Cümə axşamı günü, 12 noyabr 2026
     

Cumhuriyyət medalı - Azərbaycanın şərəfli tarixinin simvollarından biri kimi…

Image


Yunus Oğuz: “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” yubiley medalının təsis olunmasının tarixi-siyasi əhəmiyyəti çox böyükdür”
Faiq Ələkbərli: “Cumhuriyyətin 100 illiyini yaşadığımız bir dönəmdə belə bir medalın təsis edilməsini çox yüksək dəyərləndirirəm”

 

Bu il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 100 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə ay əvvəl AXC-nin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi və 2018-ci ilin “Cumhuriyyət ili” elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Mayın 1-də isə “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib. Qeyd edək ki, Milli Məclisin mayın 1-də keçirilən iclasında “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub. Təklif olunan dəyişikliyə əsasən, “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilib. Məlumatlara görə, Azərbaycan Xalq Cumhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cumhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu medalla təltif olunacaqlar.

“Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsinin mahiyyətini şərh edən ekspertlər qeyd edirlər ki, bunun böyük tarixi-siyasi əhəmiyyəti var.

“Olaylar” qəzetinin və eyni adlı saytın rəhbəri, yazıçı-dramaturq, tədqiqatçı Yunus Oğuz “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi dövlətimizin öz şanlı tarixinə sonsuz sayğısının təzahürüdür.

“Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” yubiley medalının təsis olunmasının tarixi-siyasi əhəmiyyəti çox böyükdür. Bu, ilk növbədə, onu göstərir ki, bu il 1918-ci ildə Müsəlman Şərqində ilk dəfə qurulan demokratik respublikanın 100 illiyinin keçirilməsi bir daha o respublikanın qüdrətini təsdiq edir. Bu medalın təsis edilməsinin tarixi əhəmiyyəti odur ki, biz keçmişimizi bu kimi vasitələrlə gələcəyə daşımalıyıq. Gələcək nəsillər bilməlidirlər ki, Cumhuriyyət olub və işğalçılar tərəfindən qəsb edilib, ancaq buna baxmayaraq, yenidən bərpa edilib. Bu medalın təsis edilməsi Cumhuriyyətin təbliği, tanıdılması baxımından gənc nəsil üçün də xüsusi əhəmiyyətə malikdir. Onun gənclərə daha yaxından tanıdılması olduqca vacibdir. Bu, cəmiyyətimiz üçün də gərəklidir. Çünki Cumhuriyyətin bərpasında saysız-hesabsız insan iştirak edib. Mən o fikirlə razılaşmıram ki, 350 nəfər millət vəkilinin hamısına “istiqlalçı” adı verilsin. Əslində, Cumhuriyyətin 100 illiyi ilə bağlı təsis edilən medal, birinci, xalqın özünə verilməlidir. Çünki dövlətimizin istiqlalını ikinci dəfə xalq özü qazanıb. Əgər xalq Ali Soveti mühasirəyə almasaydı, təzyiq və təpkilər göstərməsəydi, bəlkə də biz müstəqilliyimizin bərpası məsələsində Türkmənistandan və digər Orta Asiya respublikalarından sonra gələrdik. Faktiki olaraq isə Baltikyanı ölkələrdən sonra birinci Azərbaycan dövlət müstəqilliyini elan edib, müstəqillik bəyannaməsini imzalayıb. Sözümün canı odur ki, xalqın özü istiqlala can atdı və onu yenidən əldə etdi. İndi bir qisim millət vəkili deyir ki, bəzi deputatlara “istiqlalçı” adı verilməlidir, bir qisim isə təklif edir ki, 350 nəfərə verilsin. Fikrimcə, onların çoxu heç bu ada layiq deyil”- deyə bildirən Y.Oğuz hesab edir ki, “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” yubiley medalı Azərbaycan istiqlalının qazanılmasında rolu olan insanlara verilməlidir. Onun sözlərinə görə, elə insanlar var ki, onlar həmin dövrdə deputat olmayıblar, ancaq Azərbaycanın istiqlalı uğrunda mücadilələr veriblər. O deyir ki, xalqı istiqlala səsləyən, Cumhuriyyətin bərpası uğrunda mübarizəyə hazırlayan, onların önündə gedən insanların əməyi unudulmamalıdır: ”Əgər onların təklif etdiyi kimi, deputatlara “istiqlalçı” adı verilsə, bəs onda meydanlarda olan insanlar nə etsinlər? Deputatlar ona görə istiqlalın bərpasına əl qaldırıb səs verirdi ki, onların arxasında xalq dururdu. Müstəqillik bəyannaməsinə səs verənlər arxayın idilər ki, xalq onlara dəstək verir. Bilirsiniz, o dövrdə gecə-gündüz yatmayıb Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan insanlar var idi. Hətta onlar arasında bu yolda canlarını qurban verənlər də oldu. İnsanlar var idi ki, onlar camaatı meydanlara toplayır, onları yönləndirir, onlara şüarlar verirdilər, bəs onlar nə olacaq? Hamı deyir mən müstəqilliyə səs vermişəm, mənə “istiqlalçı” adı verilsin. Mən o vaxt heç deputat olmamışam, ancaq həmişə xalqın içində meydanlarda idim. O dövrdə AXC-nin İdarə Heyətinin üzvü idim. Bəs mənim haqqım, mənim kimi digər insanların haqqı nə olacaq? Rayon şöbələrinin idarə heyətlərinin üzvləri vardı, hədsiz dərəcədə fəal idilər, rayonlarda camaatı mitinqlərə toplayırdılar. Ona görə də hesab edirəm ki, millət vəkilləri arasında “istiqlalçı” sözü yığışdırılmalıdır. İstiqlalçı xalqdır və istiqlalın bərpa edilməsi uğrunda mücadilələr verən, mübarizə aparan insanlara da “Cumhuriyyət” medalı verilsin. Millət vəkillərinə də o medal verilsin, ancaq onların hamısı “istiqlalçıyam” deməsinlər. Düzdür, o dövrdə millət vəkilləri arasında istiqlalçılar da var idi. Məncə, bu gün ancaq deputatların istiqlalçı adlandırılması ədalətsizlik olardı. “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” yubiley medalı ilk növbədə Heydər Əliyevə düşür. Çünki Azərbaycanın müstəqilliyi məsələsi ilk dəfə Naxçıvan Ali Məclisində Heydər Əliyevin rəhbərliyi, təşəbbüsü ilə gündəmə gətirilib, üçrəngli bayrağımız orada dalğalanıb. Bu medal Əbülfəz Elçibəyə, Gültəkin anaya düşür. Gültəkin ana ilk dəfə Azərbaycan bayrağını bədəninə tikib gətirmişdi və bayrağı 1988-ci ildə meydanda açdı. Belə insanlar vardı. Bu gün onların hər üçü haqq dünyasındadır, Allah onlara rəhmət eləsin. Mən yüzlərlə elə insan adı çəkə bilərəm. Neçə nəfər Naxçıvanda istiqlal uğrunda şəhid olub, bəs millət vəkilləri onlardan və onların ailələrindən niyə danışmır, ancaq özləri haqqında düşünürlər ki, onlar istiqlala səs veriblər. Onda xahiş edirəm, Naxçıvan Ali Məclisinin bütün deputatlarına “Cumhuriyyət” medalı verilsin, çünki ilk dəfə Azərbaycan bayrağını onlar qaldırıblar. Belə faktlar var. Bu baxımdan, bölücülük aparılması düzgün deyil. Kimin əməyi, xidməti olub, xalqın önündə gedib, bu yolda təzyiqlə, təqiblə üzləşib, onlar bu medala layiq görülsünlər”.

Tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli də “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsini yüksək dəyərləndirir. Bu medalın təsis edilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayan alim bildirdi ki, bu, dövlətimizin Cumhuriyyət irsinə verdiyi dəyər olmaqla yanaşı, həm də Cumhuriyyətin hüquqi-siyasi varisi olmasının bir daha sübut edilməsidir: ”Sözün açığı, Azərbaycan Xalq Cumhuriyyəti ilə bağlı belə bir medalın təsis olunması hər bir vətəndaşda qürur hissi yaradır. Yəni bunu duymaq çox qürurvericidir. Bu medalın təsis edilməsi yalnız Cumhuriyyətin varlığının dərkində deyil, həm də  Cumhuriyyət ənənələrinin yeni nəslə çatdırılmasında önəmli rol oynayır. Bu, müsir gəncliyin Cumhuriyyət ideyalarının mahiyyətini dərk etməsində də önəmlidir. Bu medalın təsis edilməsinin əhəmiyyəti həm tarixi, həm siyasi, həm də digər baxımdan çox böyükdür. Ümid edirəm ki, Cumhuriyyətlə bağlı digər medal və ordenlər də təsis ediləcək. Çünki Cumhiriyyət bizim XX və XXI əsrin əvvələrindəki tariximiz üçün son dərəcə önəmlidir. Bu cür medalların  göstərilən sahədə fədakarlıq göstərən insanlara verilməsi çox yaxşı olardı. Bu, bir tərəfdən, milli tariximizin, ictimai-fəlsəfi düşüncəmizin dərk edilməsidir, digər tərəfdən, Azərbaycanın bütövləşməsi, işğaldan azad edilməsi istiqamətində verilən bir dəyərdir. Ona görə də Cumhuriyyətin 100 illiyini yaşadığımız bir dönəmdə belə bir medalın təsis edilməsini çox yüksək dəyərləndirirəm. Hesab edirəm ki, bu, Cumhuriyyət tarixini tədqiq edib araşdıranlara, bu ideyanı yaşadanlara və onu təbliğ edənlərə də verilən qiymətdir. Bu medalın təsis edilməsi Cumhuriyyətə, onu quranların xatirəsinə ehtiram və onu yaşadanlara da böyük töhfədir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ