Bazar ertəsi günü, 23 noyabr 2026
     

Qırğızıstanda yaşayan azərbaycanlılar Nüsrət Məmmədovdan nələr yazır…

Image


Öncə, qısa da olsa Qırğızstanda yaşayan azərbaycanlılarımız və diaspora təşkilatımız haqqında məlumat vermək istəyirəm.

Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır. Buradakı həmvətənlərimizin əksəriyyəti mənim kimi 1933-1937-ci illərdə Mərkəzi Asiyaya sürgün edilənlərin - repressiya qurbanlarının ailə üzvləridir. Onların arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim (elm, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə və ədliyyə), 3 nəfər Qırğız Respublikasının "Şöhrət” medalı ilə təltif edilmiş və yüzlərlə hörmətli ziyalılar var. Bu nüfuzlu insanlar Qırğızstan Xalqı Assambleyasına daxil olan Qırğızstanda yaşayan Azərbaycanlıların yeganə legitim "Azəri” İctimai Birliyinin tərkibindədirlər. Onlar qürbətdə hörmət qazanaraq Azərbaycanın nüfuzunu uca tutur və ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirirlər.

20 ildən artıqdır ki, "Azəri” İctimai Birliyi fəaliyyət göstərir. Birlik çoxtərəfli, faydalı ictimai-siyasi, maarifləndirici işlər aparır. Ana dilimizi qoruyub saxlamaq məqsədilə Azərbaycanlıların kompakt yaşadığı yerlərdə şənbə-bazar sinifləri fəaliyyət göstərir, Birliyin hesabına məscid tikilib, mütəmadi olaraq Azərbaycanın və Qırğızstanın bayram və anım mərasimləri keçirilir.

2013-cü ildə azərbaycanlıların Qırğızstana sürgün edilməsinin 80 illiyi tamam olmuşdur. Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi və "Azəri” İctimai Birliyinin birgə təşkilatçılığı ilə bu acı tariximizin ildönümünə həsr olunmuş "Küldən bərpa olunanlar” adlı böyük beynəlxalq konfrans və bir sıra mühüm tədbirlər keçirilmişdir.

Ulu Öndər Heydər Əliyevin iki qardaş Azərbaycan və Qırğızstan xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsində misilsiz xidmətləri və "Azəri” İctimai Birliyinin müraciəti nəzərə alınaraq 2014-cü ilin may ayının 16-da Kant şəhərinin Keneşinin (Parlamentinin) 15-ci növbədənkənar sessiyasının Qərarı ilə Kant şəhərinin Miçurin küçəsinin adı dəyişilərək Heydər Əliyev adı verilmişdir. 2014-cü ilin iyun ayının 26-da Heydər Əliyev adına küçənin təntənəli açılış mərasimi olmuşdur.

Qardaş Qırğız Respublikasında yaşayan həmvətənlilərimizin səmərəli fəaliyyəti haqqında geniş danışmaq olar, ancaq yazımda məqsədim bu barədə qısa da olsa məlumat verməkdir. Lakin çox təəssüf ki, 70-ci illərin sonunda Azərbaycandan Qırğızıstana köçən Nüsrət Musa oğlu Məmmədov adlı birisi diaspora üzvləri arasında parçalama aparır və yalan, böhtan xarakterli məlumatları Azərbaycan mətbuatında yayır.

Son iki il ərzində N.Məmmədov həm Qırğızstan həm Azərbaycan mətbuatında Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri cənab Hidayət Orucova qarşı yalan və böhtanlı məlumatlar yayır. Hər bir Səfir öz Dövlətinin və Prezidentinin ölkədəki səlahiyyətli təmsilçisidir. Səfir haqqında belə yalanlar, şərlər yaymaq qəti yolverilməzdir. Hörmətli Səfirimiz düzgün olaraq, onun səviyyəsinə enməyərək ona cavab vermir. Çünki biz bilirik ki, Nüsrət kimilərə cavab vermək ona yalnız "şərəf” gətirər və yeni yalanlar, böhtanlar uydurmağa imkan verər. Azərbaycan Səfirliyinin möhtəşəm fəaliyyəti həm Azərbaycanda, həm də Qırğızstanda yaxşı bilinir, Məmmədov kimi özünə, Azərbaycanımıza, yaşadığı Qırğızstana hörmət etməyən, necə deyərlər - şərlə və böhtanlarla nəfəs alanlar bunu başa düşə bilməz və başa düşməyə cəhd də göstərməzlər. Çünki Səfirlik onun kimilərin "bazarını” bağlayıb, onun çirkin əməllərinin qarşısını alır, insanları yalan vədləri ilə aldatmağa qoymur, iki qardaş ölkənin münasibətlərinin inkişafı üçün çalışır.

Cənab Hidayət Orucov Səfirliyə gələn gündən bütün Azərbaycanlıları hörmətlə qəbul edir, onların problemləri ilə maraqlanır və problemlərin həlli ilə ardıcıl məşğul olur. Səfirlik Qırğızstanda akkreditə olunmuş diplomatik nümayəndəliklər arasında ən fəallardan biri sayılır, ölkədə müxtəlif sahələr üzrə gərəkli tədbirlər keçirir, iki qardaş xalqlar arasında münasibətlərin inkişafı üçün çox işlər görür.

Səfirliyimizə "həsr etdiyi” hər cəfəngiyyatını oxuyanda N.Məmmədovu tanımayan adam da ilk cümlədəncə hiss edir ki, o kimdir – nə tərbiyənin, nə psixoloji durumun sahibidir. Özünü dərhal təqdim edir. Olduğu kimi.

N.Məmmədov özünü tanıtdığı kimi heç kəs onu təqdim edə bilməz. Axı, özünə hörmət edən, öz ləyaqətini, şərəfini qoruyan hər kəs elə yalanları, böhtanları, təhqirləri, şantajedici, alçaldıcı ifadələri dilinə gətirməz.

N.Məmmədov yeri oldu-olmadı çap etdiyi kitablardan danışır. Onun çap etdiyi hər kitabın arxasında öz maddi marağı dayanır.

N.Məmmədov öz "əməllərinə” hər kəsi cəlb etmək istəyir. O, hətta bizim ağsaqqalımız, ziyalımız, Böyük Vətən müharibəsinin veteranı, Qırğız Respublikasının əməkdar inşaatçısı Əsəd Həsənovu əsassız günahlandırır, guya ki o Azərbaycan dilini yaxşı bilmir, lakin N.Məmmədovdan yetərincə ədəbi dilimizdə danışır və yazır. Bir də belə çıxır ki, Şekspirin, Puşkinin... Azərbaycan dilinə tərcümə olunmuş əsərləri onlara aid deyil, "çünki” onlar öz əsərlərini Azərbaycan dilində yazmayıblar. Ayıbdır, N.Məmmədov, bitir bu bəd əməllərini, oyunlarını, daha nə qədər qaralayacaqsan Səfirliyimizi, Azərbaycanımızı, yaşadığımız bu məmləkəti, insanlarımızı? Biz sənin yerinə utanırıq!

Hələ 2012-ci ilin mart ayının 29-da, cənab Səfir Hidayət Orucov bu vəzifəyə təyin olunmazdan 9 ay əvvəl "Azəri” İctimai Birliyinin o vaxtıkı sədri, Qırğızstanın əməkdar həkimi Akif Alaferdov ilə Əsəd Həsənov möhtərəm Prezidentimiz Zati-Aliləri cənab İlham Əliyevin adına N.Məmmədovun əməlləri haqqında məktub ünvanlamışdılar (məktubun surəti Birliyimizin arxivində saxlanılır).

N.Məmmədovun belə hərəkətləri diasporumuzun, Azərbaycanımızın nüfuzunu aşağı salır, Azərbaycan xalqını biabır edir, düşmənlərimizin xeyrinə işləyir, ölkələrimiz arasında əlaqələrinə böyük xələl gətirir.

2013-cü may ayının 20-də Əsəd Həsənov və 2014-cü ilin may ayının 19-da "Azəri” İctimai Birliyinin sədri, Qırğızstanın əməkdar hüquqşünası Əzizağa Əliyev tərəfindən analoji məktublar mətbuatda yayılmışdır, lakin iki il keçsə də heç nə dəyişmir və N.Məmmədovun reketçi fəaliyyəti davam edir.

Biz - repressiya qurbanlarının ailə üzvləri, N.Məmmədov kimilərinin Azərbaycan dövlətinin rəsmi dövlət xadimlərinə şər atmasına, Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini, Qırğızıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri cənab Yaqub Eyyubovun şəkilini kütlə qarşısında yandırmağa ("səbəbi” həmsədr Yaqub Eyyubovun Hökumətlərarası Komissiyanın iclasında Heydər Əliyev adına Parkın dövlət səviyyəsində tikilməsini təklif etməsidi) cəhd etməsinə qəti etiraz etmişik. Mətbuata verdiyi məlumatlar heç bir qanun çərçivəsinə sığmır və onların əsası yoxdur. N.Məmmədov kimilər Qırğızstanda yaşayan bütün xalqların yanında bizi alçaldır.

Heydər Əliyev adına parkın salınması Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin 2012-ci ilin 30-31 mart tarixlərində Bakıya rəsmi səfəri zamanı qərara alınmışdır və bu parkın təməlini iki ölkənin Prezidentləri qoymalıdırlar. N.Məmmədovun parkın tikintisi üçün heç bir hüquqi əsası və maddi imkanı yoxdur. O hesab edir ki, parkın tikintisi üçün onun açacağı hesaba böyük məbləğdə pullar köçürüləcək və o mənimsəyəcək.

11 may 2012-ci il tarixində Bişkek şəhəri Meriyasının 135 saylı Qərarı ilə Heydər Əliyev adına parkın salınması üçün 5,5 hektar torpaq sahəsi ayrılmış və park ərazisi tikinti başlayana qədər qorunub, baxılması üçün Bişkek şəhərinin Bələdiyyə Mülkiyyəti İdarəsinə verilmişdir. N.Məmmədov isə hamını yanlış fikrə salmağa cəhd edərək qazanc məqsədilə özünü bu işə qatmaq istəmişdir.

Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi haqlı olaraq N.Məmmədovun fəaliyyətinə çoxdan nəzarət edərək onun biabırçı hərəkətləri, o cümlədən Heydər Əliyev adına parkın özbaşına təməl qoyma mərasimini keçirmək və cənab Yaqub Eyyubovun şəkilini yandırmaq planlarının qarşısını çox operativ almışdır.

N.Məmmədov Qırğız Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi tərəfindən hələ 2004-cü ildə qaçaqmalçılıq üstündə cinayət məsuliyyətinə cəlb olunmuşdur.

N.Məmmədovun digər ağlasığmaz bir əməli də Qırğızstanda Heydər Əliyev adına Fondu qeydiyyatdan keçirməsidir və Fondunun loqotipindən (emblemindən), [email protected] elektron ünvanından və Fondun vizit kartından da istifadə etməsidir. Hələ 2007-ci ildə Azərbaycanın rəsmi dairələri işə qarışandan sonra Fondun adı guya Türkdilli Dövlətlərin Siyasətinə Dəstək fonduna dəyişdirilmişdir. Bu adın özü də bir absurddur. Biri yazsa ki, ingilis, slavyan, və ya ispandilli dövlətlərin siyasətinə dəstək fondu yaradıb, biz buna necə baxarıq? Dil üçün də dövlətin siyasətinə dəstək verərlərmi?

Lakin N.Məmmədov öz "niyyətlərindən” əl çəkmir, bu gün də Bakıdakı, böyük beynəlxalq nüfuzu olan, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun adından, loqotipindən, elektron ünvanından və hətta vizit kartından istifadə edir. Hal-hazırda cibində iki vizit kartı saxlayır (Heydər Əliyev Fondunun emblemi ilə və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun) və yeri gələndə hərəsindən istifadə edir. Hətta iş o yerə çatıb ki, N.Məmmədov "Heydər Əliyev Fondunun prezidenti” kimi 2015-ci ilin oktyabr ayının 4-də Qırğızstanda keçirilən Parlament seçkilərində deputatlığa namizədliyini irəli sürmüş və təbii ki, Qırğızstanda da onun bəd əməllərinə hər kəsin bələd olduğu üçün səs toplaya bilməmişdir (şəkilə diqqətlə baxın, N.Məmmədov özünü 3 dildə "Heydər Əliyev Fondunun prezidenti” kimi təqdim etmişdir).

Məmmədovun "fəaliyyətinin” əsas istiqamətlərindən biri mətbuatda yalan xəbərlər yaymaq və özünün "gördüyü işləri” göstərməkdən ibarətdir. Bir neçə nəfərlə çayxanada oturub sonra Azərbaycan mətbuatına məlumat verir ki, böyük tədbir keçirib.

Bişkek şəhərinin kənarında, öz evinin yanında, yolun qırağında kiçik, əcaib bir köşk qoymuşdu və onun üstündə Heydər Əliyev Fondunun "Heydər Əliyev güşəsi” lövhəsini asmışdı (5 fotoşəkil əlavə olunur). Bu da yerli ictimaiyyətin təəccübünə, gülüşünə səbəb olmuşdu və Ulu Öndərin xatirəsinə açıq, "diqqət çəkən” hörmətsizlik idi. Səfirlik işə müdaxilə edərək Bişkek şəhəri meriyası tərəfindən bu biabıredici lövhə köşkün üstündən götürülmüşdür.

"Azəri” İctimai Birliyinin 2013-cü ilin iyul ayının 27-də Bişkek şəhərində keçirdiyi ümumi iclasının Bəyanatı qəbul olunmuşdur. Bəyanatda Nüsrət Məmmədovun törətdiyi bütün çirkin əməlləri açıqlanmış və Hökumətə bu məsələlərə baxılması üçün müraciət edilmişdir.

Nüsrət Musa oğlu Məmmədovun məsuliyyətə cəlb olunmasının çoxdan vaxtı çatıb.

Sultan Zəki oğlu Qasımov,

Qırğızstan Xalqı Assambleyasına daxil olan

Qırğızstanda yaşayan Azərbaycanlıların

"Azəri” İctimai Birliyinin idarə heyətinin üzvü



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ