çərşənbə günü, 18 noyabr 2026
     

Ta­ri­xi­mi­zin Hey­dər Əli­yev sə­hi­fə­si

Image


Ka­i­nat ki­mi dün­ya­mı­zın ta­ri­xi də son­suz­dur. O qə­dər son­suz ki, bə­zən onu in­san­la­rın sa­də­cə "ba­xıb keç­di­yi bir pən­cə­rə"yə də bən­zə­dib­lər. Ta­ri­xin pən­cə­rə­sin­dən bu dün­ya­ya ba­xıb ke­çən­lə­rin sa­yı da son­suz­dur. Bu son­suz­luq zən­ci­rin­də  çox na­dir si­ma­lar olur ki, on­lar sa­də­cə ba­xıb keç­mir, öz ba­xış­la­rı ilə bə­şə­riy­yə­tin hə­ya­tı­nı də­yi­şə­cək qə­dər güc­lü bir iz bu­ra­xıb ge­dir. Məhz be­lə şəx­siy­yət­lə­rin su­rə­ti Ta­ri­xin Şə­rəf Löv­hə­sin­də özü­nə da­i­mi yer qa­za­nır və ta­rix da­vam et­dik­cə on­la­rın şə­rəf­li əməl­lə­ri də ya­şa­yır.

Ta­ri­xi­miz­də öz şə­rəf­li ye­ri­ni tut­muş, mil­yon­lar­la in­sa­nın qəl­bin­də öz hey­kə­li­ni ucaltmış və müs­tə­qil­lik ta­ri­xi­mi­zin əbə­diy­yət sim­vo­lu­na çev­ril­miş si­ma­sı Hey­dər Əli­yev­dir. O, əbə­diy­yə­tə qo­vu­şub, onun ya­rat­dı­ğı ta­rix isə öz uğur­lu yo­lu­na da­vam et­mək­də­dir. Hər ötən il Hey­dər Əli­yev dü­ha­sı­nın bö­yük­lü­yü­nü, möh­tə­şəm­li­yi­ni bir da­ha üzə çı­xa­rır. Za­man Hey­dər Əli­ye­vin si­ya­si ba­xış­la­rı­na da­ha də­rin mə­na qa­zan­dı­rır, onun Və­tə­ni­mi­zin in­di­si­nə və gə­lə­cə­yi­nə çox möh­kəm tel­lər­lə bağ­lı ol­du­ğu­nu da­ha ay­dın gös­tə­rir. Döv­rü­mü­zün ic­ti­mai-si­ya­si re­al­lıq­la­rı, ge­o­po­li­tik mə­kan­da baş ve­rən də­yi­şik­lik­lər və bü­tün bu tə­la­tüm­lə­rin föv­qün­də da­ya­nan mü­a­sir mil­li döv­lət­çi­li­yi­miz Hey­dər Əli­yev tə­rə­fin­dən əsa­sı qo­yul­muş si­ya­si kur­sun mü­kəm­məl bir  mən­tiq­dən - Hey­dər Əli­yev zə­ka­sın­dan yoğ­rul­du­ğu­nu bir da­ha sü­but edir. Bö­yük si­ya­si mü­tə­fək­kir ki­mi, Hey­dər Əli­ye­vin keç­di­yi hə­yat yo­lu və bü­töv bir xal­qın gə­lə­cə­yi­ni mü­əy­yən edən uğur­lu si­ya­si kur­su­nun kö­kün­də da­ya­nan sə­bəb­lər haq­qın­da çox­say­lı də­yər­li əsər­lər ya­zı­lır. Bu araş­dır­ma­lar­da Hey­dər Əli­yev ye­ni ta­rix­də xal­qı­mı­zın ye­tiş­dir­di­yi ən bö­yük dü­ha sa­hi­bi ki­mi xa­rak­te­ri­zə olu­nur və bu şək­siz­dir. La­kin Hey­dər Əli­yev şəx­siy­yə­ti­nə tək­cə Azər­bay­can kon­tekstin­də de­yil, da­ha ge­niş miq­yas­da - XX əs­rin qlo­bal si­ya­si ay­na­sın­da bax­maq, dün­ya si­ya­sə­ti­nin for­ma­laş­ma­sın­da mü­hüm rol oy­na­mış si­ya­si xa­dim­lər­lə bir sı­ra­da nə­zər sal­maq onun si­ya­si portre­ti­ni da­ha önəm­li ciz­gi­lər­lə zən­gin­ləş­dir­miş olar. Məhz bu ra­kursda biz Hey­dər Əli­ye­vi bü­tün öm­rü bo­yu mü­a­sir dün­ya si­ya­sə­ti­nin qay­nar mə­ka­nın­da, onun ya­ra­dı­cı­la­rı və yön­lən­di­ri­ci­lə­ri­nin ön sı­ra­la­rın­da gö­rü­rük. Xü­su­sən so­vet döv­rü­nün son il­lə­rin­də, kom­mu­nist ide­o­lo­gi­ya­sı­nın aqo­ni­ya­sı fo­nun­da yü­rü­dü­lən Qor­ba­çov si­ya­sə­ti­nə qar­şı çıx­ma­sı və heç kim tə­rə­fin­dən an­la­şıl­ma­yan qey­ri-mü­əy­yən bir si­ya­sə­ti dəs­tək­lə­mək­dən im­ti­na et­mə­si onu döv­rün po­zi­tiv si­ya­si perspek­tiv­lə­ri­ni düz­gün mü­əy­yən edə bi­lən ye­ga­nə so­vet si­ya­sət­çi­si ki­mi ta­nı­dır. Ha­di­sə­lə­rin son­ra­kı in­ki­şa­fı da gös­tər­di ki, So­vet li­der­lə­ri ara­sın­da postso­vet mə­ka­nın­da müs­tə­qil­ləş­mə epo­xa­sı­nın zə­ru­rət­lə­ri­ni du­yan və si­ya­sət­də ye­ni yo­lun tra­ek­to­ri­ya­sı­nı də­qiq­lik­lə cı­za bi­lən, ye­ni döv­rün qü­sur­suz si­ya­si-ide­o­lo­ji kur­su­nu ər­sə­yə gə­ti­rən ye­ga­nə si­ya­sət­çi Hey­dər Əli­yev ol­du. Məhz bu ba­xım­dan, öz döv­rü­nün ən xa­riz­ma­tik döv­lət xa­di­mi və ən praq­ma­tik si­ya­sət­çi­si ki­mi ta­nı­nan Hey­dər Əli­yev ümum­bə­şə­ri də­yər­lə­rin da­şı­yı­cı­sı mis­si­ya­sı­na yük­sə­lən uni­ver­sal şəx­siy­yət ki­mi re­gi­o­nun coğ­ra­fi sər­həd­lə­ri­nə sığ­ma­ya­raq ümum­dün­ya kon­teksti­nə çı­xır. Hey­dər Əli­ye­vin si­ya­si fə­a­liy­yə­ti, əsa­sən, XX əs­rin ikin­ci ya­rı­sı ilə bağ­lı­dır. Bü­töv­lük­də XX əsr bə­şər ta­ri­xin­də bir çox tə­la­tüm­lü ha­di­sə­lə­rin baş ver­di­yi, iki dün­ya mü­ha­ri­bə­si­nin od ələ­di­yi, çox­say­lı mil­li döv­lət­lə­rin mey­da­na gəl­di­yi, si­ya­si və iq­ti­sa­di böh­ran­la­rın və ey­ni za­man­da dün­ya in­ki­şa­fı­na tə­kan ve­rən pro­ses­lə­rin ya­şan­dı­ğı qlo­bal zid­diy­yət­lər­lə do­lu dra­ma­tik yü­zil­lik ki­mi ta­ri­xə düş­dü. Baş ve­rən bü­tün bu pro­ses­lər dün­ya­nın bu­gün­kü mən­zə­rə­si­ni ər­sə­yə gə­tir­mək­lə ya­na­şı, həm də si­ya­sət­də apa­rı­cı şəx­siy­yət­lə­rin döv­lət­lə­rin və bü­töv­lük­də bə­şə­riy­yə­tin ta­le­yin­də nə qə­dər önəm­li rol oy­na­dı­ğı­nı gös­tər­di. Bu yü­zil­lik­də bə­şə­riy­yət məhz ta­ri­xi şəx­siy­yət­lə­rin sa­yə­sin­də zid­diy­yət­li, od­lu-alov­lu dün­ya­dan nis­bə­tən sa­bit və da­ya­nıq­lı dün­ya­ya ke­çid al­dı. XX əs­rin ta­ri­xi məhz şəx­siy­yət­lə­rin ta­rix­də­ki ro­lu ba­xı­mın­dan ib­rə­ta­miz bir dövr ol­du. Bu ta­ri­xi Çör­çil­siz, De Qollsuz, Ken­ne­di­siz, Man­de­la­sız və elə­cə də Hey­dər Əli­yev­siz tə­səv­vür və şərh et­mək müm­kün de­yil. Ta­ri­xi sı­naq­lar qar­şı­sın­da öz xalqla­rı­nı məhv ol­maq təh­lü­kə­sin­dən bö­yük si­ya­si mə­ha­rət he­sa­bı­na çı­xar­ma­ğa na­il ol­muş bu ta­ri­xi şəx­siy­yət­lər XX əs­rin müx­tə­lif dövrlə­rin­də tək­cə öz öl­kə­lə­ri­nin de­yil, həm də re­gi­o­nun və bu re­gi­on­da ya­şa­yan xalqla­rın ta­ri­xin­də dö­nüş ya­rat­ma­ğa na­il ol­du­lar. XX əs­rin bö­yük si­ya­si xa­dim­lə­rin­dən bi­ri ki­mi ta­nı­nan Uinston Çör­çill si­ya­si kar­ye­ra­sı­nın ən yük­sək pil­lə­sin­də bü­tün bə­şə­riy­yə­ti təh­did edən şər qüv­və ilə - im­pe­ri­a­list iş­ğal­çı­lı­ğı­nın ən qəd­dar for­ma­sı olan fa­şizmlə üz-üzə qal­mış­dı. Fa­şist Al­ma­ni­ya­sı ar­tıq Bri­ta­ni­ya şə­hər­lə­ri­ni, pay­taxt Lon­do­nu bom­ba­la­yır­dı. Be­lə bir çə­tin mə­qam­da düş­mə­nin aman­sız həm­lə­lə­ri­nin qar­şı­sı­nı al­maq, tə­ca­vü­zə mə­ruz qal­mış xal­qı ruh düş­kün­lü­yün­dən çı­xar­maq, ümum­mil­li mü­qa­vi­mət hə­rə­ka­tı­nı for­ma­laş­dır­maq Bri­ta­ni­ya hö­ku­mə­ti­nin qar­şı­sın­da du­ran ən baş­lı­ca və­zi­fə idi. Məhz Çör­çil­lin uzaq­gö­rən si­ya­si ge­diş­lə­ri və qə­tiy­yət­li si­ya­si du­ru­şu nə­ti­cə­sin­də fa­şist Al­ma­ni­ya­sı­na qar­şı çox güc­lü in­gi­lis cəb­hə­si­ni for­ma­laş­dır­maq müm­kün ol­du. Za­man və ge­o­si­ya­si fak­tor­lar ba­xı­mın­dan fərqli ol­sa da, ha­di­sə­lə­rin kö­kün­də da­ya­nan sə­bəb­lər və təh­lü­kə­nin miq­ya­sı ba­xı­mın­dan müs­tə­qil­li­yi­mi­zin ilk il­lə­rin­də qar­şı­laş­dı­ğı­mız təh­did və təh­lü­kə ötən əs­rin 40-cı il­lə­rin­də Bri­ta­ni­ya­nın üz­ləş­di­yi təh­lü­kə­dən çox da fərqlən­mir. Öz şo­vi­nist ide­o­lo­ji ba­xış­la­rı­na gö­rə mən­fur er­mə­ni mil­lət­çi­li­yi fa­şist dü­şün­cə­sin­dən heç də ge­ri qal­mır. Er­mə­nis­tan rəh­bər­li­yi­nin Av­ro­pa Şu­ra­sı­nın tri­bu­na­sın­dan azər­bay­can­lı­lar­la er­mə­ni­lər ara­sın­da et­nik uyuş­maz­lı­ğın möv­cud­lu­ğu­nu id­dia et­mə­si elə na­sistlə­rin "ari"lər­lə baş­qa mil­lət­lə­rin uyuş­maz­lıq dü­şün­cə­si­nin ey­ni­dir. Məhz bu­na gö­rə Azər­bay­ca­nın üz­ləş­di­yi tə­ca­vüz və er­mə­ni­lər tə­rə­fin­dən mil­li ay­rı­seç­ki­lik zə­mi­nin­də et­nik tə­miz­lə­mə si­ya­sə­ti ar­tıq sa­də­cə mil­li təh­lü­kə­siz­li­yi­mi­zi de­yil, ey­ni za­man­da bə­şə­ri də­yər­lə­ri təh­did edən, bey­nəl­xalq hü­qu­qa zidd olan təh­lü­kə­li ten­den­si­ya xa­rak­te­ri al­mış­dı. Be­lə bir mə­qam­da er­mə­ni fa­şiz­mi­nə qar­şı ümum­mil­li cəb­hə­ni for­ma­laş­dı­ra bil­mə­si məhz Hey­dər Əli­yev şəx­siy­yə­ti­nin qüd­rə­ti idi. Xü­su­si­lə, 1994-cu ilin ap­re­lin­də düş­mən hü­cum­la­rı­nın kəs­kin­ləş­di­yi mə­qam­da ümum­mil­li li­de­ri­mi­zin xal­qa mü­ra­ci­ə­ti­ni xa­tır­la­maq ye­ri­nə dü­şər. Ağ­dam, Tər­tər, Fü­zu­li ra­yon­la­rı is­ti­qa­mə­tin­də er­mə­ni qo­şun bir­ləş­mə­lə­ri­nin aram­sız hü­cum­la­rı­nı dəf et­mək ümum­mil­li sə­fər­bər­li­yin ən yük­sək şə­kil­də təş­ki­li zə­ru­rə­ti­ni ya­rat­mış­dı. Be­lə bir an­da Hey­dər Əli­ye­vin so­yuq­qan­lı və bir o qə­dər də qə­tiy­yət­li, xal­qın və­tən­pər­vər­lik hisslə­ri­ni alov­lan­dı­ran mü­ra­ci­ə­tin­dən son­ra qı­sa za­man ər­zin­də cəb­hə­də əhə­miy­yət­li dö­nüş ya­ran­dı, düş­mən tap­da­ğın­da olan bir ne­çə qə­sə­bə və kən­di­miz iş­ğal­dan azad olun­du. Cəb­hə­də ya­ra­nan dö­nüş tez bir za­man­da düş­mə­ni atəş­kəs sa­zi­şi im­za­la­ma­ğa məc­bur et­di. Məhz bu ta­rix­dən baş­la­ya­raq, Azər­bay­can­da da­ha sis­tem­li və va­hid mər­kəz­dən ida­rə olu­nan or­du qu­ru­cu­lu­ğu­na start ve­ril­di. 

Bu epi­zod­lar­da iki fərqli za­man­da, döv­lət­çi­li­yin məh­vol­ma təh­lü­kə­si ilə üz­ləş­di­yi ən çə­tin mə­qam­lar­da ta­ri­xi şəx­siy­yət­lə­rin üzə­ri­nə gö­tür­dü­yü mis­si­ya­nın xalqla­rın ta­le­yin­də nə qə­dər mü­hüm rol oy­na­dı­ğı­nı gö­rü­rük. Öz xalqla­rı­nın ta­le­yük­lü mə­qam­la­rın­da gös­tər­dik­lə­ri cə­sa­rət, si­ya­si qə­tiy­yət və əzmkar­lıq key­fiy­yət­lə­ri hər iki si­ya­sət ada­mı­nı bə­şər ta­ri­xin­də öz dəst-xət­ti olan gör­kəm­li si­ya­si xa­dim­lər ki­mi ta­nı­dır.

XX əs­rin apa­rı­cı şəx­siy­yət­lə­rin­dən sa­yı­lan Şarl De Qoll "mi­li­ta­rist" Av­ro­pa­nın de­mok­ra­tik­lə­şən Av­ro­pa­ya transfor­ma­si­ya­sın­da həl­le­di­ci rol oy­na­mış si­ya­si xa­dim­lər­dən bi­ri­dir. Bə­zi hal­lar­da aşı­rı mil­li­yət­çi­li­yə əsas­la­nan si­ya­sət yü­rüt­dü­yü id­dia olun­sa da, De Qol­lun XX əs­rin ən gör­kəm­li si­ya­sət adam­la­rın­dan bi­ri ol­du­ğu­nu in­kar et­mək müm­kün de­yil. İkin­ci Dün­ya mü­ha­ri­bə­si za­ma­nın­da, Fran­sa­nın ağır məğ­lu­biy­yət­lə­rə dü­çar ol­du­ğu bir vaxtda onun rəh­bər­li­yi ilə ya­ra­dı­lan Azad Fran­sız Qüv­və­lə­ri Fran­sa­nın na­sist Al­ma­ni­ya­sı­na qar­şı mü­ba­ri­zə­sin­də baş­lı­ca hə­rə­kət­ve­ri­ci qüv­və ol­du. Xü­su­si­lə mü­ha­ri­bə­nin baş­lan­ğıc il­lə­rin­də De Qol­lun Fran­sa xal­qı­na da­vam­lı ra­dio mü­ra­ci­ət­lə­ri­nin düş­mə­nə qar­şı mü­qa­vi­mət hə­rə­ka­tı­nın for­ma­laş­ma­sı­na tə­kan ve­rən əsas sə­bəb ol­du­ğu­nu bu gü­nün ta­rix­çi­lə­ri və si­ya­sət adam­la­rı qə­lə­bə­nin əsas ami­li ki­mi də­yər­lən­di­rir. 

Za­man-za­man Azər­bay­can döv­lət­çi­li­yi­nə qar­şı qəsdlə­rin, döv­lət çev­ri­li­şi cəhdlə­ri­nin müs­tə­qil­li­yi­mi­zin və gənc döv­lə­ti­mi­zin məhv ol­ma­sı təh­lü­kə­si­ni or­ta­ya çı­xar­dı­ğı an­lar­da Hey­dər Əli­ye­vin föv­qə­la­də çe­vik­lik­lə öz qə­tiy­yət­li möv­qe­yi­ni bir­ba­şa xal­qa ün­van­la­ma­sı və bir an­da bü­tün xal­qı təh­lü­kə­yə qar­şı bir­ləş­dir­mə­yə na­il ola bil­mə­si də onun si­ya­si cə­sa­rə­ti­nin və xalqla rəh­bər ara­sın­da qar­şı­lıq­lı ina­mın na­dir nü­mu­nə­si­dir. 1994-cü ilin oktyab­rın­da Xü­su­si Tə­yi­nat­lı Po­lis Dəs­tə­si­nin xa­ri­ci döv­lət­lə­rin kəş­fiy­yat ida­rə­lə­ri ilə bir­gə öl­kə­miz­də döv­lət çev­ri­li­şi cəh­di­nə qar­şı Hey­dər Əli­ye­vin inam­lı du­ru­şu ya­xın ta­ri­xi­miz­də ən par­laq  si­ya­si qə­tiy­yət nü­mu­nə­si­dir. Oktyab­rın 4-də ax­şam ra­də­lə­rin­də te­le­vi­zi­ya və ra­dio ilə xal­qa mü­ra­ci­ət edən Hey­dər Əli­yev bö­yük na­tiq­lik mə­ha­rə­ti ilə döv­lət­çi­li­yi­mi­zin təh­lü­kə al­tın­da ol­du­ğu­nu açıq şə­kil­də ifa­də edə­rək, mil­li ma­raq­la­rı­mı­zın mü­da­fi­ə­si na­mi­nə in­san­la­rı Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı­nın qar­şı­sı­na səs­lə­di. Qı­sa za­man ər­zin­də bu ça­ğı­rı­şa səs ve­rən on min­lər­lə Azər­bay­can və­tən­da­şı Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı­nın qar­şı­sı­na top­la­şa­raq döv­lə­ti­mi­zin mü­da­fi­ə­si yo­lun­da Hey­dər Əli­yev­lə ey­ni möv­qe­də da­yan­dı­ğı­nı ifa­də et­di. Məhz be­lə bir föv­qə­la­də həm­rəy­li­yin ya­ra­dıl­ma­sı­nı tə­min edən xalq-rəh­bər bir­li­yi döv­lət çev­ri­li­şi­nin qar­şı­sı­nı al­dı. Ör­nək gə­tir­di­yi­miz ta­ri­xi faktlar ye­nə də xalqla­rın ta­le­yi­nin mü­əy­yən­ləş­di­yi həl­le­di­ci mə­qam­lar­da ta­ri­xi şəx­siy­yət ami­li­nin nə qə­dər önəm­li rol oy­na­dı­ğı­nı gös­tə­rir.

Bu kon­tekstdə Hey­dər Əli­yev və Şarl De Qoll ki­mi iki ta­ri­xi şəx­siy­yə­ti bir­ləş­di­rən ən mü­hüm key­fiy­yət xalqla­rı­nın ən çə­tin an­la­rın­da on­la­rı döv­lət­çi­lik na­mi­nə sə­fər­bər­li­yə ruh­lan­dı­ran müs­təs­na na­tiq­lik qa­bi­liy­yət­lə­ri­nin və xal­qın on­la­ra son­suz ina­mı­nın ol­ma­sı­dır. Məhz bu key­fiy­yət hə­min ta­ri­xi şəx­siy­yət­lə­rin uzaq­gö­rən si­ya­si ge­diş­lə­ri­nə uğur gə­ti­rə­rə­rək top­lu­mun bir ide­ya ət­ra­fın­da sıx bir­ləş­mə­si­nə rə­vac ver­di. Ey­ni za­man­da, Şarl De Qoll və Hey­dər Əli­yev bir-bi­rin­dən fərqli si­tu­a­si­ya­lar­da, la­kin ey­ni müd­rik­lik­lə to­ta­li­tar re­jim­lər­dən de­mok­ra­tik tə­si­sat­la­ra keç­mə­yin ta­ri­xi la­büd­lü­yü­nü vax­tın­da dərk et­di və bu mü­tə­rəq­qi pro­se­sin təş­ki­lat­çı­la­rı ol­du­lar. 

Məş­hur çex dis­si­den­ti və si­ya­sət­çi­si Vatslav Ha­vel Hey­dər Əli­yev­lə ey­ni si­ya­si döv­rün ha­di­sə­lə­ri­nə şa­hid­lik et­miş gör­kəm­li şəx­siy­yət­lər­dən­dir. So­vet im­pe­ri­ya­sı­nın Şər­qi Av­ro­pa­da möv­qe­lə­ri­ni möh­kəm­lən­dir­mə­sin­dən son­ra ak­tiv si­ya­si mü­ba­ri­zə mey­da­nı­na atı­lan Ha­vel uzun il­lər re­gi­o­nun kom­mu­nist to­ta­li­ta­riz­min­dən qur­tul­ma­sın­da, Şərqli Av­ro­pa döv­lət­lə­ri­nin bu im­pe­ri­ya­dan ası­lı­lı­ğı­na son qo­yul­ma­sın­da müs­təs­na rol oy­na­mış­dır. Xü­su­si­lə So­vet İt­ti­fa­qı­nın çök­mə­si ərə­fə­sin­də Şər­qi Av­ro­pa­da baş qal­dı­ra bi­lə­cək et­nik mü­na­qi­şə­lə­rin qar­şı­sı­nı al­maq, Çe­xi­ya və Slo­va­ki­ya­nın sülh şə­ra­i­tin­də müs­tə­qil döv­lət­lər ki­mi dün­ya bir­li­yi­nə in­teq­ra­si­ya­sı­na zə­min for­ma­laş­dır­maq Vatslav Ha­ve­lin sülhpər­vər si­ya­sə­ti­nin pri­o­ri­tet is­ti­qa­mət­lə­ri idi. Vatslav Ha­vel­lə Hey­dər Əli­ye­vi bir­ləş­di­rən or­taq mə­ziy­yət isə bu ta­ri­xi şəx­siy­yət­lə­rin uzun müd­dət ər­zin­də kom­mu­nist ide­o­lo­gi­ya­sı sı­rı­nan cə­miy­yət­lə­ri­nə de­mok­ra­tik prin­sip­lə­ri və Av­ro­pa də­yər­lə­ri­ni aşı­la­ya bil­mək qa­bi­liy­yət­lə­ri­dir. Azər­bay­can hə­lə müs­tə­qil­li­yi­ni bər­pa et­məz­dən əv­vəl So­vet ide­o­lo­gi­ya­sı­nın ar­tıq ye­ni za­ma­nın re­al­lıq­la­rı ilə ayaq­laş­ma­dı­ğı­nı və məh­və məh­kum ol­du­ğu­nu də­fə­lər­lə bil­di­rən Hey­dər Əli­yev ha­ki­miy­yə­tə dö­nü­şün­dən son­ra de­mok­ra­tik də­yər­lə­ri, hü­qu­qun ali­li­yi prin­si­pi­ni döv­lət si­ya­sə­ti­nin apa­rı­cı xət­ti­nə çe­vir­di. Öl­kə­də ha­ki­miy­yə­tin üç əsas qo­lu­nun - qa­nun­ve­ri­ci­lik, ic­ra və məh­kə­mə ha­ki­miy­yə­ti­nin de­mok­ra­tik prin­sip­lər əsa­sın­da təş­ki­li­ni tə­min et­di, si­ya­si par­ti­ya­la­rın fə­a­liy­yə­ti­nə ge­niş zə­min ya­ra­da­raq, ha­ki­miy­yə­tin sağ­lam si­ya­si mü­ba­ri­zə yo­lu ilə for­ma­laş­dı­rıl­ma­sı­nın əsa­sı­nı qoy­du.

Hə­yat və mü­ba­ri­zə yol­la­rı­na nə­zər sal­dı­ğı­mız li­der­lər fə­a­liy­yət gös­tər­dik­lə­ri mə­ka­nın coğ­ra­fi sər­həd­lə­ri­ni aşa­raq uni­ver­sal dü­şün­cə sa­hib­lə­ri, dün­ya­nın ye­ni so­si­al ya­şam və ye­ni si­ya­sət re­al­lıq­la­rı­nı ər­sə­yə gə­ti­rən ya­ra­dı­cı in­san­lar ki­mi ta­nın­mış­lar. On­lar üçün mə­kan və za­man fər­qi yox­dur. Bu ba­xım­dan, Hey­dər Əli­ye­vin ma­lik ol­du­ğu ali in­sa­ni key­fiy­yət­lər və si­ya­si qa­bi­liy­yət­lər ona is­tə­ni­lən si­ya­si m?üit­də və is­tə­ni­lən coğ­ra­fi mə­kan­da si­ya­si eli­ta­nın ən yük­sək pil­lə­sin­də qə­rar­laş­ma­ğı tə­min edə bi­lər­di. Be­lə bir dü­ha­nın məhz Azər­bay­can xal­qı­na mən­sub ol­ma­sı və özün­dən son­ra bu xal­qın ta­ri­xin­də ya­ra­dı­cı iz və da­ha uzaq gə­lə­cə­yə he­sab­lan­mış si­ya­si irs qoy­ma­sı bü­töv­lük­də xal­qı­mı­zın mil­li uğu­ru və if­ti­xar mən­bə­yi­dir. Mü­a­sir dün­ya ta­ri­xin­də ya­ra­dı­cı iz qoy­muş di­gər ta­ri­xi şəx­siy­yət­lər­lə or­taq mə­ziy­yət­lər da­şı­dı­ğı üçün və bə­zi hal­lar­da hə­min si­ya­si xa­dim­lə­ri be­lə üs­tə­lə­yən key­fiy­yət­lə­rə ma­lik ol­du­ğu üçün Hey­dər Əli­yev dün­ya miq­yas­lı fe­no­me­nal şəx­siy­yət­dir, Azər­bay­can xal­qı­nın hər za­man fəxr edə­cə­yi və hə­yat yo­lun­dan ib­rət gö­tü­rə­cə­yi bö­yük bir mü­tə­fək­kir­dir.

Bü­tün ox­şar­lıq­lar­la ya­na­şı, Hey­dər Əli­yev şəx­siy­yə­ti­nin özü­nə­məx­sus­lu­ğu da xü­su­si əhə­miy­yət kəsb edir. O, bir çox si­ya­sət­çi mü­a­sir­lə­rin­dən fərqli ola­raq, tək­cə öz döv­rü­nün de­yil, da­ha ge­niş za­man çər­çi­və­sin­də baş ve­rən ic­ti­mai-si­ya­si pro­ses­lə­rin axa­rı­nı mü­əy­yən edə bi­lən güc­lü si­ya­si ira­də sa­hi­bi, ye­ni dün­ya ta­ri­xi­nin ra­si­o­nal si­ya­sət­çi­si, uzaq­gö­rən bir döv­lət xa­di­mi­dir. Hey­dər Əli­yev tək­cə Gə­lə­cə­yi gör­mür, həm də o Gə­lə­cə­yi ya­ra­dır­dı: Sa­ba­ha doğ­ru ge­dən yo­lu açır və in­san­la­rı o yol­la get­mə­yə sə­fər­bər edir­di.

Hey­dər Əli­yev­lə ey­ni za­man­da SSRİ-nin si­ya­si eli­ta­sı­nın ən yük­sək pil­lə­sin­də qə­rar­laş­mış si­ya­sət­çi­lər - Le­o­nid Brej­nev və Mi­xa­il Qor­ba­çov bu gün si­ya­sət ta­ri­xin­də ən mis­kin fi­qur­lar ki­mi gö­rü­nür. 18 il ər­zin­də So­vet İt­ti­fa­qı­na rəh­bər­lik et­miş Le­o­nid Brej­ne­vi ret­ros­pek­tiv ba­xım­dan də­yər­lən­dir­mə­li ol­saq, onu əs­lin­də So­vet İt­ti­fa­qı­nın dur­ğun­luq döv­rü­nə qə­dəm qoy­ma­sı­na zə­min ha­zır­la­yan si­ya­sət­çi ki­mi xa­rak­te­ri­zə et­mək müm­kün­dür. Le­o­nid Brej­nev ba­şın­da da­yan­dı­ğı si­ya­si re­ji­mi yal­nız mü­ha­fi­zə­kar qay­da­lar­la ida­rə et­mə­yi ba­ca­ran, döv­lə­tin tə­ka­mül və tə­rəq­qi qa­nun­la­rı­nı bil­mə­yən, is­tə­ni­lən ye­ni­li­yi ya­xı­na bu­rax­ma­yan ti­pik bir  "ho­mo-so­vi­e­ti­kus" idi. Onun şəx­sin­də bir si­ya­sət ada­mı üçün hə­ya­ti va­cib olan si­ya­si qə­tiy­yət, xa­riz­ma, za­ma­nın re­al­lıq­la­rı­nı düz­gün qiy­mət­lən­dir­mək, ic­ti­mai-si­ya­si ça­ğı­rış­la­ra adek­vat re­ak­si­ya ver­mək qa­bi­liy­yə­ti­ni gör­mək ol­duq­ca çə­tin­dir. La­kin az son­ra ey­ni si­ya­si pi­ra­mi­da­nın ki­fa­yət qə­dər nü­fuz­lu və mə­su­liy­yət­li pil­lə­sin­də da­yan­mış  Hey­dər Əli­ye­vin o za­man­kı və son­ra­kı hə­yat yo­lu­na nə­zər sal­dıq­da ta­ma­mi­lə fərqli bir mən­zə­rə­nin şa­hi­di olu­ruq. Hey­dər Əli­ye­vin is­tər Azər­bay­can SSR-ə rəh­bər­lik et­di­yi, is­tər­sə də So­vet İt­ti­fa­qı­nın rəh­bər­li­yin­də təm­sil olun­du­ğu za­man gös­tər­di­yi si­ya­si əzmkar­lıq və yo­rul­maz si­ya­si fə­a­liy­yə­ti ona həm­kar­la­rın­dan fərqli ola­raq xa­riz­ma­tik li­der imi­ci qa­zan­dır­mış­dı.

Bü­tün si­ya­si kar­ye­ra­sı bo­yun­ca Hey­dər Əli­ye­və qar­şı qıs­qanc mü­na­si­bə­tin, za­man-za­man edi­lən xə­ya­nət­lə­rin kö­kün­də də məhz onun öz zəh­mə­ti ilə qa­zan­dı­ğı bö­yük nü­fu­zun "təh­lü­kə­si" da­ya­nır­dı. SSRİ-nin so­nun­cu rəh­bə­ri ol­muş Mi­xa­il Qor­ba­ço­vun Hey­dər Əli­ye­və qar­şı qə­rəz­li mü­na­si­bə­ti bu­nun ba­riz nü­mu­nə­si­dir. Ma­lik ol­du­ğu key­fiy­yət­lər­lə tut­du­ğu si­ya­si və­zi­fə­nin mə­su­liy­yə­ti ara­sın­da də­rin uçu­rum olan bu şəx­sin par­laq zə­ka­ya ma­lik bir şəx­siy­yə­tə - Hey­dər Əli­ye­və qar­şı qə­rəz­li mü­na­si­bə­ti də məhz o "təh­lü­kə" duy­ğu­sun­dan qay­naq­la­nır­dı. Na­haq ye­rə de­yil­mir ki, za­man ta­rix bo­yun­ca əsl hə­qi­qət­lə­ri üzə çı­xa­ran, ki­min kim ol­du­ğu­nu tam çıl­paq­lı­ğı ilə gös­tə­rən ən dü­rüst mi­zan-tə­rə­zi­dir. Ta­ri­xin üzə çı­xar­dı­ğı əda­lət və re­al­lıq isə bun­dan iba­rət­dir: Qor­ba­çov öz adı­nı ta­ri­xə bö­yük bir döv­lə­ti da­ğı­dan, əli öz və­tən­daş­la­rı­nın qa­nı­na bu­laş­mış ci­na­yət­kar bir şəxs ki­mi, Hey­dər Əli­yev isə Azər­bay­can ad­lı məm­lə­kə­ti ye­ni­dən qu­ran, onun müs­tə­qil­li­yi­ni əbə­di və sar­sıl­maz edən şəx­siy­yət ki­mi yaz­dır­dı. Bu da ta­ri­xin mi­zan-tə­rə­zi­si!

So­vet İt­ti­fa­qı­nın sü­qu­tun­dan son­ra müs­tə­qil­li­yi­ni bər­pa edən döv­lət­lə­rin bu­gün­kü si­ya­si-iq­ti­sa­di du­ru­mu, re­gi­o­nal və qlo­bal miq­yas­da tut­duq­la­rı yer hə­min döv­lət­lə­rə baş­çı­lıq et­miş şəxslə­rin seç­dik­lə­ri si­ya­si xəttlə bir­ba­şa bağ­lı­dır. Bu­nu postso­vet öl­kə­lə­ri­nin keç­miş rəh­bər­lə­ri­nin fə­a­liy­yə­ti­nə və hə­min öl­kə­lə­rin bu­gün­kü si­ya­si-iq­ti­sa­di du­ru­mu­na nə­zər sal­dıq­da da­ha ay­dın gör­mək müm­kün­dür. Be­lə bir mü­qa­yi­sə­də də Hey­dər Əli­yev si­ya­sə­ti öz möh­tə­şəm­li­yi ilə üzə çı­xır. Həm də bir fak­tı nə­zər­dən qa­çır­maq ol­maz ki, Azər­bay­ca­nın yer­ləş­di­yi ge­o­po­li­tik mə­kan di­gər postso­vet öl­kə­lə­rin­dən öz mü­rək­kəb­li­yi və həs­sas­lı­ğı ilə fərqlə­nir. Bu gün Gür­cüs­ta­nın düş­dü­yü ge­o­po­li­tik çı­xıl­maz­lıq sindro­mu, aq­res­siv şə­kil­də şi­mal qon­şu­su­nun tə­ca­vü­zü­nə uğ­ra­ma­sı və de­mək olar ki, mü­da­fi­ə­siz qal­ma­sı bu öl­kə­nin sa­bit və ta­raz­lı si­ya­sə­tə nə qə­dər eh­ti­ya­cı ol­du­ğu­nu bir da­ha gös­tə­rir. Yə­qin ki, za­ma­nın­da öl­kə­də mil­li müs­tə­qil­lik si­ya­sə­ti­nin əsa­sı düz­gün qo­yul­say­dı, ora­da da döv­lə­tin sa­bit və da­ya­nıq­lı in­ki­şa­fı tə­min edil­miş olar­dı. Re­gi­on­da Ru­si­ya­nın for­pos­tu funksi­ya­sı­nı kö­lə sa­diq­li­yi ilə ye­ri­nə ye­ti­rən, ümu­miy­yət­lə, heç za­man öz mü­kəm­məl döv­lət­çi­li­yi­ni qur­ma­mış və yə­qin ki, heç za­man da bu­na na­il ol­ma­ya­caq Er­mə­nis­tan­da isə heç bir müs­tə­qil si­ya­sət­dən, "par­laq gə­lə­cək" vəd edən si­ya­si dü­şün­cə­dən, ənə­nə­dən və li­der­lik insti­tu­tun­dan da­nış­maq müm­kün de­yil. Gö­rü­nür, bu çü­rük si­ya­sə­tin, da­ha doğ­ru­su, si­ya­sət­siz­li­yin, öz öl­kə­si­ni bö­yük fə­la­kət­lə­rə sü­rük­lə­di­yi­ni  nə Er­mə­nis­tan ha­ki­miy­yə­ti, nə də er­mə­ni xal­qı əməl­li-baş­lı dərk edir. Lap ya­xın dövrdə Qərblə Şərq ara­sın­da ge­o­po­li­tik çə­kiş­mə­lə­rin qur­ba­nı­na çev­ril­miş Uk­ray­na­nın da du­ru­mu ürə­ka­çan de­yil. Bu döv­lə­ti 20 il­dən çox müs­tə­qil­lik döv­rü ər­zin­də ida­rə et­miş si­ya­sət­çi­lər tə­rə­fin­dən yü­rü­dü­lən si­ya­si kur­sun də­yə­ri, da­ha doğ­ru­su, də­yər­siz­li­yi bu gün göz qa­ba­ğın­da­dır. Bü­tün bu il­lər ər­zin­də for­ma­la­şan köv­rək si­ya­si və­ziy­yət, xa­o­tik si­ya­si ge­diş­lər fo­nun­da da­im tə­nəz­zü­lə ge­dən iq­ti­sa­di du­rum və da­vam­lı ha­ki­miy­yət də­yiş­mə­lə­ri bu gün Uk­ray­na döv­lət­çi­li­yi­nin möv­cud­lu­ğu­nu be­lə təh­lü­kə al­tı­na al­mış­dır. Uk­ray­na­da baş ve­rən ha­di­sə­lər bir çox cə­hət­lə­ri­nə gö­rə Azər­bay­can- Er­mə­nis­tan mü­na­qi­şə­si­ni xa­tır­la­dır. La­kin ən bö­yük fərq on­dan iba­rət­dir ki, cə­rə­yan edən dra­ma­tik ha­di­sə­lə­rin səh­nə­sin­də bu ha­di­sə­lə­ri ci­lov­la­yıb da­yan­dır­ma­ğa və bü­tün və­tən­daş­la­rı Uk­ray­na xal­qı­nın mil­li ma­raq­la­rı ət­ra­fın­da bir­ləş­dir­mə­yə qa­dir olan si­ya­si li­der yox­dur. Uk­ray­na xal­qı­nın av­to­ri­ta­rizmdən qur­tul­du­ğu bu həs­sas mə­qam­da Uk­ray­na­ya məhz on­la­rın "Hey­dər Əli­ye­vi" ha­va və su ki­mi la­zım idi.

So­vet İt­ti­fa­qı da­ğıl­dıq­dan son­ra Ru­si­ya da ye­ni­dən özü­nü tap­maq, eti­mad­lı tə­rəf­daş qis­min­də si­vil və bey­nəl­xalq hü­quq nor­ma­la­rı­na əsas­la­nan ye­ni si­ya­si xətt seç­mək şan­sı qa­zan­mış­dı. La­kin Bo­ris Yeltsi­nin gə­lə­cək pro­ses­lə­ri düz­gün qiy­mət­lən­dir­mə­yə yet­mə­yən si­ya­si sa­vad­sız­lı­ğı və son­ra­kı dövrlər­də də bu döv­lə­tin gə­lə­cək in­ki­şa­fı­nın kö­kün­də da­yan­ma­lı olan mil­li ide­ya­nın hə­lə də ta­pıl­ma­ma­sı bu gün Ru­si­ya­nı irə­li get­di­yin­də də, ge­ri­yə dön­dü­yün­də də məğ­lu­biy­yə­tə apa­rıb çı­xa­ra­caq bir du­ru­ma sal­mış­dır. Bu gün neo-av­ra­si­ya­çı­lı­ğı ye­ni im­pe­ri­a­list si­ya­sə­tin mər­kə­zi xət­ti­nə çe­vi­rən və bu ide­ya­nın re­al­laş­ma­sı­na uğur­suz cəhdlər edən Ru­si­ya bey­nəl­xalq sis­te­mi ki­fa­yət qə­dər də­rin­dən çal­xa­la­maq­la özü­nə və bü­tün bey­nəl­xalq bir­li­yə cid­di zi­yan gə­tir­mək­də və öz xal­qı­nı da­ha bö­yük fə­la­kət­lə­rə sü­rük­lə­mək­də­dir. 

Be­lə­lik­lə, Hey­dər Əli­yev­dən baş­qa vax­ti­lə So­vet Po­lit­bü­ro­su­nun tər­ki­bin­də ol­muş bü­tün si­ya­sət­çi­lə­rin ad­la­rı­nı Əla­həz­rət Ta­rix qı­sa müd­dət ər­zin­də yad­daş­lar­dan sil­di. On­lar­dan heç bi­ri­nin si­ya­si ir­si və si­ya­si kur­su ye­ni, müs­tə­qil bir döv­lə­tin hə­yat yo­lu­na çev­ril­mə­di. Dün­ya in­ki­şa­fı­nın perspek­ti­vi­ni ay­dın gö­rən, ona doğ­ru ad­dım­la­yan və öl­kə­si­ni, xal­qı­nı ona doğ­ru is­ti­qa­mət­lən­di­rən Hey­dər Əli­ye­vin uzaq­gö­rən si­ya­sə­ti isə mü­a­sir Azər­bay­ca­nın dün­ya bir­li­yi­nə tə­bii in­teq­ra­si­ya­sı­nı tə­min edə­rək, onun müs­tə­qil­li­yi­ni əbə­di və dön­məz et­di. Bu si­ya­sət, hər şey­dən əv­vəl, uzun­müd­dət­li sa­bit­li­yin bər­qə­rar olun­ma­sı­na yö­nəl­miş­dir; bu si­ya­sət za­man çər­çi­və­si ilə məh­dud­laş­mır - gə­lə­cə­yə hə­dəf­lən­miş­dir; bu si­ya­sət ge­o­po­li­tik ma­raq­la­rı toq­quş­dur­mur, ək­si­nə, hə­min ma­raq­la­rın Azər­bay­ca­nın mil­li mə­na­fe­lə­ri ilə uz­la­şan ide­al har­mo­ni­ya­sı­nı ya­ra­dır. Məhz bu si­ya­sət hə­lə uzun il­lər Azər­bay­ca­nın da­xi­li və xa­ri­ci si­ya­sət doktri­na­sı­nın özə­yi­ni, mil­li in­ki­şa­fı­mı­zın tə­mə­li­ni təş­kil edə­cək­dir. Məhz bu cə­hət­lə­ri Hey­dər Əli­yev si­ya­sə­ti­ni qlo­bal si­ya­sət sə­viy­yə­si­nə yük­səl­dir, onun özü­nü isə dün­ya miq­yas­lı şəx­siy­yə­tə çe­vi­rir.

Hey­dər Əli­yev Azər­bay­can xal­qı­nın ri­fa­hı­nı, mil­li döv­lət­çi­li­yi­mi­zin da­ha da güc­lən­mə­si­ni hər şey­dən üs­tün tu­tan və­tən­pər­vər li­der idi. Xü­su­si­lə öm­rü­nün son on ilin­də Hey­dər Əli­ye­vin fə­a­liy­yə­ti hət­ta bir in­san öm­rü­nə sığ­ma­ya­caq qə­dər zən­gin ol­du. Xa­ri­ci öl­kə­lə­rə et­di­yi da­vam­lı sə­fər­lər­lə, da­xi­li və xa­ri­ci si­ya­sə­ti­mi­zin da­yaq­la­rı­nı ya­rat­maq­la, ümu­mən, bü­tün öl­kə­nin ye­ni­dən qu­rul­ma­sı­na rəh­bər­lik et­mək­lə Hey­dər Əli­yev Ye­ni Azər­bay­ca­nın əsa­sı­nı qoy­du. İs­tə­ni­lən xa­rak­ter­li böh­ran­dan sa­bit­li­yə ke­çi­din uzun­müd­dət­li və ağ­rı­lı pro­ses ol­du­ğu şüb­hə­siz­dir. Hey­dər Əli­yev uzaq­gö­rən si­ya­si ge­diş­lə­ri ilə bu­gün­kü sa­bit­li­yi qı­sa za­man kə­si­yin­də bər­qə­rar et­mə­yə na­il ol­du. Gər­gin iş re­ji­mi­nin səh­hə­tin­də prob­lem­lər ya­rat­ma­sı­na bax­ma­ya­raq, Azər­bay­can uğ­run­da yo­rul­maz fə­a­liy­yə­ti­ni bir an be­lə da­yan­dır­ma­dı. Yal­nız Hey­dər Əli­ye­vin güc­lü qə­tiy­yə­ti, öl­kə­mi­zin ma­raq­la­rı­na xə­ləl gə­ti­rə bi­lə­cək mə­sə­lə­lər­də tut­du­ğu prin­si­pi­al möv­qe­yi Azər­bay­ca­na bey­nəl­xalq miq­yas­da ya­naş­ma­nı də­yiş­di. Məhz onun yo­rul­maz səy­lə­ri nə­ti­cə­sin­də Azər­bay­can kon­ser­va­tiv, ti­pik postso­vet öl­kə­si ki­mi de­yil, bey­nəl­xalq və re­gi­o­nal müs­tə­vi­də sa­bit və da­vam­lı in­ki­şaf vəd edən bə­ra­bər­hü­quq­lu tə­rəf­daş ki­mi ta­nın­ma­ğa baş­la­dı.

Hey­dər Əli­ye­vin Azər­bay­can xal­qı qar­şı­sın­da xid­mət­lə­ri, re­gi­on­da sa­bit­li­yin bər­qə­rar olun­ma­sın­da oy­na­dı­ğı rol bir çox ta­nın­mış döv­lət adam­la­rı tə­rə­fin­dən də ay­dın şə­kil­də ifa­də olun­muş və yük­sək qiy­mət­lən­di­ril­miş­dir. ABŞ-ın keç­miş pre­zi­den­ti Corc Buş ümum­mil­li li­de­ri­miz haq­qın­da de­yir­di: "Hey­dər Əli­yev Cə­nu­bi Qaf­qaz­da uzun müd­dət ər­zin­də ən əsas şəx­siy­yət ol­muş­dur. Onun möv­qe­yi və gös­tər­di­yi səy­lər Azər­bay­ca­nın iq­ti­sa­di in­ki­şa­fı­nı möh­kəm­lən­di­rən bö­yük həcmli xa­ri­ci sər­ma­yə­lə­rin cəlb olun­ma­sın­da əsas rol oy­na­mış­dır. Bu na­i­liy­yət­lər mil­yon­lar­la azər­bay­can­lı­nın hə­ya­tı­nı yax­şı­laş­dır­mış və Azər­bay­ca­nın XXI əs­rə mü­a­sir döv­lət ki­mi da­xil ol­ma­sı­na şə­ra­it ya­rat­mış­dır". Bu fi­kir­lər Hey­dər Əli­yev tə­rə­fin­dən yü­rü­dü­lən si­ya­sə­tin öl­kə da­xi­lin­də sa­bit­li­yə və iq­ti­sa­di in­ki­şa­fa tə­kan ver­di­yi­ni ifa­də et­mək­lə ya­na­şı, onun bü­töv­lük­də re­gi­o­nal müs­tə­vi­də kəsb et­di­yi sülhya­ra­dı­cı və qlo­bal in­teq­ra­si­ya­ya yol açan fə­a­liy­yə­ti­nin əhə­miy­yə­ti­ni bir da­ha təs­diq­lə­yir.

Bö­yük Bri­ta­ni­ya­nın keç­miş baş na­zi­ri To­ni Ble­yer də Hey­dər Əli­yev haq­qın­da fi­kir­lə­ri­ni bö­lü­şər­kən sa­bit­lik fak­to­ru­nu xü­su­si­lə vur­ğu­la­yır: "Hey­dər Əli­yev Azər­bay­ca­nın bö­yük li­de­ri idi. O, böh­ran­lar döv­rün­də öz öl­kə­si­nə sa­bit­lik gə­tir­di. Azər­bay­can xal­qı onun qoy­du­ğu irs ilə fəxr edə bi­lər".  

Tür­ki­yə pre­zi­den­ti Rə­cəb Tay­yib Ər­do­ğan Hey­dər Əli­yev şəx­siy­yə­ti­nə Azər­bay­can, re­gi­on və ümum­dün­ya kon­tekstin­də ya­na­şa­raq bil­di­rir: "Hey­dər Əli­yev Azər­bay­ca­nın xoş­bəxtli­yi və fi­ra­van­lı­ğı, böl­gə­də və dün­ya­da sülh na­mi­nə gös­tər­di­yi föv­qə­la­də xid­mət­lər­lə türk və dün­ya ta­ri­xin­də şə­rəf­li yer tut­muş­dur."

Doğ­ru­dan da, Hey­dər Əli­yev öz xal­qı­nın ta­ri­xi kök­lə­ri­nə bağ­lı olan elə bir şəx­siy­yət­dir ki, o, bü­tün si­ya­si fə­a­liy­yə­ti ər­zin­də türk dün­ya­sı­nın bir­li­yi­nə, bü­töv­ləş­mə­si­nə və va­hid güc mər­kə­zi­nə çev­ril­mə­si­nə bö­yük inam bəs­lə­miş və bu pro­se­sin də da­vam­lı in­ki­şa­fı­na ça­lış­mış­dır. Ye­ni türk yü­zil­li­yi­nin rəm­zi baş­lan­ğı­cı ki­mi, məhz Hey­dər Əli­ye­vin tə­şəb­bü­sü ilə 2000-ci il­də Ba­kı­da təş­kil olun­muş Türk Döv­lət­lə­ri Baş­çı­la­rı­nın Zir­və Top­lan­tı­sı və bu Top­lan­tı­nın son­ra­kı il­lər­də ar­tan ide­ya-prak­tik nə­ti­cə­lə­ri onun türk dün­ya­sı­nın bir­li­yi na­mi­nə gös­tər­di­yi xid­mə­tin par­laq nü­mu­nə­si­dir. 

Hey­dər Əli­yev şəx­siy­yə­ti o qə­dər zən­gin­dir ki, is­tə­ni­lən as­pektdən ya­naş­dıq­da onun in­tə­ha­sız fə­a­liy­yə­ti­nin ge­niş oke­a­nı­na çı­xa bi­lir­sən. Öy­rə­nil­dik­cə öy­rə­ni­lən, heç za­man tü­kən­mə­yən Hey­dər Əli­yev ir­si, onun ya­ra­dı­cı zə­ka­sı hə­lə uzun il­lər ?ox­tə­rəf­li araş­dır­ma­la­rın möv­zu­su ola­caq. Və hər za­man bu şəx­siy­yə­tin ta­rix­də oy­na­dı­ğı əhə­miy­yət­li rol da­ha də­rin və da­ha ge­niş məz­mun­da, da­ha kon­sep­tu­al şə­kil­də açı­la­caq. Am­ma bir hə­qi­qət heç za­man də­yiş­mə­yə­cək: Hey­dər Əli­yev mü­a­sir Azər­bay­ca­nın qu­ru­cu­su ol­maq­la ya­na­şı, tə­rəq­qi və əda­lət, sülhpər­vər­lik və hu­ma­nizm ide­ya­la­rı­na, bə­şə­ri də­yər­lə­rə əsas­la­nan ge­niş spektrli fə­a­liy­yə­ti ilə bə­şər ta­ri­xi­nin ye­tiş­di­ri­yi na­dir şəx­siy­yət­lər­dən­dir!

Ca­van­şir Fey­zi­yev,
Mil­li Məc­li­sin de­pu­ta­tı, fəl­sə­fə dok­to­ru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

18.11.2026 / 12:25
Kuryerlər də vergiyə cəb edilir - ayda 15 manat ödəyəcəklər...

18.11.2026 / 12:10
"Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da möhkəm olacaq" - Ceyhun Bayramov

18.11.2026 / 12:03
"Azərbaycanın enerji təchizatına verdiyi dəstək Avropada sabitliyin qorunmasına töhfədir" - Yohan David Vadeful

18.11.2026 / 11:58
Almaniyanın Qara dəniz sualtı elektrik kabeli layihəsindən faydalanmaq imkanları müzakirə olundu

18.11.2026 / 11:50
Bakıda bu ərazilərə giriş pullu olacaq

18.11.2026 / 11:42
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.11.2026 / 11:09
Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

18.11.2026 / 10:28
ABD kəşfiyyatı ŞOKDA - məxfi rabitə şəbəkəsi çökdü...

18.11.2026 / 09:52
Trampın reytinqi rekord dərəcədə aşağı düşdü - amerikalıların 66%-i ondan narazıdır...

18.11.2026 / 09:18
"Bəzən əsgərlikdən möhlət almaq üçün saxta təhsil arayışları təqdim olunur" - General

18.11.2026 / 07:19
Moldova hava məkanını bağladı - dron təhlükəsi üzündən…

18.11.2026 / 07:12
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsi sıradan çıxıb - kiberhücum?..

17.11.2026 / 22:45
İran Vaşinqtonda “çirkli bomba” və kimyəvi silahlarla hücum planlaşdırır - ABŞ kəşfiyyatından ŞOK İDDİA...

17.11.2026 / 22:21
İran ABŞ bazaları yaxınlığındakı bəndləri, limanları və elektrik stansiyalarını vuracaq - sizin etdiyinizi edəcəyik...

17.11.2026 / 22:03
Xəzər dənizini zəbt edənlərin axırı çatdı - Fərman istisnasız icra olunsa...

17.11.2026 / 21:52
Peruda dindarın atdığı təsbeh Roma Papasını gözündən yaraladı

17.11.2026 / 21:47
İstanbul-İrəvan hava yükdaşımaçılığı başladı - həm də intensiv...

17.11.2026 / 21:38
Putinlə rəqs etmiş keçmiş naziri vətəndaşlıqdan çıxardırlar

17.11.2026 / 21:25
Tramp Putinlə ayrıca ikitərəfli görüş keçirmək istəyir...

17.11.2026 / 21:17
Rusiyada hərbi təyyarə qəzaya uğradı - ölənlərin sayı 17-yə çatdı...

17.11.2026 / 21:10
Pekinin Ukrayna ilə bağlı siyasəti kəskin dəyişildi...

17.11.2026 / 20:49
İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyə keçdi - İmkan vermərik...

17.11.2026 / 20:32
Tiflislə Moskva inanılmaz danışıqlara başlayır - bölgə üçün yeni təhlükə yetişir...

17.11.2026 / 20:17
Ukraynanın hücumundan sonra Krım körpüsünün bir hissəsi dənizə çökdü - hərəkət dayandırıldı...

17.11.2026 / 20:06
İran Bəhreynin hava hücumundan müdafiə qüvvələrini məhv etdi...

17.11.2026 / 19:48
Azərbaycan MDB-də Britaniya üçün 3-cü dövlət oldu - hərbi əməkdaşlıq...

17.11.2026 / 19:33
Avropa Rusiya qarşısında vahid tələb qoyur - Ordunuzu bütün ölkələrdən çıxarın...

17.11.2026 / 19:14
Ölkədə vergi borcları sürətlə artır - 28 faiz...

17.11.2026 / 19:02
Feldşer vəzifələri üzrə hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edilib

17.11.2026 / 18:42
Rumıniya Bakı və İrəvanın da daxil olduğu təzə format yaradır...

17.11.2026 / 18:23
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:14
Prezidentin sosial media hesablarında Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşılıb

17.11.2026 / 18:10
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTO

17.11.2026 / 17:58
Ermənistanda Azərbaycanı nümunə göstərirlər...

17.11.2026 / 17:47
Rusiya Krım körpüsünə hücumdan sonra ballistik raketlərlə Kiyevdə körpüləri vurdu...

17.11.2026 / 17:42
Tural Turan beynəlxalq mükafata layiq görülüb

17.11.2026 / 17:36
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO

17.11.2026 / 17:32
Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib - FOTO

17.11.2026 / 17:03
ABŞ-İran savaşının təsirləri Amerika torpaqlarına çatdı...

17.11.2026 / 16:53
Ermənistan Rusiyaya münasibətdə Estoniya təcrübəsini tətbiq ermək eşqinə düşdü...

17.11.2026 / 16:37
Zakir Həsənov Gürcüstan Müdafiə Qüvvələri komandanını qəbul etdi

17.11.2026 / 16:20
Pensiyalara 8,67 milyard manat ayrılacaq – orta aylıq pensiya 639 manata çatacaq...

17.11.2026 / 16:04
Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyən sürücülər yaxalandı

17.11.2026 / 15:29
“Jalə xanım ikinci oldu, mən 44-cü, heç cür anlaya bilmirəm” – Deputat təəccübləndi...

17.11.2026 / 15:12
Avropa nümayəndələri Ukrayna danışıqlarına rəsmən qatıldı - Rusiya təkzib edir…

17.11.2026 / 14:48
Dünyada süni intellektə qarşı üsyan başlayıb...

17.11.2026 / 14:36
Üç liderin Çin sammiti iflasa uğradı - Ukrayna mövzusu masaya çıxmadı...

17.11.2026 / 14:16
"Dövlət qulluğunda din xadimləri ilə bağlı məhdudiyyətlərə dair məlumatlar manipulyasiya xarakteri daşıyır" - Media və Yayım Şurası

17.11.2026 / 14:05
Avropa əsl simasını göstərir - beş ölkədən insanlar Afrikaya qovulur...

17.11.2026 / 13:52
Səfir: “Bu səfərlər Strateji Tərəfdaşlıq sazişinin tamamlanmasına zəmin yaratdı”

17.11.2026 / 13:50
Dankan Norman: “Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri güclüdür və inkişaf etməkdədir”

17.11.2026 / 13:47
Səfir Norman: “Azərbaycan Böyük Britaniya üçün dəyərli müdafiə və təhlükəsizlik tərəfdaşıdır”

17.11.2026 / 13:45
Səfir: “Böyük Britaniya və Azərbaycan arasındakı tərəfdaşlıq hər zamankından daha böyük əhəmiyyət daşıyır”

17.11.2026 / 13:35
Bura "danışmaqxana" deyil! – deputatla spiker arasında GƏRGİNLİK yarandı

17.11.2026 / 13:21
Parlament 2027-cı ilin dövlət büdcəsi layihəsini birinci oxunuşda təsdiqlədi

17.11.2026 / 13:15
Cızma-qara yazıb dərsliklərə salırlar – Komitə sədridən SƏRT İTTİHAM...

17.11.2026 / 13:02
Yol polisləri səhhəti pisləşən əcnəbi sürücünü xilas etdilər... - VİDEO

17.11.2026 / 12:42
Paşinyan Türkiyədən “oğurladığı” bananı cibinə qoyub üç ölkəni gəzdirdi...

17.11.2026 / 12:27
“Ermənistanda seçki prosesləri beynəlxalq qarşıdurma meydanına çevrilib” - Medvedev

17.11.2026 / 12:16
Naxçıvanda deputat qəzaya düşdü - FOTO

17.11.2026 / 12:04
Irandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alındı

17.11.2026 / 11:52
Avropanın Azərbaycan və ABŞ-dan asılılığı artır

17.11.2026 / 11:39
Dankan Norman: ""Birgə Bəyannamə” ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni mərhələnin əsasını qoyur"

17.11.2026 / 11:35
Britaniya şirkəti Naxçıvan şəhəri üçün 20 illik baş plan hazırlayır

17.11.2026 / 11:33
Səfir: Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı iqtisadi artıma və təhlükəsizliyə töhfə verəcək

17.11.2026 / 11:21
Ukrayna Rusiyanın Başqırdıstandakı ən böyük neft-kimya komplekslərindən birini vurdu...

17.11.2026 / 11:05
Dərsliklərdəki məzmun necə yoxlanılır? – Nazirlikdən AÇIQLAMA

17.11.2026 / 10:48
Türkiyədə daha bir müxalif media qurumuna qarşı əməliyyat - həbslər aparıldı, “Sözcü TV”yə qəyyum təyin edildi...

17.11.2026 / 10:37
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17.11.2026 / 10:24
Gürcüstandan Azərbaycana avtomobil gətirənlərə PİS XƏBƏR – Yeni rüsum tətbiq edildi

17.11.2026 / 10:12
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib

17.11.2026 / 10:05
Bakıda qarlı havalara hazırlıqla bağlı müşavirələr keçirildi

17.11.2026 / 09:37
Azərbaycan və Aİ ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

17.11.2026 / 09:33
Hikmət Hacıyev Aİ nümayəndələri ilə Azərbaycanla əməkdaşlığı müzakirə edib

17.11.2026 / 09:10
Siqaret bahalaşacaq...

17.11.2026 / 08:49
Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib

17.11.2026 / 08:35
Xocavənd, Cəbrayıl və Zəngilana növbəti köç karvanı yola salındı - 83 ailə...

17.11.2026 / 07:02
ABŞ banklarında genişmiqyaslı elektron sistem nasazlığı baş verib - yetkililər kibercinayətkarlığı istisna edir

16.11.2026 / 23:42
Mossadın 2006-cı ildə İstanbulda bir İran generalını qaçıraraq öldürdüyü ortaya çıxdı – ƏMƏLİYYATIN DEATALLARI açıldı...

16.11.2026 / 23:33
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər

16.11.2026 / 22:47
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ