir. Bu uğurlu islahatların bundan sonra da davam etdirilməsi çox vacibdir. Xanım K.Georgiyeva qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatlarının və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. O, həmçinin, bildirib ki, Dünya Bankı Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti və islahatları dəstəkləyir. Bu islahatlar Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına, yeni iş yerlərinin yaranmasına mühüm dəstək verəcək.

Xanım Georgiyeva onu da vurğulayıb ki, bu, Azərbaycanın gələcək iqtisadi inkişafına Dünya Bankı tərəfindən əlavə dəstək göstərilməsinə kömək edə bilər.

Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən yoxsul ölkələrə dəstək proqramına Azərbaycanın donor ölkə kimi qoşulmasını təklif edən Dünya Bankının baş icraçı direktoru qeyd edib ki, ölkəmizin iqtisadi transformasiyası dünyada Çin, Hindistan kimi ölkələrlə yanaşı, ən uğurlu təcrübələrdən biridir. Qeyd edib ki, Azərbaycan vaxtilə Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatlar nəticəsində mümkün olub.

Prezident İlham Əliyev isə Dünya Bankı ilə əməkdaşlıqdan razı qaldığını və bankın daim Azərbaycana lazımi dəstək göstərdiyini qeyd edib. Dövlət başçısı bundan sonra da Azərbaycanla Dünya Bankı arasında əməkdaşlığın davam etdiriləcəyini deyib və ölkəmizin əldə etdiyi uğurların “Doing Business-2019” hesabatında əks olunmasından məmnunluğunu bildirib. Prezident İlham Əliyev bu göstəricilərin daha da yaxşılaşdırılması ilə bağlı xüsusi komissiyanın yaradıldığını qeyd edib. Bildirib ki, “Doing Business-2019” hesabatında Azərbaycanın 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması həyata keçirilən çox vacib islahatlar nəticəsində mümkün olub. O bunu böyük uğur kimi dəyərləndirib.

Görüşdə Dünya Bankı tərəfindən Azərbaycanda yeni proqramların həyata keçirilməsi məsələsi müzakirə olunub.

Prezident İlham Əliyev xüsusilə məhkəmə sahəsində Dünya Bankı ilə birgə həyata keçirilən islahatları yüksək dəyərləndirib, məhkəmə sistemində innovativ yeniliklərin tətbiqində və bu sistemin avtomatlaşdırılmasında bankın iştirakını və Ədliyyə Nazirliyi tərəfindən bu layihənin reallaşdırılmasındakı uğurları qeyd edib. O bu uğurlu əməkdaşlığın digər sahələrdə də həyata keçirilməsinin vacibliyini vurğulayıb. Prezident qeyd edib ki, vergi, gömrük, icbari tibbi sığorta sahələrində Dünya Bankı ilə əməkdaşlıq layihələri hazırlanıb. Bu layihələrin uğurla həyata keçirilməsi üçün imkanlar var və hər iki tərəf bu imkanlardan yararlanmalıdır.

Görüşdə qeyd olunub ki, Dünya Bankının bu sahədəki fəaliyyəti Azərbaycandakı özünüməşğulluq layihələrinin genişlənməsində, xüsusilə məcburi köçkünlərin özünüməşğulluğunun artırılmasına dair proqramlarda faydalı ola bilər. Buna görə də hər iki tərəfin aidiyyəti qurumları bu sahədə yeni proqramlar hazırlayıb uğurla həyata keçirə bilər.

Prezident İlham Əliyevlə Dünya Bankının baş icraçı direktoru xanım K.Georgiyeva arasında keçirilən görüşün ölkəmizlə Dünya Bankı arasında yeni əməkdaşlıq üçün yollar açdığını qeyd edən millət vəkili Musa Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bunun əhəmiyyəti olduqca böyükdür. “Ümumiyyətlə, Davos İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı artıq bir xoş ənənəyə çevrilib. Davosda cənab Prezident müxtəlif görüşlər keçirib. Onlardan biri də Dünya Bankının baş icraçı direktoru ilə keçirilən görüşdür. Bu görüşdə Azərbaycanın ən böyük uğurlarından biri - Dünya Bankının “Doing Business-2019” indeksinə görə 1 il ərzində 32 pillə irəliləməsi vurğulanıb. Xanım K.Georgiyeva bu münasibətlə cənab Prezidenti təbrik edib və Azərbaycanı başqa ölkələrə nümunə göstərib. Bu görüşdə diqqətçəkən məqamlardan biri odur ki, əgər 20 il əvvəl Azərbaycan Dünya Bankından yoxsul ölkə kimi yardım alırdısa, bu gün isə artıq Dünya Bankı Azərbaycana müraciət edir ki, yoxsul ölkələrə donor olsun. Gerçəklik budur ki, Azərbaycan iqtisadi cəhətdən güclüdür və artıq o, donor ölkə olaraq qəbul edilir. Bu, Azərbaycanın dünya səviyyəsində çox böyük uğurudur. Azərbaycanda bir sıra sosial layihələrin, o cümlədən də icbari tibbi sığortanın tətbiqinin genişləndirilməsi, eləcə də özünüməşğulluq proqramları ilə bağlı Dünya Bankının Azərbaycana verəcəyi dəstək çox əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycanın ədliyyə sistemində idarəetmənin yenidən qurulmasına, xüsusən də avtomatlaşdırılmasına Dünya Bankının göstərdiyi dəstək müsbət reaksiya doğurur. Dünya Bankının arzusudur ki, gələcəkdə müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı Azərbaycanla əlaqələrini daha da genişləndirsin. Bu həm ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu, digər tərəfdən də Azərbaycanın Dünya Bankı və dünyanın inkişaf etmiş dövlətləri üçün gərəkli bir donor kimi çıxış etməsini göstərir. Bütövlükdə, bu görüşlərin əhəmiyyəti böyükdür və görüş zamanı müzakirə edilən təkliflər, layihələr həm Dünya Bankı, həm də ölkəmiz üçün böyük səmərə verəcək”.

M.Quliyev hesab edir ki, Dünya Bankı ilə yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsi Azərbaycanda sosial-humanitar sahənin inkişafına da müsbət təsirini göstərəcək. Vergi, gömrük, icbari tibbi sığorta sahələrində Dünya Bankı ilə yeni əməkdaşlıq layihələrinin hazırlanmasının da Azərbaycan üçün faydalı olacağını qeyd edən M.Quliyevin fikrincə, bu layihələr sözügedən sahələrin inkişafına müsbət təsir göstərəcək.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkikatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ