Cümə axşamı günü, 12 noyabr 2026
     

Cəbhə təxribatları Ermənistanın sonunu gətirə bilər…

Image


Ermənistan daxilində ictimai-siyasi situasiyanın kifayət qədər gərgin olduğu bir vaxtda düşmən cəbhədə də sakit olmayan bir vəziyyətin formalaşmasına çalışır. Bunun nəticəsidir ki, son günlərdə cəbhədə vəziyyət gərgin məcraya qədəm qoymaqda, düşmən təxribatlarının sayının artması müşahidə edilməkdədir.

Belə görünür ki, İrəvanda mövcud rəhbərlik cəbhədə ən azından lokal qarşıdurmaların yaranmasında çox maraqlı tərəf kimi çıxış edir. Ekspertlər qeyd edir ki, bununla diqqətin Ermənistan daxilindəki hadisələrdən təmas xətttinə yönəlməsinə çalışılır. Erməni hakimiyyəti hesab edir ki, beləliklə daxili təzyiqlərdən yaxa qurtarmaq mümkün olacaq.  Elə bu fonda cəbhədə düşmənin daha da azğınlaşması müşahidə edilir. Düşmən hətta diqqəti xüsusi olaraq mülki əhaliyə yönəldir ki, cəbhədə gərgin situasiya formalaşsın. Ermənistan silahlı birləşmələrinin Ağdamın Çəmənli kəndini atəşə tutması bunun növbəti təsdiqi sayıla bilər.

Xatırladaq ki, burada düşmən kənddə suvarma idarəsinin əməkdaşlarının olduğu avtomobili də hədəf alıb. Mülki şəxslər arasında xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Müdafiə Nazirliyindən bildirilib ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatdır, cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır: “Ermənistan silahlı qüvvələrinin bölmələri içərisində Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları olan yük avtomobilini atəşə tutub. Ağdam Mexaniki Suvarma İdarəsinin əməkdaşları Ağdamın Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedərkən atəşə məruz qalıb”. Qeyd olunub ki, 02-AC-416 dövlət nömrə nişanlı “KamAZ 43114” markalı avtomobil gülləbaran edilib: “İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb". Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə  bildirib ki, bu cür hadisələr rayonun cəbhə xəttinə yaxın ərazilərində tez-tez təkrarlanır: “5 əməkdaşımız idarənin balansında olan subartezian quyusunun təmiri ilə məşğul olurdu. Cəbhə xəttinə yaxın ərazi olduğu üçün gündüz orada işləmək çətindir. Axşam təxminən 7-9 radələrində həmin ərazilərdə iş aparılır. Növbəti dəfə işçilərimiz vəzifələrini yerinə yetirərkən atəş açılıb. Şükürlər ki, xəsarət alan olmayıb. Amma subartezian quyusunda təmir aparan “KamAZ” markalı aqreqat 15 yerindən böyük snyaper güllələri ilə dəlmə-deşik edilib. Gecə işçilərimiz sürünüb çıxıb, amma maşını çıxara bilmədik. Səhər tezdən maşını çıxarıb qaraja gətirmişik. Təmirdən sonra işimizi yenidən davam etdirəcəyik”. Aydındır ki, belə təxribatlar davam edərsə, düşmən ordumuz tərəfindən sərt cavab alacaq. Bunun isə Ermənistan üçün faciəvi sonluğa gətirib çıxaracağını düşmən ölkədə də etiraf edirlər. Bu səbəbdən hesab edilir ki, ölkə daxilind baş vernələrdən diqqəti yayındırmaq üçün İrəvan rəhbərliyinin cəbhədə təxribatlara getməsi ylverilməzdir.  Erməni politoloq Riçard Kirakosyan ölkəsi üçün çox ağır bir vəziyyətin yarandığını bildirir. O, bundan sonra münaqişədə Ermənistanın vəziyyətinin daha çətin olacağını qeyd edir: “Azərbaycanın əraziləri qaytarmaq üçün hərbi varianta əl atması ehtimalı güclənir. Birincisi, güzəştlər olmayacaqsa, Azərbaycan məsələnin uzanmasına imkan verməyəcək. İkincisi, Ermənistanda qeyri-stabil vəziyyət Bakının əlini gücləndirir. Üçüncüsü, “aprel müharibəsi”ndən iki il keçməsinə baxmayaraq, münaqişənin danışıqlar yolu ilə həllində irəliləyiş yoxdur. Bu üç faktor Azərbaycanın hərəkətə keçməsinə zəmin yaradır. Belə bir vaxtda cəbhədə istənilən ehtyiatsızlıq böyük savaşın dərhal başlanmasına gətirib çıxarmaq iqtidarındadır”. Kirakosyan iddia edib ki, Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan qondarma DQR-in “prezidenti” Bako Saakyan gizli şəkildə İrəvana səfər edib: “Bu səfər təmas xəttində toqquşmaların başlanması ilə bağlıdır. Biz baş verənləri görmürük, amma nələrəsə hazırlıq getdiyi məlumdur”. Hesab edilir ki, erməni tərəfinin Qarabağ məsələsində qeyri-sağlam gedişləri davam edərsə, güc tətbiqi yeganə variant olaraq qalır. Aydındır ki, ordumuz artıq istənilən an qarşı tərəfin mövqelərini darmadağın edərək zəbt olunmuş əraziləri azad etmək iqtidarındadır.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov da bildirir ki, ordumuz qarşısında düşmən acizdir. Bu fonda o, ermənilərin təxribatının elə onların özünə baha başa gələcəyini qeyd edir: “Ermənistanda vəziyyət çox gərgindir. Daxili problemlərdən diqqəti yayındıra biləcək istiqamət isə Qarabağdır. Hətta bu vəziyyətdə təxribatların artma risqi çoxalıb. Bununla bağlı hansısa fövqəladə vəziyyət də yarana bilər. Təxribatların məqsədi ondan ibarətdir ki, Azərbaycanı adekvat addım atmağa məcbur etsinlər və bununla Serj Sarkisyanın komandasının hakimiyyətinin möhkəmlənməsinə nail olsunlar. Hazırda Silahlı Qüvvələrimiz cavab atəşi ilə təxribatların qarşısını alır, atəş nöqtələrini susdurur. Biz vəziyyəti izləyirik və nəzarətdə saxlayırıq”. 
Ehtiyatda olan polkovnik qeyd edib ki, Ermənistanda olan vəziyyət təxribat risqini çoxaltsa belə, bu, işğalçı ölkənin xeyrinə olmaya da bilər: “Ermənistanda hakimiyyətsizlikdir. Cəmiyyət parçalanıb. Bu fonda Ermənistan silahlı qüvvələri psixoloji təsir altındadır. Azərbaycan ordusu bir məqamı gözləyir. Amma bu məqam Ermənistanla bağlı yox, marağı olan dövlətlərin təsirindən asılıdır. O təsir minumuma enəndə Azərbaycan Silahlı Qüvvələri tarixi şansdan istifadə edərək torpaqlarımızı işğaldan azad edəcək. Bunu deməyə əsaslar da var. Çünki Ermənistanda rəhbərliyə kim gəlirsə-gəlsin, işğalçı siyasət dəyişməyəcək. Nikol Paşinyan da Qarabağ siyasətini sərt ifadələrlə açıqladı. Ona görə də hesab edirəm ki, sülh yolu ilə münaqişənin həlli minuma enib, hərb yolu ilə həlli isə maksimuma çatıb. Sadəcə məqamdır. Ermənistandakı hərc-mərclik dövründə üçüncü dövlətlər Qarabağa təsirlərini minumuma endirəcək və bu məqamda Azərbaycan Silahlı Qüvvələri öz vəzifələrini yerinə yetirməli olacaq. 
Biz müharibə şəraitindəyik. İşğal olunmuş torpaqlar azad olunmayana qədər bu vəziyyət dəyişməyəcək. İşğal olunmuş torpaqlarımızı azad etmək üçün tarixi şans hər an yetişə bilər. Bu, 1 dəqiqə, 1 saat, 1 aydan sonra da ola bilər. Cəmiyyət yaranmış vəziyyətlə əlaqədar işğala son qoyulmasına çağırış edirsə, bu, Azərbaycan Prezidentinə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanına bir daha Qarabağla bağlı birliyini nümayiş etdirir. Qarabağla bağlı bir mövqedən çıxış edərək öz dəstəklərini göstərirlər. Bu, Azərbaycanın gələcəkdə ordunun gücü ilə ərazi bütövlüyünü bərpa etməsi baxımından çox böyük amildir. Azərbaycan vətəndaşı aprel hadisələrindən bu günə qədər hələ də sakitləşməyib”. Hesab edilir ki, yeni savaşın başlanması təkcə zəbt olunmuş Azərbaycan ərazilərindən yox, elə Ermənistanın özündən də ermənilərin qaçışını sürətləndirəcək. “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının başçısı, israilli ekspert Arye Qut bunun Ermənistan üçün çox ağır fəsadlara gətirib çıxaracağını qeyd edir: “Müasir mərhələdə Ermənistan Cənubi Qafqazın ən geridə qalmış və asılı ölkəsidir. Sovet İttifaqı dağılandan sonra Ermənistan bütünlüklə Rusiyanın xarici siyasi və xarici iqtisadi ambisiyalarından, dünya erməni diasporunun ambisiyalarından asılı olub. Ermənistan geosiyasi baxımdan Rusiyanın Cənubi Qafqazda forpostudur. Ermənistan iqtisadiyyatı acınacaqlı vəziyyətdədir. Moskva Ermənistanın əsas xarici ticarət tərəfdaşıdır və faktiki olaraq onun təhlükəsizliyinin yeganə qarantıdır. Ermənistan iqtisadiyyatına sərmayə yatıran investorlar arasında Rusiya birinci yeri tutur. Cəmi 2,5 milyon əhalisi olan kiçik Ermənistan son illər geosiyasi təcrid vəziyyətindədir. Ermənistan varlı erməni diasporu (şəxsi pul köçürmələri ildə 2 milyard dollar təşkil edir) və ABŞ Konqresinin sponsorluğu sayəsində yaşamağa davam edir. Ancaq hazırda hətta diaspor da daha Ermənistana kömək etmir, çünki keçmiş prezident Serj Sarkisyanın, habelə ölkənin mafioz klanlarının və korrupsiyaya qurşanmış məmurların erməni xalqını soymasından narazıdır. Daimi əsasda Ermənistanda yaşayan ortabab erməninin isə öz övladının vətəndə karyera qurmasına deyil, pul qazanmaq üçün xaricə getməsinə üstünlük verdiyi də həqiqətədir. Xaricə gedən, yaxşı həyatın və azadlığın dadını görən gənclər Ermənistana qayıtmaq və işğal edilmiş özgə ərazisində - Dağlıq Qarabağda ölmək istəmirlər. Blə getsə, Ermənistan tədricən boşalacaq və hətta gələcəkdə bu dövlətin taleyi məchul olacaq və o, yer üzündən silinəcək.

Rəsmi Bakı da artıq çoxdan işarə edir ki, Ermənistanla münaqişədə indiki status-kvo vəziyyəti yolverilməzdir. 2016-cı ilin aprel hadisələri - Azərbaycan silahlı qüvvələrinin kəskin reaksiya göstərərək Ermənistan silahlı qüvvələrini darmadağın etməsi bir daha göstərdi ki, rəsmi İrəvan başa düşməlidir: Azərbaycanın səbr kasası daşmaq üzrədir. Beynəlxalq hüquq normalarına görə, rəsmi Bakının nəinki müdafiə olunmaq, həm də Ermənistan tərəfindən işğal edilmiş əraziləri azad etmək hüququ var. Ermənistanda yeni hakimiyyətin formalaşmasından sonra hadisələrin hansı istiqamətdə gedəcəyi daha dəqiq bilinəcək. Ermənistan bundan sonra hansı yolu seçəcək: Qərbi seçəcək, yoxsa Şərqdə qalacaq? O elə bir tərəfi seçə bilər ki, onunla birlikdə özünüməhvetmə - əsassız və qeyri-real olduğu üçün yalnız erməni millətçilərinin inandığı mifik “Böyük Ermənistan” yaradılması yolu ilə irəliləmək bundan sonra da sərfəli olar. Amma Gürcüstan modeli üzrə Qərb yolunu da seçə bilər. Onda o, demokratik yolla irəliləməli, Ermənistanı çıxılmaz vəziyyətə salmış millətçilik və şovinizm yolundan çəkilməlidir. Ermənistan qonşu dövlətlərə ərazi iddiaları sürməkdən də vaz keçməli və “Ümumqafqaz sülh evi”nin qurulmasında yaxından iştirak etməlidir”. Ekspert qeyd edir ki, bunun üçün Azərbaycanın zəbt edilmiş əraziləri azad edilməlidir. Əks təqdirdə Azərbaycanın bunu güc yolu ilə həyata keçirməsi qaçılmaz olacaq ki, bu da, yuxarıda qeyd olunduğu kimi, Ermənistanın sonu deməkdir.

Tahir TAĞIYEV 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ