Bazar ertəsi günü, 23 noyabr 2026
     

Rusiya Türkiyənin Ceyhan neft limanını hədəflədi...

Image


Rusiya və Türkiyə arasında məlum təyyarə qalmaqalının hansı nəticələrlə sonuclanacağı indi barəsində ən çox danışılan mövzulardan biri kimi dünya gündəmini zəbt edib. Moskvanın cavab tədbirləri və Türkiyənin buna mümkün reaksiyası Azərbaycanda da xüsusi diqqətlə izlənir. Çünki Türkiyə ölkəmizin starteji müttəfiqi, Rusiya isə əsas ticari-iqtisadi partnyorlarından biri, Qarabağ münaqişəsinin həllində əsas söz sahibi olan vasitəçilərdəndir.
Proseslərin gedişi isə Türkiyə - Rusiya insidentinin hələlik kəskinləşəcəyini göstərir. Tərəflərdən hər biri özünün haqlı olduğunu iddia edir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiyaya məxsus "Su-24" hərbi təyyarəsini vurmasına münasibət bildirərkən deyib":Türkiyənin öz sərhədlərini qorumaq haqqı var, hamı bu qanuni hüquqa hörmət etməlidir.
Suriyanın türkmənlərin məskunlaşdığı Bayırbucaq ərazisində heç bir İŞİD qüvvəsi yoxdur. İnsanları aldatmaq lazım deyil. Biz belə hadisələrin şahidi olmaq istəməzdik, lakin təəssüf ki, bu baş verir. Biz belə hadisələrin qarşısını almaq üçün dəfələrlə xəbərdarlıq etdik. Türkiyənin qonşularına qarşı düşmənçilik niyyəti yoxdur. Türkiyə öz sərhədlərini qorumaq hüququna malikdir, hamı bu qanuni hüquqa hörmət etməlidir". Ərdoğan və ABŞ prezidenti Barak Obama arasında da Rusiya təyyarəsinin vurulması insidenti ilə bağlı telefon danışığı olub. ABŞ prezidenti bildirib ki, Birləşmiş Ştatlar və NATO Türkiyənin öz suverenliyini müdafiə etmək hüququnu dəstəkləyir. ABŞ prezidenti Türkiyənin Rusiyanın "Su-24" təyyarəsini vurması ilə bağlı məlumatların toplanmağa davam etdiyini deyib, lakin Rusiyanın hərbi təyyarəsinin Türkiyə sərhədi yaxınlığında Suriya müxalifət qruplarını hədəfə aldığını qeyd edib. Prezident Obama tərəfləri gərginliyin artmasına gətirib çıxara biləcək addımlara yol verməməyə çağırıb və deyib ki, insident Suriya münaqişəsinin diplomatik yolla həllinin tapılmasının sürətləndirilməli olduğunu göstərir. NATO isə hesab edir ki, Suriyada vurulmuş Rusiyaya məxsus "Su-24" təyyarəsi Türkiyənin hava sərhədini pozub. Alyansın baş katibi Yens Stoltenberq NATO Şurasının insidentlə bağlı məsləhətləşmələrin aparılması üçün Türkiyənin təşəbbüsü ilə çağırılmış növbədənkənar iclasının yekununda bildirib: "NATO Türkiyə və digər müttəfiqlərdən məlumat alıb və bizim qiymətləndirməmizə görə, bu, Türkiyənin bizə verdiyi informasiyaya uyğundur". Stoltenberq həmçinin qeyd edib ki, NATO Rusiya və Türkiyə arasında insidentlərin qarşısının alınması üçün hərbi mexanizmlərin inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.
Lakin Rusiya prezidenti Vladimir Putin Türkiyəni Rusiyanı arxadan vurmaqda və İŞİD də daxil olmaqla, terrorizmi dəstəkləməkdə ittiham edib. Moskva buna cavab veriləcəyini bildirib. Rusiya Federasiya Şurası Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçov təyyarənin vurulması səbəbindən iki ölkə arasındakı bütün təmasların müvəqqəti olaraq dayandırılmasını təklif edib":Rusiya - Türkiyə münasibətlərində illərdir yaranan etimad və partnyorluq - hər şey bir anda yox edildi. Etimadsızlıq və düşmənçilik geri qayıtdı". Hələlik isə bəllidir ki, Moskvanın qisası Türkiyəyə birbaşa hərbi zərbələrdən ibarət olmayacaq. Suriya əməliyyatlarında iştirak edən Rusiya bombardmançılarını bundan sonra qırıcıların müşayiət edəcəyi nəzərə alınarsa, istisna deyil ki, bu dəfə Rusiya qırıcıları Suriya sərhədi boyu müntəzəm reydlər keçirən Türkiyə qırıcılarını hədəf alsın. Ən təhlükəlisi isə Rusiyanın PKK vasitəsilə Türkiyədə diversiya əməliyyatları həyata keçirməsi, o cümlədən strateji vacib neft-qaz infrastrukturlarını hədəfə alması olardı. Artıq PKK Türkiyədə bu cür diversiyalar həyata keçirib.
Digər tərəfdən, Moskva artıq İŞİD-lə Türkiyə arasında neft alveri olduğunu açıq bəyan edir. Rusiya Suriyada İŞİD-in nəzarətində olan ərazilərdəki neft obyektlərini, o cümlədən terrorçulardan neft alıb daşıyan avtotankerləri hədəfə almağa başlayıb. Ekspertlər Rusiya raketlərinin hədəfinin Türkiyənin Ceyhan limanında İŞİD-ə aid nefti doldurduğu iddia edilən tanker ola biləcəyini artıq istisna etmir. Bundan əvvəl Rusiya qırıcıları Suriyadan uçub Türkiyənin hava sərhədlərini dalbadal pozanda məhz Ceyhan limanı rayonu üzərində uçmuşdular. O zaman bəzi analitiklər ehtimal edirdi ki, Rusiya Ceyhan limanında İŞİD-dən alınan nefti hədəfə ala biləcəyinə eyham vurur.
Hərbi qisas tədbirləri barədə müxtəlif ehtimallar olsa da, Türkiyənin əsas gəlir qaynaqlarından olan turizmin bu insidentdən ciddi zərər çəkəcəyinə şübhə yoxdur. Türkiyə Rusiya vətəndaşları üçün təhlükəli elan edildikdən sonra turizm firmaları bu ölkəyə turpaketlərin satışını dayandırmağa çağırıb. Artıq belə çağırışlar səslənir ki, Türkiyədən Rusiya vətəndaşlarını təcili evakuasiya etmək lazımdır. Bu arada Rusiyanın Federal Turizm Agentliyi ("Rosturizm") yerli turoperator və turizm agentliklərinə Türkiyəyə turizm məhsullarının satışı və reklamı, həmçinin ayrıca turizm xidmətlərinin göstərilməsini dayandırmağı tövsiyə edib: "Türkiyədə Rusiya vətəndaşlarının qorunmasının təşkil edilməsi və onlara Rusiya tərəfindən himayədarlıq edilməsini ciddi şəkildə çətinləşdirən vəziyyət yaranıb. Bu amillər turistlərin təhlükəsizliyinə hədə kimi qiymətləndirilir". İdarə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyədə terror təhlükəsinin olmasına dair bəyanatına əsaslanıb: "Beləliklə, terror təhlükəsi olduğu şəraitdə rusiyalı turistlərin Türkiyəyə səyahətlərinin təşkili üzrə xidmət göstərilməsi, "Rosturizm"in fikrincə, Rusiya qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir və müqəssir kəslərə qarşı hüquqi məsuliyyət tədbirlərinin görülməsi ilə nəticələnəcək. Bununla əlaqədar olaraq "Rosturizm" Rusiya turoperatorlarına, turizm agentliklərinə Türkiyəyə, eləcə də üçüncü ölkə vasitəsilə turizm məhsullarının reklamı və satışını, həmçinin ayrıca turist xidmətlərinin göstərilməsini dayandırmağı tövsiyə edir".
ABŞ-ın Atlantika fondunun aparıcı elmi işçisi Ariel Kohenin sözlərinə görə, baş verən insident vəziyyətin daha da ciddiləşməsinə gətirib çıxara və Rusiya ilə Türkiyə arasında enerji sahəsində münasibətlərə mənfi təsir göstərə bilər: "İlk növbədə Putin tərəfindən keçən il dekabr ayında təklif edilmiş "Türk axını" qaz kəməri layihəsi, belə görünür, baş tutmayacaq. Rusiya Türkiyə və Avropaya 63 milyon kubmetr qaz ixrac etmək imkanını itirəcək və milyardlarla dollar avro məbləğində gəlir itirəcək".
Təhlilçi bildirib ki, təyyarə ilə bağlı insident Akkuyuda dörd reaktora malik nüvə elektrik stansiyasının inşası layihəsini təhlükə altına almış ola bilər: "Türkiyə 20 milyard dollar dəyərində "Rosatom"un bu flaqman layihəsinə başlamazdan əvvəl iki dəfə fikirləşməlidir".
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

23.11.2026 / 08:46
Lavrov Almaniya müdafiə naziri və britaniyalı siyasətçini “qeyri-adekvat” adlandırdı

23.11.2026 / 08:40
COP31 danışıqları iflasa uğradı - qalıq yanacaqlarla bağlı mübahisə səbəbindən…

22.11.2026 / 23:18
Tramp İrana yeni ilədək vaxt verdi - hücumları bərpa edəcəyik...

22.11.2026 / 22:46
Pezeşkian həyəcan təbili çaldı – vəziyyətimiz yaxşı deyil... İranda qışda elektrik böhranı yaşana bilər...

22.11.2026 / 22:23
Aralıq dənizində Rusiya gəmisi vuruldu – hücumun arxasında Ukraynanın dayandığı iddia olunur...

22.11.2026 / 21:43
BMT-nin iqlim sammitində qalıq yanacaqlar maneəyə çevrildi - Yekun sənəd imzalanmadı...

22.11.2026 / 20:30
ABŞ Milli Kəşfiyyatının rəhbəri il ərzində ölkədə kiberinsidentlərin sayını açıqlayıb

22.11.2026 / 20:12
Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO

22.11.2026 / 14:43
WSJ: Tramp Epşteyn əlaqələri səbəbindən katib Lutniki işdən çıxarmağı düşünüb

22.11.2026 / 14:37
NATO Şurası 23 noyabrda Polşaya düşən raketlərlə bağlı hadisəni müzakirə edəcək

22.11.2026 / 14:28
"El Pais": Kallas Rusiya ilə danışıqlar aparmaq üçün real namizəd deyildi

22.11.2026 / 14:04
Qəribabadi: “ABŞ ilə diplomatiya pəncərəsi açıqdır”

22.11.2026 / 14:01
Rzayi: “ ABŞ artıq qalib deyil, məğlub dövlətə çevrilib”

22.11.2026 / 13:23
SEPAH: "ABŞ-a məxsus "MQ-1" tipli PUA Hörmüz boğazında vurulub"

22.11.2026 / 12:55
Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik etdi

22.11.2026 / 12:14
Cənubi Koreyanın təhsil naziri bu səbəbdən istefa verib

22.11.2026 / 11:39
Tramp artıq İranda rejim dəyişikliyinin baş verdiyini deyir - “Üçüncü eşelon” kim(lər)dir?

22.11.2026 / 10:42
Vidadi Qafarovun “Teatr sənət deyil” kitabı: düşüncənin konseptual axtarışları

21.11.2026 / 22:23
Rusiya raketləri Polşada gərginliyi artırdı – NATO hərəkətə keçəcəyini açıqladı...

21.11.2026 / 22:05
Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 19:07
Məleykə Abbaszadənin Nərmin Heydərlini işdən çıxarması ilə bağlı xəbərlərə RƏSMİ REAKSİYA...

21.11.2026 / 18:28
Leyla Əliyeva Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışında iştirak edib - FOTO

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ