O, telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu söyləyib: "Türkiyənin dünən təyin olunan xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığımız oldu. O, baş verən hadisə - "Su-24” təyyarəsinin vurulması ilə bağlı insidentlə əlaqədar bizə başsağlığı verdi”.
S. Lavrov M. Çavuşoğlunun Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu söylədiyini də əlavə edib: "Türkiyəli nazir öz hərbi hava qüvvələrinin fəaliyyətinə haqq qazandırmağa çalışdı. O, öz hərəkətlərini ABŞ-la razılaşdırıb-razılaşdırmadıqları ilə bağlı suala cavab verə bilmədi. İnsident planlaşdırılmış təxribata oxşayır”.