Cümə axşamı günü, 12 noyabr 2026
     

Mayın 8-i Paşinyanın Sarkisyançı deputatlar üzərində tarixi qələbə günü ola bilər

Image


Yeganə Hacıyeva: “Artıq bilirlər ki, Paşinyan hökuməti idarə etmək gücündə olan adam deyil”

 

Məlum olduğu kimi, Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası nəticəsiz qalıb. Baş nazir vəzifəsinə yeganə namizəd, "Yelk" (Çıxış) fraksiyasının lideri Nikol Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib. Bununla Ermənistan parlamenti N.Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməyib.

Qanuna əsasən, 7 gün ərzində parlament yeni baş naziri seçmək üçün ikinci cəhd göstərməlidir. Bu cəhd də alınmasa, prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir. Növbəti seçki ayın 8-də baş tutacaq.

Hakim Respublika Partiyasının maraqlarına cavan verən bu gedişat Ermənistanda etiraz aksiyalarının növbəti dalğasının baş verməsinə səbəb olub. Paşinyan tərəfdarları bu dəfə İrəvanda nəqliyyatı tamamilə iflic etməyi qərarı alıblar. Nəticədə metro, hava limanı, avtomobil və dəmir yolları bağlanıb, məktəblər fəaliyyətini müvəqqəti dayandırıb, fəhlələr isə tətilə çıxıblar. Paşinyanın baş nazir seçilməsi üçün Respublika Partiyasından ən azı 8 səs lazım idi. Bu isə avtomatik iki nəticəyə gətirib çıxaracaqdı. Birincisi, 8 "xəyanətkar səs" faktiki hakim Respublika Partiyasının parçalanmasına yol açacaqdı. İkincisi, Respublika Partiyası rəsmən müxalifətə keçməli olacaqdı, bu isə korrupsiyalaşan hakim partiyanın gələcəkdə siyasi arenadan tədricən silinməsinə gətirib çıxaracaqdı. Onlarsa buna hazır deyillər. Ona görə də hakim partiya müqavimət göstərmədən təslim olmaq istəmir.

Ermənistanda hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vahram Bağdasaryan deyib ki, onun partiyası parlamentdə mayın 8-də keçiriləcək təkrar səsvermədə baş nazirliyə öz namizədini irəli sürməyəcək və kimliyindən asılı olmayaraq, millət vəkillərinin üçdə birinin dəstəyini qazanmış namizədə səs verəcək. Bağdasaryan deyib ki, Respublika Partiyası bu qərarı ölkədə Nikol Paşinyanın çağırdığı tətillə əlaqədar yaranmış böhranın aradan qaldırılması naminə qəbul edib. Hakim partiyanın parlamentdəki fraksiyası bu qərarı mayın 2-də qəbul edib. Bundan bir gün əvvəl fraksiya Paşinyanın əleyhinə səs verərək onun baş nazir seçilməsini bloklamışdı. Bağdasaryanın bəyanatından bir neçə dəqiqə əvvəl parlamentdəki müxalifət bütün fraksiyaların Paşinyanı dəstəklədiyini və ona mayın 8-də minimum 35 səs veriləcəyini elan etmişdi. Paşinyan və müxalif Tsarukyan alyansının mayın 2-də İrəvanda birgə keçirdiyi mətbuat konfransında alyansın lideri Qagik Tsarukyan baş nazirliyə Paşinyanın namizədliyini dəstəkləyəcəyini bildirib. Paşinyanın “Yelk” fraksiyasının parlamentdə 9, Tsarukyanın isə 31 mandatı var. Ehtimal olunur ki, may ayının 8-də, yəni ikinci cəhddən sonra Paşinyan lazım olan səsləri əldə edə biləcək. Təbii ki, bu da hakim partiyadan ona veriləcək səslərin hesabına mümkündür. Mayın 8-nə kimi Ermənistandakı hakim partiyada parçalanma yarana bilərmi və bu hansı plan əsasında baş tuta bilər?

Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanda yaşanan böhran bütün dünyanın diqqət mərkəzindədir: “Mövzu bizim üçün böyük əhəmiyyət kəsb etdiyindən, biz onu daha dərindən izləyirik. Eyni zamanda, dünyanın böyük gücləri də bu prosesi ciddi şəkildə təhlil edir və hadisələrin gedişini öz maraqlarına uyğunlaşdırmağa çalışırlar. Ermənistanda proseslərə təsir etmək gücünə malik olan bir nömrəli ölkə Rusiyadır. Hazırda orada cərəyan edən proseslərdən də görünür ki, hadisələr Moskvanın diqtəsi ilə baş verir. Moskvanın bu səyləri başadüşüləndir. Çünki onun üçün böyük maraq kəsb edən strateji bir nöqtədə yerləşən Ermənistanı əldən vermək istəmir. Bu məsələdə Qərblə ABŞ-ın maraqları uzlaşır, ona görə də eyni mövqedən çıxış edirlər.  Ermənistanda baş verən real hadisələr və bir də onları beynəlxalq təşkilatlara fərqli formatda təqdim edən məlumatlar mövcuddur. Seçkinin birinci turunda nəticənin əldə olunmamsı hakim partiyanın dirənişinə görə oldu. Demək olar ki, hakim partiya Ermənistandakı bütün sahələrə nəzarəti əlində saxlayır. Yalnız küçələrdəki etirazçılara təsir etmək imkanı yoxdur. Serj Sarkisyan klanı hazırda Rusiya ilə gözləmə mövqeyindədir. Ona görə də hadisələrin yubadılması bu tandemin xeyrinədir. Qaynayan qazanda qapağı açmağa bənzəyir. Sular durulandan sonra isə ortaya başqa mənzərə çıxacaq. Paşinyanın hansı tərəfə daha yaxın olması onda məlum olacaq. Hazırda hakim partiyanın namizəd irəli sürməyəcəyi məqamı yaranıb. Buna rəsmən söz verilib. Burdan o nəticəni çıxarmaq olar ki,  hakim partiya ilə Paşınyan arasında hansısa razılaşma var. Sual yarana bilər ki, Paşinyana belə razılaşmaya getmək niyə lazımdır? Artıq bir aydır baş verən proseslərdə kütləni saxlamaq çətinləşir. Onlar lider kimi irəli çıxardıqları adamdan konkret nəticə tələb edirlər. Ola bilsin ki, ikinci mərhələdə Paşinyanın seçilmə ehtimalı olsun. Bəlkə də hakim partiya özü bunu təşkil edib, kimlərinsə öz sıralarından Paşinyana səs verməsini təmin edəcək. Artıq bilirlər ki, Paşinyan hökuməti idarə etmək gücündə olan adam deyil. Belə təsadüfi adamlar yalnız kütlə qarşısında populyar olurlar. Mən də onun çıxışlarını yaxından izləmişəm. Bu qənaətdəyəm ki, heç bir dövlətçilik təcrübəsi olmayan, harizması zəif bir lider kimi onun ölkəni idarə etməsi çətin olacaq. Tez bir zamanda nüfuzdan düşəcək və hakimiyyəti yenidən Rusiyaya yaxın olan klan əlinə keçirəcək”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ